51
Azərbaycan xalqının təmsili-ruhi olan Məclisi-Məbusanımızda hökmü-fərma olan bu ruh və müsalimət
əminəm ki, bütün cəmaətimizin duyğusu olduğu kimi gürcü və erməni cəmaətində də eyni təbidir. Gürcüstan və
Ermənistan məclisi-məbusanları dəxi öz millətlərinin vicdanını etdiklərindən sülhamiz bir səciyyə intibahilə
kəndilərinə müraciət edəlim və deyəlim ki, Qafqaziya millətləri sülh və müsalimətə möhtacdırlar. Bütün səy və
iqtidar və nüfuzlarını hökumətimiz üzərində icra ediniz, tökülən nahaq qanlar dayansın, çünki bu qanlarda
bulunacaq hürriyyətlərimiz, çünki, bu yanan neftlərdə yanacaq yurdlarımızdır. (Alqış).
Sədr - Söz Tsixakayanındır. (rusca).
Sədr - Söz Qara bəy Qarabəylinindir.
Qarabəyli Qara bəy - Həzərat! Ermənilər ilə gürcülər arasında cərəyan edən ixtilaflı hadisələr haqqında bir
çox fəsahət və bəlağət ilə nitqlər irad edildi. Mən belə nitqlərdən söyləməyəcəyəm. Mən ancaq bir şeyi
söyləyəcəyəm ki, bu cərəyanların bizə maddi bir zərəri, yaxud başqa bir təsiri olmayacaqdır. Bu qədər ki, qanlar
axıdılır, Qarabağ dökülməkdədir. O biri cəhətdən dəxi müsəlman qanları tokülə bilərmi? Bu saat ermənilər ilə
kürcü miyanında olan hadisələr nəticəsindən yenə müsəlman qanları axıdıla biləcəyini gorürüz. Çünki toqquşma
vaqe olan yerlər Borçalıdır. Burası müsəlman yerləridir. Burada ən əvvəl müsəlman qanları axacaqdır.
(Bitərəflərdən: sağ ol!). Hüdudu aşıb keçmiş erməni qoşunlarının ayağı altında yenə də müsəlman qalacaqdır.
(Bitərəf: sağ ol). Qarşısında qüvvə gormədikdə ermənilər gəlib bizim aramıza keçəcəkdir. O zaman bizim
halımız vəxim olacaqdır. Buna görə hökumətə müraciət ilə soruşuruz ki, bu ixtilafın bitməsi üçün burada
müsəlman qanlarının tokülməsi ilə hüdudumuzu müdafiə etmək üçün nə tədbirlər olmuşdur? Və yaxud
olacaqdırsa, hansı qüvvə ilə?
Sədr - Daha natiq yoxdur ki, Ona gorə hökumət rəisinə söz verilir.
[117 - 118]
Fətəli Xan Xoyski - Hökumət tərəfindən bu barədə tədbirlər olubdurmu? Sual olundu... Doğrudan da suala
haqları vardır. Hökumət də bunu düşünürdü. Bu hüdud barəsində ki, buyurdular, heç bir məlumat yoxdur. Bir
elə xəbər çıxmış idi ki, ermənilər hüdudluğu keçmişlər. Mən o saat teleqraflar ilə əhval bilmək istədim, cavab
gəldi ki, heç bir şey yoxdur. Hökumət bütün stansiyalara tapşırıbdır ki, elə bir hadisə olsa, tez xəbər versinlər,
hüdudumuzun başqa bir tərəfdən keçilməməsi üçün bir çox əsgəri tədbirlər görülmüşdür. Qüvvə də
hazırlamışıq.
Sədr - Müzakirə olunan istizah barəsində müsavat fraksiyonu tərəfindən təklif olunur.
Əhməd Cövdət - (oxuyur).
Kürcüstan və Ermənistan parlamanlarına Azərbaycan məclisi-məbusanı tərəfindən göndəriləcək
müraciətlərinin "Müsavat" şobəsi tərəfindən təklif olunan layihəsi:
Bütün dünya millətlərinin silahlarını- ataraq sülh və səlah ilə aradıqları belə bir zamanda, bir zamanda ki,
Qafqaziyada təşkil edən cumhuriyyətlərin yekdikəri arasında sülh və müsalimətlə yaşamaları, elan etdikləri
istiqlala layiq olduqları yeganə bir kiliddir. Azərbaycan məclisi-məbusanı qonşularımız Ermənistan
cumhuriyyəti ilə Gürcüstan cumhuriyyəti arasında zühr edən qanlı hadisat ədavətkarının əsrarəngiz xəbərini
iztirablı bir qəlblə tələqqi etdi. İşbu iztirabının tərcümana təsiri olan 20 dekabr tarixli fovqəladə iclasında
Ermənistan və Gürcüstan parlamentlərinə müraciət edərək hər iki hökumətin bu təhlükəli qədəmdən saxlanması
üçün var-qüvvət və nüfuzları ilə səy aləmlərini dostluq məqamında rica etməyə qərar verdi.
Bütün Qafqaziya demokratiyasının ürək arzusu: qonşular arasında bütün ixtilaflı məsələləri uyuşmaq,
barışmaq, və nəhayət hakim vasitəsilə həll etməkdir. Bunun xaricində olacaq hər bir tədbir hansı dovlət
tərəfindən görülmüş olur isə olsun Azərbaycan hökumətinin vicdanının zəxmdar etdiyi kimi, Gürcüstan ilə
Ermənistan cəmaətlərini də rəncidə edəcəyinə qaneiz. Bunun üçün də millətin təmsili vicdanı olan Məclis-
Məbusan heyətinə müracətlə qardaşca tövsiyyə ediriz:
[118 - 119]
Amandır, durunuz, Qafqaziya təkrar qanlara boyanmasın, odlara yanmasın, çünki bu qanlarda boğulacaq
hürriyyətimiz, bu yanğınlarda yanacaq-yurdlarımız.
Sədr - Sosialistlər ittifaqı tərəfindən təklif olunan layihə:
Əhməd Cövdət - (oxuyur).
Məclisi-Məbusanda bulunan sosialistlər fraksiyonunun Gürcüstan ilə Ermənistan millətləri arasında baş
verən hadisə haqqında məruzənin müzakirəsindən sonra Azərbaycan məclisi-məbusanı aşağıdakı maddələri
qərara alır:
1). Bizim ilə qonşu və qardaş olan Gürcüstan və Ermənistan millətlərinə və onların parlamanlarına rica
olunsun ki, onlar öz hökumətlərinə təsir edib tezliklə dava hərəkətlərinin dayandırılmasına çiddi surətdə
çalışmaları təklif olunsun.
2). Zaqafqaziya dovlətləri arasında olan bütün mübahisəli məsələlərin həlli bu hərəkətlərin konfransına və
beynəlmiləl arbitraja mühəvvəl olunması təklif olunsun.
3). Zaqafqaziyada yaşayan üç boyük millətlər bir-birilə sıxı surətdə əlaqədar olduqlarından Ermənistan və
Gürcüstan ixtilafı ümum cəmi Qafqaziya millətlərini böyük fəlakətə düçar edə bilər. Buna binaən hər tərəfki bu
millətlərin sülh ilə yaşamalarına tərəfdar olar isə, onda cahan demokratiyası qarşısında öz ohdəsinə boyük
məsuliyyət alacağını bəyan etməlidir.