Azərbaycan və Rusiya prezidentləri görüşdə çıxış etdilər. Azərbaycan Prezidenti İlham ƏLİyev dedi



Yüklə 10,62 Mb.
Pdf görüntüsü
səhifə6/6
tarix07.11.2018
ölçüsü10,62 Mb.
#77950
1   2   3   4   5   6

28 sentyabr    2018-ci il

http://www.amu.edu.az

7

Hər il sentyabrın 21-i Beynəlxalq 

Altsheymer Xəstəliyi ilə bağlı 

Məlumatlandırma Günü kimi qeyd 

edilir. Həmin gün 1994-cü ildə 

xəstəliyin araşdırılması və onun 

inkişafının ləngidilməsi ilə məşğul 

olan təşkilatın təşəbbüsü ilə təsis 

edilib. Xəstəlik ilk dəfə alman 

psixiatrı Alois Altsheymer tərəfindən 

1906-cı ildə aşkar edilib.

Bu, əsasən 65 yaşdan sonra 

inkişaf edən problemdir. Lakin 

xəstəliyə bəzi hallarda daha erkən 

yaşlarda da rast gəlmək olar.

AZƏRTAC xəbər verir ki, hələ 

qədim Misirdə elm adamla-

rı yaşlılıqla əqli zəiflik arasında 

əlaqənin olduğunu bildiriblər. La-

kin xəstəlik XX əsrin əvvəllərində 

sübut edilib.

Altsheymer normal qoca-

lıq əlaməti olan düşünmə 

qabiliyyətinin pozulması prose-

sini sürətləndirərək inkişaf edən 

və ya xroniki patologiya halına 

gətirən problemdir. Xəstəlik za-

manı danışıq, düşünmə, qavra-

ma, anlama, hesablama, tanı-

ma kimi qabiliyyətlər tədricən 

zəifləyir.

Bu günə qədər mütəxəssislər 

tərəfindən bir çox sensasiya 

yaradan açıqlamaların olma-

sına baxmayaraq, xəstəliklə 

mübarizə və ya onun profilak-

tikası ilə əlaqəli heç bir dəqiq 

elmi sübut yoxdur. Tibbin 

köməyi ilə sadəcə xəstənin 

vəziyyətini yüngülləşdirmək olar.

Hazırda dünyada 35 milyon in-

san xroniki yaddaş zəifliyindən 

əziyyət çəkir. Mütəxəssislər 2050-

ci ilə kimi bu xəstəlikdən əziyyət 

çəkənlərin sayının 115 milyona 

çatacağını proqnozlaşdırırlar.



29 sentyabr – Dünya Ürək Günüdür. 

Dünya Ürək Federasiyasının 

təşəbbüsü ilə hər ilin bu günündə 

müxtəlif aksiyalar və tədbirlər 

keçirilir.

Azərbaycan Ürək və Damar 

Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) 

hər il olduğu kimi bu il də silsilə 

tədbirlərlə bu günü qeyd edir.

Belə tədbirlərdən biri Şağan 

qəsəbəsində yerləşən 3 saylı əqli 

və fiziki qüsurlu uşaqlar üçün 

internat evində təşkil olunub. 

Burada Azərbaycan Ürək və Da-

mar Cərrahiyyəsi Cəmiyyətinin 

üzvü olan bir qrup həkim və tibb 

bacısı tərəfindən məskunlaşmış 

uşaqların pediatrik və kardio-

loji müayinəsi həyata keçirilib. 

Müayinədən sonra müalicə kur-

su təyin olunub.

AZƏRTAC xəbər verir ki, 

Mərkəzi Klinikanın həkim briqa-

dasının təyin etdiyi müalicə kur-

suna uyğun olaraq uşaqlar lazımi 

dərman preparatları ilə təmin 

ediliblər.

AÜDCC sədri, Mərkəzi Klinik 

Xəstəxananın baş həkimi, pro-

fessor Kamran Musayev bu cür 

xeyriyyə aksiyalarının mütəmadi 

olaraq təşkil edildiyini bildirib: 

“Gələcəyimiz olan uşaqların sağ-

lam böyüməsi üçün fəaliyyət 

göstərmək bizim hər birimizin 

borcudur. Azərbaycan Ürək və 

Damar Cərrahiyyəsi Cəmiyyəti 

olaraq biz hər il qocalar və uşaq 

evlərini ziyarət edirik. 29 sent-

yabrda bütün dünyada qeyd 

edilən Dünya Ürək Gününü 

biz də ənənəvi olaraq qeyd 

edirik. Builki tədbirlərimiz ilk 

olaraq Şağan qəsəbəsindəki 

uşaq evi ilə başladı. Burada 

məskunlaşmış 170-dən artıq 

uşaq xəstəxanamızın həkim bri-

qadası tərəfindən müayinə edil-

di, onlara uyğun müalicə kursu 

yazıldı.”

Bu cür aksiyaların bundan sonra 

da davam etdiriləcəyini bildirən 

K.Musayev əsas məqsədin 

müayinə və müalicəyə ehtiyacı 

olan insanlara yardım etmək ol-

duğunu deyib.



Dünya Ürək Günü ilə əlaqədar 

xeyriyyə aksiyası keçirilib

  Əzizov  Nazim  Vaqif  oğlu  30 

oktyabr  1952-ci  ildə  Qəbələ 

rayonunun  Vəndam  kəndində 

anadan  olmuşdur.  1969-cu  ildə 

Qəbələ  rayonunun  1  saylı  orta 

məktəbini  başa  vuraraq,  elə 

həmin  il  N.Nərimanov  adına 

Azərbaycan  Tibb  İnstitutunun 

pediatriya  fakültəsinə  daxil  ol-

muş,  1975-ci  ildə  isə  oranı  bi-

tirmişdir.  İnstitutu  bitirdikdən 

sonra  Qəbələ  rayonunda  in-

ternatura  keçmiş,  1976-1977-

ci  illərdə  həmin  rayonda  baş 

pediatr  vəzifəsində  çalışmış-

dır.  1977-1982-ci  illərdə  Bakı 

şəhər  7  saylı  Uşaq  Yoluxucu 

Xəstəliklər 

Xəstəxanasında 

həkim-ordinator 

vəzifəsində 

çalışmışdır.  1982-ci  ildə  Ru-

siya  Federasiyası  Moskva 

şəhər  Elmi-Tədqiqat  Pediatri-

ya  Uşaq  Cərrahiyyəsi  İnstitu-

tuna  müsabiqə  yolu  ilə  əyani 

aspiranturaya  daxil  olmuşdur. 

1986-ci  ildə  “Erkən  yaşlı  uşaq-

larda  toksikoz  fonunda  meta-

bolik  dəyişikliklər”  mövzusunda 

dissertasiyanı  müvəffəqiyyətlə 

müdafiə etmişdir. 

1986–1991-ci  illərdə  Elmi-

Təd qiqat  Mamalıq  və  Gineko-

logiya İnstitutunda baş elmi işçi 

vəzifəsində  pediatrik  şöbəyə 

rəhbərlik etmişdir. 1991-ci ildən 

universitetin uşaq yoluxucu xəs-

təliklər  kafedrasına  müsabiqə 

yolu  ilə  assistent,  2014-cü  ildə 

dosent  vəzifəsinə  seçilmişdir. 

2015-ci  ildən  ömrünün  axırına 

qədər  yoluxucu  xəstəliklər  ka-

fedrasında  çalışmışdır.  1997-

ci  ildən  2010-cu  ilə  qədər 

Ə.Qarayev  adına  Uşaq  Kliniki 

Xəstəxanasının  5-ci  şöbəsində 

və  Anginoz  Diaqnostika  Mər-

kəzində  (ADO)    özünü    baca-

rıqlı klinist kimi göstərmişdir. O, 

Tibb  Universitetində  uzun  illər 

Həmkarlar  təşkilatında  büro 

üzvü,  1995-ci  ildən  isə  YAP-ın 

üzvü olmuşdur. 

N.Əzizov  bir  neçə  səmərə-

ləşdirici təklifin, 1 monoqrafiya-

nın,  ixtiranın,  metodik  vəsaitin 

və  50-yə  yaxın  elmi  məqalənin 

müəllifidir.

Nazim  müəllim  işlədiyi  müd-

dətdə  intizamlı  və  işgüzar 

əməkdaş  kimi  özünü  gös-

tərmişdir. 

Qayğıkeş 

müəl-


lim,  fədakar  ata,  sevimli  baba 

ömrü  yaşamışdır.  Nazim  müəl-

lim  döğmalarının,  tələbə  və 

həmkarlarının  qəlbində  əbədi 

yaşayacaqdır.

 

Allah rəhmət eləsin, qəbri nurla 



dolsun!

                                                               

Yoluxucu xəstəliklər kafedrasının 

əməkdaşları

Əzizov Nazim Vaqif oğlu

Yoluxucu xəstəliklər kafedrasına ağır itki üz vermişdir. 

Kafedranın dosenti Əzizov Nazim Vaqif oğlu uzun sürən 

xəstəlikdən sonra vəfat etmişdir.

Klinikanın neyrocərrahı, assistent Cəmil 

İskəndərovun sözlərinə görə, bu dəfə yaşlı 

bir xəstə onurğa kanalının stenozu diaqnozu 

ilə onlara müraciət edib: “68 yaşlı xəstəmiz 

bizim həmkarımızdır. Onurğa kanalının steno-

zu xəstəliyindən əziyyət çəkir. Ona əməliyyat 

müdaxiləsi etməli olduq. Stenoz əməliyyatının 

xarakterik xüsusiyyətlərində iki hal nəzərə 

alınmalıdır: sinir elementlərinin maksimal de-

kompresiyası və onurğa sütununun fiksasiya-

sı. Fiksasiyanı bitirdikdən sonra, sinirlərin de-

kompresiyası, yəni sıxıntıdan azad olunmasını icra 

edəcəyik”.

C.İsgəndərovun bildirdiyinə görə, bir saat yarım 

davam edən əməliyyat uğurla  nəticələnib. Hazır-

da xəstə özünü yaxşı hiss edir.

Uzman həkim, uroloq Vasif İsmayıl bildirir ki, 

xəstə 4 yaşlı oğlandır. Ciddi ürək qüsuru ilə do-

ğulan bu uşaq indiyə qədər bir neçə əməliyyat 

keçirib. Hətta bir il ərzində ancaq süni nəfəs apa-

ratına bağlı şəkildə yaşayıb: “Ailəsinin və peşəkar 

həkimlərin səyi nəticəsində uşaq indi sərbəst 

nəfəs ala bilir, inkişaf edir. Lakin onun ürək 

döyüntülərində yenə də ciddi narahatlıq olduğu 

üçün uşağa kardiostimulyator yerləşdirilib. Yəni, 

hazırda xəstəmizin ürəyi dəri altına tikilən kənar 

cihazın köməyilə işləyir”.

Lakin son vaxtlar bu balacanı ayrı problem 

narahat edirdi. Körpənin sağ böyrəyində 8 mm 

ölçüsündə daş yaranıbmış. V.İsmayıl bil-

dirir ki, böyrək daşı 3 formada çıxarıla 

bilərdi: “Birinci üsul–daşın kənardan qırıl-

ması (ESWL) - zərbə dalğa litotripsiyasıdır. 

Bu əməliyyat uşaqlarda narkozla aparıl-

malıdır. Bizim balaca xəstənin ürəyində 

kardio stimulyator olduğuna görə, bu 

terapiya uyğun görülmədi. İkinci metod 

- aşağıdan uretroskopiya ilə əməliyyat 

aparılmalıdır. Ancaq biz xəstənin 4 ya-

şında olduğunu və ürək qüsuruna görə 

inkişafdan nisbətən geri qaldığını nəzərə 

alaraq bu riskə də getmədik”.

Həkimlərimiz 4 yaşlı uşağın böyrəyindən 

daşı tamamilə fərqli üsulla çıxarıblar. 

Uşaq üzü üstə yatızdırılıb, onun böyrəyində çox 

kiçik dəlik açaraq, qələm qalınlığında alətlərlə 

oradakı daşı çıxarıblar. Yəni, böyrəyin qapalı daş 

əməliyyatı - Perkutan nefrolitotomiya əməliyyatı 

icra olunub. Əməliyyat yarım saat davam edib və 

uğurla nəticələnib. Hazırda balaca özünü yaxşı 

hiss edir.



T

ədris Cərrahiyyə Klinikada 

növbəti mürəkkəb əməliyyat 

uğurla nəticələnib.

K

linikalarımızın mütəxəssisləri onlara 

müraciət edən xəstələrə kömək edir, 

müalicə zamanı ən müasir metodlardan 

istifadə edirlər. Bu günlərdə Tədris Cərrahiyyə 

Klinikasında qeyri-adi metodla daha bir uğurlu 

əməliyyat aparılıb.

68 yaşlı xəstə üzərində onurğa kanalının 

stenozu əməliyyatı aparılıb

Dörd yaşlı uşağın böyrəyindəki daş 

fərqli üsulla çıxarılıb

21 sentyabr Beynəlxalq Altsheymer 

Xəstəliyi haqqında İnformasiyanın 

Yayılması Günüdür


http://www.amu.edu.az

28 sentyabr 2018-ci il

Farmakologiya  kafedrasının əməkdaşları  kafedranın professoru 

Zəkiyyə xanıma oğlu  

Etimad İsmayılovun  

vaxtsız vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə baş-

sağlığı verirlər. 

Şüa diaqnostikası və şüa terapiyası  kafedrasının əməkdaşları 

kafedranın dosenti Gülşən Əliyevaya anası     

Məhbubə  xanımın  

vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı 

verirlər.

Azərbaycan dili kafedrasının əməkdaşları kafedranın dosenti Leyla 

Qocayevaya  anası     

Sənubər   xanımın  

vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı 

verirlər. 

Azərbaycan dili kafedrasının əməkdaşları kafedranın  müəllimi 

Taliyə Əliyevaya qardaşı

Mütalib müəllimin

vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı 

verirlər.

ABŞ-ın Dyukan Universitetinin mütəxəssislərinin 

fik 

rincə, yuxu cədvəlini dəyişmək bir sıra sağlamlıq 

problemləri yarada bilər. Belə ki, bu zaman ikinci tip şəkərli 

diabet, piylənmə, ürəyin fəaliyyətində pozuntular kimi ağır 

fəsadlarla qarşılaşmaq mümkündür.

AZƏRTAC xarici saytla-

ra istinadla xəbər verir 

ki, alimlər bu qənaətə 50 

yaşdan yuxarı 200 könül-

lünün üzərində aparılan 

tədqiqatların nəticəsində 

gəliblər. Alimlər iştirak-

çıların yuxu rejimini və 

davamiyyətini müşahidə 

ediblər. Mütəxəssislərin sözlərinə görə adətən bu istiqamətdə 

aparılan tədqiqatlarda yalnız yuxu davamiyyəti nəzərə alınır. Lakin 

budəfəki təcrübə məhz yuxu rejimini araşdırmağa yönəlib.

Məlum olub ki, eyni saatda yatıb-durmaq sağlamlıq baxımın-

dan mühüm rol oynayır. Belə ki, fərqli saatlarda yatıb oyananlarda 

yüksək şəkər və təzyiq yarana bilər və onlar digərlərinə nisbətən 

stressə daha çox meyilli olurlar. Bu adamlar gündüzlər də yuxulu-

luqdan, bədənin tonusunun zəifləməsindən və depressiyalardan 

şikayət ediblər. Bundan əlavə müşahidələr göstərib ki, onlarda ya-

xın on ildə meydana çıxa biləcək ürək xəstəlikləri, insult riski daha 

yüksəkdir və orqanizmin maddələr mübadiləsi prosesi pozulub.

Baş redaktor



ELDAR İSMAYIL

Müəlliflərlə  redaksiyanın 

mövqeyi  üst-üstə düşməyə 

bilər.


Əlyazmalar  geri  qaytarılmır.

Qəzet “Təbib”  qəze ti nin  

kompyuter mər kə zində yığılır, 

səhi fə lənir, “Bəxtiyar-4” İKŞ-də 

çap olunur. 

     


Ü N V A N I M I Z:

Mərdanov qardaşları - 98

c

2-ci mərtəbə,

Tel.: 595-24-97 

tabibqazeti@gmail.com

Lisenziya Н - 022633

İndeks -0269

Sayı 1800

II  müalicə-profilaktika    fakültəsinin  VI    kurs,  276

a

    qrup  tələbəsi 



Əsədova Rəvanə Həsən    qızının  adına verilmiş tələbə bileti itdiyi üçün 

etibarsız sayılır.

II  müalicə-profilaktika    fakültəsinin  III    kurs,  365

a

    qrup  tələbəsi 



Məmmədov Qüdrət Məhyəddin oğlunun  adına verilmiş tələbə bileti itdi-

yi üçün etibarsız sayılır.

II  müalicə-profilaktika    fakültəsinin  II    kurs,  317

i-2


  qrup  tələbəsi 

Haitham Al-Duhami Haqinin adına verilmiş tələbə bileti itdiyi üçün 

etibarsız sayılır.

Stomatologiya fakültəsinin II kurs, 317

i-6

 qrup tələbəsi Dalya Al- Sam-



marraienin  adına verilmiş tələbə bileti  itdiyi üçün etibarsız sayılır.

I müalicə-profilaktika  fakültəsinin V  kurs, 41

a

   qrup tələbəsi Muha-



hammed Salih Altundağ Ferudin oğlunun  adına verilmiş müvəffəqiyyət 

kitabçası  itdiyi üçün etibarsız sayılır.

I müalicə-profilaktika  fakültəsinin V  kurs, 36

b

   qrup tələbəsi Mehmet 



Asım Altundağ Veysi  oğlunun  adına verilmiş müvəffəqiyyət kitabçası  

itdiyi üçün etibarsız sayılır.

Əczaçılıq fakültəsinin II kurs, 817

a-4


  qrup tələbəsi Əsgərova  Fatimə 

Yaşar  qızının  adına verilmiş tələbə bileti  itdiyi üçün etibarsız sayılır.

I müalicə-profilaktika  fakültəsinin III kurs, 170

a

 qrup  qrup tələbə si 



Hacıyeva Gülnarə Etibar qızının  adına verilmiş müvəffəqiyyət kitabçası  

itdiyi üçün etibarsız sayılır.



 Allah  rəh mət  elə sin!

Yuxu cədvəlində edilən dəyişikliklər ağır 

fəsadlar yarada bilər

Dünyada hər 20 ölüm halının biri alkohol istehla-

kı ilə əlaqədar baş verir.

  

AZƏRTAC xəbər verir ki, bu məlumat Dünya Səhiyyə 

Təşkilatının (DST) sentyabrın 21-də açıqladığı he-

sabatda yer alıb. Hesabatda qeyd edilir ki, alkohol 

istehlakı hər il dünyada üç milyondan çox insanın 

həyatına son qoyur. Bu göstərici isə QİÇS, zorakılıq 

və nəqliyyat qəzaları nəticəsində baş verən ölüm 

hallarının cəmindən daha çoxdur. Alkoholla əlaqəli 

ölənlərin dörddə üç hissəsi kişilərdir.

DST-nin baş direktoru Tedros Adhanom bildirib ki, 

çoxlu sayda insanlar, ailələr, eləcə də bütöv icmalar 

alkoholdan sui-istifadənin müxtəlif fəsadlarından (zo-

rakılıq, müxtəlif xəsarətlər, psixi problemlər, xərçəng 

və insult kimi xəstəliklər) əziyyət çəkir.

Ümumilikdə 500 səhifəlik hesabatda iki yüzdən çox 

xəstəliyin birbaşa və ya dolayı yolla alkohol istehla-

kı ilə bağlı olduğu qeyd edilib. Diqqətə çatdırılıb ki, 

həddən artıq spirtli içki qəbulu insanların immun 

sistemini zəiflədərək, onların asanlıqla vərəm, QİÇS, 

ağciyər iltihabı və digər xəstəliklərə tutulmasına yol 

açır. 2016-cı ilin statistikası əsasında hazırlanmış he-

sabatda spirtli içkilərə görə dünyasını dəyişən insan-

ların sayının ümumi ölüm hallarının 5,3 faizini təşkil 

etdiyi bildirilib.

Bununla belə beynəlxalq təşkilat alkohol istehlakın-

da azalmanın də müşahidə olunduğunu açıqlayıb. 

Belə ki, 2012-ci ildə dünyada 3,3 milyon insan alko-

hol istehlakından vəfat etdiyi halda, 2016-cı ildə bu 

göstərici 3 milyon nəfərə düşüb. Bu müsbət tenden-

siyanın davam etməsi üçün ciddi addımlar atılmalıdır.

Təşkilatın açıqlamasına görə, dünyada 2,3 milyard 

insan spirtli içki istehlak edir. Qitələr arasında ən çox 

alkohol Avropada qəbul edilir.

“Dünya Səhiyyə Təşkilatının alkohollu içkilər və 

2018-ci ildə ümumi sağlamlıq sahəsinə dair qlobal 

məruzə”sində dünyada alkohollu içkilər və onların 

yaratdığı fəsadlar barədə geniş məlumat verilir. 

Məruzədə həmçinin dünya ölkələrinin bu proble-

min aradan qaldırılması istiqamətində gördüyü 

işlər də öz əksini tapır.

  

AZƏRTAC Dünya Səhiyyə Təşkilatının (DST) infor-

masiya portalına əsasən xəbər verir ki, alkohollu 

içki səbəbindən dünyasını dəyişənlərin 28 faizini 

yol qəzaları nəticəsində həlak olanlar təşkil edir. Bu 

ölümlərin 21 faizi içki səbəbindən həzm prosesinin 

pozulması, 19 faizi ürək-damar sistemi xəstəlikləri, 

digərləri isə infeksion və onkoloji problemlər, psixi 

və orqanizmdə baş verən digər pozuntuların payına 

düşür.


2010-cu ildən etibarən dünya üzrə bu problemin 

aradan qaldırılması istiqamətində qlobal səviyyədə 

işlərin görülməsinə baxmayaraq, müxtəlif ölkələrin 

statistik göstəricilərinə əsasən problem yolverilməz 

dərəcədə kəskindir. Bu göstəricilər xüsusilə Avro-

pa ölkələri və ABŞ-da daha qabarıq şəkildə özünü 

büruzə verir.

Hesablamalara əsasən 237 milyon kişi və 46 milyon 

qadın alkohol səbəbindən müxtəlif sağlamlıq pozun-

tularından əziyyət çəkir.

Mütəxəssislər bildirirlər ki, on il sonra bu prob-

lem daha da qabarıq şəkil ala bilər. Hazırda dünya 

əhalisinin təxminən 2,3 milyardı mütəmadi olaraq 

spirtli içki qəbul edir. Bu göstəricinin Cənub-Şərqi 

Asiya ölkələrində, Sakit okeanın qərb hissəsində və 

ABŞ-ın bir sıra bölgələrində daha da artacağı proq-

nozlaşdırılır.

Araşdırmalar onu da göstərib ki, hazırda orta hesab-

la adi insanın günlük alkohol qəbulu 33 qram təmiz 

spirt təşkil edir ki, bu da təxminən iki badə təmiz 

çaxıra bərabərdir. Hazırda 15-19 yaş arası gənclərin 

təxminən 27 faizi spirtli içki qəbul edir. Bu sahədə ən 

yüksək göstərici Avropa ölkələrində qeydə alınıb - 44 

faiz.


Dünyada ümumi qəbul olunan spirtli içkilərin 45 fai-

zi yüksək dərəcəlidir.

Hesablamada o da bildirilir ki, dünyada 15 yaşdan 

yuxarı insanların təxminən 3,1 milyardı ümumiyyətlə 

spirtli içki içmir.

Alkohol istehlakı dünyada hər il 3 

milyon insanın həyatına son qoyur

Dünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir

Almaniyanın Maks 

Rubner İnstitutunun və 

Qalle-Vettenberq Univer-

sitetinin tədqiqatçılarının 

apardıqları araşdırmaların 

nəticəsinə görə D2 vitami-

ni ilə zəngin qidalar arasın-

da əsas yeri tərkibi kakao 

olan məhsullar tutur.

AZƏRTAC xəbər verir ki, 

alimlərin fikrincə günəş 

şüaları altında qurudulmuş 

kakao meyvələrinin tərkibi 

struktur dəyişikliklərinə 

uğrayaraq D və D2 

vitaminləri formalaşdırır.

Kakao tərkibli müxtəlif 

məhsullar üzərində aparı-

lan tədqiqatlar bir daha sü-

but edib ki, bu qida əsas D2 

vitamini mənbələrindən 

biridir. Alimlər kakao əsaslı 

qidaların tərkibində bu 

faydalı məhsulun müxtəlif 

miqdarda olduğunu da 

bildiriblər. Belə ki, kakao 

yağı və tünd şokoladda D2 

vitamini digər məhsullara 



nisbətən daha çoxdur.

İ

nsanın gündəlik 

rasionu üçün 

vacib olan əsas 

qidalardan biri də D 

vitaminidir. Onun ça-

tışmazlığı orqanizmdə 

nəfəs yollarının infek-

sion xəstəlikləri, raxit 

və osteoparoz kimi 

problemlərin yaran-

masına səbəb ola bilər.

Kakao D2 vitamini 

mənbələrindən biridir

Yüklə 10,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə