398
müzakirə edilməsi təklif edilir. Təklifin müzakirə edilməsinə etiraz yoxmu? Əgər yoxdursa qəbul olunur. İki
adama
söz verəcəyəm,
biri əleyhinə; digəri lehinə. Etiraz yox qəbul edilir. Kim lehinə danışmaq istər.
Qara bəy (yerindən) - Lehinə mən danışmaq istəyirəm.
Sədr - Qara
bəy Qarabəyli
Qarabəyli - Kim iclasda qərar qoymuşdur ki, avqustun beşindən sentyabrın birinədək parlaman tətil edilsin.
Fəqət bizcə bu tətil vaxtsızdır. Bir çox məsələlər var, layihələr var qurtarmayıb. Bir də iki iclas qalıbdır. Bundan
mayədə siyasi əhval qarışıqdır. Böylə zamanda parlamanın vücudu lazımdır. Lənkəran və başqa məsələlər vardır
ki, mənfi vaqiələr
[910 - 911]
gözləmək olar. Bu zamanlarda parlaman meydanda olmalıdır. Keçən dəfə bu
hallar yox idi. Mən və bizim firqəmiz tətil tərəfdarı idik. İndi bu halları nəzərə alıb da parlamanın keçən
qərarının ləğv edilməsini təklif edirəm. Ola bilər ki, öylə məsələlər olsun ki, hökumət aciz olsun, parlamandaki
millət nümayəndələri burada olmalıdır. Ona görə tətili təxirə salmalıyıq, baxalım işlər nə tövr olur. Lazım olarsa
tətil edərik.
Sədr - Təklif əleyhinə kim danışmaq istərdi.
Təklifi səsə qoyuram. Təklifi başa düşdüz: tətil haqqında olan qərar ləğv olunsun. Kim qəbul edirsə rica
edirəm əlini qaldırsın. Kim əleyhinədir? Səs verməyən? Lehinə 29, əleyhinə 11, səs verməyən 7. Əksəriyyət rəy
ilə tətil ləğv edilir. Parlamanın qərarı mövcibincə iclas günləri dəyişmişdi. (Səslər: Şimdi köhnə qayda üzrə
olmalıdır). Demək köhnə qayda üzrə, bazar ertəsi və pəncişənbə günləri, fəqət saat 10-da iclas açılmalıdır.
Səslər - Bazar və pəncişənbə günü.
Sədr - Xayir, bazar ertəsi və pəncişənbə günləri, saat 10-da iclas açılmalıdır. Və bir də, rica edirəm və çox
təvəqqi edirəm ki, mən çox yorulmuşam və bacara da bilmirəm. Gələn iclas ikinci müavin məsələsini həll
edəsiniz.
Rəfibəyov (yerindən) - Baş üstə.
Sədr Layiheyi-qanuniyyənin üçüncü qiraətidir.
Rəfibəyov - Oxuyur.
Sədr - Maddənin bu təğyiri xüsusda danışan yoxdurmu? Etiraz yoxdursa, maddənin 3-cü qiraəti qəbul edilir.
Layiheyi-qanuniyyəni tamamilə səsə qoyuram, buna etiraz yoxmu? Layiheyi-qanuniyyə tamamilə qəbul edilir.
Mehdi bəy Hacınski - Köhnə qanuna görə banklardan borc alanların mümkünləri olmayırdı ki, nəqliyyən
pul versinlər. Və məcbur olurdular ki, əmvali-mənqulə və qeyri mənqulə verib rəhn qoysunlar. Bu qanuni
müvəqqəti Rusiya hökuməti dəyişdirmişdi. Haman dəyişilmiş qanunun da bizim həyatımıza yaramayan bəzi
yerləri vardı. Ona görə maliyyə naziri bəzi yerləri təğyir edib, təqdim edir. Böylə ki! (Oxuyur). Bunlar bütünə-
bütünə dəyişilməlidir. Bəzi yerlərini isə təğyir və fəs etmək lazımdır. Bu layihəyə ləvazəhi-qanuniyyə
komisyonu baxıb, bir kaç maddələrini dəyişdirib, parlamana təqdim edir və rica edir ki, parlaman qəbul eləsin.
Sədr - Layiheyi-qanuniyyənin əsasları üstə kim danışmaq istərdi? Danışmaq istəyən olmadığından layiheyi-
qanuniyyənin ikinci qiraətinə keçirəm. Maddə-maddə oxuyunuz.
Hacınski - Birinci maddəni oxuyur.
Sədr - Əvvəlinci maddə xüsusunda kim danışmaq istərdi? Danışmaq istəyən yoxsa səsə qoyuram. Etiraz
yoxdur ki, əvvəlinci maddə qəbul edilir. Komisyon tərəfindən bir neçə təshihlə qəbul edilib. Lakin bunlar
hamısı redaksiyanın olduğundan səsə qoymayacağam. (Katibə) 2-ci maddəni oxuyunuz.
Katib - 2-ci maddəni oxuyur.
Sədr - 2-ci maddəyə etiraz yoxdur? Etiraz yoxdur. 2-ci maddə qəbul edilir. 3-cü maddəni oxuyunuz.
Katib - 3-cü maddəni oxuyur.
Sədr - 3-cü maddəyə etiraz yoxdur, qəbul olunur. 4-cü maddəni oxuyunuz.
Katib - 4-cü maddəni oxuyur.
Sədr - 4-cü maddəyə etiraz yoxdur, qəbul edilir. Layiheyi-qanuniyyənin 3-cü qiraəti qalsın gələn iclasa.
İcazə versəniz bununla iclası qapayaram. Lakin məclisi qapamadan əvvəl Muxtar Əfəndizadədən bir məktub
gəlmiş dinləsəniz oxusunlar.
Kiçikxanov (katib müavini) - Oxuyur.
Parlaman-divani-rəyasəti cənabi-aliilərinə maliyyə və büdcə ləvayehi-qanuniyyə və təshih komisyonunun
üçünə də yetişmək mənim üçün ağır olduğundan bilxassə bu fraksiyaların əksər iclasları bir zamanda iniqad
etdiyindən məni maliyyə-büdcə komisyonundan çıxarıb, yerimə Hacı Hüseyn Əfəndizadənin namizəd
göstərməniz müstərhəmdir. Muxtar.
Sədr - Bu barədə xahiş edirəm gələn iclasda fikrinizi söyləyəsiniz.
İclas saat 1-45 dəqiqədə qapanır.
Arxiv, f.895, siy.1, iş 100. vər.1-32.
[912 - 913]
399
№ 61
Altmış birinci iclas
31 iyul 1919-cu il
Rəis - doktor Həsən bəy Ağayev.
Katib Mehdi bəy Hacınski. Müzakireyi-yomiyyə:
1-Daxil olmuş kağızlar, o cümlədən: a/ Məclisi-müəssisan mərkəzi komisyonu intixabi haqqında və bir də; b/
Parlaman kitabxanası komisyonu intixabi haqqında divani rəyasətin təklifi; c/ Azərbaycan dövlət sandıqları
əmanəti barəsində layiheyi-qanuniyyə; d/ Balaxanı-Sabunçı mahalında vergi polisi təsisi haqqında layiheyi-
qanuniyyə; 2-Şəhərlərdə bələdiyyə idarələri seçkiləri haqqında layiheyi-qanuniyyə "İkinci qiraət"; 3-Əsgəri
xidmətin müddəti barəsində layiheyi-qanuniyyə; 4-Aksiz vergisinin nizamnaməsi haqqında layiheyi-qanuniyyə
(təcili); 5-Spirt məhsulatından alınan aksiz vergisi miqdarlarının artırılması haqqında layiheyi-qanuniyyə; 6-
Azərbaycan hökuməti sərhədində mühafizə bölüyü təsisi haqqında layiheyi-qanuniyyə; 7-Tövcü vergisinin
artırılması ilə bərabər topraq gəlir və məxaric smetasının və torpaq vergisi miqdarlarının təmdidi haqqında
layiheyi-qanuniyyə; 8-Nəşri elan haqqında layiheyi-qanuniyyə; 9-Maliyyə nəzarəti şurası haqqında layihə; 10-
Fabrik inspeksiyasına dair qəvaidin müvəqqəti təğyiri haqqında layihə; 11-Ümumi tamaşaxana və əyləncə
yerlərindən alınan müvəqtəti naloqun hökumət məbaliğ müstəhfizəsinə idxalı haqqında layiheyi-qanuniyyə; 12-
"İttihad" fraksiyasının hökumətə sualı; 13-həmin sənə üçün İrəvan ümuri-xeyriyyə vəkilinin maaşı və ümumi-
xeyriyyə vəkilinin idarəsi məsarifəti üçün məzkur nazirə 177.000 rüblə buraxılması haqqında layihe-i-
qanuniyyə; 14-Tamğa rüsumatı qanunnaməsinin bəzi maddələrinin təbdili və rüsum miqdarlarının təzayidi
haqqında layiheyi-qanuniyyə; 15-Şəhadətnaməsiz olan içki ticarətindən alınan cərimələrin təzayidi haqqında
layihəyi-qanuniyyə.
1-Rəis-tənəffüs əsnasında Məçlisi-Müəssisan mərkəzi komisyonuna və parlaman kitabxana komisyonuna
üzvlər intixabı üçün namizədlər göstərilməsini təklif etdi.
[913 - 914]
Yeni daxil olmuş iki layihəni-qanuniyə, maliyyə və büdcə komisyonuna verilməsini də bəyan etdi.
2-Şəhərlər bələdiyyələrinə qlasnılar intixabi haqqında ikinci qiraətdə 20-37-ci maddələri oxudu. Maddələr
ayrıca səsə qoyulub qəbul edildi. Üçüncü qiraət gələcək iclasa təxir edildi.
Ümumi maaş təzyiqi qəbul edilənə qədər hökumət məmurlarına bir dəfəlik müavinəti-nəqdiyyə verilməsi
haqqında, hökumət məmurları ittifaqı rəisinin məktubunu oxudu. Hökumət məmurlarına müavinəti-nəqdiyyə
edilməsi arzu edildi.
3-Əsgəri xidmətin müddəti barəsində layiheyi-qanuniyyə. Məruzəçi Qara bəy Qarabəyli bəyanət verdi. Və
layihəyə təcili baxılmasını parlaman qəbul etdi. Layiheyi-qanuniyyə haqqında Hacı Kərim Saniyev, Muxtar
Əfəndizadə, Rza bəy Ağabəyov, Mustafa Vəkilov, Əliheydər Qarayev, Mehdi bəy Hacıbababəyov, Səmədağa
Ağamalı oğlu, Yusif Əhmədzadə və Məmməd Əmin Rəsulzadə mübadileyi-əfkar etdilər. Müzakirə qət olunması
təklif edildi. Təklifin əleyhinə Səmədağa Ağamalı oğlu danışdı. Səsə qoyulduqda qəbul edildi. Məruzəçi
bəyanət verdi və layihəni maddə-maddə oxudu. 10-cu maddəyə sosialistlər böylə bir təshih verdilər. Məzmunu:
"Təklif olunur ki, xidməti-əsgəriyyə müddəti bir ilə qərar olunsun. Əbilov, Səmədağa, Qarayev, Hacı Kərim
Saniyev, Rzayev". Təshih səsə qoyulduqda lehinə-13 əleyhinə-30 və 1-səs verilməmək üzrə qəbul edilmədi.
Layiheyi-qanuniyyə səsə qoyulduqda əksəriyyət rəy ilə qəbul edildi.
Beş dəqiqə tənəffüs elan edildi. Tənəffüsdən sonra iclas davam edir. Əsnayi-tənəffüsdə bir təklif verilmişdir.
Məzmunu: "Parlamanın tətili haqqında verilən qərarın təkrar müzakirəyə qoyulması təklif edilir. Hacı Hüseyn,
Qara bəy, Zeynal bəy, Behbudxan Cavanşir, Heybətqulu". Təklifin lehinə-29, əleyhinə-11 və 7 səs
verilməməklə qəbul edildi.
Keçən iclasda avqustun 5-dən sentyabrın birinə qədər parlaman qərara aldığı tətil məsələsinin ləğv edilməsi
qəbul edildi. İclaslar isə əski qayda üzrə pənçişənbə və düşənbə günləri səhər saat 10-na təyin edildi.
Əsgəri xidmətin müddəti barəsində üçüncü qiraətini məruzəçi bitirdi. Səsə qoyulub əksəriyyət rəy ilə qəbul
edildi.
4-Aksiz vergisinin nizamnaməsi haqqında məruzəçi Mehdi bəy Hacinski bəyanat verdi. Layihənin ikinci
qiraətinə keçilməsi
[914 - 915]
qəbul edildi. Katib maddə-maddə oxudu. 1,2,3,4-cü maddələr ayrıca səsə
qoyuldu, qəbul edildi. Layihənin üçüncü qiraəti gələcək iclasa təxir edildi. Muxtar Əfəndizadə üç komisyonda
üzv olduğunu özü üçün müşkül bilib komisyonun birindən azad olunmasını təklif etdi. Təklifin həlli gələcək
iclasa qaldı.
Arxiv, f.895, siy.1, iş.9, vər.78.