Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə326/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   ...   322   323   324   325   326   327   328   329   ...   334

728 

 

bunun  əleyhinədir?  Təklif  qəbul  olunur.  Qəbul  olunmuş  təklif  ilə  bərabər,  birinci 



maddəni səsə qoyuram. Etiraz yoxdur? Qəbul edilir. 2-ci maddəni oxuyunuz. 

Muxtar əfəndi - 2-ci maddəni türkcə oxuyur. 

Katib - 2-ci maddəni Rusca oxuyur. 

Sədr - Oxunan maddə barəsində kim danışmaq istər? Müzakirə edən əlini 

qaldırsın. Qəbul olunur. Üçüncü maddəyi oxuyumuz. 

Katib - Oxuyur. 

Sədr - Demək bu rəqəm 12 min artacaqdır. 

Aşurov (yerindən) - Bu barədə izin veriniz. 

Sədr  -  Deməli  ki,  bu  88000  funtun  üstünə  artacaqdır  12000.  Bunu 

gələcəkdə maddə-maddə müzakirə vaxtı səsə qoyaram. Buyurunuz. 

Aşurov - Məlumunuzdur ki, Rusiya ilə əlaqəmiz o bir dövlətlərdən artıq 

olacaqdır.  Amerikaya  göndərdiyimiz  heyətdən  Rusiya  heyəti  artıq  olacaqdır. 

Çünkü Rusiya daxili Amerika kimi deyildir. Amerikaya bir səfarət kafidir. Amma 

Rusiya  öylə  deyildir.  Oraya  5-6  adam  göndərmək  olmaz.  Bir  də  Rusiya  səfarəti 

ancaq  siyasi  müməssillik  olmayıb,  onun  nəzdində  sair  şöbələr  dəxi  olmamışdır. 

Odur  ki,  Rusiyaya  nə  qədər  heyət  göndərmək  lazım  olduğunu  qabaqcadan  təyin 

etmək  olmaz.  Ona  görə  təklif  edirəm  Rusiya  səfarəti  barəsində  hökumət,  ayrıca 

layiheyi-qanuniyyə tərtib və təqdim etsin. 

Sədr - Möhtərəm əfəndilər! Biz burada da birinci maddəni qəbul etdik. Bizə təklif 

edildi  ki,  bu  qayda  ilə  ki  sair  məmləkətlərə  səfarət  göndəriləcəkdir,  o  əsas  ilə  də 

Rusiyaya  göndərilsin.  Mən  deyə  bilərəm  ki,  Rusiyaya  bu  qayda  ilə  səfarət 

göndərmək  olmaz.  Çünkü  oraya  böyük  heyət  göndərilməli  və  səfarət  nəzdində 

ticarəti, iqtisadi və mali şöbələr və konsulxanalar olmalıdır. Mən təklif edirəm ki, 

Almaniya  və  Rusiyaya  göndərilən  heyətlər  haqqında  təcili  surətdə  smeta  və  ştat 

tərtib versin. 

Səfikürdlü (yerindən) - Söz veriniz. 

Sədr - Buyurunuz. 

Səfikürdlü  -  Biz  nöqteyi-nəzərimizi  demədik  ki,  Rusiyaya  bir  heyət 

göndərilməsi  hamıdan  artıq  lazımdır.  Bilirsiniz  ki,  Rusiyada  bizim  çox 

vətəndaşlarımız vardır. Onlar Moskva və qeyri şəhərlərdə ehtiyac içində yaşayırlar. 

Rusiyada  bir  şəhər  yoxdur  ki,  orada  azərbaycanlı  olmasın.  Onların  müdafiəyə 

hamıdan artıq ehtiyacı vardır. Ona görə Rusiyaya tezlik ilə səfarət göndərməlidir 

ki, vətəndaşlarımızın siyasi və iqtisadi hüquq və mənafeini müdafiə etsin. Burada 

dedilər ki, bu səfarət haqqında hökuməti təzə layihə tərtib versin. Amma bu doğru 

deyildir. Bu məsələ hökumətə tapşırılsa qəbul olunmuş təklif ləğv edilmiş olar. Bu 

qanun  layihəsi  ki,  müzakirə  edilir,  biz  təklif  ediriz,  başqa  dövlətlərə  göndərilən 

ümumi  əsaslar  üzərinə  Rusiyaya  da  səfarət  göndərilsin.  Çünkü,  Rusiyaya 

göndərmək hamıdan vacibdir. Ancaq sonra, ümumi əsas az görülsə, hökumət əlavə 




729 

 

bir  qanun ilə  artırıb,  əskildə  bilər.  Bir  də  Şura hökuməti  ki,  bizdən  5  milyon  put 



neft  almaq  istəyir  və  ümum  Rusiya  şəhərlərindəki  Azərbaycanlılar  var,  bunların 

həpsini siyasi müməssilə ehtiyacı var. Ona görə sairləri ilə bərabər Rusiyaya tezlik 

ilə səfarət göndərilməlidir. 

Sədr - Söz məruzəçinindir. 

Muxtar  Əfəndizadə  -  Mən  öylə  bilirəm  ki,  bu  bir  çətin  məsələ  dəyildir. 

Vaxtaki  qeyri  yerlərə  heyətlər  göndərilməsini  qəbul  ediriz,  Rusiyaya  da 

göndərilməsi  qəbul  edilə  bilər.  O  ki,  məxaric  məsələsinə  gəldikdə  heyətlərə  pul 

uçot  ilə  veriləcək  və  haqq-hesab  ediləcəkdir.  Maaş  barəsində  isə  səfirlərə  fərq 

qoyulmur. Fransa səfiri ilə, Amerika səfirinə, ingilis ilə Rusiya səfirinə, xülasə heç 

bir səfirə maaşca fərq qoyulmur. Odur ki, Rusiyanın səfirinə də fərq qoyulmasına 

lüzum yoxdur. 

Sədr  -  Deməli,  hökumət  layihəsinin  3-cü  maddəsində  göstərilən  88000 

ingilis lirəsi üstünə şimdi 3 ştat dəxi artırılır, 3000 lirə də artırmaq lazım gəlir ki, 

cümlətanı  118000  qədər  lirə  edir.  Əgər  lazım  gəlsə  hökumət  bu  məbləği  artırıb, 

əskildə bilər. Hər halda maddəni səsə qoyuram. Etiraz edən əlini qaldırsın. Qəbul 

olunur. Bir də burada ştat var. Birinci növbədə Fransa səfarəti ştatı. 

Muxtar əfəndi - Oxuyur. 

Sədr - Oxunan ştatı səsə qoyuram. Etiraz yoxdur, qəbul olunur. 

Muxtar əfəndi - Oxuyur. 

Sədr  -  2-ci  ştatı  rəyə  qoyuram,  etiraz  edən  əl  qaldırsın.  Qəbul  olunur. 

İtaliya siyasi nümayəndəlik ştatasıdır. O da ikincinin eynidir. Qəbul olunur. Mehdi 

bəy. 


Mehdi  bəy  -  Rusiyaya  göndərilən nümayəndəlik  ştatı  Polşanınkının  eyni 

olmalıdır. Orada olduğu kimi, nümayəndə, müavinləri, drağaman və qeyriləri. 

Sədr  -  Polşa  nümayəndəliyinin  ştatına  etiraz  edən  əlini  qaldırsın.  Qəbul 

olunur. Muxtar əfəndi. 

Muxtar  əfəndi  -  Rusiya  nümayəndəliyinin  ştatı  Polşa  ilə  bərabər  etməyi 

bən  yersiz  görürəm,  çünkü  Polşa  nümayəndəliyi  yalnız  ora  üçün  deyil,  Litva, 

Finlandiya  və  sair  yeni  cümhuriyyətlər  meydanında  dəxi  fəaliyyətdə 

bulunucağından  onu  öylə  qəbul  etdik.  Rusiya  isə  yeni  olduğundan  hökumət  ona 

lahiyə təqdim edəcəkdir. 

Sədr - Üçüncü maddə 6 min funt götürəndə bu təklif özü-özlüyündə düşür. 

Amerikaya, Fransaya göndəriləcək nümayəndəliklərin ştatını rəyə qoyuram. Etiraz 

edən  əl  qaldırsın.  Qəbul  olunur.  Ən  sona  qalan  İngiltərə  nümayəndəliyi  ştatıdır. 

Rəyə qoyuram, etiraz yoxdur. Qəbul olunur. 

On dəqiqəlik tənəffüs elan edilir. 

 

 



730 

 

Tənəffüsdən sonra 

Sədr  -  İclas  davam  edir.  Ağa  Əminov.  (səslər:  kvorum  yoxdur.  Adam 

gedir. əzalar gəlir) 

Ağa  Əminov  -  Hərbiyyə  nəzarətindən  təqdim  olunan  bu  qanun  layihəsi 

məxafi  və  təcilidir.  Ona  görə  maliyyə  büdcə  komisyası  lazım  bilmişdir  ki,  bu 

qanun  layihəsi  Parlamentdən  əsasən  keçirilsin,  buradakı  müəssisələrdə  olacaq 

ştatın qədəri oxunmayıb, ancaq müəssisələrin adı oxunsun. Qanun layihəsi məxfi 

olduğundan əsasları oxunarsa böylə olur. Oxuyur. 

Sədr - Qanun xüsusunda danışan yoxdur? Yoxdur. Müzakirat bitir. Qanun 

layihəsi bir maddədən ibarətdir. 

Ağa Əminov - (Oxuyur). 

Sədr  -  Qanun  layihəsi  oxundu,  səsə  qoyuram.  Etiraz  edən  ayağa  qalxsın. 

Etiraz  yoxdur.  Qəbul  olunur.  Qanun  layihəsi  təcilidir.  Üçüncü  qiraətinə  keçirik. 

Danışan yoxdur. Birinci maddəni, üçüncü qiraətdə səsə qoyuram. Danışan yoxdur. 

Qəbul  olunur.  Layihəni  təmamən  səsə  qoyuram,  etiraz  yoxdur.  Qəbul  olunur, 

verilir təshih komisyonuna. 

Əminov  -  2-ci  qanun  layihəsi  hərbiyyə  nəzarətindən  hilali-əhmər 

xüsusunda  gəlmişdir.  Hilali-əhmər  cəmiyyəti  yeni  təşkil  olunduğu  üçün  hələlik, 

maliyyə  işləri  bir  qədər  çətinlik  keçir.  Bu  cəmiyyətin  mənası  Rusiyada  səlib, 

əhmərin  mənası  ilə  eynidir.  Bunun  dövləti  mənası  budur  ki,  məmləkətdə  bir 

bədbəxtlik  olarsa,  köməklik  edəcəkdir.  Ona  görə  hökuməti  müavinət  edir  ki, 

cəmiyyət  xalq  tərəfindən  tanınan  iş  görə  bilsin.  Ona  görə  hərbiyyə  nəzarəti 

cəmiyyətin  təşkilini  və  müavinətlərini  öhdəsinə  götürüb,  ştatda  olanların 

məvacibini və qeydlərini, hələlik özü verəcəkdir. Ştat var, lazım olsa oxunacaq. 

Sədr  -  Bu  xüsusda  danışan  yoxdur?  Yoxdur.  Oxuyunuz.  Ağa  Əminov  - 

Oxuyur. 

Sədr  -  Bu  barədə  danışan  yoxdur?  Etiraz  yoxdur.  Qəbul  olunur. 

Komissiyon  tərəfindən  təklif  var.  Təcili  olsun.  Etiraz  yoxdur.  Qəbul  olunur.  3-cü 

qiraət  xüsusunda  danışan  yoxdur?  Etiraz  yoxdur,  qəbul  olunur.  Üçüncü  qiraətdə 

maddəyi səsə qoyuram. Etiraz yoxdur? Qəbul olunur, verilir təshih komisyonuna. 

Ağa  Əminov  -  Bu  layihə  də  daxiliyyə  nəzarətindən  gəlmişdir.  Özü  də 

müxtəsərcədir,  bir  vəzifənin  təsdiqi  barəsindədir.  Erməni  kəndində  pristavın 

müavini vardır. İkinci bir müavinə ehtiyac  vardır. Layihə üç maddədən ibarətdir. 

(Layihəni oxuyur). 

Sədr - Bu barədə danışan yoxdur ki? Yoxdur. Müzakirə bitir. Maddələrin 

müzakirəsinə keçməyə etiraz yoxdur? Yoxdur. Qəbul olunur. Birinci maddəyi səsə 

qoyuram.  Etiraz  yoxdur?  Yoxdur.  Qəbul  olunur.  İkinci  maddəyi  səsə  qoyuram, 

etiraz yoxdur? Qəbul olunur. 3-cü maddəyi səsə qoyuram, etiraz yoxdur? Yoxdur, 



Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   ...   322   323   324   325   326   327   328   329   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə