Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə324/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   ...   320   321   322   323   324   325   326   327   ...   334

724 

 

çalışmalıyıq ki, hökumətimiz baqi olsun. Daxili tənqid edənlər desə idi ki, daxili 



siyasətimiz fənadır, dəyişək. Bu yollu tənqidə bir söz deməzdik. Amma müəlliflər 

deyirlər  ki,  xaricdə  də  işləməyək.  Böylə  təklif  etmək  hökumətin  istiqlalını  məhv 

etmək  deməkdir.  Bəziləri  dəxi  deyirlər  ki,  nümayəndəliklər  neçün  İngiltərədə, 

Fransada təşkil edir. Çində və Yaponiyada etmir. Amma onu bilmirsiniz ki, bu gün 

bütün dünya siyasəti və millətlər müqəddaratı Yaponiya ilə Çindən deyil, Paris və 

Versaldan asılıdır. Özünüz bilirsiniz ki, sovet hökuməti dəxi bir çox yerlər axtardı. 

Bu  feil  sair  bu  kimi  yerlərə  nümayəndələrini  göndərdi.  Bolşeviklər,  bütün 

ingilislərin və Antantanın böyük düşməni olmaqla bərabər onlara nümayəndələrini 

göndərir,  onları  tanıyır.  İndi  biz  bir  əlimizə  xəncərimizi,  digər  əlimizə  isə 

bayrağımızı alıb, özümüzü Antantaya düşmən elan etsək, bu avantüradan başqa bir 

şey deyildir. Bu avantüradır. Müxtəsəri, siz görürsünüz ki, xarici siyasətsiz işimiz 

düzəlməyəcək.  Hər  nasıl  olursa  olsun,  xarici  siyasətimizi  yürütməliyik.  Xaricdə 

işləməkdən fayda  yoxdur, deyənlər bilməlidirlər ki, daha beynəlmiləl diplomatlar 

vardır,  onlar  qaldırılmamışdır.  Başqa  bir  yol,  ayaq  yersiz  təşkil  edəcək. 

Nümayəndəliklərin məsarirəfinə gəldikdə 200 funt sterlinq çox bilməyirik. (Yeddi 

aya da Rumınyaya) rasxodlara azacıq çox para veriləcək. Amma bununla bərabər 

məsrəfdən qorxmamalı və nümayəndəliklər təşkil etməlidir. 

Sədr - Qara bəy Qarabəyli. 

Qara bəy - Mənim sözlərimə başqa mənalar istinad etdilər. Bizim xaricdə 

adamlarımız var və adlarını da ehtiramla söylədim. Mən dedim ki, onlar oynayırlar, 

işimiz eylədir ki, oradakı qüvvətli adamlarımız öhdəliklərinə bir çox şeyləri niyə 

götürə  bilir.  Yeni  təşkilatlara  lüzum  yoxdur.  Əvvəl  məscidin  içi,  sonra  tişarısı. 

Ələlümum  təcili  surətdə  səfarət  yapılması  tərəfdarı  deyilik.  Madam  ki,  lazımi 

görmürük.  Orada  qüvvətli  adamlarımız  var,  işimizi  görə  bilərlər,  onları  buraya 

çağırmalıyam,  oxuyub  Avropadan  buraya  gələcəklər,  buradan  oraya  müvəqqətən 

gedəcək,  bunlara  5-10  milyon  pul  məsarifi  xərclənəcək.  Biz  deyirik  ki,  onlar 

hələlik  orada  qalsınlar,  əsasən  buna  etiraz  etmirik.  Təcili  surətdə  onu  tərk  et 

deyirik. Bizim nöqteyi nəzərimiz bunun əleyhinədir. Heç bir qərəzimiz də yoxdur. 

Sədr - Müzakirə bitdi. Burada bir iki natiq layihənin əleyhinə deyil, təcili 

olmasının əleyhinə getdilər. Onu demək istəyirəm ki, bu layihə təcili deyil. Son söz 

məruzəçinindir. 

Muxtar Əfəndizadə - Mən Məclisi-Məbusanın üzvü olduğum üçün güman 

edirəm  ki,  məclisi-məbusanın  bütün  əzaları  bu  məsələyə  dövləti  nöqteyi-nəzərlə 

baxırlar və layihə asan bir surətdə etirazsız keçər. Fəqət, etiraz oldu. O qədər də 

zəif etirazlar oldu ki, heç bir tənqidə davam etməzlər. Səmədağanın dediyindən bu 

anlaşıldı ki, layihənin əsasına deyil, vaxtına zərərdir. Dedilər hökuməti işlərimizi, 

daxili işlərimizi düzəltməmiş heç bir yerə nümayəndə göndərə bilmərik. Və bir də 

dedilər  ki,  heç  çox  dövlətlər  Azərbaycanın  adını  belə  eşitməyiblər.  Mən  təəccüb 




725 

 

edirəm. Bu söz layihənin əleyhinə, ya ləhinə. Min dəlil ola bilir. Söz dəlil olsa, o nə 



olar  ki,  tezliklə  nümayəndə  göndərib,  adımızı  bilməyənlərə  özümüzü  tanıtdıraq. 

Sonra,  dedilər,  "Qızıl  deyil"  deməklə  olmaz.  Gərək  eyisi  olsun.  Əgər  siz  balaca 

Azərbaycanımızın  qızıl  kanı  olmasını  istəyirsiniz,  onda  gül  əkməmiş,  əvvəl 

arxlarını çəkməli və su gətirməlisiniz ki, əkəcəyiniz güllər və ağaclar susuzluqdan 

yanmasınlar.  İmdi  biz  də  o  məmləkətlərə  nümayəndə  göndərməliyik  ki,  oradan 

bizə mədəniyyət suyu gəlir. Biz hələ bir mismar da qayırmağı bacarmırıq. Buraya 

gələn  bütün  emalat  Amerikadan,  İngiltərədən  gəlir  ki,  ən  əvvəl  onların  yanına 

nümayəndə  göndərməliyik.  Bilirsiniz  ki,  qonşularımız  başqalara  məhkum  ikən 

özlərini tanıtdırmaq üçün nümayəndələr göndərib, özlərini tanıdırlar. Halbuki, biz 

hakim ikən belə özümüzü tanıtdırmağa nümayəndə göndərmək istəmirik. Əgər, biz 

bu vaxta qədər, özümüzü tanıtmamışıq, o da bizim qəbahətimizdir. Sonra Qarabəy 

cənabları  dediyi  şimdiki  hökumət  mötəbər  bir  hökuməti  deyil.  Ona  görə 

göndərəcəyi səfirlər də mötəbər olamazlar. Bu doğru ola bilər. 

Amma layihəyə baxarkən hökumət nəzərdə alınmaz. (Qara bəy  yerindən: 

Mən öylə demədim, mötəbər deyil dedim). Madam ki, ixtiyar Parlamandandır. Bir 

pristavın  nöqsanı  üçün  hökuməti  yıxan  Parlaman  bir  səfirin  yararsızlığı  üçün 

hökumət  yıxamazmı?  Əgər,  hökumətiin  göndərdiyi  səfirlər  yaramaz  olar,  bizim 

xeyrimizə qalmaq yerinə öz cibi üçün çalışırsa, bir pristav üçün yıxarlarsa, niyə bir 

səfir  üçün  yıxılmasın.  Sonra  Qarabəy  dediyi,  Avropada  bizim  yararlı  və  qüvvətli 

adamlarımız  vardır.  Onlar  orada  ikən  yenidən  adam  göndərib  para  xərcləmək nə 

lazım.  Əvvəla,  o  heyətin  indi  göndəriləcək  adamların  hamısının  yerinə  gedib 

işləməyə  əli  çatmaz.  Onlar  ancaq  Parisdə  otururlar.  Halbuki,  biz  Amerika, 

İsveçrəyə adam göndəririk. Və bir də bu heyət göndərilərkən oradakı adamlarımız 

azad  olub  gələcəklər.  Bir  də  burada  bolşevik  və  Yaponiya  məsələsindən  bəhs 

etdilər.  Bilirsiniz  ki,  münasibət  olmayan  yerlərə  nümayəndə  göndərilməz.  Onlar 

bizim istiqlalımızı tanımamışlar, münasibət olarsa, istiqlalımızı tanıyarsalar, əlbəttə 

ora göndərərik. Niyə münasibətimiz yoxdur, o başqa məsələdir ki, o xüsusda sonra 

da  danışmaq  olar.  Əlbəttə,  gələcəkdə  münasibətimiz  olacaq.  Biz  arzu  edirik  ki, 

hamı ilə münasibətimiz olsun, bizim istiqlalımızı tanısınlar və  biz də nümayəndə 

göndərək.  Bizim  heç  kəslə  qərəzimiz  yoxdur.  Mən  bununla  sözümü  bitirib, 

layihənin təsdiq edilməsini rica edirəm. 

Sədr - Maddələrin müzakirəsinə keçməyi səsə qoyuram. Etiraz edənlər əl 

qaldırsınlar (Əllər qalxır). Kim lehinədir? (Əllər qalxır). Kim səs verməyib? (Əllər 

qalxır).  Maddələrin  müzakirəsinə  keçmək  qəbul  olunur.  (Katibə)  Maddələri 

oxuyun. 

Muxtar Əfəndi - Birinci maddəni oxuyur. 

Mehdi bəy - Ruscasını oxuyur. 



Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   ...   320   321   322   323   324   325   326   327   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə