28 sentyabr 2018-ci il
http://www.amu.edu.az
3
Sentyabr ayının əvvəlində İsrailin paytaxtı Tələviv şəhərində 24-cü Dünya
Tibbi Hüquq Konqresi keçirilib. Dünya Tibbi Hüquq Assosiasiyası (DTHA)
tərəfindən İsrailin Səhiyyə Nazirliyi və Tələviv Universitetinin dəstəyilə
keçirilən toplantıda məhkəmə təbabəti və tibbi hüququn ən aktual elmi və
praktiki problemləri müzakirə olunub.
Konqresdə 2012-ci ildən Assosiasiyanın idarə heyətinin üzvü və vitse-prezidenti
olan azərbaycanlı alim, Azərbaycan Tibb Universitetinin məhkəmə təbabəti kafed-
rasının professoru, tibb elmləri doktoru, hüquqşünas Vüqar Məmmədov Dünya Tibbi
Hüquq Assosiasiyasının birinci vitse-prezidenti və İcraiyyə Komitəsinin 4 üzvündən
biri seçilib.
Təşkilatın prezidenti, professor Tomas Noquçinin əmri ilə həmyerlimiz həmçinin
Assosiasiyanın Təhsil komitəsinin rəhbəri təyin olunub. Bu komitədə V.Məmmədov
Böyük Britaniya, Kanada, Belçika, Peru, Avstraliya, Nigeriya, İsrail, Rusiyadan olan
professorlarla birgə dünyanın bir çox ölkələrində tibbi hüquq və bioetika sahəsində
təhsil proqramlarının inikişafına, həkim və tibb işçilərinin hüquqi və etik hazırlığı-
nın yüksəlməsinə xidmət edən layihələr həyata keçirəcək. Professor V.Məmmədov
2019-cu ildən etibarən Haaqada BMT-nin Beynəlxalq Cinayət Məhkəməsində DTHA-
nı və ölkəmizi təmsil etmək üçün də səs toplayıb. Qeyd edək ki, Vüqar Məmmədov
Bakı Dövlət Universitetinin hüquq fakültəsinin və Seçenov adına Birinci Moskva
Dövlət Tibb Universitetinin Bakı filialının professoru, YUNESKO-nun Bioetika Kafedra-
sının Azərbaycan bürosunun rəhbəridir.
Konqresdə təkcə alimlərimiz deyil, həm də Seçenov adına Birinci Moskva Dövlət
Tibb Universitetinin Bakı filialının tələbələri də Azərbaycanı layiqincə təmsil ediblər.
Xatırladaq ki, DTHA 2017-ci ilin 11-13 iyul tarixlərində Bakıda Paşa Travel və Türk
Hava Yolları şirkətlərinin dəstəyilə 23-cü Dünya Tibbi Hüquq Konqresini keçirib.
Bakı konqresində Təşkilatın Baş Assambleyasının qərarı ilə tibbi hüquq, bioetika və
multikulturalizmin inkişafında böyük xidmətlərinə görə Azərbaycanın Birinci Vitse-
Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, hörmətli Mehriban xanım Əliyevaya
“WAML 50th GOLDEN ANNIVERSARY AWARD” təltifi və DTHA-nın Fəxri Diplomu
11 iyul tarixində keçirilən konqresin açılış mərasimində təqdim edilib. Mehriban
xanım Əliyeva postsovet məkanda evtanaziyanın bioetik və hüquqi aspektlərini
elmi cəhətdən tədqiq edən ilk alimlərdəndir. DTHA-nın təltifləri Mehriban xa-
nım Əliyevanın bu sahədə apardığı elmi işlərinin nəticələrinin əhəmiyyətini, onun
səhiyyə, təhsil, və elm sahəsində rəhbərlik etdiyi layihələri və sülh, tolerantlıq və
qlobal təhlükəsizliyin dünyada bərqərar olması naminə müxtəlif sivilizasiyalar və
dinlər arası multikultural dialoqun təmin edilib təbliğində səylərinin beynəlxalq elmi
ictimaiyyət və hüquqşünaslar tərəfindən yüksək qiymətləndirilməsinin təzahürüdür.
DTHA 1967-ci ildə Belçikada tibbi hüquq sahəsində multikultural və fənlərarası
problemlərin tədqiqatı məqsədilə hüquq və məhkəmə təbabəti üzrə bir qrup ta-
nınmış mütəxəssis tərəfindən yaradılıb. BMT-nin YUNESKO, Ümumdünya Səhiyyə
Təşkilatı (WHO), Beynəlxalq Cinayət Məhkəməsi (İCC) və bir çox milli peşəkar asso-
siasiyalar ilə əməkdaşlıq edir. DTHA-nın qərargahı ABŞ-nın Kaliforniya ştatının Los-
Anceles şəhərində yerləşir.
DTHA təsisçilərindən biri və hazırkı prezidenti professor Tomas Noquçi Amerikanın
əfsanəsi, «ulduzların eksperti», dünyanın ən tanınmış məhkəmə-tibbi ekspertlərindən
hesab olunur. 20 ildən çox Kaliforniyanın və Hollivudun baş məhkəmə-tibbi eksper-
ti olduğu üçün senator Robert Kennedi, Hollivud ulduzları Merilin Monro, Vilyam
Holden, Con Beluşi, Natali Vud, Gia Skala kimi məşhurların qətl və müəmmalı ölüm
işlərinin tədqiqatçısı olub. Məhkəmə təbabəti elminə verdiyi xidmətlərə görə ABŞ
höküməti və Yaponiya imperatoru tərəfindən dəfələrlə təltif olunub.
DTHA-nın rəsmi veb-saytında
(wafml.memberlodge.org и thewaml.com)
tədbir
haqda əlavə məlumat əldə etmək olar.
Konqresdə məhkəmə-tibbi ekspertiza, hüquqi məsuliyyət və risklərin
qiymətləndirilməsi, pasiyent hüquqları və pasiyent təhlükəsizliyi, həyatın başlan-
ğıcında və sonunda olan hüquqi və etik məsələlər, reproduktiv texnologiyaların
hüquqi və etik məsələləri kimi aktual məsələlər müzakirə olunub. Konqres iştirak-
çıları həmçinin bioetika və insan haqları, ruhi sağlamlıq sahəsində hüquqi və etik
məsələlər, ictimai səhiyyə və ekoloji etika, humanitar təbabət, din və tibbi etika,
tədqiqat etikası və hüquq, orqan və toxumaların transplantasiyası, genetika, etika və
hüquq kimi məsələlər ətrafında diskussiya aparıblar.
25-сi Dünya Tibbi Hüquq Konqresi 2019-cu ilin 06-08 avqust tarixlərində Yaponi-
yanın paytaxtı Tokio şəhərində DTHA tərəfindən Tokio və Vaseda Universitetlərinin
dəstəyi ilə keçiriləcək.
ATU-nun rektoru, professor Gəray Gəraybəyli ilə gö-
rüşü zamanı senator A.Başkin bildirib ki, Həştərxan
Dövlət Tibb Universiteti vilayətin və ümumiyyətlə
ölkənin ən qədim və nüfuzlu ali məktəblərindən biri-
dir. Hazırda universitetdə 6000 tələbə təhsil alır ki, on-
ların da 2000-i xarici ölkələrdən gələnlərdir. Həştərxan
Dövlət Tibb Universitetinin 46 ölkədən olan tələbələri
arasında Azərbaycanlı gənclər də var.
Dumanın səhiyyə və sosial inkişaf komitəsinin
üzvü A.Başkin iki ali məktəb arasında əlaqələrin
möhkəmlənməsinə ehtiyac olduğunu da vurğulayıb
və ATU-nun nümayəndə heyətini Həştərxana dəvət
edib. A.Başkin Azərbaycan və Həştərxan Vilayəti ara-
sında xüsusi dostluq münasibətlərinin mövcudluğunu
önə çəkərək səhiyyə, həmçinin təhsil sahəsində də bu
münasibətlərin gücləndirilməsinə ehtiyac olduğunu
bildirib.
ATU-nun rektoru, professor Gəray Gəraybəyli
Həştərxan Dövlət Tibb Universitetinin 100 illiyi
münasibətilə tədbirə dəvət üçün qonağa təşəkkürünü
bildirib. Rektor iki universitet arasında əlaqələrin sıx-
laşdırılması məqsədilə əməkdaşlığa dair saziş imza-
lanmasını təklif edib: “Azərbaycan Tibb Universitetinin
Rusiyanın bir çox universitetləri ilə əlaqələri mövcud-
dur, bəzi ali məktəblərlə qarşılıqlı əməkdaşlığa dair
memorandum imzalamışıq. ATU ilə Həştərxan Dövlət
Tibb Universiteti arasında sazişin imzalanması bir çox
sahələrdə bigə fəaliyyət göstərməyə, birgə tədbirlər
keçirməyə, həmçinin müəllim və tələbə mübadiləsini
reallaşdırmağa imkan verəcək”.
Rektor G.Gəraybəyli hazırda ATU-da aparılan və
planlaşdırılan islahatlar haqqında Rusiyadan gəlmiş
nümayəndə heyətinə məlumat verib. Qeyd edib ki,
tədris proqramlarına ciddi dəyişikliklər edilir, elektron
jurnala keçid hazırlanır: “ATU-nun klinikalarında Rusiya
universitetlərindən olan tələbələr də təcrübə keçirlər.
Bu klinikalarda tələbələrin praktiki bilgilərə sahib ol-
ması üçün hər cür şərait yaradılıb”.
Tərəflər Azərbaycan və Həştərxan Tibb Universitetləri
arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə sa-
ziş hazırlanıb qəbul edilməsinə dair ilkin razılıq əldə
ediblər.
Görüşdə Rusiya nümayəndə heyətinin üzvü, Rusiya
Federasiya Şurasının üzvü Sergey Laptev, Rusiyanın
Azərbaycandakı səfirliyinin təmsilçisi, ATU-nun elmi
işlər üzrə prorektoru Rauf Bəylərov, rektor müşaviri
Zülfüqar Musabəyov iştirak ediblər.
Müqavilə sentyabrın 27-də
ATU-nun rektoru, professor Gəray Gəraybəyli
ilə “Medi Club”-ın baş direktoru Sabir Adna-
yev arasında görüş zamanı imzalanıb. Görüşdə
müqavilənin şərtləri ətraflı müzakirə olunub və
konkret bəndlərlə bağlı razılıq əldə olunub.
Müqaviləyə əsasən, “Medi Club” MMM ATU-
nun 10 tələbəsinə aylıq 150 manat məbləğində
təqaüd ödəyəcək. Bundan əlavə, ATU-nun hər
ixtisas üzrə bir rezidentinin kompüter tomoq-
rafiyası, poliklinik terapiya, pediatriya və təcili
yardım üzrə rotasiya tsikllərini keçməsi üçün
öz kliniki bazasını təqdim edəcək. Tibbi Servis
şirkəti həmçinin 12 nəfərdən ibarət tələbə və
rezidentlərdən ibarət qruplar üçün pulsuz BLS
və ACLS təlimlərini təşkil edəcək.
Bundan əlavə, müqavilədə tələbələrin şirkətin
bazasında ödənişsiz staj keçməsi və müştərək
elmi işlər aparılması da nəzərdə tutulub.
ATU-nun mətbuat xidməti
Rusiya senatoru
ATU-da qonaq olub
ATU ilə “Medi Club” arasında əməkdaşlıq
müqaviləsi imzalandı
Azərbaycan Tibb Universitetinin
rəhbərliyi Həştərxan Dövlət Tibb Uni-
versitetinin 100 illiyi münasibətilə
keçiriləcək mərasimlərə dəvət alıb.
Dəvəti ATU-nun rəhbərliyinə Bakı-
da olan Rusiya Federasiya Şurasının
üzvü, tibb elmləri namizədi, Həştərxan
Vilayət Dumasının üzvü Aleksandr Baş-
kin çatdırıb.
Azərbaycan Tibb Uni-
versitetinin 10 tələbəsi
əlavə aylıq təqaüdlə təmin
olunacaq. Universite-
tin tələbə və rezidentləri
pul
suz təlimlərdə işti-
rak etmək imkanı qaza-
nacaqlar. Bunlar Azər-
baycan Tibb Universiteti
ilə Tibbi Servis şirkəti
“Medi Club” MMM ara-
sında əməkdaşlıq müqa-
viləsində nəzərdə tutulub.
Azərbaycanlı alim Dünya Tibbi
Hüquq Assosiasiyasının birinci
vitse-prezidenti seçilib