Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə323/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   ...   319   320   321   322   323   324   325   326   ...   334

722 

 

Sədr  -  Abbasqulu,  rica  edirəm,  yerinizdən  danışmayasınız.  Söz  Sadıq 



Axundzadənindir. 

Axundzadə - Mən başqa söz danışmayacağam. Fəqət, bəzi natiqlərə cəvab vermək 

istəyirəm. Zəif bir inamla deyirlər ki, biz hasar çəkməmişik, üstünü örtmək lazım 

deyil. Mən deyirəm ki, hasar var, üstünü örtmüşük ki, o da Parlamentdir. (Alqış). 

Sədr - Camaatdan rica edirəm ki, alqışda iştirak etməsin. 

Axundzadə  (dəvamla)  -  Zemstvo  qanunundan  söylədilər.  Biz nə  etməli  idik?  Biz 

göndərdik  sizə,  komissiyonda  baxılsın.  Sonra  bir  də  qırmızı  qoşun  və  füqərayi-

kasibə tərəfindən danışdılar. Mən demək istəyirəm ki, burada oturan qırmızı qoşun 

nümayəndəsi  deyil,  onların  da  tərəfindən  danışmağa  ixtiyarı  yoxdur.  Avropa  ilə 

münasibət düzəltmək xüsusunda danışıldı. Təbii, Avropa ilə münasibətimiz olmaz 

isə,  onların  mədəniyyətindən  xəbərdar  olmarıq,  hər  zaman  mədəniyyətdən  dəm 

vuranlar nə vaxt onları öyrənəcəklər. Aslan bəy deyir ki, səksən milyon əvəzinə əlli 

milyon ola idi qəbul edərdim. Sonra deyirlər ki, Avropaya hər eyi fərdlər gedəcək 

və  o  kimi  şəxslərin  kandidaturası  qoyulubdur.  Mən  demək  istəyirəm  ki,  bu 

qanundur,  qanunun  əsasən  məntiqi  cətilə  qəbul  edin,  kandidat  xüsusunda  sonra 

danışarsınız. (Alqış). 

Sədr  -  Camaatdan  rica  edirəm  ki,  iştirak  etməsinlər.  Söz  Abdulla  bəy 

Əfəndizadənindir. 

Abdulla  bəy  -  Əfəndilər!  Bu  axır  vaxtlarda  nədənsə  ümum  millət  və 

məmləkət üçün nəfli qanun müzakirəyə qoyulanda, qanunun əhəmiyyətli maddələri 

kənarda qalır, ortaya bir firqəbazlıq gəlir. Bugünkü qanunun qəbul ya rədd etmək 

üçün dəlilli sözlər söylənmədi. 

Əslində  Səmədağanın  "Dərya  kənarında  bir  ev  tikmişəm,  üstünü 

örtməmişəm"  məsələsi.  Mən  Səmədağaya  isbat  etmək  istəyirəm  ki,  hasarsız  ev 

tikmək olmaz. Bizim yerlərdə evlər çiy kərpiçdən tikildiyi üçün, əvvəl dörd şalban 

basdırırlar,  sonra  onun  üstünü  örtürlər.  Məəttəəssüf  Səmədağanın  dediyi  kimi 

kərpiçimiz çiydir. Mən Azərbaycan xalqı barəsində o cürəti etmərəm. Dedim ki, bu 

xalq bacarıqlıdır... Siz bilirsiniz ki, hökumət sui-istemalından birinci şikayət edən 

mənəm. 

Bu  məsələlər  başqa-başqadır.  Bəs  bu  kərpiçlərin  çiyliyi  nədədir?  Çiylik 



ondadır  ki,  qanunlarımız,  ziyalılarımız  firqəçilik  əvəzinə  firqəbazlıq  edirlər. 

Əlbəttə,  firqə  və  məslək  mübarizəsi  lazımdır,  fəqət  mühüm  dövləti  bir  məsələyə 

ancaq firqə hesabı soxmaq və bir dəfə deyil həmişə belə rəftar etməyi mən bu ali 

məclisə rəva görmürəm. Çəkilməz bir cəhət də bundadır ki, millətimizin kəsir bəzi 

xassələridən  biri  də  budur  ki,  görsə  bir  adam  tərəqqi  edir,  yaxşı  mənsəbə  çatır, 

çalışar  onu  alçaq  mərtəbəyə  çəksin,  halbuki  bu  saat  biz  əgər  bir-birimizi  əldə 

saxlamasaq, düşmən bizə daha tez əl tapır. Heç birinizə gizli deyil ki, düşmən bizi 

hər  yerdə alçaq,  sani göstərir.  Özgələrin  bizə  göstərdiyi  zülmə  və  təəddi azdır  ki, 




723 

 

biz  özümüz  də  bir-birimizi  əzək.  Qabaqlarda  bu  məclisdə  doğrusu  insan 



fərəhlənirdi.  Çünkü,  mühüm  məsələlərdə  hamı  yekdil  və  yekcəhət  rəy  verərdi, 

çünkü  o  zamanda  ingilis  və  Biçeraxovlar  və  daha  kimlər  var  idi.  Şimdi  bəzi 

cəhətlərdən  camaat  rahat  olmuşdur.  Odur  ki,  əxlaqi-zimimdən  olan  firqəbazlıq 

meydan  almışdır.  Mən  öz  tərəfimdən  və  mənimlə  həmrəy  olan  "Əhrar"  firqəsi 

tərəfindən  deyirəm  ki,  biz  bu  qanuna  razı  və  onu  qəbul  edirik.  Şura  hökumətilə 

anlaşmağın tərəfdarıyıq. Şura hökumətimi olsun, Antantamı olsun, hər yerdə olursa 

olsun,  o  yerdə  ki  bizim  mənafeimiz  var  və  bizi  sevirlər,  o  yerdə  ki  istiqlalımızı 

müdafiə etmək lazımdır, orada çalışmalıyıq. Bir də nə çox milyonlardan bəhs edib, 

xalqı  qorxudursunuz.  Əvvəla  yüz  milyon  nədir?  Köhnə  hesabla  o  üç  yüz  min 

manatdır.  Saniyən  də  belə  mühüm  bir  zamanda  milyard  sayıb  camaatı 

qorxuzmazlar. O yerdə ki lazımdır, biz milyonlar da xərcləməliyik. İstiqlal uğrunda 

ölməyə lazım gəlsə, millətin qabağında da olmalıyıq. (Alqış). 

Sədr - Aslan bəy Qaraşov. 

Qaraşov - Çünkü bu qanunun sağdan və soldan əleyhinə çox hücumlar edirlər. Ona 

görə söyləməyə məcburam ki, qanun əleyhinə də olanlar sağ  və soldan heç birisi 

deyənməzdi  ki,  əcnəbilərə  məmur  göndərmək  əsla  lazım  deyildir.  Ancaq  bir 

tərəfdən dedilər tezdir, o birisi tərəfdən dedilər adamımız yoxdur. İndi sual edirəm 

əgər  hökumət  tamamilə  sağlar,  yainki  sollardan  olsa  da,  onlar  özləri  belə  bir 

təşəbbüs  edəcək  idilər,  ya  yox?  Əlbəttə,  edəcək  idilər.  Böylə  olan  surətdə 

görünürkü,  qanuna  dövlət  və  millət  nöqteyi-nəzərindən  deyil,  ancaq  firqəbazlıq 

nəzərilə  baxırlar.  Əvvəla,  el  firqəsi  "Əhrar"  ümumi,  mühüm  məsələni  heç  vaxt 

firqəyə qurban etməyəcəkdir "Əhrar" firqəsini nə qədər zəif hesab etsəniz də, mən 

il  yarımlıq  Parlament  həyatı  təcrübəsindən  görürəm  ki,  "Əhrar"  sağlardan  da, 

sollardan  da  artıq  dövləti nöqteyi-nəzərdə  durur.  Binaən-ileyh  biz  bu  qanuna  səs 

verəcəyik,  qəbuluna  da  var  qüvvəmizlə  çalışacağıq.  Çünkü,  biz  dövləti  məsələni 

firqə məsələsindən yuxarı tuturuq. 

Sədr - Ağabəyov. 

Ağabəyov - Möhtərəm əfəndilər! Danışılan sözləri çoxu məsələdən kənar 

olub,  sakit  qulaq  asmaq  olmayır.  Bu  sözlərə  demaqoqu  və  fitnə  sözü  deməkdən 

başqa  bir  söz  bulamıram.  Danışanda  bir  dairədə  danışmalıdır.  Məsələ  bu  cürdür. 

Hökumətimiz  xaricə  nümayəndələr  göndərmək  istəyir.  Mən  sizi  inandırıram  ki, 

ingilis  hökuməti  bizim  nümayəndələri  qəbul  etməsə  idilər,  bizim  sosialistlər  o 

zaman bağırardılar idi ki, görürsünüz, ingilislər sizin nümayəndələri qəbul etmirlər. 

İndi  ingilislər  qəbul  etmişlər,  sosialistlər  deyirlər,  getməsin.  Burada  söylənilən 

sözlər, o qədər məntiqsizdir ki, cavab vermək çətindir, nümayəndə getməsinə razı 

olmayanlar  deyirlər  ki,  daxilimiz  düz  deyildir.  Məmuriyyətlərimiz  rüşvətxordur. 

Daxili böylə qoyub xaricə neçün gedirik. Amma öylə deyildir. Hər hökumətin iki 

tərəfi  var,  biri  daxili,  digəri  isə  xaricidir.  Biz  dəxi  həm  daxildə  və  xaricdə 




Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   ...   319   320   321   322   323   324   325   326   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə