Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə325/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   ...   321   322   323   324   325   326   327   328   ...   334

726 

 

Sədr  -  Burada  təklif  var.  Sosialistlər təklif  edir  ki,  bir  siyasi  nümayəndə 



Almaniya və Şura hökumətinə göndərilsin. 

Qardaşov - Təklifi oxuyur. 

Sədr - Bu əvvəlinci maddəyə əlavə vardır. Səmədağa, buyurunuz. 

Səmədağa  -  Bayaq  danışanda  hamısı  millət  nöqteyi-nəzərindən  bu 

layihəyi  keçirmək  istədilər.  Hərçəndi  mən  bu  adamların  millətçiliyinə  şübhələnir 

və danışıqlarını çox qorxulu bilirəm. Amma yenə deyirəm ki, hansı arşın ilə Rusiya 

və Almaniyanı bu hesabdan uzaq salmısınız. 

Abbasqulu (yerindən) - Xan arşını ilə. 

Səmədağa  -  Deməli,  o  mənfəət  ki,  istəyirsiniz,  onu  Almaniyadan  daha 

artıq  almaq  olar,  nəinki  Amerikadan.  Bəzi  adamlar  Almaniyayı  yıxılmış  hesab 

edirlərsə  də, həqiqət  öylə  deyil.  Almaniya  öylə  bir  yeni  həyata  başlayıb  ki,  onun 

işıqı nəinki Londonu, bəlkə bütün qarreyi ərzi bürüyəcək. Bunu azar bilənlər varsa 

öylə  deyil,  bu  azar  saflıq  azarıdır.  Deməli,  bunları  da  növbəyə  qoymalıdır.  Bu 

millətçilikdən dəm vuranlar buna razı olmalıdırlar. 

Sədr - Hacı Hüseyn əfəndi. 

Hacı Hüseyn əfəndi - Mən Səmədağanın həyəcanlı danışığına çox təəccüb 

edirəm. Səmədağa çox yaxşı bilir ki, bu vaxta kimi bizim xətti-hərəkətimiz millət 

nöqteyi-nəzərilə  olubdur.  Bu  barədə  Parlamandə  firqəçilik  olmamalı  idi.  Heç  bir 

vaxt biz Rusiya  və Amerikaya zidd olmadıq və zidd dəyiliz. Əgər münasibətimiz 

düzələrsə  niyə  millətimizin  mənfəəti  nöqteyi-nəzərindən  bu  məmləkətlərə  də 

nümayəndə göndərməyə tərəfdarız. 

Sədr - Məməd Əmin Rəsulzadə. 

Məmməd Əmin - Burada, təbiidir ki, həm Rusiyaya, həm də Almaniyaya 

nümayəndə göndərmək əleyhinə deyilməz. Büqün qonşular ilə, bəlkə bütün cahan 

millətlər ilə hüsni münasibət təsisi etmək bizim vəzifələrimizdəndir. 

Burada, Qarayev də dedi və mərkəzi komitəyə də işarə edildi. Bu barədə 

vaxtı  gəlmişkən  deməliyəm  ki,  biz  sovet  Rusiyası  ilə  heç  bir  vaxt  düşmənçilik 

etməmişik və heç bir vaxt o fikirdə də olmamışıq. Söylədilər ki, Denikinin yanına 

və Zakaspiyə nümayəndə göndərmişdiniz. Bu barədə xariciyyə naziri danışdı. Vaxt 

gəlmişkən mən də deməliyəm ki, haman Zakaspidə müvəqqəti bir hökumət əmələ 

gəlmişdi  ki,  oraya  nümayəndə  göndərmişdik.  O  təmamilə  başqa  idi  ki,  orada 

Denikin qüvvəsi icrayi-təsir etmişdi. Onda, Bakıda ingilislər var idi, demək deyil 

ki,  Bakıda  ingilis  hökuməti  var  idi.  Kuban  hökuməti  nəzdində  bizim 

nümayəndəmiz  olanda  Kuban  məclisi-milli  nümayəndəsinin  dar  ağacından 

asıldığına şahid olduq. Haman Kuban hökuməti nümayəndəsi idi ki, Parisdə bizim 

nümayəndəmiz  Gürcüstan  və  xırda  hökumət  nümayəndəsi  ilə  bir  yerdə  Denikin 

hərəkatına  Antanta  hökuməti  qarşısında  protesto  etmişlər.  Burada  deyirlər  ki,  biz 

Denikin  hökumətinə  nümayəndə  göndərmişik,  böhtandır,  yalandır.  Biz  Şura 




727 

 

hökuməti  ilə  həmişə  vəzifəmiz  dostluq  olmuşdur.  Fəqət,  onlar  bizə  cavab 



vermirlər,  təqsir  bizdə  dəyil,  kəndilərindədir.  Bir  də  Almaniyaya  nüayəndə 

göndərmək  xüsusunda.  Biz,  əsas  etibarilə  nümayəndələrin  əksinə  dəyiliz.  Siz 

bilirsiniz  ki,  səfir göndərməkdən əvvəl  bir  danışıq  lazımdır.  Əgər  Rusiya  ilə  səfir 

göndərmək  danışığı  olmayıb,  müqəssir  biz  deyiliz.  Almaniya  ilə  əlaqəmiz 

anlaşılmayıb, bəzi şəraiti-təhənnün məsələsi aydınlaşmamışdır. Əgər hökumət bəzi 

fikirlərə  görə  Almaniya  ilə  Rusiyayi  bu  növə  idxal  etməyib,  Məclisi-Məbusanın 

ixtiyarına var ki, ora nümayəndə göndərilməsini tələb etsin. (Alqış). 

Sədr - Aslan Səfikürdski. 

Aslan  bəy  -  Müsavat  firqəsinin  bu  məsələnin  ilk  müzakirəsində 

vəziyyətini  gördünüz.  Şimdi  də  görürsünüz.  Əvvəl,  onlar  belə  demirdilər,  sonra 

burada Ağabəyov və Zəngəzur nümayəndəsi çıxıb demoqoqiya yapdılar. Lakin bu 

məsələ  üstündə dedilər  ki, hökumət  bu  vaxta  qədər niyə  nümayəndə  göndərmədi. 

Abbasqulu da yerindən dedi ki, niyə tələbələri Çitaya göndəribsiniz? Biz deyiriz ki, 

Almaniya  hökuməti  ilə  əlaqəmizi  düzəldək  siz  bilirsiniz  ki,  dünyada  nemes 

millətindən  artıq  çalıqşan millət  yoxdur,  ələl  xüsusən  son zamanlarda  ki,  Antanta 

onlara  necə  zülm  edir,  onlar  da  qüvvələrini  daha  da  artırmışlar.  Əvvəl  gərək 

mədəniyyət  nöqteyi-nəzərilə  diqqət  edəsiniz.  Şura  hökuməti  də  həmçinin  onun 

kimi soyulmuşdur. Denikin hər şeyi, hamıya satdı: Amerikaya, ingilisə və bizə də 

bir  qədər  çatdı.  Burda  oturanların  hamımı  rus  məktəblərini  görmüş,  onlardan 

namus və millətpərəstlik öyrənmişlər. 

Səslər - Loj, yalandır, polojim. 

Aslan bəy (dəvamla) - Rusiya inqilabı milli cümhuriyyət fikrini vermiş və 

mən də namus deyəndə bunu danışdım. 

Məmməd Əmin (yerindən) - Öylə danışsanız, daha gözəl olar. 

Aslan 

bəy 


Məmməd 


Əmin  də  sosial-demokratlığı  oradan 

öyrənməmişmi? 

Abbasqulu (yerindən) - Eşidilmir. 

Aslan bəy - Buğunu yuxarı qaldırmağı, sən oradan öyrənməyibsənmi? Siz 

bilirsiniz  ki,  Gürcüstan  hökuməti  nümayəndəsi  Almaniyada  və  Moskva  hətta 

Odessada  da  var.  Məmməd  Əmin  deyir  ki,  əvvəl  münasibətimizi  düzəldək.  Biz 

təklif  edirik  ki,  haman  qanun  layihəsinə  yazılsın  ki,  haman  üsul  və  qanun  ilə 

Almaniyaya və Rusiyaya nümayəndə göndərmək qəbul olunsun. 

Sədr – Müzakirə bitir. Söz məruzəçinindir. 

Muxtar  əfəndi  -  Komissiyon  bunun  əleyhinə  deyil,  lakin  bir  gəlmə 

artırılsın ki mümkün olduqca. 

Sədr  -  Maddəyə  əlavə  etmək  olmaz.  Əlbəttə  mümkün  olduqca  hökumət 

göndərəcək.  Sosialistlərin  təklifini  rəyə  qoyuram.  Oxumağa  ehtiyac  yox,  kim 



Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   ...   321   322   323   324   325   326   327   328   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə