402
qalmaqdadırlar. Bunun nəticəsi olaraq biz öz mənafelimizi həm parlamanda, həm hökumət dairələrində
müdafiədən məhrumuq. Bunu nəzərə alaraq biz mənafelimizin parlamanda
[917 - 918]
müdafiəsini " İttihad"
firqəsinin parlaman şöbəsinə mühəvvəl edirik. 6 avqust. İmzalar.
5-Rəisə-ikinci müavin intixabi haqqında "İttihad" firqəsinin mövrid məktubunu rəis oxudu.
Məzmunu: "Sultan Məcid Qənizadə parlaman sədri müavinliyinə kəndi namizədliyini qoymağa razıdır.
"İttihad" fraksiyası rəisi doktor Qarabəyli. Rəis momaileyhin namizədliyini seçki üzrə əlli bir səsdən qırx altı səs
əksəriyyətilə müamon eleyh Sultan Məcidin rəisə ikinci müavinliyi qəbul edildi.
6-Növbədəki məsələ təbəqiyyət layiheyi-qanuniyyəsi, bu babda məruzəçi-bəyanat verdi. Rəis layiheyi-
qanuniyyənin təcili surətdə qəbul edilməsini səsə qoyaraq qəbul edildi. Kravçenko, Vanseviç, Pepinov Əhməd
bəy təati-əfkar etdilər.
Rəis: Məsələ mühüm olduğundan müzakirənin rus lisanında və yaxud ruscaya tərcümə edilməsi haqda təklif
varid olduğuna Lehinə və əleyhinə danışmaq istəyən varsa, söyləməsini izhar etdi. Bu xüsusda Kravçenko,
Mustafa Vəkilov bəyanat verdilər.
Rəis, təklifin hər iki ibarəsini ayrı-ayrı olaraq səsə qoyduqda heç birisi qəbul edilmədi. Mustafa Vəkilov
bəyanət verdi. Bu xüsusda natiq olmadığından məruzəçi bəyanat verdi.
Rəis Qanunun ikinci qiraətini təklif ilə qəbul edildi. Katib oxudu.
Birinci maddəyə Vanseviç tərəfindən bir təshih verildi: Məzmunu "Azərbaycan təbəəliyi haqqındakı
qanunun əlanı əsnasında Azərbaycan cümhuriyyəti daxilində bulunanlar" təshihi rəis səsə qoyaraq qəbul edildi.
Və yenə ikinci fəslin birinci babinə Vanseviç tərəfindən təshih verildi. Məzmunu: "Əgər əsgər xidmətini
yetirmişlər, yaxud mükəlləfiyyati-əskəriyyədən məafdırlar. "Sözləri ixrac olunmalıdır". Təshih səsə qoyularaq
qəbul edildi. Bu xüsusda hökumət üzvü Səfikurdski Aslan bəy qanunu müdafiə etdi. Sosialistlər tərəfindən
birinci maddəyə təshih verildi. Məzmunu: "Azərbaycan cümhuriyyəti elani-istiqlal günündən Azərbaycanda
sakin olan sabiq rus təbəələrinin cümləsi Azərbaycan vətəndaşı hesab olunurlar" Təshih səsə qoyularaq qəbul
edilmədi. Bu babda məruzəçi bəyanat verdi:
Rəis birinci maddəyə verilən hər iki təshihi səsə qoyaraq Vanseviçin təshihi əksəriyyət rəylə qəbul edildi.
İkinci
[918 - 919]
maddəyə verilən təshih ilə rəf ediləcək gəlmələr haqqında Ağa Aşurov, Məmməd Əmin
Rəsulzadə təati-əfkar etdilər. Yenə məruzəçi bəyanət verdi.
Rəis, ikinci maddəyə verilən təshihlə komisyonun qəbul etdiyi eyni maddə və qeydini səsə qoyaraq təshih
qəbul edilib, komisyonun təsvib etdiyi vəch ilə əksəriyyəti-ara ilə qəbul edil-di. Rəis iclası qapadı.
Arxiv, f.895, siy.1, iş.9, vər.45-46.
403
№ 64
Altmış dördüncü iclas
11 avqust 1919-cu il
Rəis-doktor Həsən bəy Ağayev.
Katib-Əhməd Cövdət Pepinov. Müzakireyi-yomiyyə:
1-Daxil olmuş kağızlar: O cümlədən sosialistlərin hökümətə sualı və parlaman üzvü Mehdi bəy
Hacıbababəyovun məktubu; a/Bakı gömrükxana heyətində bir müfəttişlik məmuriyyəti təşkili haqqında layihə;
b/Altı yüz milyon dövlət kağız pulu buraxılması haqqında; v/Vəzirov Bəhram bəy ilə Əliverdiyev Qara bəyin
məzuniyyətlərinin təmdidi haqqında; q/Yüz nəfər Azərbaycan tələbələrinin ikmali-təhsil üçün xarici
darülfünunlara ezam ediləcəklərində dolayı dörd yüz on min franq buraxılması haqqında layihə; d/Xalq
məktəbləri kitabxanaları üçün türkcə kitab almaqdan ötəri bir milyon rüblə buraxılması haqqında layihə;
v/hökumət binagüzarlığına açılmış qırx milyon rübləlik fondunun yetmiş milyon rübləyə qədər artırılması
haqqında layihə. 2-Azərbaycan təbəəliyi haqqındaki layihənin ikinci qiraəti. Məruzəçi Mehdi bəy Hacınski; 3-
Sülh məhkəmələrinin cinayət işlərindəki dairəyi-nüfuzunun tövsi və sülh hakimləri hökmünün təqviyəsilə
əmvali-xassəyə qarşı icra edilən bəzi cinayətlərə tətbiq ediləcək qanunların təğyir və təbdili haqqında. Məruzəçi
Rzayev Bağır; 4-Spirt məhsulatından alınan aksiz vergisi miqdarlarının artırılması haqqında. Məruzəçi
Ağabəyov; 5-Azərbaycan sərhədində
[919 - 920
] mühafizə polku təsisi haqqında. Məruzəçi Ağabəyov; 6-Tövcü
vergisinin artırılması ilə bərabər topraq gəlir və məxaric smetasının və torpaq Verisi miqdarlarının təmdidi
haqqında. Məruzəçi Ağabəyov; -Nəşri-elan haqqında; a-Maliyyə naziri şurası haqqında 9-Fabrika
inspeksiyasına dair qəvaidin müvəqqətən təğyiri haqqında 10-"İttihad" fraksiyasının hökumətə sualı; 11-Ümumi
əyləncəxana və tamaşaxana yerlərindən alınan müvəqqəti verginin hökumət məbaliğ müstəhfizəsinə idxalı
haqqında. Məruzəçi Ağabəyov; 12-Həmin sənə üçün İrəvan ümumi-xeyriyyə naziri vəkilinin maaşı və onun
idarə məsarifatı üçün məzkur nazirə 177.000 rüblə kredit açılması haqqında; 13-Tamqa rüsumatı
qanunnaməsinin bəzi maddələrinin təbdili və rüsum miqdarlarının təzyiqi haqqın-da. Məruzəçi Rüstəmbəyov.
Sədr - Etiraz yoxdur ki, Müzakirati-yomiyyəyə etiraz olmadığından .müzakirati-yomiyyə qəbul olur.
Bunlardan əvvəlinci nömrə, yəni Bakı gömrükxanasında bir müfəttişlik məmuriyyəti təşkilatı gedir. Ləvayehi-
qanuniyyə komisyonununa 2-4-5-6-7 nömrələr gedir maliyyə-büdcə komisyonuna, sosialistlərin hökumətə sualı
iclasın axırında elan olacaq. Bundan başqa dəfəatla rica etmişik ki, mərkəzi intixabat komisyonunu seçəsiniz.
Rica edirik, onuda bu günki iclasda bitərəsiniz. Sonra iclasın birində nəzarətin parlamanın xahişinə görə
Zəngəzur qaçqınlarına müavinət edən heyətə bir nəfər üzv seçilməsini xahiş edirəm, onuda bu gün intixab
edəsiniz. Məzuniyyət məsələsində iş burasındadır ki, Bəhram bəy Vəzirov mayın 28-dən məzuniyyətə
getmişdir. O vaxt məzuniyyətinin müddəti iyulun axırına uzadılmışdır. İndi o müddətdən 11 gün keçir. Divani-
rəyasət bu məzuniyyətin iki aydan artıq olduğunu nəzərə alıb, onun daha bir də məzuniyyət müddətini
artırmayıb, bu məsələni parlamana həvalə edir. Bundan əlavə keçən ayın 28-də yazılıb lakin bu ayın 7-də bizə
"İttihad" fraksiyası tərəfindən böylə bir vəsiqə gəlmişdir. Bu vəsiqəni yazan ümuri-xeyriyyə naziri müavinidir.
(Oxuyur).
Bu münasibətlə vəsiqə verilib deməli, Qara bəy Əliverdlinin vaxtından 17 və Bəhram bəy Vəzirovun
vaxtından 11 gün keçmişdir. Deməli, Vəzirov xəstədir. Bu vəsiqəni bizə "İttihad" fraksiyası göndərmişdir.
Zahirən böylə görünür ki,
[920 - 921]
"İttihad" fraksiyasından Bəhram bəyə bir teleqram gəlmişdir və cəvabında
Vəzirovdan bu məzmunda teleqram alınmışdır. Mən özümü xəstəliyə vurmuram, avqustun, 15-də gələcəyəm.
Bu barədə rica edirəm parlaman öz nəzərini söyləsin. Parlaman üzvü əvvəla üç həftədir ki, parlamana dəlmir.
Nakaz üzərinə avqustun 5-dən ixrac edilir. Kim danışmaq istərdi bu barədə. Bu məsələlərin müzakirəsini
istəmisiniz. Söz Əhməd Cövdətindir.
Əhməd Cövdət - Parlamanın üzvlərindən Vəzirov haqqında məlumatımız var, naxoşdur. Özünün də
teleqrafı var. Ona görə ayın 5-dək gələ bilməmişdir. Təklifim odur ki, Vəzirova avqustun 15-nə qədər
məzuniyyət verilsin. İkinci, Qara bəy Əliverdilər haqqında, bizdə bir məlumat yoxdur. Bir doktor xüsusi surətdə
xəbər verir ki, naxoşdur. Ancaq Əliverdilərin özü tərəfindən bir məlumat yoxdur. Ona görə də bu barədə hə, ya
yox deyə bilmirik.
Sədr - Bu təklif ki, Vəzirova ayın 15-ə qədər məzuniyyət verilsin. Özü də yazıbdır ki, ayın 15-də gələcəkdir,
etiraz yoxdur? Etiraz yoxdursa Vəzirova avqustun 15-nə qədər məzuniyyət verilir. Qara bəy Əliverdilər
barəsində, Qara bəy, Siz danışmaq istəyirsiniz? Buyurunuz.
Qara bəy - Qara bəy Əliverdi barəsində bizim fraksiyaya məlumat gəlmişdir. Qara bəy ishal və qızdırma
azarına mübtəladır ki, həkimlər onu Qarabağa göndərmişlər.
Gərək o vəsiqə göndərə idi. Lakin, qərara alınmışdı ki, parlaman avqustun 15-dən tətil edəcəkdir.
Fraksiyamız da bu xəbəri ona göndərmişdi ki, parlaman tətil edəcəkdir, hələ zəhmət çəkib gəlməyəsiniz. Onun
üçün də vəsiqə göndərməmiş ki, onsuzda parlaman 25 gün buraxılacaqdır. Parlamanın tətil etməsi qərara alınan