55
çünki əsgər gedərkən ola bilir ki, dağıtsın, yıxsın. Bizim yola dördüncü təpik belə dəydi. Bu qayda ilə bu yola
dörd dəfə təpik dəymiş olur. İndi belə bir yoldan nə gözləmək olar?
Özünüz bilirsiniz ki, yollarda qulluqçular da
xaricidir, özümüzünkü deyildir. Bunlardan olmazın əziyyətlər olur. Qulluqçular özlərini pis aparırlar. Belə
olduqda mə'lumdur ki, işlər yollarda daha da yaman olacaqdır. Bununla belə höku-mət sizə söz verir ki, bu
qaydasızlıqlar tezliklə düzəlib, cinayətlər də rəf ediləcək. Bir neçə məsələlər daha var. Maliyyə nəzarəti
haqqında bir neçə söz söyləməliyəm. Özünüz bilirsiniz ki, bizim heç paramız yoxdur. Bir qədər (bon)umuz
vardır ki, onlar da müvəqqəti idi, tezliklə dəyişməli idi. Bu aşkar şeydir ki, Azərbaycanın öz pulu olsun. Bunu
demək lazım degil. Bunu da təkrar etmək ehtiyacı yoxdur ki, tezlik ilə naloqlar cəm olmalıdır. Naloqlar da gəlirə
münasib olub, kasıblarınkını götürüb, varlıların, sərvətlilərin üzərinə yıxmalıdır. (Mərkəz və soldan alqış).
Bir neçə söz ədliyyə nəzarəti barəsində demək istəyirəm. Özünüz bilirsiniz ki, ədliyyə nəzarəti olmalıdır. Bu
olmaz isə heç bir dövlətin işi yürüməz, nə qədər tənbeh və cəza olsa da yenə də ədliyyə nəzarəti olmalıdır. Bu
olmaz isə əhali bilməz ki, neçin və nədən ötəri onu cəzalanldırırlar, səbəblərini anlamaz. O halda ki, sənin
sözünü məhkəmələr danışırlar, özün də görürsən ki, cəzanın səbəbi nədir? Ədalətə müvafiq olduğu orada
görüləcəkdir. Bu mühüm şeydir. Ədliyyəsi olmayan məmləkətdə tərəqqi dəxi olmaz, məmləkət irəliləməz.
Məhkəmələr də o dildə olmalıdır ki, orada isə olan
[125 - 126]
adamlar hökmləri anlaya bilsinlər. Məhkəmənin
dilini başa düşmədikdə məhkum da öz işinin doğru olduğuna heç zaman əmin olamaz. Fəqət bunu bu vaxta
təkin etmək mümkün degil idi. Hökumətimiz də bu barədə çalışır ki, o qayda ilə getsin, çünki bunu ümum
cəmaət üçün uyğun olmaqlıq tələb edir. Bu məsələlərdən sonra bir neçə məsələlər daha vardır ki, onların
haqqında uzun danışıb başınızı ağrıtmaq istəmirəm. Bunlardan bir poçta-teleqraf və səhiyeyi-ümumiyyə nəzarəti
olmasıdır. Bunların hamısı haqqında lazımi qədər tədbirlər görməyi özümüzə borc biliriz. Bunlardan başqa iki
məsələ də vardır ki, onlardan bir fəhlə, digəri əkinçi məsələsidir. Hökumət millət üçün olduğu aşkardır. Millətin
əksəriyyəti fəhlə və kəndçidən ibarətdir. (Sol və mərkəzdən alqış). Hökumət bilir ki, torpaq əkinçiyə verilməz
isə, fəhlənin həyatı təmin edilməz isə o hökumət yürüməz. (Mərkəz və soldan alqış). Hökumət bunun üçün bir
məsai nəzarəti düzəltməyə qərar verdi, taki fəhlələr də insan surətində dolana bilsinlər. (Alqış mərkəzdən və
soldan). Onların həyatı təmin olunsun. Onu da təkrar edirəm ki, onlar lazımdır səkkiz saat işləsinlər, ondan artıq
onları işləməyə qoymasınlar. (Alqışlar). Bu vəzifələri əminəm ki, məsai nəzarəti başa yetirəcəkdir. Qaldı ki,
torpaq məsələsi: hökumət bunu da sizə şadlıq ilə deyəcək ki, bu barədə parlament fraksiyaları həmrəydirlər.
Hökumət buna binaən lazım bilir ki, torpaq əvəzsiz olaraq əkinçiyə verilsin. (Soldan və mərkəzdən sürəkli
alqışlar).
Möhtərəm məbuslar! O hökumət ki, sizin rəyinizlə işləyir üzərinə başqa yol götürmür və götürə də bilməz.
(soldan: qoymarıq). Onu da bilirsiniz ki, elə böyük və mühüm məsələdir ki, onu bu vaxta kimi heç bir millətdə
lazımı qaydaya salan olmamışdır. Bu bir qələm cızmaqla həll edilən məsələ deyildir. Bunu gərək qaydaya salaq.
Millətin ixtiyarında nə olduğunu, kimə nə qədər verilməsini bilsək və gərək bunun barəsində böyük materiallar
toplansın. Bunu da hökumət tezlik ilə başa gətirməyi öhdəsinə alır. (Mərkəzdən və soldan alqış). Ona görə sizin
xahişiniz ilə nə qədər mümkündür Məclisi-Müəssisan çağrılana qədər torpaq məsələsini hökumət qəti surətdə
həll etməyə çalışacaqdır. Məclisi-Müəssisan dəvət edilənədək əkinçilər həyatını yaxşılaşdırmaqdan ötəri lazımi
materialları
[126 - 127]
hökumət hazırlayacaqdır ki, o məclis yığışılana qədər birinci növbədə bunu həll etmiş
olsun.
O fikirləri hökumət ərz etməyi borclu bilir ki, söylədim. Aşkardır ki, hökumət parlament deyən qayda ilə
getməlidir. Bununla da sözümü qurtarmaq istəyirəm. Fəqət, kəndi sözümü bitirmədən əvvəl başladığım sözü ərz
etməliyəm. Hökumətin qabağında mühüm bir məsələ var isə o da istiqlaliyyət məsələsidir. Bizim birinci
məsələmiz budur. Buna da diqqət edəcəyiz. Sizlərdə buraya hər bir yerdən gəlmiş olduğunuz onu göstərir ki, bu
istiqlaliyyət tək adamların dediyi olmayıb, bütün millətin xahişidir. Bir yerdə millətin xahişi olsa və o yolda
çalışsa, o millət azadə olsa öz məsqədinə çatacaqdır. (Soldan və mərkəzdən alqış). Özünüz bilirsiniz ki, hökumət
boynuna böyük qorxu ilə yeni kabinənin işini aparmaq vəzifəsini götürübdür. Çox vaxt mənim ozümün və
yoldaşlarımın da fikrinə gəlir ki, bəlkə boynumuza çox ağır yük gotürmüşük. Fəqət bir şey vardır ki, bizdə ümid
oyadan sizin kömək və etimadınızdır. Hökumət xüsusunda sözümü qurtarmaqdan irəli Allahdan tofiq və sizdənn
kömək istəməklə yeni hökumətin əzalarını sizə bildirmək istəyirəm.
Təşkil etmək istədiyim kabinə işbu zəvatdan mürəkkəbdir. Mən rəisi-vükəla və xariciyyə naziri,
Xasməmmədov daxiliyyə naziri, Mehmandarov Səməd bəy hərbiyyə naziri, Məhəmməd Həsən Hacınski dovlət
müfəttişi, Burutalov maliyyə naziri, Səfikürdski Aslan bəy poçta və teleqraf, Mirzə Əsədullayev ticarət naziri,
Məlikaslanov təriq və müabir naziri, Nəsib bəy Yusifbəyov maarif naziri, Lizqor ərzaq naziri. Bunlardan əlavə
dörd nazir də boş qalmışdır. Siz bilirsiniz ki, erməni qonşularımız da bizimlə hökumət parlamentində iştirak
etməlidirlər. Fəqət, bu vaxtadək onlar gəlməmişlərdir. Bu dörddən üçünü erməni namizədlərinə, biri isə rus
millətinə məxsusdur. Biz də isə biliriz ki, onlar bizim ilə iştirak etmək istəyəcəklər. Bu sırada bu yerlər onlara
veriləcəkdir. Şimdi kabinəyə etimad etmək sizdən asılıdır.
Sədr - Hökumət bəyənnaməsini müzakirədən əvvəl beş dəqiqə tənəffüs elan edirəm.
Məmməd Əmin Rəsulzadə - Belə təklif olubmu?