Azərbaycan VII-IX əsrləRDƏ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə12/156
tarix01.08.2018
ölçüsü2,81 Mb.
#60576
1   ...   8   9   10   11   12   13   14   15   ...   156

36

yaşayanlar) xristian idi. Buna görə də burada islam dini iki müxtəlif

yolla yayılmışdır; məcusların (maqların) yaşadığı cənubda islam dini

zor gücünə yayılmış, daha doğrusu, əhalinin qarşısına iki şərt

qoyulmuşdu - ya müsəlmanlığı qəbul etmək, ya da məhv olmaq,

Buna görə də Cənubi Azərbaycan şəhər və vilayətlərini işğal edərkən

ərəblərin bağladığı müqavilələrdən görünür ki, əhali özü üçün yeni

olan bu dini hamılıqla qəbul etmişdi, xüsusən ona görə ki, islam

dinini qəbul edənlər ilk vaxtlarda can vergisindən azad idi.

Ölkənin şimal hissəsində isə xristian əhalisi "əhl əl-kitab"

olduğu üçün islam dinini qəbul etməyə bilərdi, lakin bu halda onlar

xəracdan əlavə cizyə də verməli idi. Ölkənin kəndli kütlələrinə

göstərilən bu iqtisadi təzyiq nəticəsində Azərbaycanın şimal

hissəsinin əhalisi həm ərəblərə, həm də yerli feodallara verilən vergi

yükünə tab gətirə bilməyib islam dinini qəbul etməyə məcbur oldu.

V.V.Bartold,

Y.A.Belyayev, A.J.Yakubovski öz

tədqiqatlarında Azərbaycan əhalisinə islam dinini qəbul etdirmək

məsələsinə toxunmuşlar.

Alban və qriqoryan ruhaniləri arasında kilsə rəhbərliyi və

birinciliyi üstündə əsrlər boyu davam edən mübarizə, məlum olduğu

kimi, qriqoryan kilsəsinin qələbəsi ilə qurtarmış və qriqoryan kilsəsi

alban katolikosluğunun bütün kilsə camaatını xarici qüvvələrin

köməyi ilə özünə tabe etmişdi. Alban katolikosluğu Eçmiədzinin

təkidi ilə Müqəddəs Sinod tərəfindən 1836-cı ildə bağlanmışdır.

Lakin nədənsə tədqiqatçıların çoxu albanlarla ermənilər

arasındakı kilsə mübahisələrini bir qədər qərəzlə işıqlandırır. Belə ki,

külli miqdarda sənədlərin və çoxlu ciddi tədqiqat nəticələrinin əksinə

olaraq, Nerses Akinyanın və S.T.Yeremyanın məqalələrində,

A.L.Yakobsonun məqaləsində və K.V.Treverin yuxarıda adı çəkilən

əsərində iki düşmən kilsənin mübarizə tarixi tamamilə, yaxud qismən

qriqoryan kilsəsinin mənafeyi nöqteyi-nəzərindən işıqlandırılır.

K.Patkanov, N.Y.Marr, İ.A.Cavaxov, İ.P.Petruşevski, A.S

Vartapetov, T.İ.Ter-Qriqoryan və digər müəlliflərin əsərlərindən

görünür ki, VII əsrdə Azərbaycanın şimalında əhali qriqoryan

kilsəsinin himayəsi altında olmamış və qriqoryanlıq onlara zorla

qəbul etdirilmişdir.



37

Orta əsrlər dövründə alban və gürcü kilsələrinin erməni

kilsəsi ilə qarşılıqlı münasibətləri və mübarizəsi məsələsi isə hələ

tədqiq edilməyə möhtacdır.

Azərbaycan tarixində Xəzər problemi mühüm yer tutur.

Məlum olduğu kimi, ölkənin şimal hissəsində xəzərlər 150 ilə yaxın

ağalıq etmiş və ölkənin cənubuna, Xilafətin içərilərinə tərəf dağıdıcı

basqınlar etmişlər.

Xəzər xaqanlığı və xəzərlərin Qafqaz ölkələrinə hücumları

haqqında mənbələrdə çoxlu məlumat vardır; bu barədə bir neçə əsər

də yazılmışdır ki, bunlann içərisində M.İ.Artamonov və

D.M.Danlopun kitablarını, M.Kmoşko, A J.Krımski, Z.M.Bünyadov,

K.Tseqledi, S.B.Şişmanın məqalələrini qeyd etmək lazımdır.

Xəzərlərin Albaniyada nə qədər qaldıqları haqqında iki rəy vardır.

Bunlardan biri A.J.Krımskinin rəyidir ki, xəzərlərin burada 100 il

qaldığını qeyd edir; ikinci rəy isə M.İ.Artamonovundur, onun

fikrincə, xəzərlər bu ölkədə cəmi üç il ağalıq etmişlər. Mənbələrdə

verilən məlumatı  ətraflı öyrənmək və tutuşdurmaqla müəyyən etdik

ki, həqiqətdə xəzərlər ölkədə 150 ildən də çox qalmışlar, beləliklə,

M.İ.Artamonovun tezisi rədd edilmiş olur.

Bu vaxtadək heç tədqiq edilməyən çox ciddi məsələlərdən

biri də  ərəblərin Azərbaycan ərazisində məskən salması haqqında

vaxtilə P.K.Juzenin irəli sürdüyü problemdir. Bu problem haqqında

V.V.Bartoldun "Müsəlman aləmi" əsərində, P.K.Juzenin

“Zaqafqaziyada IX-X əsrlərdə mütəcəlliblər", M.H.Vəliyevin

“Azərbaycan əhalisi etnoqrafık xəzinə "muzeyidir", N.K.Zeydlisin

“Bakı quberniyasının etnoqrafik oçerki", A.N.Genkonun "Ərəb dili

və qafqazşünaslıq" əsərində və bir sıra başqa müəlliflərin qeydləri

vardır.

Bu əsərdə biz mənbələrin köməyi ilə  ərəb qəbilələrinin



Azərbaycanda yerləşdirilməsi tarixini izləyib, tarixşünaslıqdakı bu

boşluğu doldurmağa çalışacağıq.

Azərbaycanın tədqiq etdiyimiz dövrdəki tarixini öyrənmək

üçün ölkədə ərəblərin vergi siyasətinə və torpaq münasibətlərinə dair

məsələnin böyük əhəmiyyəti vardır. Bu münasibətlər həmin

torpaqların əhali ilə dinclik şəraitində bağlanan müqavilələr əsasında




38

tutulmasından ("sülhən"), yoxsa silah gücünə  ələ keçirilmiş

olmasından ("ənvətən") asılı idi. Bu məsələ ilə Vətən tarixçilərindən

V.Girqas və V.V.Bartold ("Xəlifə II Ömər və onun şəxsiyyəti

haqqında ziddiyyətli xəbərlər") məşğul olmuşlar. Tədqiq etdiyimiz

dövrdə Azərbaycanda torpaq kateqoriyaları və əhalidən alınan vergi

növləri məsələsini öyrənməkdə A.J.Yakubovskinin və

Y.A.Belyayevin əsərləri bizə kömək etdi. Azərbaycan şimalda və

şimal-qərbdə yerləşən ölkələrlə Bağdadın tranzit ticarətində

yükboşaltma məntəqəsi idi. Xilafətin ümumi ticarət sistemində

Azərbaycan ticarət mərkəzlərinin oynadığı rolu tədqiq edərkən

Ş.A.Mesxianın "IX-XIİI əsrlərdə feodal gürcü şəhərləri tarixindən"

və Y.A.Manandyanın "Qədim dövrlərin dünya  ticarəti ilə  əlaqədar

olaraq Ermənistan ticarəti və  şəhərləri haqqında”əsərini də gözdən

keçirdik. Hər iki əsər öz quruluşu etibarı ilə, həmçinin VII-IX

əsrlərdə Gürcüstan və Ermənistan iqtisadiyyatının təşkilinə dair

çıxarılan nəticələrinə görə maraqlıdır.

Azərbaycanda pul tədavülü məsələlərini tədqiq etmək üçün

professor Y.A.Paxomovun Azərbaycan, Gürcüstan və digər ölkələrin

numizmatikasına dair əsərləri çox qiymətlidir.

Azərbaycanın qocaman arxeoloqu İ.M.Cəfərzadənin "Köhnə

Gəncənin tarixi-arxeoloji oçerki" əsəri, Y.A.Paxomov, V.M.Sısoyev

və L.P.Taşçyanın Bərdə haqqında məqalələri, M.Altmanın Gəncə,

M.X.Şəriflinin Şamaxı, V.F.Minorskinin Qazax, S.M.Qazıyev və

O.Ş.İsmizadənin Qəbələ, R.M.Vahidovun Mingəçevir, Y.A.Paxomov

və Q.M.Əhmədovun Örənqala (Beyləqan) haqqında əsərləri

Azərbaycanın iri şəhərlərinin meydana gəlməsi və inkişafı tarixinə

həsr olunmuşdur.

Xilafətə qarşı Azərbaycan xalq kütlələrinin hərəkatını və

Babəkin rəhbərlik etdiyi xürrəmilər üsyanını tədqiq edərkən, hər

şeydən əvvəl, "xürrəm" termininin mənşəyini izah etməyə çalışdıq.

Bu termin haqqında, həmçinin xürrəmilər dini barəsində mövcud

olan bütün nöqteyi-nəzərləri ətraflı təhlil edərkən bu nəticəyə gəldik

ki, "xürrəm" terminini Q.Vayl, Y.A.Manandyan, Q.Flyugel, V.Myur,

Q.van Floten, İ.Velhauzen və digər tədqiqatçıları əsərlərində olduğu

kimi izah etmək olmaz. Həmin tədqiqatçılar xürrəmiləri hər cür




Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə