54
verən şəhərimizdəki müttəfiqlər nümayəndələrinin hərəkətidir. Mən özümə borc bilirəm deyim ki, onlar bizim
ilə heç bir pis rəftar etməyiblər. Onlar bizimlə həmişə istiqlaliyyətimizi almaq yolunda rəftar ediblər. (Alqış).
Mən ümid edirəm ki, gələcəyə bəslədiyimiz amal və ümid vücudə gəlmişdir.
Möhtərəm məbuslar! Hökumət çox şadlıq ilə gərək sizə bildirsin ki, hamımız işlərimizi sülh ilə aparmağı və
aparmaq da istəyirsiniz və heç vaxt qan tökülməz tərəfdarı deyildiniz. Aşkar şeydir ki, sizin bu göstərməniz yol
olaçaqdır. Hökumət həmişə çalışacaqdır ki, özgə məmləkətlər ilə aramızda olan məsələləri sülh yolu ilə həll
edib, sülh ilə qurtarsın. Fəqət, bizi çox məyus edən bir şey varsa, o da ermənilər və gürcülər arasında torpaq
üstündə qan tökülməsindədir. Hökumət çalışır ki, bu mübahisəli məsələlər sülh ilə qurtarsın.
[122 - 123]
Bu
bizim xariciyyə nəzarətinin vəzifəsidir. O da bundan ibarətdir ki, xarici dövlətlər ilə daima bir rabitə yapsın ki,
onlar ilə aramızda qalxan məsələlər sülh ilə xitampəzir ola bilsin. Məlumdu ki, xariciyyə nəzarəti başqa
dövlətlər ilə həm siyasi, həm ticari rabitə yapmalı və həmdə sülh ilə işləri əmələ gətirməlidir. Amma sülh ilə
əmələ gətirmək o deyildir ki, hökumət özü üçün bir qüvvə hazırlamayacaq. Gərək hər bir dövlət daima özünü
müdafiə etmək üçün qüvvə hazırlasın. Ona görə bizim də həm xarici düşmənlərimizə qarşı bizim istiqlalımıza
hücum edənlərə qarşı müdafiə edəcək bir qüvvəmiz olsun. (Mərkəz və soldan alqışlar). Keçmişdə sabiq
hökumət belə bir qüvvə təşkili üçün çalışmışdır. Bunun üçün bir təşkilat, bir hazırlıq yapmışdır. İş başında adam
qoymuşdur. Şükürlər olsun ki, bir az vaxtdan sonra bunlar əmələ Gələcəkdir. Keçmişdə xətalar olmuşsa,
şimdidən sonra heç bir xəta olmamalıdır. Əsgəri qüvvə təşkili üçün lazımi tədbirlər ittixaz edilmişdir. Ona görə
də ümidvar oluruq ki, parlament bizə yardım edib lazım gələn büdcəni qəbul edəcəkdir.
Möhtərəm məbuslar! Mən borc bilirəm başqa nəzarətlərdən də sizə məlumat verəm. Daxili işlərimizdə çox
nöqsanlar vardır. Heç bir hökumət olmaz ki, onun belə nöqsanları olmasın, hökumət özü yaxşı bilir ki, bu
daxiliyyə işlərinin başında duran adamlardan asılıdır. O adamlar gərək yaxşı adamlar, millətpərəst adamlar
olsun. Ondan maəda millət gərək özü hökumətə müavinət etsin. Təəssüf olsun ki, millət lazım gələn bu qüvvəti
verə bilmir. O iqtidarı göstərdi. Lazımi adamlar isə iş başına gəlməyib, qırağa qaçdılar. Fəqət, millət
nümayəndələri bilsin ki, bu cəmaət işidir, millət və vətən işidir. Bundan boyun qaçırmaq olmaz. Ümidvar oluruq
ki, bundan sonra çağıranda heç kəs boyun qaçırmayacaqdır. Bununla da inşallah hər bir şeyi əmələ gətirib, hər
şeyi daxilimizdə yoluna gedəcəkdir. Hökumət özünü borclu bilir ki, Rusiya inqilabından alınmış bütün
hürriyyətləri: hürriyyəti vicdan, kəlam, məkan və sairə hüriyyətlər. Üzr istəyirəm. O qədər də ibarə ilə sözlərimi
deyəmiyəcəyəm. (Soldan: "Bu dil ana dilimizdir! Çox yaxşı dildir!" və ümumi alqış). Hökumət lazım bilir ki, bu
hüriyyətləri müdafiə eləsin. Bu işlərdə hökumət
[123 - 124]
yalnız iş görə bilməz. Millət özü hökumətə kömək
etməlidir. (Soldan, doğrudur!), (sol və mərkəzdən alqış) Onu da bilirik ki, hökumət tərəfindən bu hüriyyətlər
verilsin, bu ixtiyarı verməlidir. Bu hüriyyət imtiyazları verilməz isə dövlət işləri düz getməz. (Soldan: olmaz,
qoymarıq).
Bir də daxili işlərimizdə mühüm bir məsələ var. Bir məmləkətdə yaşayan millətlər özlərini o dövlətin övladı
kimi görməlidirlər. Biz müsəlman türk milləti də heç bir zaman özümüzü vətənə övlad görməmişik. İndi hamı
millətləri bir vətənin övladı kimi körməli və bizlər özlərimizə istəməyə-cəyiz şeyləri dikərlərinə də
istəməməliyik. (Mərkəzdən və soldan: alqışlar). Bizim içərimizdə yüz illərlə yaşayan millətlər var. O
millətlərdən biri də erməni millətidir. Onlar bizim aramızda bir para ixtilaflar sadir olmuşdur. (Soldan: külüş).
Gərək erməni milləti də türk milləti də unutmayalar ki, bunlar min illər ilə yaşayacaqlar. Bunların hamısını
hökumət gərək nəzərdə götürsün. (Soldan və mərkəzdən alqış).
Maarif Nəzarəti haqqında da bir neçə kəlmə söyləməliyəm. Maarif nəzarəti hər kəsə imkan verməlidir ki, öz
ana dilində məktəb açıb oxusun. Oxumuz mənim sizin ilə danışdığım kimi olar. (Soldan: yaxşı dildir). Maarif
nəzarəti ana dilində milli məktəblər ilə bərabər sənət məktəblərinə də böyük əhəmiyyət verməlidir. Çünki bizə
hamıdan artıq sənət məktəbləri lazımdır.
Möhtərəm məbuslar! Bir mühüm məsələ var ki, o hər bir hökumətlərdə birinci ədd olunur. Hətta hamı böyük
dövlətlərdə buna diqtət etməlidir. Bu məsələ sabiqdə olmayıb, fəqət, müharibə zamanı irəli sürülmüş. Bu ərzaq
məsələsidir. Onu da bilirsiniz ki, hər bir məmləkətdə ərzaq məsələsi üstündə aclıqdan ixtilaflar, iğtişaşlar və
başqa şeylər olur. O hökumət ki, ərzaq məsələsini nizama saldı, o, öz məsələsinin yarısını həll etmiş olur.
hökumət özünü;borclu bilir ki, cümlə ərzağı ədalətlə, cümlə millətlər və cəmi füqəranın arasında bölsün. Bu
barədə hökumətin nə qədər qüvvəsi var çalışdı. Fəqət ərzaq məsələsi, başqa məsələlər ilə bərabər bitişikdir.
Xüsusən dəmir yol ilə böyük rabitəsi vardır. Əgər sənin yolun olmaz isə, ərzaq gətirmək də mümkün olmaz.
Əgər ticarət nəzarəti başqa məmləkətlərdən mal alıb gətirmək məsələsini nizama salmaz isə və vətənimizə ərzaq
da az gələcəkdir. Bu
[124 - 125]
da asılıdır dəmir, dəniz və qara yollarının qaydaya salınmasından. Keçmiş
hökumət zamanında dəmir yollarında bir çox xətalar, nöqsanlar, hətta xəyanətlər də var idi. Hökumət bunu heç
bir zaman sizdən gizlətmək istəmir. O vaxt bir deyil, dörd dəfə bizim dəmir yollarına təpik dəymişdir. Birinci
təpik gərək xatirinizdə olsun - dəmir yollarından beş yüz min qoşun keçib gedən zamanı dəymişdir. Özünüz
bilirsiniz ki, bunlar yolları söküb, dağıtmaq ilə keçdilər. İkinci təpik öz tərəfimizdən dəydi. Millətimiz özü öz
yollarımızı dağıtmağa başladı. (Soldan: eyib olsun!). Üçüncü təpik Bakı müharibəsi zamanı, paytaxtımızı almaq
istədiyimiz vaxt dəydi. Onlardan sonra türk qardaşlarımız qayıdıb gedərkən, bunu da gizlətmək lazım deyil,