Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə321/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   ...   317   318   319   320   321   322   323   324   ...   334

718 

 

Əfəndilər!  Mən  gözüm  ilə  gördüyüm  bir  şeyi  sizə  ərz  etmək  istəyirəm. 



Neçə  vaxt  bundan  əvvəl  bizimlə  ən  yaxın  qardaş  olan  bir  məmləkətdə,  yəni 

Türkiyədə Azərbaycanlıların halı o qədər fəna idi ki, kimsə Azərbaycanı tanımaz 

və hətta Azərbaycan təbəələrini böyük dövlətlərin qoyduqları qanunun da xaricində 

bulunulardı.  Amma,  şimdi  Azərbaycanı  Türkiyədə  hamı  tanıyır,  bu  da  ancaq 

oradakı siyasi müməssilimizin fəaliyyəti sayəsində olmuşdur. 

Sizə  sübut  gətirə  bilərəm  ki,  İstanbula  gedən  səfir  ilk  gedişində  xüsusu  surətdə 

gedib, rəsmi getmədi və az bir vaxtda Azərbaycanın nə olduğunu orada tanıtdı. Bu 

gün bütün Türkiyə Azərbaycanın nə olduğunu bilir. Azərbaycan əleyhinə xasdə o 

qədər  yazılar  var  ki,  onları  rədd  etmək  və  töhmət  altından  kəndimizi  qurtarmaq 

üçün,  siyasi  nümayəndəliklərə  ehtiyac  olduğunu  bilirəm.  Bilirəm,  təxir  etmək 

istəyənlər  nöqteyi-nəzərlə  məsələyə  baxırlar.  Mən  "İttihad"  firqəsi  rəisi 

Qarabəylinin  ümum  məmurların  rüşvətxor  olduqlarını  eşitdim.  Ciddən  mən  buna 

təəssüf edirəm. Bir firqə rəisinin bu fikirdə olması böyük xətadır. Siz bilirsiniz ki, 

xaricə tələbələr  göndərdik,  onlara hökumətçi  və hökumətləri haqqında  hər  zaman 

məlumatları  olmaları  üçün  siyasi  nümayəndələrə  ehtiyac  var.  Deyirlər  Parisə 

göndərdiyimiz sülh heyəti nə yapdı? Mən deyirəm ki, bizim bugünkü istiqlalımızı 

meydana  gətirmək  üçün  səylər  göstərdilər.  Mən  el  firqəsi  "Əhrar"  tərəfindən 

nümayəndəliklərin  lüzumunu  dərk  edərək  qəbulu  tərəfdarıyam.  Ümid  varıq  ki, 

qəbul edilərək, nümayəndəliklər təşkil olunar. (Alqış). 

Sədr - Səfikürdski. 

Aslan  bəy  -  Əfəndilər!  Gördünüz  ki,  Məmməd  Əminin  çox  acığı  tutdu, 

bərkdən danışdı və hökuməti tənqid etdi ki, niyə bu qanun layihəsini altı ay əvvəl 

hökumət göndərməmiş. Mən əminəm ki, bu tənqid onun fikrinə bu gecə gəlməyib. 

Bunu böylə deyən adam bilmirəm rəisi-vükəla onlardan, xariciyyə nəzarəti onların 

hər  zaman  adamı  olduğu  halda  niyə  onlara  deməyirlər.  Xariciyyə  naziri  və 

Məmməd  Əminin  qanunu  qəbul  etdirməcə  çalışmaları  bunadır  ki,  bizi  xaricdə 

tanımırlar. Mən deyə bilərəm ki, bundan çox lazımlı və böyük qanunlar var ki, altı, 

l, 9,12 aylar müzakirəsinə başlanılmır. Bir şeyin əsasını, çəkməmiş, üstünü örtmək 

olmaz.  Daxilin  dörd  qırağına  hasar  çəkilməzsə,  xaricə  nümayəndə  göndərmək 

lazım  deyildir.  Daxildə  zemstvolar,  milli  məhkəmələr  yox  ikən  hökuməti  təşkil 

etmək olmaz. Kəndçi əhali topraq bəkləyir. Biz topraq layihəsini Tiflisdə, Seymdə 

qəbul  etdirdik.  Orada  sizin  də  nümayəndəniz  Şeyxzamanovun  qolu  var.  Orada 

qorxdunuz, səsinizi çıxarmağınız. Çünkü, orada sovet raboçi var idi. Amma buraya 

gəldikdən  sonra,  onu  bütün-bütünə  kənara  atıb,  dedilər  ki,  hökumət  yeni  layihə 

təqdim edəcək. (Abbasqulu yerindən söylənir). 

Aslan bəy - Bu da sənə cavab. Əvvət mən ticarət etmirəm, camaata qulluq 

edirəm. Tüfəngləri də təhvil almaq üçün yaxına getmədik. 

Sədr - Aslan bəy, rica edirəm məsələyə keçəsiniz.  




719 

 

Aslan  bəy  -  Biz  xeyirli  şeylərdən  qaçırıq.  Burada  deyirlər  ki,  gərək,  hər  bir 



məmləkətdə  bizim  nümayəndəmiz  olsun.  Doğrudur,  Amma,  nədənsə  Məmməd 

Əmin  bəy  İngiltərəyə  nümayəndə  göndərir,  amma  şərq  hökumətlərinə 

göndərməyir.  Avropaya  gedən  nümayəndələrimizi  ay  yarım  İstanbulda  saxlayan 

Antanta  hökumətlərinə  nümayəndə  göndərilir,  amma  Yaponiyaya  göndərilmir. 

Mən  Almaniyanı  demirəm,  deyirsiniz  ki,  almanlar  Antanta  ilə  müharibədə 

olduqları  üçün,  oraya  nümayəndə  göndərməyə  Antantadan  qorxuruq.  Amma 

Yaponiya  ki,  həmin  Antantanın  müttəfiqidir,  həm  də  şərq  məmləkətidir,  oraya 

göndərmirsiniz.  Yaxın  qonşumuz  Rusiyadır  ki,  özünüz  onunla  yaxınlaşacağınızı 

deyirsiniz. İndi xalq da, hətta dövlətlər də razıdırlar. Amma siz oraya nümayəndə 

göndərmirsiniz. Siz onları özünüzə düşmən bilirsiniz. O Yaponiya ki, sir-sifəti bizə 

oxşayır,  şərq  günəşilə  qızınır.  Rusiyanı  onunla  sıxa  bilərsiniz,  oraya  nümayəndə 

göndərmisiniz.  Nə  üçün  Çin  və  Əfqanıstana  göndərmirsiniz.  Siz  bilirsiniz  ki, 

Türkiyədə  iki  hökumət  var.  Bir  Ərzurumda,  bir  İstanbulda.  Niyə  tam  başqa  bir 

siyasət  yürüdən  Mustafa  Kamal  paşanın  yanına  nümayəndə  göndərmirsiniz. 

Hərgah "Müsavat" rəisi deyir ki, hamısına göndərməlidir, onda əvvəlcə, bizə yaxın 

olan  Rusiya, Yaponiya, Çin, Əfqanıstan dövlətlərinə, bizə inanıb, kömək ola bilə 

cək dövlətlərə nümayəndə göndərməli, sonra Amerika və İngiltərəyə, Osmanlı  və  

İrandan  sonra başqa şərq ölkədəri gəlmişdir. Hərgah göndəriləcək adamların xərci 

1-2-3  milyon,  20  milyon  olsa  idi  enyə  danışmazdılar.  Fəqət,  oraya  göndəriləcək 

nümayəndələrin məxarici altı ayda  yüz milyon göstərilir ki, il başına 200 milyon 

eyləyir. 3 ayda yüz faiz məvaciblərin artmasını nəzərə alarsaq, o zaman məxaric bir 

milyarda çıxır. Əvvəlcə camaat dərdinə qalınız. Biz ona görə boğazımızı yırtırıq. 

Məmməd  Əmin  əfəndi  özü  dedi  ki,  yol  ilə  getmir.  Hər  kəs  buraxıb  İngiltərəni 

tuturlar.  Yaponiya  isə  bilmirəm  yaddan  çıxıbdır  və  ya  qəsdən  şərqdən 

uzaqlaşırsınız.  Bəlkə  ingilis  deyir  niyə  şərqə  yaxınlaşırsınız.  Biz  gərək  özümüzü 

aldatmayaq. (Qatışıq səslər).  

Sədr - Rica edirəm, səs salmayın. 

Səfikürdlü (dəvamla) - İstiqlalımızı nəzərə alarsaq ölkəmiz iki vilayətdir. 

Amerika yolu gedə bilməz. Hər kəs xərci cibinə görə etməlidir, Yoxsa siz, millətin 

bir milyard  pulunu hər  vəkilə  200 min ayda  məvacib  verməklə aparıb  ingilislərin 

cibinə tökmək, xalq barəsində səbrdir. Əgər bu pullar burada xərclənəcək olur isə, 

kefdə  xərclənsə  yenə  hərlənib  xalqımızın  cibinə  girəcək  idi.  İndi  isə  ingilislərin 

cibinə töküləcəkdir.  Ona  görə mən  öz  firqəmizin  tərəfindən  bu  qanun  layihəsinin 

rədd olunmasını təklif edirəm. Əksəriyyətlə keçsə də, biz razı olmayacağıq. 

Sədr - Səmədağa. 

Səmədağa  -  Nədən  isə  biz  həqiqətə  göz  yumuruq.  Burada  deyirlər  ki, 

Avropaya nümayəndə göndərsək, yaxşı şeylər danışarlar və bizi yaxşı tanıtdırarlar. 

Antanta  da  bizi  vəhşilər  cərgəsindən  qaralar.  Bu  doğru  deyil.  Bir  şeyi  qızıl  gül 




Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   ...   317   318   319   320   321   322   323   324   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə