Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə330/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   ...   326   327   328   329   330   331   332   333   334

738 

 

Gürcüstanın böyüyü Jordaniya deyir ki, onlarda hər şey yaxşı gedir. Ona 



görə ki, onlar istədiklərini vaxtında edirlər. Bəziləri deyir ki,  xeyir o, mən divarı 

döyəcləyəcəyəm,  amma  bundan  heç  bir  şey  çıxmaz  və  ağrıyan  yalnız  onun  əli 

olacaq. İş barədə düşünmək lazımdır. Təslimdən başqa çarə yoxdur, çünkü artıq iş 

işdən  keçib.  Məsələ  burasındadır  ki,  millətin  əminamanlığını  qorumaq  lazımdır. 

Onlar da buna söz verirlər və deyirlər ki, Azərbaycanın istiqlaliyyəti qorunacaq və 

mən də yəqin edirəm ki, indiki istiqlaliyyət əvəzinə Azərbaycan digər istiqlaliyyətə 

nail olar. Tarix bunu göstərir ki, bir adam daimi qala bilməz. Doğrudur, bir az ağır 

gəlir  ki,  bu  vaxta  qədər  ağalıq  edəsən,  sonra  da  deyəsən  ki,  Əliheydər  Qarayev, 

indi  də  gəl  sən  otur, görək neyləyirsən.  Bizdə  kişilik  varsa,  bunu  etiraf  etməli  və 

deməliyik  ki,  sən  otur,  bəlkə  sənin  məramnamən  bizimkindən  daha  yaxşıdır,  və 

millətə bizdən də yaxşı xeyir verz bilərsən. 

Sədr  -  Danışan  yoxdur?  Məhəmməd  Əmin,  siz  təklifinizi  buyurun.  Söz 

Aslan bəy Səfikürdlünundür. 

Aslan  bəy  -  Həzarat!  Doğrudur,  biz  indi  çox  məsuliyyətli  bir  vaxta,  məsuliyyətli 

dəqiqələrdə  yaşayırıq.  Millət  üçun  çalı  şan  hər  bir  şəxs  qarşısına  fəqir-füqəranın 

müdafiəsi  məsələsini  məqsəd  qoymalıdır.  Bu  yoldan  da  qorxub  dönməməlidir. 

Ələlxüsus  Parlament  üzvləri  ki,  bir  ildən  artıqdır  cəmiyyətin  müqəddaratını  öz 

üzərinə götürmüşlər. Burada hər kəs, o cümlədən, indiyədək Parlamentin sol firqəsi 

sayılan  sosialist  firqəsi  daima  istiqlaliyyəti  müdafiə  etmişdir.  Böyük  Rusiya 

inqilabının bizə xeyri bundan ibarətdir ki, o, hər bir millətin hökumət təşkilatının 

və  cümhuriyyət  məsələlərinin  həllini  onların  öz  ixtiyarına  vermişdir.  Camaat  bu 

ixtiyarı heç kimə verməyəcək və verməz də. İndi bir məsələ var ki, bu vaxta qədər 

heç  bir  iş  başında  olmayanlar,  Parlamentdə  oturmayıb,  hökumət  işində  iştirak 

etməyənlər, indi bizə təklif edirlər ki, camaatın müqəddəratının həlli onlara verilsin 

və deyirlər ki, əgər verməsən, bunu Qızıl Ordu və fəhlələr özləri alacaqlar. 

İndi  biz  nə  etməliyik?  Təbii  ki,  razı  olmalıyıq.  Hərgah  bizim  millət  bu 

istiqlaliyyətdən  həqiqi  bir  ləzzət  ala  bilməzsə,  onda  millət  özü-özünü  indi  də 

olmasa, bir aydan sonra, ya da bir ildən sonra mudafiə edəcək. Bu məsələni millət 

özü  həll  etməlidir.  Bizim  sosialistlərin  əqidəsi  odur  ki,  gərək  hökumət  onların 

əlində olaydı. Necə ki, deyirlər: "Biz bacarsaydıq hakimiyyəti özümüz ələ alardıq. 

Lakin qüvvəmiz olmadığı üçün bunu edə bilmədik". İndi başqa bir firqə var ki, o 

da Azərbaycanın fəhlələri tərəfindədir. Onlar da bizim vətəndaşlarımızdır, özlərini 

azərbaycanlı  sayırlar  və  hökuməti  bizdən  istəyirlər.  Biz  isə  heç  bir  şey  bilmədən 

hökuməti  veririk  öz  camaatımıza  -  yəni  fəhlələrə  və kəndlilərə  ki,  onlar da  bunu 

istəyirlər.  Məhəmməd  Əmin  demişkən,  öz  edamımıza  özümüz  qol  çəkirik.  Bu  da 

doğrudur.  Amma  etiraf  etməliyik  ki,  bu  ixtiyarı  və  hökuməti  öz  camaatımıza 

veririk.  Azərbaycanın  ixtiyarını  Azərbaycan  fəhlələrinin nümayəndələrinə  veririk. 

Bu nümayəndələr deyirlər ki, bütun məsuliyyəti biz öz üzərimizə götürürük. 




739 

 

Biz Azərbaycan kommunistlərinin təklifini rədd etməyib, qəbul etməli və 



hakimiyyəti  bununla  birlikdə  millətin  ixtiyarını  onlara  verməliyik.  Hökumət 

ixtiyarı gərək Azərbaycan kommunistlərinə verilsin və istiqlaliyyətin müdafiəsi və 

bütün məsuliyyət onların firqəsinin öhdəsinə qoyulsun, hərgah onlar istiqlaliyyəti 

müdafiə edə bilməzlərsə, onda camaat özü onu müdafiə edər və özü istədiyinə nail 

olar. 

Sədr  —  Təklif  var  ki,  10  dəqiqə  istirahət  edək.  Etiraz  yoxdur  ki?  10 



dəqiqə tənəffüs elan edilir. 

İclasın davamı 

Qarabəyov Qara bəy ("İttihad" firqəsinin sədri) - Öylə olmalıdır ki, aləm 

islamın xilası üçün çalışsın. 

Sədr - Daha danışan yoxdur? Təqdim olunan təklifi səsə qoyuram. Təklif 

birdir, kommunist firqəsi tərəfindən. 

Məmməd Əmin Rəsulzadə - Mənə bu barədə söz veriniz. 

Sədr - Buyurun. 

Məmməd  Əmin  Rəsulzadə  -  Bizim  fraksiyamız  təslim  olmağın 

əleyhinədir. Fəqət, firqələrin əksəriyyətinin tələbinə görə və camaatımızın arasında 

daxili  müharibə  salmamaq  üçün  və  əlavə  bugünkü  kommunist  firqəsinin 

müstəqilliyimizi  müdafiə  edəcəklərini  nəzərə  alaraq  bütün  ixtiyarın  onlara 

verilməsinin  tərəfdarıyam,  bu  şərtlə  ki,  kommunistlər  istiqlaliyyət,  millət  və 

məmləkətimizi  layiqincə  müdafiə  etsinlər.  Yox,  əgər  bunlara  əməl  olunmazsa, 

ixtiyarımızı geri alaraq haqqımızı özümüzdə saxlayacağıq. 

Sədr - Söz Saniyev Hacıkərimə verilir. 

H. Saniyev - Musavat firqəsinin namizədi burada yeni bir şey söyləmədi. 

O şəxsə ki, etimad göstərilir və o bu vəzifəni layiqincə yerinə yetirirsə, deməli, bu 

etimad doğrulmuş hesab olunur. Yox,  əgər bu vəzifə yerinə yetirilmirsə, onda bu 

etimad geri götürülür. Biz də, əlbəttə bu cür hərəkət edəcəyik. 

Sədr  -  Məsələ  səsə  qoyulur.  Təklif  olunur  ki,  bütün  ixtiyarat 

kommunistlərə  verilsin.  Hökumət  və  Parlament  onların  rəyi  əsasında  təşkil 

olunsun. Kim buna tərəfdardırsa, əl qaldırsın. Kim əleyhinədir? 

M. Ə. Rəsulzadə (yerindən) - Bəs səs verməyənlər? 

Sədr  -  Kim  səs  vermədi?  Demək,  əksəriyyət  səslə  hakimiyyətin 

kommunistlərə  verilməsi  qərara  alınır.  Bir  səs  əleyhinə,  üç  bitərəf,  üç  nəfər  səs 

vermədi. 

Qardaşov İslam bəy "Əhrar fraksiyası", (yerindən)  - Bəs bu Parlamentin 

taleyi? 

Sədr  -  Onlara  verilməsi  qəbul  olundu.  Madam  ki,  bütün  ixtiyarat 

kommunistlərə verildi, demək Parlament də onların ixtiyarına keçir. 

Səs - Məsələ belə deyil axı. 




Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   ...   326   327   328   329   330   331   332   333   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə