Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə329/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   ...   326   327   328   329   330   331   332   333   334

736 

 

Sədr - Məhəmməd Yusif Səfərov. Katib - Rza bəy Qaraşarlı. 



Sədr  -  Fövqəladə  iclas  açıq  elan  edilir.  İntixab  olunan  seçilmiş 

komissiyanın  izahatı  müzakirəyə  qoyulacaqdır.  Mən  istəyirəm  bizim  bu  tarixi 

iclasımızın qapalı və ya açıq olmağı haqqında fikrinizi bilim. 

Səslər - Açıq olsun... bağlı olsun... açıq olsun. 

Sədr - Bəlkə bir şəxs bu haqda danışmaq istəyir? 

Sözü  Məhəmməd  Əmin  Rəsulzadə alır  —  Cənablar!  Çıxardığımız  tarixi 

qərarı  millətdən  bixəbər  çıxarmayaq.  Ölkə  Parlamentinin  qapısını  açıq  qoyaq  ki, 

hər  kəs  nə  cür  təhlükəli  vəziyyət  içində  olduğumuzu,  nə  cür  qərar  qəbul 

edəcəyimizi  bilsin.  Ona  görə  də  təklif  edirəm  ki,  məclisimizin  qapılarını  millət 

üzünə bağlamayaq və millətdən bixəbər qərar qəbul etməyək. 

(Şəfi  bəy  Rüstəmbəyov,  "Azərbaycan"  qəzetinin  redaktoru  ağlayır). 

Səslər. 


Sədr – Təklifi rəyə qoyuram. Kim iclasın açıq keçirilməsinin əleyhinədir 

əl qaldırsın. 

Səslərin  çoxluğu  ilə  iclasın  açıq  keçirilməsi  qərara  alındı.  Komissiya 

tərəfindən onun sədri Məhəmməd Həsən Hacınski izahat verir. 

M.  H.  Hacınski  -  Cənablar!  Vəziyyət  hamıya  məlumdur  və  bu  barədə 

danışmaq  istəmirəm.  Bir  komissiya  təşkil  olunmuşdur  və  mən  onun  sədriyəm. 

Arkadaşlarla  bərabər  biz  yerli  kommunist  firqəsi  nümayəndələri  ilə  müzakirəyə 

girişdik.  Burada  olan  "Azərbaycan  kommunist"  firqəsindən  bir məktub  gəlib.  Bu 

məktubun məzmununu hamı bilir. Lakin onu təkrarən oxuyuram. (Rusca oxuyur). 

Tərcümə  etmək  lazımdır  ki,  müxtəsər  tərcümə  edirəm.  Mərkəzi  Azərbaycan 

kommunist firqəsi bizə təklif edir ki, axşam saat 7-yə qədər hökuməti onlara təslim 

edək. Bununla belə, əmin edirlər ki, onların şərtlərini qəbul etsək, Qızıl Ordu əsla 

Bakıya  gəlməyəcək  və  Qızıl  Ordunun  Bakıya  gəlməməsi  üçün  onlar  əllərindən 

gələni  edəcəklər.  Onlar  deyir  ki,  hökumət  Azərbaycan  kommunistlərinin  əlində 

olarsa,  Qızıl  Ordu  heç  bir  vədə  buraya  gəlməyəcək.  Hökumət  mexaniki  surətdə 

təslim edilməlidir. Nə kimi məmurlar varsa, hamı öz yerlərində qalacaqlar. Yalnız 

hökumət başında olanlar kənar edilib, yerlərinə Azərbaycan kommunistləri keçir və 

müsəlmanlardan başqa orada kimsə yoxdur. Altıncı şərtləri budur: - əgər bu gecə 

bu  məsələ  həll  olunarsa,  onlar  bir  deklarasiya  çıxarırlar  ki,  Azərbaycan 

Parlamentinə  daxil  olan  siyasi  firqələr  musavi  (bərabər)  və  azad  fəaliyyət 

göstərəcəklər.  Onlara  qarşı  və  xüsusən,  hökuməti  üzvlərinə  qarşı  heç  bir  xüsusi 

tədbir  görülməyəcək  və  onlar  təqib  olunmayacaqlar.  Sonra  gələn  Qızıl  Ordunun 

məqsədləri məzlum millətə yardım etməkdir. Biz tərəfdən də bir neçə təklif verildi. 

Lakin onlar qəbul etmədilər. Onlar bir şeyi də söylədilər ki, hərgah onların təklifi 

qəbul  olunmasa  gələcəkdə  məsuliyyət  Parlament  üzvlərinin  üzərinə  düşəcək. 

Onların təklifi onlarla birlikdə müzakirədən sonra, komissiya üzvləri tərəfindən də 




737 

 

müzakirə  olundu.  Biz  də  qərara  gəldik  ki,  o  şərtlər  ki,  onlar  qoyur  və 



deklarasiyanın  özü  komissiya  tərəfindən qəbul  edilə  bilər. Biz  onlara  etiraz  edən 

deyildik  və  bizim  də  məqsədimiz  budur.  O ki  qaldı  dedikləri  sözlərin  doğru  olub 

olmamasına,  bunu  onların  görəcəyi  iş  göstərir  və  bunun  məsuliyyəti  də  həmin 

təklifi  verən  firqənin  üzərinə  düşür.  Əgər  bu  gün  onlar  millətimizin  və 

göndlilərimizin  lazım  olduğu  qədər  hazır  olmadıqlarından  dolayı,  müşgül  bir 

müdafiə  vəziyyətində  qalarlarsa,  biz  öz  məsuliyyətimizdən  heç  vaxt  boyun 

qaçırmayacağıq. 

Zənn edirəm ki, başqa firqələr də millətin müqəddəratını bizlə bərabər həll 

etməlidirlər  və  bunu  onlar  da  inkar  etməzlər.  Boynumuza  almalıyıq  ki,  bu  gün 

sərhəddə  lazımi  qədər  düşmənə  qarşı  mütəşəkkil  müdafiəyə  hazır  deyilik. 

Hökumətin laqeydliyi nəticəsində Qarabağ dağlarından Yalamayadək sərhəd açıq 

buraxılmışdır.  Bununla  belə  ictimaiyyətin  fikrilə  də  razılaşmalıyıq  ki,  Şimaldan 

heç  bir  qorxu  yoxdur  və  orada  yaşayanlar  da  Azərbaycan  kəndliləri  kimi 

kəndlilərdir  və  Azərbaycanlı  kəndlilərin  razılığı  və  istəyi  olmasa,  heç  kəs 

Azərbaycana soxula bilməz. 

Cənablar,  bu  firqə  münaqişələri  sonu  görünməyən  mübahisələrə  çevrilib. 

Lakin deyirlər ki, belə bir fikirlərlə xalqımızın əksəriyyətinin etimadını qazanmaq 

olar  və  onların  vəzifələri  Azərbaycandan  keçib  Türkiyəni  zalım  imperialistlərdən 

azad  etməkdir.  Əgər  məqsəd  budursa,  Şimaldan  gələn  qüvvələrin  təzyiqi  altında 

hökuməti  təslim  etməyə  nə  ehtiyac  var?  Bir  halda  ki,  türklərin  imperializm 

əsarətindən azad olmasına hamı və o cümlədən biz də sevinirik. 

Bu  fikirə  qarşı  cümhuriyyət  daxilində  zidd  çıxan  olmaz.  Əslində 

Türkiyəyə və Zəngəzura kömək etmək istəyənlər ictimaiyyət arasında elə bir fikir 

yaratmalıdırlar  ki,  bu  qüvvələr  Azərbaycana  yalnız  onun  ərazisindən  keçib 

Türkiyəyə getmək üçün daxil olurlar. 

Fəqət, millətin müqəddaratını bir firqəyə, hətta təzyiq altında belə vermək 

olmaz. Zira hər kəs, o cümlədən kommunist firqəsi də tamamilə əmin ola bilər ki, 

Parlament vasitəsilə, yaxud başqa bir mütəşəkkil vasitə ilə öz fikirlərini deyə bilər 

və qəbuluna da nail ola bilərlər. 

Əgər bu həyata keçirilərsə, Azərbaycan özünü azad hesab edə bilər. 

Səmədağa  Ağamalı  oğlu  —  Bu  təklifdən  qorxmaq  lazım  deyil.  Demək 

olar  ki,  burada təhlükəli  bir  şey  də  yoxdur.  Deyək  ki,  təklif  edən türk  qardaşımız 

deyil.  Poqos  və  ya  başqa  bir  adamdır.  Nə  deyə  bilərsiz?  Onlar  indi  deyir:  "Sür 

dərəyə",  biz  də  gərək  sürək.  Onlara  deyəndə  ki,  bu  belə  deyil,  cavab  verirlər  ki, 

köpəkoğlu,  belədir.  İndi  əsgər  dayanıb  orada,  sən  də  heç  bir  şey  edə  bilmirsən. 

Danışmağa da masal yoxdur. Nə edəsən? Deyirlər ki, tarixdə belə bir şey olmayıb, 

amma  elə hal  olub  ki,  İsgəndər  Zülqərneyni  də  məcbur  ediblər tabe  olsun.  Bizdə 

deyirlər ki, qaçmaq igidlikdir, amma yeyin qaçmaq daha yaxşıdır. 




Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   ...   326   327   328   329   330   331   332   333   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə