Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə328/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   ...   324   325   326   327   328   329   330   331   ...   334

733 

 

bizə  bəratüqevl  gəlib  yetişməyir.  Şimdi  məruzəçi  deyir  ki,  mən  Zəyəm 



adlanmasına  razıyam.  Mən  dedim,  bəs  komissiyonun  rəyini  deyir.  Şimdi  məlum 

olur ki, öz rəyini deyirmiş. Hər halda bir rəsmi təklif var ki, qəza Şamxor Zəyəm 

adlandırılsın.  Mən  məruzəçinin  rəyi  dəyil  təklifi  səsə  qoyuram.  Kim  bunun 

əleyhinədir, əl qaldırsın. Kim bu təklifin tərəfdarıdır. Lehinə 6, əleyhinə 34. Təklif 

qəbul  edilmir.  Qəza  Şamxor  adlandırılacaqdır.  Maddələr  barəsində  məruzəçi 

söylədi. Birinci maddəyi oxuyunuz. 

Katib - Oxuyur. 

Sədr - Bu  barədə danışan yoxdur? Birinci maddəyi rəyə qoyuram. Etiraz 

edən əlini qaldırsın. Qəbul olunur. 2-ci maddəyi oxuyunuz. 

Katib - Oxuyur. 

Sədr  -  2-ci  maddəyə  etiraz  edən  ayağa  dursun.  Qəbul  olunur.  3-cü 

maddəyi oxuyunuz. 

Katib - Oxuyur. 

Sədr - Oxunan maddəyə etiraz edən əlini qaldırsın. Qəbul olunur. 

Katib - 4-cü maddəyi oxuyur. 

Sədr  -  4-cü  maddəyi  rəyə  qoyuram.  Etiraz  edən  ayağa  dursun.  Qəbul 

olunur. 5-ci maddəyi oxuyunuz. 

Katib - Oxuyur. 

Sədr - Oxunan maddəyi rəyə qoyuram. Etiraz edən əlini qaldırsın. Qəbul 

olunur. Şimdi ştatı rəyə qoyuram. Etiraz edən əl qaldırsın. Qəbul edilir. Layihənin 

3-cü qiraəti gələcək iclasa qalır. 

İclas qapanmadan əvvəl gələn məclisin ruznameyi-müzakiratını bildirmək 

istəyirəm. 

Katib - Ruznameyi-müzakiratı oxuyur. 



Arxiv, f.895, siy.1, iş.288, vər.51-73 

 

№ 143 



Yüz qırx üçüncü iclas  

22 aprel 1920-ci il 

 

Sədr - M.Y.Səfərov. Katib - R.Qaraşarov. 



Birinci  məsələ  haqqında  Redaksiya  Komissiyası  adından  R.Qaraşarov 

məruzə  edir.  Məruzədən  aydın  olur  ki,  hərbi  nazirlik  üçün  bir  sıra  ştatların  təsis 

olunması  və  Azərbaycan  "Qırmızı  Aypara"  Cəmiyyətinin  yaradılması  haqqında 

qanun  layihələri  Redaksiya  Komissiyası  tərəfindən  qəbul  olunub.  Məruzəçi  təklif 

                                                             

 

Bu  iclasın  protokolunun  əsli  qalmadığından,  onun  haqqında  məlumat  rus  dilindəki  "Azərbaycan" 



qəzetindən xülasə edilmişdir.

 



734 

 

edir  ki,  qanunlar  təsdiq  edilsin.  Göstərilən  qanunlar  Parlament  tərəfindən  təsdiq 



olunur. 

İclasda  aşağıda  göstərilən  qanun  layihələri  üçüncü  oxunuşda  qəbul 

edilərək  Redaksiya  Komissiyasına  verilir:  1.  Bakı  şəhərində  ikinci  dərəcəli 

intendant  şeyləri  anbarının  açılması  haqqında;  2.  Şuşa  şəhərində  hərbi-feldşer 

məktəbinin açılması haqqında; Z.Ermənikənddə bir nəfər pristav köməkçisi ştatının 

təsisi  haqqında;  4.Azərbaycan  Cümhuriyyəti  tərəfindən  6  siyasi  heyətin  Qərbi 

Avropaya  və  Amerikaya  göndərilməsi  və  Paris  sülh  konfransı  heyətinin 

buraxılması haqqında; 5.Gəncə qəzasının iki qəzaya bölünməsi haqqında. 

Habelə bir sıra qanun layihələri dinlənərək ikinci oxunuşda qəbul edilir. 

İclasın  axırında  Qanunvericilik  komissiyasına  gizli  səsvermə  yolu  ilə 

seçki  keçirilir  və  həmin  komissiyaya  aşağıdakı  şəxslər  seçilir:  M.Axicanov, 

A.Şıxəlibəyov, R.Ağabəyov, Q.Qarabəyov, S.Vonsoviç, A.Papyan və B.Rzayev. 

İclas saat 2-də bağlanır. "Azərbaycan", 24 aprel 1920, N81.  

 

№ 144 



Yüz qırx dördüncü iclas  

26 aprel 1920-ci il 

 

Sədr: - M.Y.Səfərov. Katib: - R.Qaraşarov. 



İclas saat 12-40-da açılır. 

Diplomatik  lojada  keçmiş  xarici  işlər  naziri  Filippoviç  başda  olmaqla 

Polşa nümayəndələri tam heyətdə əyləşmişlər. 

Daxil  olmuş  kağızlar  və  iclasın  gündəliyi  elan  olunur.  Sədr  qısa  giriş 

sözündən  sonra  Polşa  nümayəndə  heyətini  alqışlamağı  təklif  edir  və  Parlament 

sürəkli alqışlarla Polşa nümayəndə heyətini qarşılayır. 

Sonra Parlament gündəlik məsələlərin müzakirəsinə keçir. 

Birinci  məsələ  haqqında  Redaksiya  Komissiyası  adından  R.  Qaraşarov 

məruzə edir. Məruzədən aydın olur ki, aşağıdakı qanunlar Redaksiya Komissiyası 

tərəfindən  qəbul  olunmuşdur:  1.  Bakı  şəhərində  ikinci  dərəcəli  intendant  şeyləri 

anbarının  açılması  haqqında;  2.  Şuşa  şəhərində  hərbi-feldşer  məktəbi  açmaq 

haqqında; 3. Ermənikənddə bir nəfər pristav köməkçisi ştatının təsisi haqqında; 4. 

Azərbaycan  Cümhuriyyəti  tərəfindən  5  siyasi  heyətin  Qərbi  Avropaya  və 

Amerikaya göndərilməsi və Paris sülh konfransı heyətinin buraxılması haqqında; 6. 

Gəncə qəzasının iki müstəqil qəzaya bölünməsi haqqında. 

Göstərilən qanunlar Parlament tərəfindən təsdiq olunur. 

                                                             

 

Bu  protokolun  da  arxivdə  əsli  qalmadığından,  o  rus  dilindəki  "Azərbaycan"  qəzetindən  iqtibas 



edilmişdir.

 



735 

 

Sonra  1.  Azərbaycan  sərhədlərindən  xaricə  çıxarılan  xalçalara  yeni 



gömrük  haqqının  müəyyən  edilməsi  barədə;  2.  Tütün  məhsullarının  satış 

qiymətlərinin və aksizinin yeni tarifləri haqqında; 3. Əvəzçilik vəzifələri haqqında 

27  sentyabr  1919-cu  il  qanunun  həkimlərə  şamil  edilməməsi  haqqında;  4.  Xarici 

dövlətlərin  məhkəmə  qərarlarının  icrası  qaydalarının  dəyişdirilməsi  haqqındakı 

qanun layihələri üçüncü oxunuşda qəbul olunur. 

Növbədə  Nuxa  şəhərini  daşqından  qorumaq  üçün  Kiş  çayı  qarşıösında 

daşdan bənd çəkilməsi üçün 40.460,000 manat və sait buraxılması haqqında qərar 

layihəsi.  Bu  layihə  təcili  olaraq  növbədənkənar  müzakirəyə  çıxarılır.  Qanun 

layihəsini  təcili  surətdə  müzakirəyə  çıxartmaq  haqqında  Parlament  yekdilliklə 

qərar qəbul edir. 

Sonra  bu  haqqda  A.Əfəndizadə  məruzə  edir.  O,  qeyd  edir  ki,  Kiş  çayı 

qarşısında  təcili  bənd  çəkilməzsə,  Nuxa  şəhərini  böyük  dağıntılar  gözləyir. 

Məruzəçi  təklif  edir  ki,  təcili  olaraq  bu  iş  üçün  sari  ildə  10  milyon  manat  vəsait 

ayrılsın. 

Sonra  bu  haqqda  A.B.Qardaşov,  B.Kabulov,  A.Əminov  da  çıxış  edirlər. 

Qanun layihəsi Parlament tərəfindən vahid səslə qəbul olunur. 

Növbədə  orta  təhsil  məktəblərinin  hazırlıq  siniflərində  dərs  deyən 

müəllimlərin əmək haqqının artırılması haqqında qanun layihəsinin 2-ci müzakirəsi 

olur. 

Bu  məsələ  haqqında  A.Əfəndizadə  məruzə  edir.  Məruzə  ətrafında 



M.Mahmudov, A.Əminov, R.Qaraşarov çıxış edirlər. 

Qanun  layihəsi  maddə-maddə  müzakirə  olunur  və  2-ci  oxunuşda  qəbul 

edilir. 

Sonra  bir  sıra  qanun  layihələri  də  ikinci  oxunuşda  müzakirə  edilir  və 

qəbul olunur. 

İclas saat 2.30 dəqiqədə bağlanır. "Azərbaycan", 28 aprel 1920-ci il, N84. 

 

№ 145 

Parlamentin yüz qırx beşinci son iclası  

27 aprel 1920-ci il 

 

Azərbaycan Parlamentinin təcili fövqəladə axşam iclası. 27 aprel 1920-ci 



il. Saat 20 dəqiqə 45. 

                                                             

Azərbaycan  Parlamentinin  bu  stenoqramması  dövlət  arxivində  saxlanılmadığından,  o,  mərhum 

akademik Ziya Bünyadovun Respublika Dövlət Təhlükəsizliyi Komitəsinin arxivindən götürərək, "Elm" 

qəzetində çap etdirdiyi nüsxə əsasında dərc olunur. 

 



Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   ...   324   325   326   327   328   329   330   331   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə