Azərbaycan VII-IX əsrləRDƏ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə23/156
tarix01.08.2018
ölçüsü2,81 Mb.
#60576
1   ...   19   20   21   22   23   24   25   26   ...   156

70

"Zaqafqaziyada türkütlər (xəzərlər - Z.B.) haqqında "Alban tarixi"nin

ətraflı məlumatı bununla (xəzərlərin məğlubiyyətindən sonra - Z.B.)

bitir, bundan sonra nə varsa, hamısı him və eyhamlardan

toxunmuşdur"

1

.



M.İ.Artamonov L.N.Qumilyevin

2

 fərziyyələrinə  əsaslanaraq



bu faktı  əsassız hesab edir ki, "M.Kalankatuklu L.N.Qumilyevin

"türkütlər" adlandırdığını "xəzərlər adlandırır və xəzərlərin qısa

müddət üçün Albaniyada olmamasını 630-cu ildə Qərbi türkütlər

xaqanlığındakı hadisələrlə əlaqələndirir"

3

.

Lakin M.İ.Artamonovun bu fıkri ilə razılaşmaq olmaz ki,



xəzərlər məğlubiyyətə uğradıqdan sonra Albaniyanı həmişəlik tərk

etdilər.


Qeyd etdiyimiz kimi, hələ Xosrov Ənuşirəvan dövründə

Albaniyaya 10 min xəzər köçürülmüşdü, xəzərlərin əlində olan

Qəbələ

4

şəhərində onların inzibati mərkəzi yerləşirdi



5

; çox ehtimal ki,

ki, xəzərlər cənuba doğru növbəti hücumları zamanı məğlubiyyətə

uğradıqda, M.İ.Artamonovun dediyi kimi, Albaniyanı tərk etmədilər,

sadəcə Albaniya ərazisində əvvəlki hərəkət yerinə, Qəbələ rayonuna

qayıtdılar. Burada onlar öz soyğunçu yürüşləri üçün əlverişli

hadisələrin baş verməsini gözləməyə başlayaraq, qərbdə çox ehtimal

ki, Gürcüstan sərhədlərinədək, cənubda isə Kür çayınadək uzanan,

şübhəsiz, böyük bir ərazini nəzarət altında saxladılar. Onlar şərqdə öz

mərkəzi hakimiyyətlərilə daimi əlaqə saxlayaraq təkcə Dərbənd

1

 Л.И.Артомонов. Истории хазар, стр. 153.



2

Л.Н.Гумиле. "История хазар" mətninə qeydlər, səh. 154-155.

3

М.И.Артамонов. "История хазар", стр. 154, 155. Xəzərlərin Albaniyada



qalmaları müddətinin nə qədər olduğuna gəlincə, bu məsələ M.İ.Artamonovun yeni

əsərində  əsla öz əksini tapmır; habelə demək lazımdır ki, onun A.Y.Krımski ile

mübahisəyə girişməsi də bu dəfə nəzərə çarpmır.

4

Əl-Bəlazuri, səh. 193



5

A.Y.Krımski. Sitat göstərilən əsəri, səh. 298. Xəzərlər onda nəinki

Qəbələdə, indiki Qusar və Mingəçevir şəhərlərinin ərazisində yaşamışlar.

Mingəçevir və Sarkelin katakomba şəkilli qəbirlərin oxşarlığı bizi bunda əmin edir.

Qəbələ və digər qonşu vilayətlərin ərazisində indi də "Xəzəri" adlı kəndlər vardır.



71

keçidini deyil, Dərbənddən qərbdəki bütün dağ keçidlərini (Ağbulaq,

Salavat keçidləri, Bazardüzü dağındakı iki keçidi) də diqqətlə nəzarət

altında saxlayırdılar, çünki bu keçidlərdən ən qısa müddətdə

Albaniya ərazisinə qoşun yeritmək olardı.

Xəzərlərin Arran əhalisinə münasibəti haqqında "Azərbaycan

tarixi"ndən verilən izahat heyrətə səbəb olur, çünki burada deyilir ki,

İranla Bizans arasındakı müharibələr zamanı xəzərlər "albanlarla

dostlaşıb onlarla birlikdə Bizans qoşununu düşməncəsinə

qarşıladılar"

1

. Gətirilən material bunun əksini göstərir.



Beləliklə, deyilənlərə yekun vuraraq, belə nəticəyə gəlmək

olar ki, ərəblərin hücumu zamanı Azərbaycanın bütün cənub hissəsi

Sasanilər imperiyasının tərkibində qalmaqda davam edirdi.

Azərbaycanın şimalı (Arran, Albaniya) isə Qafqaz dağ  ətəklərində

yerləşən xəzərlərin tez-tez hücumlarına məruz qalırdı. Eyni zamanda

ölkədə Sasanilər canişini mərzban qalırdı ki, bu da Albaniyanın

İrandan vassal kimi asılı olduğunu göstərir. Eyni zamanda Arran

xəzərlərə böyük məbləğdə bac verməli olurdu, xəzərlərlə bir çox il

ərzində edilən mübarizə isə  ərəblərin ölkəni istila etmələrində öz

rolunu oynadı.

İstər yazılı mənbələr, istərsə xüsusilə arxeoloji qazıntı

materialı VI əsrin axırı və VII əsrin əvvəllərində ölkənin mədəni

siması haqqında bizə məlumat verir. Mənbələr göstərir ki, V əsrin

əvvəllərində Azərbaycanın şimal hissəsinin (Arran) öz əlifbası

olmuşdur

2

və bu əlifbanın gürcü və erməni əlifbaları ilə ümumi oxşar



cəhətləri var imiş. Hələ V əsrdə Arranda zəngin ədəbiyyat var idi,

lakin sonralar bu ədəbiyyat yox olmuşdur

3

.

1



Azərbaycan tarixi, I c., səh. 95.

2

М.Хоренский. История  Армении, стр. 211; История  Агван, стр. 70,



89/54,  69;  Корюн.  Житие  Маштоца,  л.  20.  Bax  St.  Strelcyn.  Sur  une  tradition

ethiopienne d'origine yemenite conseruant l'ecritur, p/ 265-267;  Н.В.Пигулевская.

К вопросу о "письменных" народах древности, стр. 336-339.

3

A.Diringer. The Alphabet,. p. 325-327; N.Kurdian. The Newly



Discovered Alphabet, p. 81-83.


72

Arran (Alban) əlifbası hərflərinin sayı haqqında müxtəlif

fıkirlər vardır. Məsələn, N.Karamyans belə hesab edir ki, hərflərin

sayı 21 idi

1

, Ellis Minns belə güman edir ki, hərflərin sayı 32 imiş



2

.

Lakin A.Q.Şanidze və digər tədqiqatçılar belə hesab edirlər ki,



hərflərin sayı 52 olmuşdur

3

. Bu o demək deyildir ki, Arranda yalnız



bir əlifba, bir yazı olmuşdur. Ola bilər tapılmış  əlifba, ölkədə

işlədilmiş bir neçə  əlifbadan biri imiş; A.Q.Şanidze deyir ki, "çox

ehtimal, Arranda təkcə bir xalqın deyil, bir neçə xalqın öz milli yazısı

olmuşdur"

4

.

Mingəçevirdəki arxeoloji qazıntılar zamanı tikinti hissələri və



saxsı qablar üzərində alban oyma yazılarının bir neçə parçası

tapılmışdır. Bunlardan biri Mingəçevirin qədim ibadətgahı üzərində

oyulub yazılmışdır. Bu ibadətgahın yerləşdiyi ərazidə tapılan saxsı

qablar üzərində də belə yazılar vardır

5

. Bundan başqa, üzərində alban



yazısının 21 hərfı olan kirəmit parçaları

6

, qırmızı gildən qayırılmış



qabın bir tikəsi üzərində, ehtimal, alban yazısı

7

, ölçüsü 67x62 və



üzərində  62  hərf  olan  böyük  daş  və  49  hərfı  olan  gil  şamdan

tapılmışdır

8

.

1



N.Karamianz. Einundzwanzig Buchstaden..., p. 315.

2

A.Diringer. Göstərilən əsəri, səh 327.



3

А.Шанидзе. Новооткрытый  алфавит  кавказских  албанцев  и  его

значение  для  науки; yenə onun: Порядок  букв  грузинского, армянского  и

албанского алфавитов, стр.37

;

И.Абуладзе. К открытию алфавита кавказских



албанцев, стр. 69-71; Л.М.Меликсет-Бек. По поводу заметки о письменности

у  кавказских  албанцев, стр. 561-563; yenə onun: K вonpocу  о  генезисе

армянского, грузинского  т  албанского  алфавитов, стр. 45-68; həmçinin bax:

Р.Ачарян. Албанский алавит, стр. 3.

4

А.Шанидзе. Новооткрытый алфавит…, стр. 56



5

S.M.Qazıyev. Mingəçevirdə alban yazısı; R.M.Vahidov. Sitat gətirilən

əsəri, səh.137-138.

6

Т.И.Голубкина. Еще одна албанская надпись в Мингечауре, стр. 234-



236.

7

S.M.Qazıyev. 1949-cu ildə Mingəçevirdə yeni arxeoloji tapıntı, səh. 397.



8

R.M.Vahidov. Alban yazısı olan gil şamdan parçası, səh. 4; yenə onun,

Mingəçevir III-VIII əsrlərdə, səh. 138-139; R.V.Vahidov və V.T.Fomenko.



Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə