400
№ 62
Altmış ikinci iclas
4 avqust 1919-cu il.
Rəis - doktor Həsən bəy Ağayev.
Katib - Mehdi bəy Hacınski.
Rəis - İclas saat ona təyin edilmişdi. İndi isə saat 12-yə 20 dəqiqə qalmışdır. Lakin, yenə də məclisdə
kvorum olmadığı üçün iclası qapamağa məcburam" - deyib iclası qapadı.
Arxiv: f.895, siy.1, vər.77.
401
№ 63
Altmış üçüncü iclas
7 avqust 1919-cu il.
Rəis - doktor Həsən bəy Ağayev.
Katib - Əhməd Cövdət Pepinov.
Müzakireyi-yomiyyə:
1.Daxil olmuş kağızlar, o cümlədən:
a/Rəisə ikinci müavin intixabi haqqında; b/Daxiliyyə nəzarəti idarəsindəki, məmuriyyətin artırılması üçün
114.275 manatın buraxılması və ştat xaricində olan məmurlara da 11452 manat 75 qəpik faiz üzərinə maaş
əlavəsinin verilməsi haqqında; v/Azərbaycanla Ermənistan arasında ticarət müqavilənaməsi haqqında;
q/Azərbaycan cümhuriyyəti nəzarətlərinin mali smetaları və hökumət büdcəsinin tərtibi ifası, buraxılması və
təlifi xüsusundaki müvəqqəti qərardad; d/Dəmiryolu mövqeyi "Yalamada" ikinci dərəcəli gömrükxana təsisi
haqqında; e/Xəmir
[915 - 916]
mayaları, papiros kağızları və gilizləri, həmçinin çaydan alınan aksiz vergisinin
artırılması haqqında.
2.Şəhər bələdiyyə idarələri seçkiləri haqqında qanunun üçüncü qiraəti; 3-Azərbaycan təbəəliyi haqqında
layiheyi-qanuniyyə; 4-Kulçi vergisi nizamnaməsinin qəvaizinin təbdili və kulçi vergisinin təmin etmək üçün
rəhni qəbulu haqqında layihə; 5-Sülh məhkəmələrinin cinayət işlərində dairəyi-nüfuzunun tövsihi və sülh
hakimləri hökmünün təqviyəsilə əmvali xassəyə qarşı icra edilən bəzi cinayətlərə biçiləcək qanunların təbdil və
təğyiri haqqında layihə; 6-Spirt məhsulatından alınan aksiz vergisi miqdarlarının artırılması haqqında layihə; 7-
Azərbaycan hökuməti sərhəddində mühafizə polku təsisi haqqında layihə; 8-Tövçü vergisinin artırılması ilə
bərabər topraq gəlir və məxaric smetasının və torpaq vergisi miqdarının təhdidi haqqında; 9-Nəşri-elan
haqqında; 10-Maliyyə nəzarəti şurası haqqında; 11-Fabrika inspeksiyasına dair qəvaidin müvəqqətən təğyiri
haqqında; 12-İttihad fraksiyasının hökumətə sualı; 13-Ümumi tamaşaxana və əyləncəxana yerlərindən alınan
müvəqqəti verginin hökümət məbaliği-müstəhfizəsinə idxalı haqqında; 14-həmin sənə üçün İrəvan ümuri-
xeyriyyə naziri vəkilinin maaşı və onun idarəsi məsarifatı üçün məzkur nazirə 177.000 rüblə kredit açılması
haqqında; 15-Tamğa rüsumatı qanunnaməsinin bəzi maddələrinin təbdili və rüsum miqdarlarının təzyidi
haqqında; 16-Şəhadətnaməsiz olan içki ticarətinə cərimələrin qüvvələnməyi haqqında; 17-Bakı xəzinə palatası
müdiri müavinliyi vəzifəsinin ləğvi haqqında.
1-Rəis daxil olmuş yeni layiheyi-qanuniyyələrdən birincisi maliyyə və büdcə komisyonuna və üç axırıncı
layihəni də ləvayehi-qanuniyyə komisyonuna veriləcəyini bəyan etdi.
Müzakireyi-yomiyyənin 17-ci maddəsini ki, layihənin beşinci maddəyə keçirilməsi verilməsinin təklif üzrə
məlum edərək qəbul edildi. Bugünki iclasda Şamaxı qəzasından (intixab edilmiş məbus Şıxəlibəyov Asif bəyin
iştirak etdiyini əlan etdi. Keçən iclasda siyahini imza edib, məclisdə isbati-vücud etməyən üzvlərdən yalnız
Bəhram bəy Axundovun üzri-şəriyyəsi olduğundan (qardaşı oğlu qətl olmuş) cərimədən azad olmaqla bərabər
başqalarının (Pepinov Əhməd bəy, Şıxzamanov Məmmədbağır, Qarayev Əliheydər, Cəmalbəyov Qasım bəydən
[916 - 917]
iki qat cərimə alınmasını təklif etdi. Bu babda Qasım bəy Caməlbəyov, Şıxzamanov Məmmədbağır,
Əhməd bəy Pepinov etirazən bəyanat verdilər isə də, Rəis qəbul etməyərək təklifi iki dəfə səsə qoyaraq
əksəriyyəti-ara ilə qəbul edildi.
Ağa bəy Səfərəliyev bitərəflər fraksiyasına keçdiyini məlum etdi. 21 iyul iclasından etibarən iclaslarda
iştirak etməyən üzv Məmmədbəyov Qazi Əhmədin məzurati-məşruəsinə binaən gəlmədiyi haqqında fraksiya
tərəfindən məktubla xəbər verildiyi və xəstə olduğunu təyid edici Murud iki raportdan dəxi təhqiq etdiyi
bəyənilə tənəffüs əsnasında rəisə ikinci müavin olaraq namizəd göstərilməsini təklif etdi.
2-Şəhər bələdiyyə idarəsi seçkiləri haqqındakı, layihənin üçüncü qiraətinə katib başladı oxumağa. Birinci
maddədən otuz yeddinci maddəyə qədər biqeyd (birinci, üçüncü, on yeddinci maddəyə sosialistlər tərəfindən
verilən təshihlər qəbul edilməmək üzrə) ayrı-ayrı və bədə layihəni tamamən səsə qoyaraq əksəriyyət rəylə qəbul
edildiyindən təshih komisyonuna verilməsini rəis bəyan etdi.
3-Tövcü vergisi nizamnaməsi qəvaidinin təbdili və Kulçim vergisini təmin üçün rəhn qəbulu haqqındaki,
layihəni -katib oxudu-1,2,3,4,5-ci maddələri əvvəli ayrı-ayrı və bədə ümumi layihəyi rəis səsə qoyaraq qəbul
edildi.
Rəis - Rəisə isə ikinci müavin intixab edilib namizəd göstərilməsini təkliflə beş dəqiqəlik tənəffüs elan etdi.
4-Tənəffüsdən sonra. Rəis divani-rəyasət naminə Bakı və Gəncə Rus rüəsayi ruhaniyyəsi tərəfindən murud
bəyannaməni oxumaqla mandat komisyonuna veriləcəyini izhar etdi:
Məzmunu: Qətnamə "Bakı və onun civailə Gəncə şəhəri prixodlarının zildə imzaları mövcud nümayəndələri
bugün böylə qərar etdik: "Bugünə qədər bizim mənafeimiziə Azərbaycan parlamanında müdafiə edən sabiq
nümayəndələr - Slavyan-rus cəmiyyəti əzası hal-hazırda geri dəvət olduqları zaman bizim qərarımıza itaət
etmədilər. Bizim tərəfdən onlara verilən etimadnamə qüvvəsindən sabit olduqsa da tabehal öz mənsəblərində