28 sentyabr 2018-ci il
http://www.amu.edu.az
7
Hər il sentyabrın 21-i Beynəlxalq
Altsheymer Xəstəliyi ilə bağlı
Məlumatlandırma Günü kimi qeyd
edilir. Həmin gün 1994-cü ildə
xəstəliyin araşdırılması və onun
inkişafının ləngidilməsi ilə məşğul
olan təşkilatın təşəbbüsü ilə təsis
edilib. Xəstəlik ilk dəfə alman
psixiatrı Alois Altsheymer tərəfindən
1906-cı ildə aşkar edilib.
Bu, əsasən 65 yaşdan sonra
inkişaf edən problemdir. Lakin
xəstəliyə bəzi hallarda daha erkən
yaşlarda da rast gəlmək olar.
AZƏRTAC xəbər verir ki, hələ
qədim Misirdə elm adamla-
rı yaşlılıqla əqli zəiflik arasında
əlaqənin olduğunu bildiriblər. La-
kin xəstəlik XX əsrin əvvəllərində
sübut edilib.
Altsheymer normal qoca-
lıq əlaməti olan düşünmə
qabiliyyətinin pozulması prose-
sini sürətləndirərək inkişaf edən
və ya xroniki patologiya halına
gətirən problemdir. Xəstəlik za-
manı danışıq, düşünmə, qavra-
ma, anlama, hesablama, tanı-
ma kimi qabiliyyətlər tədricən
zəifləyir.
Bu günə qədər mütəxəssislər
tərəfindən bir çox sensasiya
yaradan açıqlamaların olma-
sına baxmayaraq, xəstəliklə
mübarizə və ya onun profilak-
tikası ilə əlaqəli heç bir dəqiq
elmi sübut yoxdur. Tibbin
köməyi ilə sadəcə xəstənin
vəziyyətini yüngülləşdirmək olar.
Hazırda dünyada 35 milyon in-
san xroniki yaddaş zəifliyindən
əziyyət çəkir. Mütəxəssislər 2050-
ci ilə kimi bu xəstəlikdən əziyyət
çəkənlərin sayının 115 milyona
çatacağını proqnozlaşdırırlar.
29 sentyabr – Dünya Ürək Günüdür.
Dünya Ürək Federasiyasının
təşəbbüsü ilə hər ilin bu günündə
müxtəlif aksiyalar və tədbirlər
keçirilir.
Azərbaycan Ürək və Damar
Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC)
hər il olduğu kimi bu il də silsilə
tədbirlərlə bu günü qeyd edir.
Belə tədbirlərdən biri Şağan
qəsəbəsində yerləşən 3 saylı əqli
və fiziki qüsurlu uşaqlar üçün
internat evində təşkil olunub.
Burada Azərbaycan Ürək və Da-
mar Cərrahiyyəsi Cəmiyyətinin
üzvü olan bir qrup həkim və tibb
bacısı tərəfindən məskunlaşmış
uşaqların pediatrik və kardio-
loji müayinəsi həyata keçirilib.
Müayinədən sonra müalicə kur-
su təyin olunub.
AZƏRTAC xəbər verir ki,
Mərkəzi Klinikanın həkim briqa-
dasının təyin etdiyi müalicə kur-
suna uyğun olaraq uşaqlar lazımi
dərman preparatları ilə təmin
ediliblər.
AÜDCC sədri, Mərkəzi Klinik
Xəstəxananın baş həkimi, pro-
fessor Kamran Musayev bu cür
xeyriyyə aksiyalarının mütəmadi
olaraq təşkil edildiyini bildirib:
“Gələcəyimiz olan uşaqların sağ-
lam böyüməsi üçün fəaliyyət
göstərmək bizim hər birimizin
borcudur. Azərbaycan Ürək və
Damar Cərrahiyyəsi Cəmiyyəti
olaraq biz hər il qocalar və uşaq
evlərini ziyarət edirik. 29 sent-
yabrda bütün dünyada qeyd
edilən Dünya Ürək Gününü
biz də ənənəvi olaraq qeyd
edirik. Builki tədbirlərimiz ilk
olaraq Şağan qəsəbəsindəki
uşaq evi ilə başladı. Burada
məskunlaşmış 170-dən artıq
uşaq xəstəxanamızın həkim bri-
qadası tərəfindən müayinə edil-
di, onlara uyğun müalicə kursu
yazıldı.”
Bu cür aksiyaların bundan sonra
da davam etdiriləcəyini bildirən
K.Musayev əsas məqsədin
müayinə və müalicəyə ehtiyacı
olan insanlara yardım etmək ol-
duğunu deyib.
Dünya Ürək Günü ilə əlaqədar
xeyriyyə aksiyası keçirilib
Əzizov Nazim Vaqif oğlu 30
oktyabr 1952-ci ildə Qəbələ
rayonunun Vəndam kəndində
anadan olmuşdur. 1969-cu ildə
Qəbələ rayonunun 1 saylı orta
məktəbini başa vuraraq, elə
həmin il N.Nərimanov adına
Azərbaycan Tibb İnstitutunun
pediatriya fakültəsinə daxil ol-
muş, 1975-ci ildə isə oranı bi-
tirmişdir. İnstitutu bitirdikdən
sonra Qəbələ rayonunda in-
ternatura keçmiş, 1976-1977-
ci illərdə həmin rayonda baş
pediatr vəzifəsində çalışmış-
dır. 1977-1982-ci illərdə Bakı
şəhər 7 saylı Uşaq Yoluxucu
Xəstəliklər
Xəstəxanasında
həkim-ordinator
vəzifəsində
çalışmışdır. 1982-ci ildə Ru-
siya Federasiyası Moskva
şəhər Elmi-Tədqiqat Pediatri-
ya Uşaq Cərrahiyyəsi İnstitu-
tuna müsabiqə yolu ilə əyani
aspiranturaya daxil olmuşdur.
1986-ci ildə “Erkən yaşlı uşaq-
larda toksikoz fonunda meta-
bolik dəyişikliklər” mövzusunda
dissertasiyanı müvəffəqiyyətlə
müdafiə etmişdir.
1986–1991-ci illərdə Elmi-
Təd qiqat Mamalıq və Gineko-
logiya İnstitutunda baş elmi işçi
vəzifəsində pediatrik şöbəyə
rəhbərlik etmişdir. 1991-ci ildən
universitetin uşaq yoluxucu xəs-
təliklər kafedrasına müsabiqə
yolu ilə assistent, 2014-cü ildə
dosent vəzifəsinə seçilmişdir.
2015-ci ildən ömrünün axırına
qədər yoluxucu xəstəliklər ka-
fedrasında çalışmışdır. 1997-
ci ildən 2010-cu ilə qədər
Ə.Qarayev adına Uşaq Kliniki
Xəstəxanasının 5-ci şöbəsində
və Anginoz Diaqnostika Mər-
kəzində (ADO) özünü baca-
rıqlı klinist kimi göstərmişdir. O,
Tibb Universitetində uzun illər
Həmkarlar təşkilatında büro
üzvü, 1995-ci ildən isə YAP-ın
üzvü olmuşdur.
N.Əzizov bir neçə səmərə-
ləşdirici təklifin, 1 monoqrafiya-
nın, ixtiranın, metodik vəsaitin
və 50-yə yaxın elmi məqalənin
müəllifidir.
Nazim müəllim işlədiyi müd-
dətdə intizamlı və işgüzar
əməkdaş kimi özünü gös-
tərmişdir.
Qayğıkeş
müəl-
lim, fədakar ata, sevimli baba
ömrü yaşamışdır. Nazim müəl-
lim döğmalarının, tələbə və
həmkarlarının qəlbində əbədi
yaşayacaqdır.
Allah rəhmət eləsin, qəbri nurla
dolsun!
Yoluxucu xəstəliklər kafedrasının
əməkdaşları
Əzizov Nazim Vaqif oğlu
Yoluxucu xəstəliklər kafedrasına ağır itki üz vermişdir.
Kafedranın dosenti Əzizov Nazim Vaqif oğlu uzun sürən
xəstəlikdən sonra vəfat etmişdir.
Klinikanın neyrocərrahı, assistent Cəmil
İskəndərovun sözlərinə görə, bu dəfə yaşlı
bir xəstə onurğa kanalının stenozu diaqnozu
ilə onlara müraciət edib: “68 yaşlı xəstəmiz
bizim həmkarımızdır. Onurğa kanalının steno-
zu xəstəliyindən əziyyət çəkir. Ona əməliyyat
müdaxiləsi etməli olduq. Stenoz əməliyyatının
xarakterik xüsusiyyətlərində iki hal nəzərə
alınmalıdır: sinir elementlərinin maksimal de-
kompresiyası və onurğa sütununun fiksasiya-
sı. Fiksasiyanı bitirdikdən sonra, sinirlərin de-
kompresiyası, yəni sıxıntıdan azad olunmasını icra
edəcəyik”.
C.İsgəndərovun bildirdiyinə görə, bir saat yarım
davam edən əməliyyat uğurla nəticələnib. Hazır-
da xəstə özünü yaxşı hiss edir.
Uzman həkim, uroloq Vasif İsmayıl bildirir ki,
xəstə 4 yaşlı oğlandır. Ciddi ürək qüsuru ilə do-
ğulan bu uşaq indiyə qədər bir neçə əməliyyat
keçirib. Hətta bir il ərzində ancaq süni nəfəs apa-
ratına bağlı şəkildə yaşayıb: “Ailəsinin və peşəkar
həkimlərin səyi nəticəsində uşaq indi sərbəst
nəfəs ala bilir, inkişaf edir. Lakin onun ürək
döyüntülərində yenə də ciddi narahatlıq olduğu
üçün uşağa kardiostimulyator yerləşdirilib. Yəni,
hazırda xəstəmizin ürəyi dəri altına tikilən kənar
cihazın köməyilə işləyir”.
Lakin son vaxtlar bu balacanı ayrı problem
narahat edirdi. Körpənin sağ böyrəyində 8 mm
ölçüsündə daş yaranıbmış. V.İsmayıl bil-
dirir ki, böyrək daşı 3 formada çıxarıla
bilərdi: “Birinci üsul–daşın kənardan qırıl-
ması (ESWL) - zərbə dalğa litotripsiyasıdır.
Bu əməliyyat uşaqlarda narkozla aparıl-
malıdır. Bizim balaca xəstənin ürəyində
kardio stimulyator olduğuna görə, bu
terapiya uyğun görülmədi. İkinci metod
- aşağıdan uretroskopiya ilə əməliyyat
aparılmalıdır. Ancaq biz xəstənin 4 ya-
şında olduğunu və ürək qüsuruna görə
inkişafdan nisbətən geri qaldığını nəzərə
alaraq bu riskə də getmədik”.
Həkimlərimiz 4 yaşlı uşağın böyrəyindən
daşı tamamilə fərqli üsulla çıxarıblar.
Uşaq üzü üstə yatızdırılıb, onun böyrəyində çox
kiçik dəlik açaraq, qələm qalınlığında alətlərlə
oradakı daşı çıxarıblar. Yəni, böyrəyin qapalı daş
əməliyyatı - Perkutan nefrolitotomiya əməliyyatı
icra olunub. Əməliyyat yarım saat davam edib və
uğurla nəticələnib. Hazırda balaca özünü yaxşı
hiss edir.
T
ədris Cərrahiyyə Klinikada
növbəti mürəkkəb əməliyyat
uğurla nəticələnib.
K
linikalarımızın mütəxəssisləri onlara
müraciət edən xəstələrə kömək edir,
müalicə zamanı ən müasir metodlardan
istifadə edirlər. Bu günlərdə Tədris Cərrahiyyə
Klinikasında qeyri-adi metodla daha bir uğurlu
əməliyyat aparılıb.
68 yaşlı xəstə üzərində onurğa kanalının
stenozu əməliyyatı aparılıb
Dörd yaşlı uşağın böyrəyindəki daş
fərqli üsulla çıxarılıb
21 sentyabr Beynəlxalq Altsheymer
Xəstəliyi haqqında İnformasiyanın
Yayılması Günüdür
http://www.amu.edu.az
28 sentyabr 2018-ci il
Farmakologiya kafedrasının əməkdaşları kafedranın professoru
Zəkiyyə xanıma oğlu
Etimad İsmayılovun
vaxtsız vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə baş-
sağlığı verirlər.
Şüa diaqnostikası və şüa terapiyası kafedrasının əməkdaşları
kafedranın dosenti Gülşən Əliyevaya anası
Məhbubə xanımın
vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı
verirlər.
Azərbaycan dili kafedrasının əməkdaşları kafedranın dosenti Leyla
Qocayevaya anası
Sənubər xanımın
vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı
verirlər.
Azərbaycan dili kafedrasının əməkdaşları kafedranın müəllimi
Taliyə Əliyevaya qardaşı
Mütalib müəllimin
vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı
verirlər.
ABŞ-ın Dyukan Universitetinin mütəxəssislərinin
fik
rincə, yuxu cədvəlini dəyişmək bir sıra sağlamlıq
problemləri yarada bilər. Belə ki, bu zaman ikinci tip şəkərli
diabet, piylənmə, ürəyin fəaliyyətində pozuntular kimi ağır
fəsadlarla qarşılaşmaq mümkündür.
AZƏRTAC xarici saytla-
ra istinadla xəbər verir
ki, alimlər bu qənaətə 50
yaşdan yuxarı 200 könül-
lünün üzərində aparılan
tədqiqatların nəticəsində
gəliblər. Alimlər iştirak-
çıların yuxu rejimini və
davamiyyətini müşahidə
ediblər. Mütəxəssislərin sözlərinə görə adətən bu istiqamətdə
aparılan tədqiqatlarda yalnız yuxu davamiyyəti nəzərə alınır. Lakin
budəfəki təcrübə məhz yuxu rejimini araşdırmağa yönəlib.
Məlum olub ki, eyni saatda yatıb-durmaq sağlamlıq baxımın-
dan mühüm rol oynayır. Belə ki, fərqli saatlarda yatıb oyananlarda
yüksək şəkər və təzyiq yarana bilər və onlar digərlərinə nisbətən
stressə daha çox meyilli olurlar. Bu adamlar gündüzlər də yuxulu-
luqdan, bədənin tonusunun zəifləməsindən və depressiyalardan
şikayət ediblər. Bundan əlavə müşahidələr göstərib ki, onlarda ya-
xın on ildə meydana çıxa biləcək ürək xəstəlikləri, insult riski daha
yüksəkdir və orqanizmin maddələr mübadiləsi prosesi pozulub.
Baş redaktor
ELDAR İSMAYIL
Müəlliflərlə redaksiyanın
mövqeyi üst-üstə düşməyə
bilər.
Əlyazmalar geri qaytarılmır.
Qəzet “Təbib” qəze ti nin
kompyuter mər kə zində yığılır,
səhi fə lənir, “Bəxtiyar-4” İKŞ-də
çap olunur.
Ü N V A N I M I Z:
Mərdanov qardaşları - 98
c
2-ci mərtəbə,
Tel.: 595-24-97
tabibqazeti@gmail.com
Lisenziya Н - 022633
İndeks -0269
Sayı 1800
II müalicə-profilaktika fakültəsinin VI kurs, 276
a
qrup tələbəsi
Əsədova Rəvanə Həsən qızının adına verilmiş tələbə bileti itdiyi üçün
etibarsız sayılır.
II müalicə-profilaktika fakültəsinin III kurs, 365
a
qrup tələbəsi
Məmmədov Qüdrət Məhyəddin oğlunun adına verilmiş tələbə bileti itdi-
yi üçün etibarsız sayılır.
II müalicə-profilaktika fakültəsinin II kurs, 317
i-2
qrup tələbəsi
Haitham Al-Duhami Haqinin adına verilmiş tələbə bileti itdiyi üçün
etibarsız sayılır.
Stomatologiya fakültəsinin II kurs, 317
i-6
qrup tələbəsi Dalya Al- Sam-
marraienin adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.
I müalicə-profilaktika fakültəsinin V kurs, 41
a
qrup tələbəsi Muha-
hammed Salih Altundağ Ferudin oğlunun adına verilmiş müvəffəqiyyət
kitabçası itdiyi üçün etibarsız sayılır.
I müalicə-profilaktika fakültəsinin V kurs, 36
b
qrup tələbəsi Mehmet
Asım Altundağ Veysi oğlunun adına verilmiş müvəffəqiyyət kitabçası
itdiyi üçün etibarsız sayılır.
Əczaçılıq fakültəsinin II kurs, 817
a-4
qrup tələbəsi Əsgərova Fatimə
Yaşar qızının adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.
I müalicə-profilaktika fakültəsinin III kurs, 170
a
qrup qrup tələbə si
Hacıyeva Gülnarə Etibar qızının adına verilmiş müvəffəqiyyət kitabçası
itdiyi üçün etibarsız sayılır.
Allah rəh mət elə sin!
Yuxu cədvəlində edilən dəyişikliklər ağır
fəsadlar yarada bilər
Dünyada hər 20 ölüm halının biri alkohol istehla-
kı ilə əlaqədar baş verir.
AZƏRTAC xəbər verir ki, bu məlumat Dünya Səhiyyə
Təşkilatının (DST) sentyabrın 21-də açıqladığı he-
sabatda yer alıb. Hesabatda qeyd edilir ki, alkohol
istehlakı hər il dünyada üç milyondan çox insanın
həyatına son qoyur. Bu göstərici isə QİÇS, zorakılıq
və nəqliyyat qəzaları nəticəsində baş verən ölüm
hallarının cəmindən daha çoxdur. Alkoholla əlaqəli
ölənlərin dörddə üç hissəsi kişilərdir.
DST-nin baş direktoru Tedros Adhanom bildirib ki,
çoxlu sayda insanlar, ailələr, eləcə də bütöv icmalar
alkoholdan sui-istifadənin müxtəlif fəsadlarından (zo-
rakılıq, müxtəlif xəsarətlər, psixi problemlər, xərçəng
və insult kimi xəstəliklər) əziyyət çəkir.
Ümumilikdə 500 səhifəlik hesabatda iki yüzdən çox
xəstəliyin birbaşa və ya dolayı yolla alkohol istehla-
kı ilə bağlı olduğu qeyd edilib. Diqqətə çatdırılıb ki,
həddən artıq spirtli içki qəbulu insanların immun
sistemini zəiflədərək, onların asanlıqla vərəm, QİÇS,
ağciyər iltihabı və digər xəstəliklərə tutulmasına yol
açır. 2016-cı ilin statistikası əsasında hazırlanmış he-
sabatda spirtli içkilərə görə dünyasını dəyişən insan-
ların sayının ümumi ölüm hallarının 5,3 faizini təşkil
etdiyi bildirilib.
Bununla belə beynəlxalq təşkilat alkohol istehlakın-
da azalmanın də müşahidə olunduğunu açıqlayıb.
Belə ki, 2012-ci ildə dünyada 3,3 milyon insan alko-
hol istehlakından vəfat etdiyi halda, 2016-cı ildə bu
göstərici 3 milyon nəfərə düşüb. Bu müsbət tenden-
siyanın davam etməsi üçün ciddi addımlar atılmalıdır.
Təşkilatın açıqlamasına görə, dünyada 2,3 milyard
insan spirtli içki istehlak edir. Qitələr arasında ən çox
alkohol Avropada qəbul edilir.
“Dünya Səhiyyə Təşkilatının alkohollu içkilər və
2018-ci ildə ümumi sağlamlıq sahəsinə dair qlobal
məruzə”sində dünyada alkohollu içkilər və onların
yaratdığı fəsadlar barədə geniş məlumat verilir.
Məruzədə həmçinin dünya ölkələrinin bu proble-
min aradan qaldırılması istiqamətində gördüyü
işlər də öz əksini tapır.
AZƏRTAC Dünya Səhiyyə Təşkilatının (DST) infor-
masiya portalına əsasən xəbər verir ki, alkohollu
içki səbəbindən dünyasını dəyişənlərin 28 faizini
yol qəzaları nəticəsində həlak olanlar təşkil edir. Bu
ölümlərin 21 faizi içki səbəbindən həzm prosesinin
pozulması, 19 faizi ürək-damar sistemi xəstəlikləri,
digərləri isə infeksion və onkoloji problemlər, psixi
və orqanizmdə baş verən digər pozuntuların payına
düşür.
2010-cu ildən etibarən dünya üzrə bu problemin
aradan qaldırılması istiqamətində qlobal səviyyədə
işlərin görülməsinə baxmayaraq, müxtəlif ölkələrin
statistik göstəricilərinə əsasən problem yolverilməz
dərəcədə kəskindir. Bu göstəricilər xüsusilə Avro-
pa ölkələri və ABŞ-da daha qabarıq şəkildə özünü
büruzə verir.
Hesablamalara əsasən 237 milyon kişi və 46 milyon
qadın alkohol səbəbindən müxtəlif sağlamlıq pozun-
tularından əziyyət çəkir.
Mütəxəssislər bildirirlər ki, on il sonra bu prob-
lem daha da qabarıq şəkil ala bilər. Hazırda dünya
əhalisinin təxminən 2,3 milyardı mütəmadi olaraq
spirtli içki qəbul edir. Bu göstəricinin Cənub-Şərqi
Asiya ölkələrində, Sakit okeanın qərb hissəsində və
ABŞ-ın bir sıra bölgələrində daha da artacağı proq-
nozlaşdırılır.
Araşdırmalar onu da göstərib ki, hazırda orta hesab-
la adi insanın günlük alkohol qəbulu 33 qram təmiz
spirt təşkil edir ki, bu da təxminən iki badə təmiz
çaxıra bərabərdir. Hazırda 15-19 yaş arası gənclərin
təxminən 27 faizi spirtli içki qəbul edir. Bu sahədə ən
yüksək göstərici Avropa ölkələrində qeydə alınıb - 44
faiz.
Dünyada ümumi qəbul olunan spirtli içkilərin 45 fai-
zi yüksək dərəcəlidir.
Hesablamada o da bildirilir ki, dünyada 15 yaşdan
yuxarı insanların təxminən 3,1 milyardı ümumiyyətlə
spirtli içki içmir.
Alkohol istehlakı dünyada hər il 3
milyon insanın həyatına son qoyur
Dünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir
Almaniyanın Maks
Rubner İnstitutunun və
Qalle-Vettenberq Univer-
sitetinin tədqiqatçılarının
apardıqları araşdırmaların
nəticəsinə görə D2 vitami-
ni ilə zəngin qidalar arasın-
da əsas yeri tərkibi kakao
olan məhsullar tutur.
AZƏRTAC xəbər verir ki,
alimlərin fikrincə günəş
şüaları altında qurudulmuş
kakao meyvələrinin tərkibi
struktur dəyişikliklərinə
uğrayaraq D və D2
vitaminləri formalaşdırır.
Kakao tərkibli müxtəlif
məhsullar üzərində aparı-
lan tədqiqatlar bir daha sü-
but edib ki, bu qida əsas D2
vitamini mənbələrindən
biridir. Alimlər kakao əsaslı
qidaların tərkibində bu
faydalı məhsulun müxtəlif
miqdarda olduğunu da
bildiriblər. Belə ki, kakao
yağı və tünd şokoladda D2
vitamini digər məhsullara
nisbətən daha çoxdur.
İ
nsanın gündəlik
rasionu üçün
vacib olan əsas
qidalardan biri də D
vitaminidir. Onun ça-
tışmazlığı orqanizmdə
nəfəs yollarının infek-
sion xəstəlikləri, raxit
və osteoparoz kimi
problemlərin yaran-
masına səbəb ola bilər.
Kakao D2 vitamini
mənbələrindən biridir