740
Sədr - Bu barədə danışmaq istəyən varmı? Təklif var ki, parlamentin nə
cür olmağı barədə müzakirələr açılsın.
Ağa Aşurov - Orada proletar hakimiyyəti var və özlərini kəndli və fəhlə
hökuməti adlandırırlar. Biz isə burada dövləti, tacir və o şəxslərik ki, hərəsi bir
yerdən gəlibdir. Siz onlarla bir yerdə işləyə bilməyəcəksiniz. Onların fikirlərinə
görə bu vaxta qədər olan hökuməti Parlamentə qulluqçu idi. Amma indi elə deyil.
O adam sənə hökm edir, sən də qəbul edirsən. Məsələ bu növ bitir. Parlamentin
qalmasını heç onlar da istəmirlər. Qəbul etsələr belə, yeni bir nəticə
verməyəcəkdir.
Sədr - Söz Məhəmməd Həsən Hacınskiyə verilir.
M. H. Hacınski ("Müsavat") - Mən bir qədər izahat vermək istəyirəm. Bu
məsələ bizim müzakirəmizdə olanda onlar bizə belə cavab verdilər ki, inqilabı
hökumət ilə Parlament yaşaya bilməz. Məsələ orasındadır ki, Parlament öz
ixtiyarını həmin inqilab komitəsinə verir. Beləliklə, məsələ aydındır.
Sədr - Söz Muxtar Mahmudova verilir.
M. Mahmudov ("Müsavat") - Həzərat! Bu gün Parlamentin çıxardığı qərar
bilirik ki, Şimaldan hücum edən qüvvənin təsiri altında çıxarılan qərardır və təkcə
bu məsələyə görə Parlament 2 dəfə yığılır və məsuliyyəti tamamilə öz öhdəsinə
götürən firqə ilə danışıq aparır. Danışığın səbəbi qan tökülmə balasının qabağını
almaqdır. Şimaldan gələn bu qüvvənin dəf etməyə təəssüf ki, cavan Azərbaycanın
qüvvəsi olmadığına görə, Parlament öz işini dayandırıb, hüquqlarını məsuliyyəti öz
üzərinə götürən firqəyə verir.
Deyirlər ki, təzə firqə bəlkə Parlamenti qovub dağıtsın, lakin Parlament
bütün Azərbaycan millətinin nümayəndələrindən olduğu üçün onu kimsə dağıda
bilməz. Nə vaxta qədər ki, Parlament öz dağılması haqqında qərar çıxartmayıb,
yenə parlamentliyində qalır.
Bizə burada "Müsavat" firqəsi adından deyirlər ki, onlar hökumətin kommunistlərə
verilməsinin tərəfdarı və nə qədər ki, müstəqillik şüarı mövcuddur, onlarla
həmkarlıq etməyə razıdırlar, ancaq o vaxta qədər ki, kağızda yazdıqlarına əməl
edəcəklər. Yenə təkrar edirəm - Azərbaycanın müstəqilliyini mühafizə edəcəklər,
onlarla bərabər işləyib müttəfiq olacaqlar. Məhəm məd Hacınskinin verdiyi
izahatdan belə məlum olur ki, Parlament bu gün kommunist firqəsi tələbnaməsini
qəbul edib hökuməti onlara təslim etməyi qərara almışdır. Lakin bu tələbnamə
yoxdur. Təslim olmağın bir çox texniki cəhətləri vardır ki, onları sabaha qədər
qurtara bilməyəcəyik. Məsələn, hökumətin dəniz avadanlığı, ordusu, nefti və
sairəsi var. Tutaq ki, hökumət yıxılır, amma ola bilər ki, sabah silah başında olan
əsgər təslim olmasın, müqavimət göstərsin. Gərək bunların hamısını hökumət
qayda-qanun çərçivəsində həll etsin və əhali də bilsin ki, bu, Parlamentin və
hökumətin qərarıdır. Parlament məsələsinə gəldikdə isə, o gərək öz hüquqlarını
741
layiqincə saxlasın və təmin etsin. Parlamentin dağılması barədə qərar çıxarmaq
üçün başqa iclas lazımdır, yoxsa belə hay-küylə iş getməz. Millətin müqəddəratını
həll etmək üçün buraya yağışanlar bu səviyyəli olmamalıdırlar. Bir də təkrar
edirəm, başqa iclas lazımdır.
Sədr - Söz Aslan bəy Qardaşova verilir.
A. Qardaşov - Parlamentin necə olmağını təklif edən mən idim. İndi isə
təklifimi geri götürüb rica edirəm ki, müzakirəsi olmasın.
Sədr - Beləliklə, Parlamentin məsələsi bağlanır. Ona görə də iclası qapalı
elan edirəm.
Saat 23-25 dəqiqədə bağlanır. "Elm", 11 may 1991-ci il, N19-20, səh 3,6.
HAKİMİYYƏTİN KOMMUNİSTLƏRƏ TƏHVİL
VERİLMƏSİ HAQQINDA MÜSAVAT PARLAMANININ QƏRARI
27 aprel 1920-ci il Axşam saat 11.00
Sizin 27 aprel tarixli məktubunuzu müzakirə və onun məzmununu
həyəcanlı anla müqayisə edib. Sizin təklifinizi nəzərə alaraq bizim tərəfimizdən
seçilmiş komissiya:
1. Sovet hökuməti tərəfindən idarə olunan Azərbaycanın tam istiqlaliyyəti
mühafizə edilir;
2. Azərbaycan kommunist firqəsinin yaratdığı hökumət müvəqqəti orqan olacaqdır;
3. Azərbaycanın son idarə formasını hər hansı bir xarici təzyiqdən asılı olmayan
fəhlə, kəndli və əsgər deputatları sovetləri şəxsində Azərbaycanın ali qanunverici
orqanı müəyyənləşdirir;
4. Hökumət idarəsinin bütün xidmətçiləri öz yerlərində qalır, ancaq məsul vəzifə
tutanlar dəyişdirilir;
5. Yeni yaradılan müvəqqəti kommunist hökuməti Parlamentin və hökumət
üzvlərinin həyatının və əmlakının toxunulmazlığına təminat verir;
6. Qızıl Ordunun Bakı şəhərinə döyüşlə daxil olmasına yol verməmək üçün tədbir
görüləcək;
7.Yeni hökumət haradan baş verməsindən asılı olmayaraq Azərbaycanın istiqlalını
sarsıtmaq məqsədi güdən bütün xarici qüvvələrə qarşı qəti tədbirlər görəcək və öz
sərəncamında olan bütün vasitələrlə mübarizə aparacaqdır.
Azərbaycan Parlamentinin özünün fövqəladə iclasında bu şərtləri səs
çoxluğu ilə qəbul etdiyini sizin nəzərinizə çatdırıram.
Parlamentin Sədri Dəftərxana direktoru: Məmməd Yusif Səfərov
Vəkilov. "Kommunist", 1920. 6 may
742
MƏTNLƏRDƏ RAST GƏLƏN ƏRƏB-FARS
TƏRKİBLİ SÖZLƏRİN LÜĞƏTİ
A
Aqibət - son, nəticə, nəhayət, axır, son nəticə olaraq
Ayin - rəsm, adət, qanun, dəb, üsul, mərasim, bəzək, ziynət
Aləmşümul - dünyaya şamil olan cahanşümul
Amal - arzular, diləklər
Arez - təsadüfi üz verən, rast gələn şikayətçi
Asar - əsərlər
Ası - üsyan edən, itaət etməyən, üzə qabaran
Ati - gələcək, gələcək zaman
B
Bab - fəsil, hissə
Bavər - inam, etibar, etimad
Baqi - əbədi, həmişəlik, qalan, daimi
Bala - yuxarı, üst, boy, uca, yüksək, hündür
Baleq - yetişmiş, yetkin
Bardar - xeyir verən, bar verən, mənfəət verən
Bahir - üstün, parlaq, gözəl, açıq, aşkar
Bahəm - birlikdə, bir yerdə, bərabər
Bey - alver, ticarət, mal mübadiləsi
Beyn - ara, orta, aralıq, məsafə
Behi - yaxşılıq, mərhəmət
Bəqa - daimilik, həmişəlik, qalan, daimi
Bədəl - əvəz, dəyər, qiymət, dəyişmə, təbdil olma
Bədihi - aydın, isbata ehtiyacı olmayan; aksioma
Bədə - sonra
Bəyan - söyləmə, demə, bildirmə, təsvir etmə
Bəid - uzaq, iraq, yad, qəribə
Bəraye - üçün, ötəri, izafət birləşməsi, birinci tərəfdə gələrək göstərilən məna verir
Bərat - bank, poçta və başqa vasitələrlə göndərilən pul
Bərvəch - kimi, üzrə, uyğun, uyğun olaraq
Bərhəm - qarışıq, pərişan, alt-üst edilmiş, cəhətin pozulması
Bəhrəmənd - faydalanmaq, pay alan
Bizzat - özü, şəxsən özü
Bila - (şəkilçi) inkar, yoxdur (siz, suz, süz-mənalarında bildirir)
Dostları ilə paylaş: |