Azərbaycan VII-IX əsrləRDƏ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə21/156
tarix01.08.2018
ölçüsü2,81 Mb.
#60576
1   ...   17   18   19   20   21   22   23   24   ...   156

64

Sasanilərlə müharibəsi zamanı  İrakli xəzərlər adlanan Şərq türkləri

ilə ittifaq bağladı. Onlar xaqandan sonra ən böyük şəxs sayılan [Cebu

Xaqanın] rəhbərliyi ilə Atrpatakan əyalətinə soxuldular

1

, Xəzərlərin



bu hücumu "Ağvan tarixi"ndə  əks olunmuşdur; burada deyilir:

"xəzərlərin saysız-hesabsız quldur dəstələri İraklinin buyruğu ilə

ölkəmizə [Albaniyaya] basqınlar edirdi"

2

.



Ölkəyə soxulan xəzərlər birinci zərbəni Dərbəndə endirdilər.

Onlar şəhəri uzun müddət mühasirəyə alandan sonra Dərbəndin

"gözəl hasarlarını" dağıtdılar; halbuki İran şahları bu hasarları

çəkmək üçün memarları səfərbərliyə alıb bir çox müxtəlif materiallar

axtarmaqla ölkəmizi [Albaniyanı] taqətdən salmışdılar"

3

. Xəzərlər



şəhəri alarkən əhaliyə qarşı o qədər rəhmsizlik göstərdilər ki,

Albaniya əhalisi arasında çaxnaşma başlandı. Çoxlu adam öz evi və

əmlakını buraxıb ölkənin paytaxtı Partava üz qoydu, lakin xalq

"yırtıcı canavarlardan" o qədər qorxmuşdu ki, "keçilməz Arsax

dağlarında özünə sığınaq axtarmağa başladı". Xəzərlər isə Partavı

alıb "baş verən əhvalatdan xəbərdar olan kimi, qaçanları təqib edərək

onların bir hissəsinə çatdılar"

4

. Xəzərlər Albaniya ərazisini işğal



etdikdən sonra Tiflisə tərəf getdilər və burada impertor İraklinin

orduları ilə görüşdülər

5

.

1



Diokletiandan padşah Mixail və onun oğlu Feofilakt padşahadək

bizanslı Feofanın salnaməsi, səh. 235; С.Баратов. История Грузии, стр. 69.

2

История  Агван, стр. 103/81-82; müqayisə et: M.Kmoşko. Araplar ve



Hazarlar, s. 133.

3

История  Агван, стр. 105/83; müqayisə et: А.Ю.Якубовский. Ибн



Мискавейх о походе руссов в Берда'a, стр. 74.

4

История  Агван, стр. 160/84; müqayisə et: А.Ю.Якубовский. Sitat



gətirilən əsəri, стр. 75; К.П.Патканов. Опыт  по  истории  династии

Сасанидов…, стр. 69-70.

5

Е.С.Такайшвили. Источники  грузинских  летописей…, стр. 44, 125-



132;  История  Агван, стр. 107; müqayisə et: Ю.Кулаковский. История

Византии, т. III, стр. 93; M.İ.Artamonov. Sitat gətirilən əsəri, səh. 56.




65

Qış başlananda xəzərlər "padşah [İrakli] ilə birlikdə

qatlaşmalı olduqları zəhmətə tab gətirməyərək yavaş-yavaş sovuşub

getməyə başladılar və nəhayət, onu tərk edib qayıtdılar"

1

. Lakin qırx



minlik ordusu Tiflisdən çəkiləndən sonra Qafqaz dağ  ətəklərində

Qəbələ rayonunda qışlayaraq, Albaniyada qalmaqda davam edirdi.

Aradan bir neçə ay keçmədi ki, "ikinci dəfə  şimal küləyi əsməyə

basladı... və  şimal yırtıcısı

2

 (xəzərlər  - Z.B.) özünün qaniçən bala



qartalı Şat ilə yürüşə çıxdı"

3

.



Xəzər xaqanı Albaniya üzərinə ikinci dəfə ordu göndərəndə

öz oğlu Şata belə tapşırıq verdi: "Əgər onların ölkəsinin

[Albaniyanın] hakim və  əyanları mənim oğlumu qarşılayıb öz

ölkələrini onun tabeliyinə verərlərsə, şəhərləri, qalaları və ticarəti

mənim qoşunlarıma təslim edərlərsə, siz də imkan verin onlar

yaşayıb mənə qulluq etsinlər. Yox əgər onlar belə etməsələr, onda

qoy sizin gözləriniz 15 yaşından yuxarı kişi nəslinə rəhm etməsin və

onları (15 yaşınadək oğlanları - Z.B.) qadınlarla bərabər mənə və

özünüzə qul və kəniz kimi saxlayın"

4

.



Albaniyaya soxulan Şat İran şahının canişini Albaniya

mərzbanı Sema Vştnasın və katolikos Vironun yanına elçilər

göndərib tələb etdi ki, ölkəni onun tabeliyinə versinlər. Mərzban

Şatın ultimatumunu rədd etdi, "bütün malını və ölkədən oğurladığı

bir çox şeyləri özü ilə götürüb canını qurtarmaq üçün İran ölkəsinə

qaçdı"


5

.

Mərzban qaçdıqdan sonra, Azərbaycanın yeganə başçısı



olaraq qalan katolikos Viro, "ölkəni dağıntı və fəlakətdən xilas etmək

üçün"


6

 xəzərlərlə danışığa girdi və bu məqsədlə 629-cu ilin

martaprelində Şatın qərargahına getdi.

1

Летопись византийца Феофана…, стр. 236.



2

 Yəqin 629-cu ilin yayında.

3

История Агван, стр. 119/94.



4

 Yenə orada, səh. 121/95.      .

5

Yenə orada.



6

Yenə orada.




66

Viro İran şahına məktub göndərərək xəzərlərə qarşı kömək

istədi və Ktesifondan cavab və kömək gələnədək Şat ilə danışıqları

süründürməyə başladı. Lakin katolikos İrandan əbəs yerə cavab

gözləyirdi - şah sarayı taxt üstündə edilən daxili mübarizə ilə məşğul

idi; odur ki, Vironun çağırışlarına diqqət verən olmadı.

Xəzərlər Vironun taktikasını tez başa düşdülər, buna görə də

danışıqları kəsib "Albaniyadakı müxtəlif vilayət və kəndləri, su axarı

və çayları, bulaq və meşələri, dağ və dərələri qabaqcadan püşk ilə öz

aralarında bölüşdülər və hamılıqla müəyyən bir vaxtda, dağıdıcı

basqınlarına başladılar. Ölkəmiz başdan-başa lərzə içində titrəyirdi"

1

.



Bu dəfə Arsax vilayətinin keçilməz dağları da Albaniya əhalisini

xilas edə bilmədi; halbuki adamlar həmişə yadellilərin hücumu

zamanı bu dağlarda gizlənirdilər.

Basqınların qızğın çağında xəzərlər ikinci dəfə Vironun

yanına elçilər göndərdilər. Elçilərin başçısı katolikosa belə dedi:

"Mən əmr etdiyim kimi hərəkət et (yəni ölkəni təslim et - Z.B.), onda

sən, sənin evin və sənin torpağında qalanların hamısı nicat tapar.

Əgər sən boyun qaçırsan, mənim əmrimlə səni tutub zorla mənim

yanıma gətirəcəklər"

2

. Onda katolikos Viro "padşah xanədanından



olan bütün baş  şahzadələri və bu [Alban] padşahlığın əyanlarını,

əyalətlərin hakimləri və kətxudaları, habelə keşişləri, dyakonları və

başqa ruhaniləri" öz yanına çağırıb, ölkənin gələcək taleyi haqqında

onlarla məsləhətləşdi. Viro tezliklə qərar qəbul olunmasını tələb etdi,

"çünki gələn elçi Vironu buna məcbur edirdi"

3

. Yığıncağa gələnlər



bütünlüklə katolikosun etibar və müdrikliyinə  əmin olduqlarını

bildirib, ondan xahiş etdilər ki, yubanmadan qərar qəbul etsin. Onda

Viro toplananların hər birinə təklif etdi ki, öz maddi vəziyyətinə

uyğun olaraq onun yanına "qızıl, gümüş və paltar" gətirsinlər, həm də

1

История Агван, стр. 122/97.



2

Yenə orada, səh. 123/97; xəzərlərin Albaniyaya basqınının təfsilatı

haqqında b a x: З.М.Буниятов. О длительности пребывания хазар в Албании в

VII-VIII вв., стр. 21-34.

3

История Агван, стр. 124/98.




Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə