Azərbaycan VII-IX əsrləRDƏ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə11/156
tarix01.08.2018
ölçüsü2,81 Mb.
#60576
1   ...   7   8   9   10   11   12   13   14   ...   156

33

tarixinin bir sıra prinsipial məsələlərini işıqlandırır.

N.V.Piqulevskayanın tədqiqatları bizi bir daha inandırmışdır ki,

ərəblər Azərbaycanda yeritdikləri inzibati siyasəti və idarə sistemini

öz sələfləri olan Sasani və Bizans imperiyalarından əxz etmişdilər.

N.Adons


1

 və  K.Patkanovun

2

 tədqiqatları  da  Azərbaycanın



ərəb istilası dövrü tarixini öyrənmək üçün qiymətlidir, çünki bu

tədqiqatlarda təkcə Ermənistanın deyil, Azərbaycan və Gürcüstanın

da daxili tarixi məsələləri işıqlandırılır. Azərbaycan tarixinin

tədqiqatçısı üçün görkəmli bizansşünaslardan F.İ.Uspenski,

Y.M.Kulakovski, A.A.Vasilyev, Q.Laskin və başqalarının əsərləri də

faydalıdır. Bu əsərlərdə Azərbaycan ərazisindəki dövlətlərin Bizans

ilə qarşılıqlı münasibətlərinin tarixinə, İran-Bizans müharibələri

zamanı Bizans qoşunlarının Azərbaycanda fəaliyyətinə, VII-IX

əsrlərdə Bizans imperatorlarının Azərbaycan hakimləri ilə qarşılıqlı

münasibətlərinə dair bir sıra maraqlı məlumat və müşahidə materialı

vardır.

VII əsrdə Albaniyada meydana gəlmiş antifeodal pavlikianlar



hərəkatı məsələsi Azərbaycan tarixində yeni problemdir.

Ermənistanın qədim əlyazmaları mühafızə olunan Matenadaranda

pavlikianlar haqqında mövcud əsərlər belə bir cəhəti müəyyən

etməyə imkan vermişdir ki, bu hərəkat məhz Albaniyada meydana

gəlmiş və buradan Ermənistan və Bizansa keçmişdir. Buna görə də

pavlikianlar hərəkatının guya Ermənistanda meydana gəldiyi barədə

bu vaxtadək mövcud olan mülahizə

3

 əsassız sayılmalıdır.



1

Burada və sonralar qeyd olunacaq müəlliflərin əsərləri ədəbiyyat

siyahısında verilir.

2

К.П.Патканов. Опыт  истории  династии  Сасанидов  по  сведениям,



сообщаемым армянскими писателями, ч.  XIV, CП6., 1869.

3

Г.Мелик-Бахшян. Павликианское  движение  в  Армении. Ереван,



1955; А.Г.Иоаннисян. Очерки истории армянской освободительной мысли, т.

1. Ереван, 1957 (erm.dilində); С.Т.Еремян. Раннефеодальная  культура

Армении. Очерки истории СССР, III-IX вв., М., 1958



34

Q.M.Bartikyanın əsəri də pavlikianlar hərəkatına həsr

olunmuşdur, Müəllifin gətirdiyi sənədlərə (Partav kilsə yığıncağının

706-707-ci illərdə qəbul etdiyi qərarlar) əsasən bu hərəkatın meydana

gəldiyi tarixi və yeri müəyyən etmək olar.

T.İ.Ter-Qriqoryanın Azərbaycan Elmlər Akademiyası Tarix

İnstitutunun elmi arxivində saxlanılan "Azərbaycan III-VII əsrlərdə",

Moisey Kalankatuklunun "Alban ölkəsinin tarixi məsələsinə dair"

dərc olunmamış  əsərlərində  ərəb istilasından əvvəlki Azərbaycan

haqqında bir çox maraqlı məlumat vardır.

Ərəb istilasından əvvəlki Azərbaycanın orta əsrlər

şəhərlərinin həyatına dair məsələləri tədqiq etmək üçün Azərbaycan

tarixçiləri və arxeoloqlarından Y.A.Paxomov, Q.M.Aslanov,

Q.M.Əhmədov, İ.M.Cəfərzadə, S.M.Qazıyev, R.M.Vahidov və

Z.İ.Yampolskinin əsərlərindən istifadə etmişik. Qazıntılar zamanı

əldə edilən materiallara həmçinin mənbələrə  əsasən müəyyən

edilmişdir ki, Qafqaz albanlarının gürcü və erməni yazıları ilə ümumi

əlamətləri  olan  öz  yazısı  olmuşdur.  Qeyd  etmək  lazımdır  ki,  bu

məsələnin öyrənilməsində akademiklərdən A.Q.Şanidze, Ş.Abuladze,

L.M.Melikset-Bek və Z.İ.Yampolskinin böyük xidməti olmuşdur.

K.V.Treverin  əsəri  eramızdan  əvvəl  IV  əsrdən  eramızın  VII

əsrinə qədər Albaniyanın tarixi və mədəniyyəti aspektlərinin

öyrənilməsinə həsr edilmişdir. Əsər ona görə maraq doğurur ki,

burada ölkənin tarixi və arxeologiyasına dair materiallar birlikdə

toplanmışdır. Bir sıra nəticələrinin mübahisəli olmasına baxmayaraq,

K.V. Treverin kitabı Azərbaycanın (Albaniyanın) orta əsrlər tarixi ilə

maraqlananlara lazımi kömək göstərə bilər.

Öz əsərlərində Azərbaycanın ərəb istilasından əvvəlki

dövrünün tarixinə diqqət yetirən xarici tarixçilərdən, Sasanilər

imperiyasının tarixinə dair böyük bir tədqiqatın müəllifı olan

Q.Raulinsonu, "Sasanilər zamanında  İran"  əsərinin müəllifi

A.Kristenseni, "Sasanilər dövründə Qafqaz və Ermənistanın hərbi

cəhətdən müstəmləkəyə  çevrilməsi"  adlı  məqalənin müəllifi

C.Kramersi, "Bizans imperiyasının tarixi" çoxcildli əsərinin müəllifı

Ş.Lebonu, "Atropatenada Roma və Bizans müharibələri" adlı

məqalənin müəllifi V.Minorskini, Qafqazdan Bizans ərazisinə




35

mühacirət etmiş, pavlikianlar haqqında məqalə yazmış Q.le Strenci

göstərmək olar.

Vyanada çıxan "Handes Amsoria" jurnalının redaktoru

mxitarist N.Akinyan bütün xarici tədqiqatçılar arasında xüsusi

mövqe tutur. İllərdən bəri N.Akinyan Moisey Kalankatuklu

(Dasxuranlının) "Ağvan tarixi"ni tənqidi surətdə təhlil edən

məqalələr yazır. Bir cəhəti qeyd etməmək haqsızlıq olardı ki,

N.Akinyan Qafqazda qriqoryan kilsəsinin ilkinliyi məsələsinə dair

yazılarında məsələdən dərindən baş çıxardığını göstərir, fıkrini isbat

etmək üçün hətta mümkün olmayan hər şeyi edir. Özünün hər bir

yeni məqaləsində N.Akinyan daha faydalı işlərdə tətbiq olunmağa

layiq böyük məharət və dəqiqliklə orta əsr "yalançılarının", yəni

Albaniya tarixinin müstəqil inkişafı lehinə danışmağa cüzi də olsa

səy göstərmiş tarixçi və xronika müəlliflərinin əleyhinə çıxır.

Albaniya tarixçisi Moisey Kalankatuklu haqqındakı bütün

məqalələrində N.Akinyan tarixi həqiqəti təhrif etməyə çalışır ki,

bizim bəzi müasir tədqiqatçılar da təəssüf ki, bundan istifadə edirlər.

Misal üçün, N.Akinyan belə hesab edir ki, "Ağvan tarixi"nin

müəllifi Moisey Kalankatuklu, demək olar ki, bütün hadisələri

erməni müəlliflərinin əsərlərindən sadəcə olaraq köçürmüşdür və

buna görə həmin mənbə  əhəmiyyətsiz bir şeydir. Daha sonra

N.Akinyan “Ağvan tarixi"nin müəllifini bir çox hadisə və

şəxsiyyətləri özündən uydurmaqda ittiham edir. N.Akinyan bunların

sırasına alban knyazı Cavanşiri də daxil edərək iddia edir ki,

"ümumiyyətlə belə bir knyaz heç olmamışdır".

Lakin N.Akinyanın məqalələrində Gürcüstan katolikosu

Kürion və Albaniya katolikosu Viro haqqında maraqlı məlumatlar

vardır; müəllif bu məlumatı Vyanada mxitaristlər kitabxanasında

saxlanılan nadir əlyazmalarından götürmüşdür.

Azərbaycan əhalisinin bir qisminə islam dininin, digər

qisminə isə qriqoryan dininin qəbul etdirilməsi ciddi məsələlərdəndir.

Ərəb istilasına məruz qalmış ölkələrdə islam dininin yayılması

haqqında istər tədqiqat xarakteri daşıyan, istərsə də kütləvi xarakterli

bir çox əsər yazılmışdır. Ərəb istilasına qədər Azərbaycan əhalisinin

bir qismi (cənubda yaşayanlar) atəşpərəst; digər qismi isə (şimalda




Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə