http://www.amu.edu.az
28 sentyabr 2018-ci il
4
ATU-nun Tədris Terapevtik Klinikasında “Dünya Ağciyər Günü”nə
həsr edilmiş simpozium keçirilib. Simpoziumu Respublikanın baş
allerqoloqu, professor Cəbrayıl Məmmədov açaraq ağciyər və tənəffüs
yollarında yaranan xəstəliklərin dünyada geniş yayıldığını qeyd edib.
Bu barədə tədbir iştirakçılarına ətraflı məlumat vermək üçün sözü
professor Əlizamin Sadıqova verib.
Bunlardan 3 nəfəri hazırlıq kursunu
bitirib, 4 nəfər ATU-nun, 8 nəfər isə xa-
rici ölkələrdəki müxtəlif universitetlərin
məzunlarıdır: “Nəticədə 11 nəfər şöbəyə
qəbul edilib. Qəbula gələn əcnəbi
gənclər artıq dil imtahanından uğurla
keçiblər”.
Qeyd edək ki, ATU-da əcnəbi
vətəndaşların universitetin qəbulu
üçün xüsusi komitə yaradılıb. ATU-nun
beynəlxalq əlaqələr üzrə prorektoru
Nadir Zeynalovun sədrlik etdiyi komitə
üzvləri tələbələrin həm intellektual,
həm də bilik səviyyəsini yoxlayırlar.
Komitənin tərkibinə ATU-nun rezidnetu-
ra şöbəsinin müdiri Rizvan Məmmədov,
rektorun müşaviri Zülfüqar Musabəyov,
Tədris Cərrahiyyə Klinikasının baş həkimi
Ramiz Poluxov, beynəlxalq əlaqələr
şöbəsinin müdiri İkram Rüstəmov və
xarici tələbələrlə iş üzrə dekan müavini
Nigar Ələkbərova daxildir.
Qəbulun sonunda ATU-nun reziden-
tura və magistraturasına qəbul edilən
əcnəbi tələbələrə universitetdaxili ni-
zam-intizam qaydaları, tədris prosesi
və digər mühüm məqamlar haqqında
məlumat verildi.
Ə.Sadıqov “Hospitaldaxili və
ventilyator assosasiya olunan
pnevmoniyaların müalicəsinə yeni
yanaşma” mövzusunda məruzə ilə
çıxış edib. Bildirib ki, hazırda dün-
yada pnevmaniyadan 450 milyona
yaxın şəxs əziyyət çəkir və 4 milyon
insan adıçəkilən xəstəlikdən dün-
yasını dəyişibdir. Professor dünya
praktikasında son illər xəstəliyin
müayinə üsullarından söhbət
açaraq, Avropada və ölkəmizdə
xəstəliyin diaqnostikası, aşkar-
lanması, yeni müalicə üsullarına
toxunub və xəstəliklə mübarizə
aparılması yollarını iştirakçıların diqqətinə çat-
dırıbdır. Pnevmoniyaların müalicəsində yeni
yanaşmalarla bağlı söylənilən fikirlər tədbir
iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Ə.Sadıqov ölkəmizdə də adıçəkilən
xəstəliklə mübarizə aparmaq üçün lazımi re-
susların olduğunu bildirib və mübarizənin
daha effektli olması üçün bir sıra təkliflərlə
çıxış edib.
Simpozium geniş diskussiya və sual-cavab-
larla işini sona çatdırıb.
“Dünya ağciyər günü”nə həsr
edilmiş simpozium
Azərbaycan Tibb Universitetinin
rezidentura və magistratura şöbəsinə
əcnəbi vətəndaşların qəbulu sona ça-
tıb. ATU-nun rezidentura və magist-
ratura şöbəsinin müdiri, professor
Rizvan Məmmədovun sözlərinə görə,
3 kateqoriya üzrə tələbə qəbulu həyata
keçirilib.
Rezidentura və magistraturaya əcnəbi
vətəndaşların qəbulu keçirilib
u
Prezident İlham Əliyev 2018/2019-
cu tədris ilində Azərbaycan Res-
publikasının ali məktəblərinə daxil olmuş
tələbələrə Prezident təqaüdünün verilməsi
haqqında sərəncam imzalayıb.
Sevindirici haldır ki, bu yüksək təqaüdə
layiq görülənlər arasında 24 nəfər Azərbaycan
Tibb Universitetinin tələbəsi adını daşıyır.
Prezident təqaüdünə layiq görülmüş
tələbələrimizi təbrik edir, onlara daha yeni
uğurlar, təhsillərində davamlı nailiyyətlər
arzulayırıq.
Prezident təqaüdü alacaq ATU tələbələrinin
siyahısını təqdim edirik:
1.
Balakişiyeva Nərmin Arzuman qızı
2.
Kərimxanov Anar Azad oğlu
3.
Aslanlı Fəyyaz Eldəniz oğlu
4.
Hacıyev Millət Xalid oğlu
5.
Fətəli Sara Ceyhun qızı
6.
Abbasov Hikmət Əhməd oğlu
7.
Nəbizadə Şəbnəm İlham qızı
8.
Məmmədova Səyalı Mehman qızı
9.
Miriyeva Seyidnisə Cəfərağa qızı
10. Cahangirova Selcan Tərlan qızı
11.
Tağıyeva Nərmin Ceyhun qızı
12. Əliyeva Arzu Əhməd qızı
13. Hüseynli Əfsanə Gündüz qızı
14. Abbaslı Ülvi İlqar oğlu
15. Əhədova Nərmin Cəmşid qızı
16. Əliyeva Rəna Məmmədağa qızı
17.
Qasımova Ləman Eldar qızı
18. Xəlil Yusuf Vüqar oğlu
19. Qasımov Elnur Mayil oğlu
20. Sarıyeva Elnarə Vidadi qızı
21. Məmmədov Fərid Vaqif oğlu
22. Cəlilov Zaur Cabir oğlu
23. Nəbiyev Şəmsur İlqar oğlu
24. İsayev Vasif Vüqar oğlu
P.S.
Siyahıda adları gedən Cahangirova
Selcan Tərlan qızı və Tağıyeva Nərmin Ceyhun
qızı təhsillərini Türkiyə Cümhuriyyətində davam
etdirəcəklər.
ATU-nun 24 tələbəsi Prezident
təqaüdünə layiq görülüb
Sentyabrın 21-də Səhiyyə Nazir-
liyinin İctimai Səhiyyə və İsla-
hatlar Mərkəzində (İSİM) KİV
nümayəndələri və tibbi personalın
iştirakı ilə Beynəlxalq Sülh Gününə
həsr olunmuş tədbir keçirilib.
İSİM-dən AZƏRTAC-a bildiriblər ki,
tədbirdə bu tibb müəssisəsinin direktoru
Qəhrəman Haqverdiyev hər il dünyada,
o cümlədən Azərbaycanda qeyd olunan
sülh gününün məqsəd və vəzifələri haq-
qında məlumat verib, əhalinin müxtəlif
qrupları arasında sülh və dözümlülük
mədəniyyətinin təbliğinin vacib məsələ
olduğunu vurğulayıb.
İSİM-in Səhiyyə kommunikasiyası və
ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
Laura Quliyeva çıxış edərək bildirdi ki, 21
sentyabr nəinki xalqlar arasında, həmçinin
ailələrdə, məktəblərdə, ictimaiyyətdə
münasibətlərin sağlamlaşmasına, zorakı-
lığa qarşı mübarizənin gücləndirilməsinə
nail olmaq üçün bir fürsətdir. O, sülh möv-
zusunun bu gün torpaqlarının 20 faizi işğal
altında olan, bir milyondan çox qaçqın və
məcburi köçkünü olan Azərbaycan üçün
xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib.
İSİM-in səhiyyə siyasəti və islahatlar
şöbəsinin rəhbəri Şəhla Mirzəzadə “Həkim
deontologiyası və etik davranışlar” möv-
zusunda geniş təqdimatla çıxış edərək,
həkimlərin gündəlik əmək fəaliyyətlərində
riayət etmələri vacib olan davranışları
tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Azərbaycan Respublikasında insan hü-
quqları və sağlamlıq hüquqlarının qanunla
tənzimləndiyini vurğulayan Ş.Mirzəzadə
bildirib ki, həkimlərin tibbi etik davranışla-
ra riayət etməsi xəstəliklərlə mübarizədə,
eyni zamanda, cəmiyyətdə sağlam atmos-
ferin yaranmasında əhəmiyyətli rol oyna-
yır.
“Cəmiyyətdə zorakılıq hallarının azal-
masında mətbuatın rolu” adlı geniş
təqdimatla çıxış edən İSİM-in Səhiyyə
kommunikasiyası və ictimaiyyətlə əlaqələr
şöbəsinin meneceri Nərmin Əliyeva
mətbuat nümayəndələrini bu qəbildən
olan xəbərlərə həssaslıqla və ehtiyatla ya-
naşmağa səsləyib. O, dünya mətbuatında
və Azərbaycan mediasında yayılan zorakı-
lıq xəbərlərinin təhlilini apararaq bildirib
ki, birbaşa olmasa da, dolayı yolla bu kimi
məlumatlar da bəzən cəmiyyətə zorakılığı
təlqin edir: “Müasir dövrdə ictimai fikrin for-
malaşması və ifadə olunmasına təsir edən
mühüm vasitə kimi KİV-lərin cəmiyyət
həyatında rolu və əhəmiyyəti yüksəkdir.
Buna görə də KİV-lər məlumatları təhlil
edərək cəmiyyətə çatdırmalı, düzgün sosi-
al təbliğatla məşğul olmalıdır”.
Tədbirin yekununda mövzu ilə bağlı geniş
fikir mübadiləsi aparılıb, maraqlı təkliflər
dinlənildi və iştirakçılara İSİM tərəfindən
hazırlanmış maarifləndirici materiallar pay-
lanılıb.
Qeyd edək ki, bu əlamətdar gün BMT
Baş Assambleyasının 1981-ci il 30 noyabr
tarixli qərarı ilə təsis edilib. Yer üzündə
atəş və zorakılıqdan qlobal imtina günü
kimi qeyd edilən bu bayram ənənəvi ola-
raq BMT-nin Nyu-Yorkdakı qərargahında
“Sülh zəngi”nin çalınması ilə başlayır. Bu
il–2018-ci il Beynəlxalq Sülh Gününün de-
vizi “Sülh hüququ: Dünya insan hüquqları
bəyannaməsinin 70 illiyi”dir.
21 sentyabr - Beynəlxalq Sülh Gününə
həsr edilmiş tədbir
ATU-nun mətbuat xidməti