50
toxunmayır, əsirlərə və bitərəf duran əhaliyə əl uzatmırlar. Kiçik millətlər isə bunu gözləmirlər. Bu hadisələrin
qarşısını almaqdan ötəri növbənöv yollar, çarələr vardır ki, bu da protesto etmək və protestodan hasil olan
nəticələrdir. Bundan əlavə konfrans dəvət edib bu ixtilaflı məsələlər orada həll edilməlidir. Bu da olmazsa,
Qafqaziyada təşkil olunmuş üç hökumət nümayəndələri yığışıb bu məsələlərə baxmalıdır. Bu barədə də
parlamentimiz çalışmalıdır. (Alqış).
Sədr - Söz Məmməd Əmin Rəsulzadəyə verilir.
Məmməd Əmin Rəsulzadə - Bu gün Azərbaycan məclisi-məbusanının iztirab qəlbilə cəm olmasına səbəb
qonşularımız arasında vaqe olan qanlı müsadimələrdir. Bu hadisələr yanı yaşımızda deyil, uzaqda yaşayan digər
millətlər arasında da çıxsa idi, insaniyyət növqeyi-nəzərindən qəlbimizi cərimədar edib qan ilə dolduracaq idi.
Fəqət, məlumdur ki, biz göylərdə deyil, yerdə yaşayırız. həqiqəti düşünəlim, vaqe olan hadisələr elə iki qonşu
millətlər arasında vaqe olmaqdadır ki, biz müqəddəratımızı dünən onlar ilə bərabər həll edirdik, yarın da
müştərək həll edəcəyiz. Bunun üçün də biz bu millətlər arasında çıxan hadisələrə. yabançı qala bilməriz. Biz
qitə və həyati surətdə əlaqədarız. Ona görə də səsimizi yüksəltməli, aman nə yapırsınız deməliyiz. (Soldan
mərkəzdən alqış).
Əfəndilər! Çox qəribədir, bir zamandakı hərbi-ümumi axıra yetişir, bir zamandakı dünyanın cəngavər və
təpədən-dırnağa qədər müsəlləh olan millətləri məsələlərin artıq sülh və müsalimətlə həll və qət olunmasını
istəyirlər, bir zamandaki istiqlala layiq olduğunuzu isbat üçün bu gün biz kiçik Qafqaziya millətlərinin əlində
qüvvətli bir sübut vardır ki, o da sülh və müsalimət, ancaq qan tökməmək. (Sürəkli alqışlar).
Əvət, əfəndilər! Belə bir zamanda kı, biz Zaqafqaziya millətləri iştirakı ilə əqd olunacaq ümumsülh
konfransına qol-qola olaraq bir qapı, dost bir surətdə girəcək olmaz isək, bütün əməllərimiz məhv və nabud
qalar. İştə belə bir zamanda Ermənistan ilə Gürcüstan arasında qan tökülür, bu qanlar dayanmalıdır, çünki
hürriyyət və istiqlal haqqında bəslədiyimiz uğursuz və müqəddəs məqsədlərimizi qara yerlərə gömməmək üçün
sülh masası başında müttəhidən oturmağa layiq olduğumuzu göstərməliyiz. İştə bu qanunların dayandırılmasına
bir təsir icra etmək bütün Azərbaycan demokratiyasını yüksəltməlidir. (Alqışlar).
Əfəndilər! Bu fikir, bu ixtilaflı məsələlərin müsali-mətlə həlli fikri, heç bir vaxt Azərbaycan cəmaətinə
yabançı qalmamışdır. Azərbaycan demokratiyasını hər zaman töhmətləndirmişlər. Ona dildə bir, məqsəddə bir
deyə böhtan etmişlərdir. Buna dəlil olaraq, millətləri bizim xaricimizdə olan hadisələri üzümüzə vurub, erməni,
müsəlman kimi müəssif hadisələrə meydan olduğundan Azərbaycanı təqsirləndirmişdir. Fəqət, həqiqət, hal bu
nəyi gostərir. Azərbaycan müqəddəratını öz əlinə alıb da müstəqil yaşamağa başladığı andan bəri siyasətini
müvafiq qurmuşdur. Azərbaycan hökuməti ibtidai bir sülh tərəfdarı olub da müsalimət siyasətindən ayrılmışdır.
Azərbaycan hökuməti əvvəl təsisindən bəri Qafqaziya millətləri arasında olan ixtilaf və mübahisəli məsələlərin
cəbr ilə deyil, sülh ilə həll olunmasına calışmışdır. Azərbaycan siyasi nümayəndələri hər zaman və hər məkanda
mübahisəli məsələlərin sülh ilə həll olunması təklifində bulunmuşlardır. Qafqaziya millətləri bu məsələləri oz
aralarında həll edə bilməzlər isə başqa bitərəf bir hakimə müraciət etməlidirlər. İyun ayının ibtidalarında idi.
Gürcüstan hökuməti Borçalının müsəlman əhalisinin arzusuna rəğmən cəbrən Gürcüstana ilhaq edirdi.
Azərbaycan buna protesto edərək məsələnin beynəlmiləl bir komisyon vasitəsilə həllin
[115 - 116]
təklif elədi.
Məəttəssüf, bu təklifinə müvafiq cavabi deyil, müxalifət gördü. Bu təklifini Azərbaycan hökuməti sonra yenə
təkrar etdi, nəticə alammadı. Son günlərdə isə Gürcüstan hökuməti bu nöqteyi-nəzəri qəbul ilə rəsmən bu
təşəbbüsdə bulundu və təşəbbüsə birinci "ləbböyk" deyən Azərbaycan hökuməti oldu. Gürcüstan və Ermənistan
hökumətini də Zaqafqaziya konfransına dəvət etmişik, günlər, həftələr ilə bəkləmişik, lakin Ermənistan
nümayəndəsi gəlməmişdir. Gürcüstan ilə Ermənistan arasında bu məsələ üzərində təati eyləmiş bu gün nəşr
edilmiş teleqramlardan anlayırız ki, Gürcüstan hökuməti hətta bu müzakirə əsasında bizdən bixəbər olaraq
Ermənistanın təklifinə görə əvvəlcə bu məsələləri yalnız Ermənistan ilə öz arasında həll etməyə razı olmuşsa da
yenə vəziyyəti qurtarmamış, məqsədinə müvəffəq olmamışdır. Şimdi isə bu iki millət oz aralarında olan
mübahisəli məsələlələri qan ilə həll etməyə başlamışlar. Arada ixtilaflı olan topraq məsələsidir. Əz cümlə
―Borçalı‖ uyzdi süni bəhsidir. Biz biliriz ki, Borçalının türk və müsəlmanlar ilə məskun olan qismi
Azərbaycandan ayrılacaq bir qitədir. (Şiddətli alqışlar). Zəngəzur, Qarabağ yezdi, yenə Azərbaycandan
Ayrılmayacaqdır. (Alqışlar). Elə bu mübahisəli məsələlərin demokratik noqteyi nəzərilə, qılınc ilə deyil, sülh ilə
həll olunmasını hər zaman istəmiş, indi də istəyirsiz. Fəqət, heyhat ki, bizim bu arzumuz havada çağırılan boş
sədadan ibarət qalmışdır. Biz zikr olunan yerlər üzərindəki hüququmuzu hər vasitəyə müraciət edilə,
eşidiləcəyinə qənaətimiz bərkəmal ikən Qafqaziyanın ümumi müqəddəratını nəzərə alaraq biz həmişə
mübahisəli məsələlər kibi bu məsələnin də sülh ilə həll olunmağını gözləmişik. Arzu edirik ki, Gürcüstan və
Ermənistan hökumətləri dəxi bu əsası ilə öz aralarındakı ixtilaflı məsələləri sülh və müsalimət ilə həll etsinlər.
Məəttəssüf, bu gün meydanda nahaq qanlar töküldüyünü gerürüz. Azərbaycan Məclisi-Məbusan Gürcüstan və
Ermənistan hökumətlərinin daxili işlərinə qarışması üçün deyil, bütün Qafqaziyaya yağacaq, o cümlədən
Azərbaycanı da qanlara boyayacaq bir fəlakətin onünü almaq üçün bu məsələyə icrayi-təsir
[116 - 117]
etmək
istər. İnanımız bundadır ki, Gürcüstan, Ermənistan cəmaəti dəxi bizim kimi düşünür.