397
dövlətlilərdən əsgər alınmır və əsgərlikdən boyun qaçırmaq üçün katiblik və qeyri işlərə gedirlər, hökumət də
onları qəbul edir. Bunlar həqiqətdir. Buna görə parlaman ancaq böylə işlərin qabağını alması üçün tədbirlər
görməyi arzusu edə bilər. Qaldı ki, qanun haqqında olan etirazlara, etiraz deyil demək ki, əsgərlik üsulu əsasən
hər kəsə qəbul edilir, deməyirlər ki, bir əsası pozubsa krasnı qvardiya istəyirik. Mübahisə əsgərlik müddəti
üstündədir; bir sənə də, bir ay da istəyən var. Necə ki Məmməd Əmin cənabları buyurdu, bizə bilikli əsgər
lazımdır. Əsgərlik xidmətinin müddəti bir və ya iki sənə olması haqqında əhli xibrədən soruşsanız daha da ey
olur. Əgər bir müstəbid hökumət ya ikinci Nikolay zamanı olsa idi bu etirazlar ola bilərdi. Burası
cümhuriyyətdir. Bizim əsgərlərimizin xidmət müddətləri artırılmasından murad firqələr ilə mübarizə etmək
deyil, firqələr dəstə düzəldib bir-birinə hücum etməyəcəklər. Burada fənni və elmi mübahisə vardır ki, əsgərlik
müddəti bir sənə olma mümkündürmü ya yox, buna da biz mütəxəssis deyilik. Mənim və sizin də bu xüsusda
heç bir fəna fikrimiz yoxdur. Bunu hökumət təklif edir, o hökuməti də haman "müsavat", "İttihad" və qeyri firqə
inanıb bu məclisdə intixab ediblər. O cəhətdən hərbiyə nəzarəti müddəti əsgəriyyəni 2 sənəlik də təklif etməklə
bərabər, deyir ki, bu müddətdən az olar isə mən sizə istədiyiniz əsgəri hazır edib verə bilmərəm. Onlar demirlər
ki, biz istibdadı əsgər hazır edirik, deyirlər ki, tərbiyəli əsgər hazır etmək üçün əqəllən 2 sənə lazımdır, çünki
milləti və müharibələrdə müdafiə etmək istəyənlər həbsi tərbiyədən asılıdır. Tərbiyəsizlər və başı pozuqlar
əsgərlik yapamazlar. Əsgərlik tüfəngi alıb atmaq deyil, buna bir tərbiyə lazımdır ki, bu da bizlərdən artıq bilikli
mütəxəssislərin sözüdür. Müharibədə yalnız tüfəng alıb qoşmaq olmaz,
[908 - 909]
başı pozuqlar qalib gəlsələr
qabaq kəndi məğlub olduqda geri qayıdıb öz yuvalarını dağıdırlar. Buna tərbiyəli əsgər lazımdır. Bu xüsusda
uzun-uzadı məlumat vermək istəmirəm, çünki əsgərlik "Puşeçni myao olmayıb, doktorluq, yuristlik və qeyri
elmlərdən daha geniş və daha mükəmməl elmdir ki, o xüsusda nə qədər məlumat versək yenə də azdır. Onun
üçün buradakı etiraz və mübahisələrin hamısı böylə bir şey üzrədir ki, o barədə rəyimizi söyləmək üzərimizə
böyük vəzifə götürməkdir. Hərbiyyə nəzarətimiz bu kimi işlərdə daha təcrübəkar, daha mahirdir. O böylə təklif
etmişdir. Madam ki, üsul qəbul edilir. Bu üsulun əleyhinə danışmaq başqadır. Bizim firqələrin həpsinin
proqramında vardır ki, əsgər deyil milisiya saxlamaq lazımdır. Bəlkə vaxtı gələr, hamı hunun tərəfdarı
olacaqdır. Tək sosyalistlər deyil hamı firqələr deyir. Nə lazımdır yüz min əsgər saxlayıb cəmaət pulunu
xərcləyək. Bu bizim məsləkimizdir və məsləkimiz də doğrudur. Fəqət biz bilirik ki, hal-hazırda, hər tərəfdən
atəş içərisindəyik. Sosialistlərin ən yaxşı fikirdə olanlarının dedikləri budur ki, bizim tək canımızı deyil
hüququmuzu müdafiə edəcək yaxşı qüvvəmiz olmazsa, tamamilə məcbur olarıq. Denikinə baş əyək. Denikin tək
deyildir. Atəş ətraf almış. Kor da olsaq bunu görürük. Hazırlayacağımız qüvvə gərək eylə bir qüvvə olsun ki,
düşmən qarşısına getdikdə özünü baha satsın. Nahaq yerə özünü ölümə verməsin. Bu nöqteyi-nəzərdən
komisyon bu qanunun təmamilə qəbulunu təklif edir. Bu bir təcili məsələdir. Buna etiraz etmək açıq qapını
zorlamaqdır. Hərbiyə nəzarətinin bu qanununa inanıram və bu inanmaq elmə inanmaq kimidir. Bunun üçün
əsgərlik müddətinin iki sənə olmasının təsdiq olunmasını təklif edirəm.
Sədr - Layihənin əsasları üzərində müzakirə bitdiyindən maddə-maddə müzakirəsini səsə qoyuram. Buna
etiraz yoxdur. Etiraz olmadığından layihənin maddə-maddə ikinci qiraəti qəbul edilir. Qara bəy, oxuyunuz!
Qarabəyli - Layihəni oxuyur.
Sədr - Bu maddəyə etiraz yoxdur?
Əbilov (yerindən) - Bizim təklifimiz var.
Sədr (Qara bəyə) - Maddənin qeydlərini oxuyunuz.
Qarabəyli - Maddənin qeydlərini oxuyur.
[909 - 910]
Sədr - Sırada natiq olmadığından o maddə ki, ona təklif olunubdur, təklif ilə səsə qoyacağam. Çünki təklif
komisyon məruzəçisi tərəfindən qəbul edilir. Buna görə əvvəlcə təklifi səsə qoyacağam. Sonra maddəyi təklifin
məzmunu belədir: "Təklif olunur ki, müddəti əksəriyyətin müddəti bir ilə qərar verilsin". Bu təklifi səsə
qoyuram. Kim bu təklifin lehinədir, rica edirəm əlini qaldırsın. (Əllər qalxır). Sayınız! Kim əleyhinədir? (Əllər
qalxır). Muxtar Əfəndizadə, Rica edirəm, getməyib əyləşəsiniz. Rica edirəm, səsə qoyulan zaman getməyəsiniz,
səsinizi verəsiniz, gediniz, çağırınız! (Səslər "O, əleyhinədir!"). Səs verməyənlər? (Əllər qalxır). Lehinə-13,
əleyhinə-30, səs verməyən bir. Əksəriyyət rəylə təklif qəbul edilmir. Maddəni səs qoyuram. Kim maddənin
tərəfdarırsa, rica edirəm əlini qaldırsın. (Əllər qalxır). Əleyhinə kimdir? (Əllər qalxır). Kim səs verməyib? (Əllər
qalxır). Lehinə 26, əleyhinə-13, səs verməyən-bir əksəriyyət rəylə maddə komisyonun qərarı üzrə təklif edilən
maddə qəbul edilir. Layihənin üçüncü qiraətini tənəffüsdən sonra səsə qoyacağam. Şimdilik 5 dəqiqə tənəffüs
elan olunur.
Tənəffüsdən sonra. Saat 1-15 dəqiqədə
Sədr - İclas davam edir. Layihənin üçüncü qiraətinə keçmədən qabaq tənəffüs əsnasında seçilməsi imkan
olmadığından rica edirəm, fraksiyalardan sabah yox, birisi günə kimi iclasda bu məsələni həll edəsiniz. Sonra
əsnayi-tənəffüsdə böylə bir təklif də varid olmuşdur. Bu da tətil haqqında parlamanın verdiyi qərarının təkrar