49
Andranik çetası haqqında verdiyi izahatı eşidərək Azərbaycan Məclisi-Məbusanı vətənin təmamiyyət
mülkiyyəsini, cümhuriyyətin heysiyyəti və cümhuriyyət əhalisinin təmini-asayiş və hürriyyətinə aid məsələlərdə
daha qəti və daha şiddətli siyasi və əsgəri tədbirlər görməsini qeyd edərək, belə tədbirlərin icrasında daimi
məbusan heyətinin himayət və etibarinə məzhər olacağını bəyanla növbədəki məsələlərin müzakirəsinə keçməyi
təklif edir.
Sədr - Bu təklifi eşitdiniz. Etiraz yox isə səsə qoyuram. hər kəs bu təklifə razıdırsa əl qaldırsın.
Səslər - Təklifi rusca tərcümə ediniz.
Sədr - Haman bayaqkıdır. Tərcüməyə ehtiyac yox, təvəqqe edirəm razı olanlar əl qaldırsınlar. İttifaqı ara ilə
təklif qəbul olunur.
Sədr - Şimdi ikinci məsələyə keçiriz.
[111 - 112]
Əhməd Cövdət - Sosialistlər tərəfindən verilmiş istizahı oxuyur.
Bu vaxtlarda Tiflisdən alınan xəbərlərə görə iki qonşu hökumət olan Gürcüstan ilə Ermənistan dövlətləri
arasında ixtilaf əmələ gəlib, qanlı toqquşmaya səbəb olmuşdur. Bu vaqiənin Zaqafqaziya millətləri üçün böyük
əhəmiyyəti olub, onları fəlakətlərə düçar edə biləcəyindən müsəlman sosialistləri fraksiyonu bu məsələnin
parlamentdə müzakirə edilməsini və böyük lüzumu təşəbbüsatda bulunmasını təklif edər.
Bir səs - Tərcümə ediniz.
Sədr (tərcümə edir) - Söz Səfikürdlü Aslan bəyindir.
Səfikürdlü - Əfəndilər! Avropa cahangirlərinin yürütdükləri siyasət nəticəsində bütün Avropa, Asiya və sair
qitələrdə yaşayan millətləri imperializm fikrinə xidmət üçün bir-birilə vuruşdurdu. Bir yer qalmadı ki,
dağılmasın. Sosialistlər yüz illərdən bəri xüsusən, fransız inqilabından sonra deyirdilər ki, bu cahangirlik
siyasəti axırda belə fəlakət açacaq. Onlar görürlər ki, belə siyasət nəticəsində analar oğulsuz, bacılar qardaşsız,
oğullar atasız, uşaqlar sahibsiz qalacaq, xalq çöllərə düşəcəkdir. Elə də oldu. Sosialistlərin o vaxt dedikləri şimdi
eynilə əmələ gəlmişdir. Avropa müharibəsi başlandı, şəhərlər dağıldı, göylər xaraba oldu, uşaqlar sahibsiz,
bütün ailələr yiyəsiz qalıb çöllərə düşdülər. Mədəni millətlərin çoxu bunu anlamış idi ki, bihudə yerə böyük bir
qoşun qüvvəsini uzaq məmləkətlərə atmaq olmaz. Belə anlamazlıq nəticəsində idi ki, burada Rusiya bolşevizmi
baş qaldırdı heç gözlənilmədiyi halda Almaniyada dəxi bolşevizim hərəkatı başlandı. halbuki, heç gözlənilməz
idi ki, alman milləti arasında bolşevizm intişar tapsın. Bu hərəkətə səbəb verən yenə böyük dövlətlərin
cahangirlik siyasəti oldu. Cahangirlik fikirlə siyasət yürüdənlərin ən böyüyü Rusiya idi. Ərazisinin
böyüklüyünə, nüfusunun çoxluğuna baxanda heç kəs zənn etməzdi ki, Rusiya bu qədər zəif düşə bilər.
Həmçinin Almaniyanın texnikasını nəzərə aldıqda hamı deyirdi ki, Almaniya siyasiyyunu heç şübhəsiz
cahangirlik politikasını yürütməkdə müvəffəq olacaqdır. Amma şimdi görürsüz ki, məzkur dövlətin hər ikisi
necə dağıldı. Berlində hal-hazırda böyük nizamsızlıq olur. Bu saat Almaniyada inqilab Rusiya
[112 - 113]
bolşevizminin tərzilə cari olur. hazırda hürriyyəti-mətbuat yoxdur. Həqiqət haqda məlumat verilmir. Ancaq
"yoffe"nin və bir çox sairələrinin Almaniyaya getməsi, ara bir alınan bəzi xəbərlərdən analaşılır ki, bu saat
Almaniya dəx Rusiya halındadır. Petroqradda nə olur isə eyni Berlində də olur. Əgər Avropada sosializmin
xəbər verdiyi bu amillərə nanmamış nə qalan qoşunu uzaq kaloniyalara göndərən və bu vaxta təkin inqilab
girdabına düşməmiş bu iki hakumət qalıbsa və ümid ediriz ki, onlar da bu yaxınlarda inqilab dövrünə daxil
olarlar. Böyük millətlər bu halda, bu fikirdə ikən cahangirlik çəkməsi altından təzə çıxmış Rusiya qəhərindən
yenicə qurtulmuş xırda millətlər birdən cahangirlik fikrinə düşərək imperializm müharibəsi edirlər. Ümum
millətlər ixtilaflı məsələlərin qılınc gücünə həll ediləcəyinə inanmağa başladıqları bir zamanda bunları ixtilaflı
hərb ilə həll etmək istəyirlər. Biz əvvəlcə sinaində ermənilər ilə gürcülər arasında müsadimə vaqe olduğunu
eşitdikdə bunu əhəmiyyətsiz bir məhəlli hadisə edərək etina etmək istəmədik. Lakin indi görürüz ki, iş böyüyür.
Əhvalı elə görüncə firqəmiz yığışıb erməni və gürcü parlamentlərinə protesto göndərməyə qərar verdi. Əgər
onlar anlamamışlar isə qoy şimdi anlasınlar ki, böyük səhv edirlər. Fraksiyamız təklif etdi ki, Azərbaycan
parlamenti yığışaraq bu məsələyi müzakirə etsin. Böylə hərəkətlərin, belə müsadimələrin qan ilə zülmdən başqa
heç bir nəticəsi olmadı. Haman millətpərəstlik yek-digərlərinə görə, onlar qüvvələrini artırmamışlardır. Fəqət,
qonşu millətin müsadiməsi bizə də sui-təsir edə bilər. Bəlkə tərəfeyindən birisini tutmaq, yaxud açıq-açığa
müharibəyə girmək kimi fəna nəticə verə bilir. Ona görə də biz tələb ediriz: bu məsələlər təmamilə icraçılıqla
müzakirə olunsun; biz gərək var-qüvvəmiz ilə çalışaq ki, müharibə olmasın. Əlbəttə, biz demiriz bu
müsadimədir, hanki tərəf haqlıdır, hansı haqsızdır, biz demiriz Axalkaaq və Axaska kimin olsun. Bizim
məsləkimiz bunu tələb edir ki, belə yerlərin hansı dövlətə və millətə tabe olmaları məsələsi rəyi-ammə
müraciətlə həll edilməlidir. Fəqət, biz hazırda səsimizi ucaltmalı, protesto etməliyiz. Bir hökumətin başında
Ermənistandakı gibi ançaq millətçilər durarsalar, əlbəttə belə fəna nəticələr verər. Bu
[113 - 114]
ağır nəticələrin
təsiri qonşu millət kimi onların özünə də ağır olar. İndi al bayrağımız olan sosialist bayrağımızı onların arasına
atmalıyız. (Soldan alqış). Bayrağımızı bihörmət etdilər isə nizəsini onlara çevirəcəyiz. (Soldan alqış).
Azərbaycan Cümhuriyyətində bayrağımızı uca qadırıb kəllələrə sipər olsa da onların arasında durmalıdır.
(Mərkəzdən: alqış). Hər iki tərəf qılıncı qına qoymalıdır. Kiçik millətlərin müharibəsi böyük dövlətlərə nisbətən
çətindir. Çünki böyük dövlətlər müharibə qanununa müvafiq müharibə edirlər. Müharibə qanunlarına