Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə318/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   ...   314   315   316   317   318   319   320   321   ...   334

711 

 

Altı  aylıq  vaxt  təyin  etməklə  hökumət  o  fikirdən  çıxış  edir  ki,  burada 



oturaraq  hansı  ölkədə  bizim  nümayəndə  heyətinə  daha  çox  tələbat  olacağını 

müəyyən  etmək  mümkün  deyil.  Altı  ay  müddətində  bu  nümayəndə  heyətləri 

vasitəsilə  müəyyən  etmək  olar  ki,  hansı  ölkədə  nümayəndə  heyəti  saxlamaq, 

hansında  isə  saxlamamaq  olar.  Bu  sualları  həll  etmək  üçün  altı  aylıq  müddət 

tamamilə  qənaətbəxşdir.  Bəlkə  dəqiq  məlumat  əldə  edildikdən  sonra  həmin 

nümayəndə heyətlərinin bəzisini ləğv etdik və ya onlara yenilərini də əlavə etdik. 

Ə.  H.  Qarayev  ("Hümmət")  -  Mən  istəyirəm  biləm  ki,  nə  üçün  bizim 

hökumətin  dostluq  münasibətləri  yaratmaq  istədiyi  ölkələr  arasında  sovet 

Rusiyasının  adı  yoxdur.  Nə  üçün  bütün  imperialist  dövlətlərə  nümayəndə  heyəti 

göndərərkən siz həqiqi dostunuzu yaddan çıxarırsınız. Nə vaxt ki, Denikin qüvvətli 

idi, siz Rüstəmboyovu nümayəndə kimi onun yanına göndərdiniz. (səs-küy. Səslər: 

Yalandır, Denikinin yanına deyil, Kuban hökuməti yanına). Bu sizin taktikanızdır. 

Göstərəsiniz ki, sovet Rusiyası ilə dostluq əlaqəsi yaratmaq istəmirsiniz. 

F.  X.  Xoyski  (Xarici  işlər  naziri)  –  Mən  bilmirəm,  çıxış  edən  natiq 

demaqoqiya  ilə  məşğuldur,  yoxsa  məsələyə  həqiqətən  aydınlıq  gətirmək  istəyir. 

Bizə  deyirlər  ki,  niyə  siz  istəmirsiniz  sovet  Rusiyası  ilə  dostluq  əlaqələri 

yaradasınız. Biz həmişə böyük rus xalqı ilə xalqımızın ən sıx surətdə yaxınlaşması 

fikrində  olmuşuq  və  yenə  də  bu  fikirdəyik,  Əgər  bu  dostluq  yoxdursa,  bu  bizim 

günahımız  deyil.  Biz  üç  dəfə  sovet  Rusiyasına  müraciət  edərək  dostluq  əlaqələri 

yaratmaq üçün danışığa hazır olduğumuzu elan etmişik. Lakin bu günə qədər bizim 

təkliflərimiz  cavabsız  qalıb.  Çıxış  edən  natiq  nahaq  bizi  günahlandırır.  Əgər  o 

istəyir  ki  bizimlə  Rusiya  arasında  dostluq  əlaqələri  yaransın,  onda  qoy  öz 

məsləkdaşlarını  danışıqlara  getməyə  məcbur  etsin. (Alqışlar).  Biz  danışıqlar  üçün 

həmişə  hazırıq.  Bizə  göstəriş  vermək  lazım  deyildir.  O  şəxslərə  göstəriş  vermək 

lazımdır ki, bu günə qədər həmin məsələnin həllini yubadır. Burda deyildi ki, biz 

Denikinin yanına nümayəndə göndərmişik. Bu böhtandır. Biz Denikin yanına heç 

vaxt  və  heç  bir  nümayəndə  göndərməmişik.  Biz  öz  nümayəndəmizi  müstəqil 

Kuban Respublikasına göndərmişdik. 

A.  Səfikürdski  (sosialist)  və  Q.  Qarabəyov  ("İttihad")  -  öz  fraksiyaları 

adından  bəyan  edirlər  ki,  müzakirə  olunan  qanun  layihəsi  onların  fraksiyası 

tərəfindən alınmamışdır  və  onlar həmin  qanun  layihəsi ilə tanış  olmadıqları  üçün 

onun müzakirəsi gələn iclasa təxirə salınsın. 

A. Əminov ("Müsavat") - Öz fraksiyası adından çıxış edərək həmin qanun 

layihəsinin  müzakirəsini  gələn  iclasa  təxirə  salınmasına  etiraz  etmədiklərini 

bildirir. 

Sədr  -  Müzakirənin  gələn  iclasa  təxirə  salınmasını  səsə  qoyur  və  qəbul 

edilir. 

 



712 

 

Tənəffüs elan olunur 

Tənəffüsdən sonra iclas öz işinə saat 3-30 dəqiqədə başlayır. 

Əli  Bayramovun  ölümü  ilə  əlaqədar  daxili  işlər  nazirinin  verdiyi  cavab 

müzakirə olunur. 

Qarayev  ("Hümmət"),  M.  Ə.  Rəsulzadə  ("Müsavat"),  Q.  Qarabəyov 

("İttihad"), M. Əfəndiyev ("Əhrar"), Ağamalı oğlu (sosial-demokrat) çıxış edirlər. 

Ədliyyə  naziri  X  Xasməmmədov  bəyanat  ilə  çıxış  edərək  bildirir  ki,  bu 

məsələni aydınlaşdırmaq üçün hökuməti tərəfindən çox ciddi tədbirlər görülmüş və 

etibarlı  müstəntiqlər  işə  cəlb  olunmuşdur.  Bu  ölümdə  günahkar  olan  şəxslərin 

cəzalandırılması üçün hökumət heç nədən çəkinməyəcəkdir. 

Müzakirə  nəticəsində  "Müsavat",  sosialistlər  və  "İttihad"  fraksiyaları 

tərəfindən üç təklif daxil olur. 

"Müsavat" fraksiyasının təklifinin birinci hissəsi qəbul edilir. Eyni təklifi 

"İttihad" fraksiyası tərəfindən də hökumətdən günahkarların ciddi cəzalandırılması 

tələbi əlavəsi ilə daxil olur. 

Sosialistlər  fraksiyası  və  "İttihad"  fraksiyası  təklif  edirlər  ki,  istintaq 

üzərində  nəzarət  üçün  hər  fraksiyadan  bir  nəfər  olmaqla  xüsusi  Parlament 

komissiyası yaradılsın. Bu təklifi S.Ağamalı oğlu vo Q.Qarabəyov müdafiə edir. 

Həmin  təklif  əleyhinə  M.Ə.Rəsulzadə  və  A.Aşurov  çıxış  edirlər. 

Komissiyanın  yaradılması  haqqında  təklif  sədr  tərəfindən  səsə  qoyulur.  Səs 

çoxluğu ilə təklif Parlament tərəfindən qəbul olunur. 

M. Ə. Rəsulzadə ("Müsavat") və A. Aşurov (partiyasızlar) öz fraksiyaları 

adından bəyanat verirlər ki, onlar prinsipcə bu komissiyanın yaradılması əleyhinə 

olduqları üçün həmin komissiyaya öz nümayəndələrini verməyəcəklər. 

Sədr başqa fraksiyalara öz nümayəndələrini verməyi təklif edir. 

Gizli  səsvermə  nəticəsində  həmin  komissiyaya  Ə.  S.  Pepinov  (sosialist), 

A.  Qardaşov  ("Əhrar),  Məmmədbəyov  ("İttihad"),  B.  Axundov  (partiyasız) 

seçilirlər. 

İclas axşam saat 5-də bağlanır. 



Azərbaycan, 26, 27 aprel 1920, № 83,84. Aзербайджан, 21 май 1920, № 78. 

 

№ 142 



Yüz qırx ikinci iclas 

19 aprel 1920-ci il 

 

Sədr - Məmməd Yusif Səforov. Katib - Qaraşarov. 



İclas açılır saat 12-20 dəqiqədə. 

Sədr  -  İclas  açılır.  Katib  əfəndidən  rica  olunur,  daxil  olmuş  kağızları 

oxusun. 



713 

 

Katib  -  Oxuyur.  Parlament  əzasından  Allahverdilər  aprel  ayının  axırına 



qədər  məzuniyyətlərinin  uzanmasını  rica  edir.  Divani-rəyasət  tərəfindən  etiraz 

yoxdur. Qəbul edilir. 

Sədr - Etiraz yoxdur? Qəbul olunur. 

Katib  -  Parlament  əzasından  Lujov  mayın  birinə  qədər  məzuniyyətinin 

uzanmasını rica edir 

Sədr - Etiraz yoxdur? Qəbul olunur. 

1-Təshih  komissiyonunun zildəki  qanunlar haqqında  məruzəsi;  a-İstintaq 

əqsamının təşkili, təbdilən islahi haqqında; b-Şəhər intixabatı yapmaq və bələdiyyə 

xidmətlilərinin əlavə maaşlarını vermək üçün Gəncə bələdiyyə idarəsinə bir milyon 

399  min  rublə  miqdarında  borc  buraxılması  haqqında;  2  -  Azərbaycandan  xaricə 

çıxarıdan  xalılardan  gömrük  rüsumu  alınması  haqqında.  Məruzəçi  -  Rzayev;  3  - 

Azərbaycan  Cümhuriyyəti  tərəfindən  6  siyasi  heyətin  Avropanın  qərb  tərəfinə  və 

Amerikaya  göndərilməsi  və  Paris  sülh  heyətinin  azad  olunması  haqqında  qanun 

layihəsi. Məruzəçi - Muxtar Əfəndizadə; 4 - Gəncə qəzasının iki qəzaya bölünməsi 

haqqında qanun layihəsi. Məruzəçi - Ağamalov; 5 - Tütün aksizi üsulunun təbdili 

və  yeni  tütün  aksizinin  ən  azəm  qiyməti  haqqında.  Məruzəçi  -  Əmircanov;  6-27 

sentyabr 1919-cu il tarixli qanun namənin 5-ci maddəsində təbiblərə aid olmaması 

və  eyni  zamanda  bir  kaç  məmuriyyətdə  bulunmaq  xüsusunda  qanun  layihəsi. 

Məruzəçi  -  Əmircanov;  7  -  Əcnəbi  məmləkətlərdən  sadir  olan  qərar  icrasının 

təbdili  haqqında:  Axicanov;  8  -  Müdafieyi-maliyyə  qəziyyəsi  və  Əhməd  bəy 

Ağayev  haqqında  "İttihad"  fraksiyasının  sualı;  9  -  Ədliyyə  nəzarətindən  mart 

hadisatı  zamanında  zəbt  olunmuş  ziqiymət  əşyanın  sahiblərinə  iadə  edilməsi 

haqqında qanun layihəsi; 10-Ümum-hökumət idarəsinə nazir müavinləri, hökuməti 

işləri mudiri və məşixiyyət rəisləri üçün maaş təyini haqqında qanun layihəsi. 

Sədr - Etiraz yoxdur ki? Qobul olunur. 

Növbədəki təshih komissiyonunun məruzəsi. Məruzəçi — Qaraşarov. 

Qaraşarov  -  Təshih  komissiyonun  məruzəsi,  istintaq  komissiyonunun 

təşkili  və  təbdili  islahı  haqqında  qanun  layihəsidir  ki,  olduğu  kimi  qəbul  olunur. 

İkinci  qanun  Gəncə  şəhər  intixabatı  yapmaq  və  bələdiyyə  xidmətçilərinin 

maaşlarını  vermək  üçün  Gəncə  bələdiyyəsinə  bir  milyon  399  min  427  manat 

miqdarında borc buraxılması haqqında qanun layihəsi bila təbdil qəbul olunur. 

Sədr  -  Etiraz  yoxdur?  Qəbul  olunur.  Keçirik  ikinci  məsələyə:  [məruzəçi 

Əbuzər bəy]. 

Əbuzər  bəy  -  İkinci  məsələ  xalça-palazdan  gömrük  rüsumu  (alınması] 

haqqında qanun layihəsidir. 

Bu  məsələ  keçən  dəfə  müzakirə  edildi,  fəqət  hökumət  məmurundan 

məlumat  toplamaq  üçün  bu  günə  buraxılmışdır.  Bu  gün  isə  yenə  hökuməti 

nümayəndəsi gəlmədiyindən gələcək iclasa təxir olunur. 




Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   ...   314   315   316   317   318   319   320   321   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə