Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə322/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   ...   318   319   320   321   322   323   324   325   ...   334

720 

 

rəngində  boyayıb,  bu  qızıl  güldür  deyəsən,  əlbəttə  kimsə  inanmaz.  Çünki  qızıl 



gülün iyi  də  olur.  İranın  da  səfirləri  var.  Amma heç  bir  iş görə  bilməyirlər.  Ona 

görə  ki,  özlərində  danışıq  yoxdur.  O  məmləkətlərin  özlərinin  burada 

nümayəndələri, adamları vardır. Biz burada yoldan gedən adamı tutub basdırırıqsa, 

onlar görəcək, öz məmləkətlərinə xəbər verəcəklər. Hay çığır-bağır eyləyin ki, biz 

beləyik.  Qraxmal  və  manjet  ilə  insan  obrazovannı  ola  bilməz,  onun  üçün  bilik 

lazımdır.  Yoxsa  hər  kəs  deyəcək  qraxmalına  baxmayaraq  başında  heç  bir  şey 

yoxdur... Bunu hamı bilir. Deməli hesab nə danışandadır, nə də səfir göndərəndə, 

hesab bizim özümüzdədir. Əgər Gürcüstana və buraya gələn avropalılar qəzetlərdə 

bizim haqqımızda iki sətir yaxşı şey yazsalar, bu bizim yüz səfirimizə dəyər. 

İkinsi,  Dağıstan  qabağımızda  gəldi,  getdi.  İçərisini  düzəltməmiş,  bütün 

aləmə  səfir  göndərdi.  Beşi  onu  bizdə,  beşi  onu  da  Gəncədə  və  Tiflisdə  otururdu. 

Amma,  axırda  nə  oldu,  artıq  adamı  olan  və  bacarıqlı  olanlar,  öz  içərini  əvvəl 

tiksinlər,  yağış  yağanda  buğda  göyərər  deyirlər.  Bizim  dediyimiz  odur  ki,  öz 

içərimizdə işlərimiz  düzəlsin, mədəniyyətimiz  olsun.  Bunlar  olmayınca  xaricdəki 

səfirlərimizin səsi qəbul olunmaz. Buradan gedən qəzetlərdə vəhşilikdən başqa şey 

eşitməyəcəklər.  Bunlar  ola-ola  Avropanı  heç  vaxt  aldatmaq  olmaz.  Biz,  əsasən 

səfir  göndərmənin  əleyhinə  deyilik.  Biz  deyirik  ki,  əvvəlcə  o  pullarla  içimizi 

düzəldək.  Əgər  içərimizdə  səfirliyə  layiq  adamlar  varsa,  burada  qalsınlar,  onlara 

ehtiyacımız var. Əgər köhnə adamlar gedəcəkcə gözləmək mənfəət verməz. Nəticə 

ki, pis ata yaxşı yəhər yaramaz. 

Burada,  ministr  tapmadığımız  halda  necə  ola  bilər  ki,  Avropaya, 

Amerikaya  ministerlərlə  danışmağa  adamlar  göndərək.  Mən  özüm  bilirəm  ki, 

Azərbaycanda  get-gedə  layiqli  adamlar  törənir.  Əgər  başlı  adamlar  gedəcəksə, 

Fətəli  xan  da  getsin.  Nəsib  bəy  də  getsin,  Məmməd  Əmin  Rəsulzadə  də  getsin, 

Qarayev  də  getsin.  Bəs  burada  kim qalsın?  Adamlara  möhtac  olduğumuz zaman, 

adam qəhətliyi olan bir vaxtda bu səfirləri göndərmək zərərdir. 

Sədr - Əliheydər Qarayev. 

Qarayev  –  Əfəndilər!  Məsələ  Avropaya  nümayəndə  göndərmək  məsələsi 

deyildir. Məsələ başqadır ki, onu da açmaq lazımdır. 

Səslər - Aç, aç. 

Qarayev  -  Bilirsiniz  ki,  Azərbaycan  iki  quberniyadan  ibarətdir.  Bakı  və 

Gəncə quberniyaları. 

Aşurov (yerindən) – İrəvanda da var. 

Qarayev  -  Bu  vilayətlərdə  olan  camaatımızın  bəzisi  İrana,  Türküstana, 

Rusiyaya, Osmanlıya getmişdir. 

Bu gün nümayəndə göndərmək propoqanda üçün deyil. Nümayəndə gedir 

ki,  Azərbaycan  təbəələrinin  hüququnu  müdafiə  etsin,  bədəfkarlar  tərəfindən  vaqe 

olan  hücumlara  cavab  versin.  İndi  soruram,  Parisdə  çıxan  jurnaldan  kim 




721 

 

mənfəətbərdar  olur.  Ondan  ancaq  burjuaziya  nəf  aparır.  Daşnaqlar  yazırlar  ki, 



Azərbaycan milləti  vəhşidir,  barbardır.  Bunu  İngilis  burjuyu  oxuyur  və  buranı  da 

işğal edir. Bu məqsəd ilə bura gələn ingilis raboçiləri isə gəlib gördülər ki, xeyir, 

Azərbaycan  milləti  barbar  deyil,  istiqlala  layiq  bir  millətdir.  Bu  gün  əgər 

Azərbaycan  əfkari-ümumiyyəsi  və  ingilislərin  nəzərincə  bizim  tərəfə  cəlb  etsək, 

onlar  bizə  cavab  verəcəklər  ki,  biz  sizin  əhvalınızı  sizdən  yaxşı  bilirdik. 

Azərbaycanda  nə  olduğunu,  Qarabağda  nə  hadisə  üz  verdiyini,  Şərur,  Naxçıvan, 

Kars  oblastında  olan  əhvalatlar  dəxi  bizə  məlumdur.  Onlar  bizi  yaxşı  tanıyırlar, 

burada bir şey var ki, həqiqi surətdə nümayəndə göndərmək lazımdır. Fəqət, həqiqi 

surətdə  nümayəndə  nerəyə  göndərmək  lazımdır.  Zaman  ki,  Türküstanı  Denikin 

işğal etmişdir, o vaxt hökumət tərəfindən oraya Sadıqov nümayəndə göndərilmişdi 

ki,  özü  də  Aşqabadda  olurdu.  Fəqət  Aşqabad  qırmızı  qoşun  tərəfindən  işğal 

edildikdə  Denikin  qüvvəsi  qovulduqda,  hökumətimiz  oraya  bir  nümayəndə 

göndərmədi.  Bizə  bir  şey  lazım  isə  o  da  yaxın  qonşularımız  ilə  həqiqi  rabitə 

olmaqdır ki, onların da birincisi Şura hökumətidir. Biz deyirik ki, Şura hökuməti 

bizi  təsdiq  etməmiş,  biz  ora  nümayəndə  göndərmirik.  Mən  bir  şey  soruşmaq 

istəyirəm, əcəba Denikin bizi qəbul etmişdi ki, ora Əkbər Sadıqovu nümayəndə və 

yaxud  Kuban  hökuməti  bizi  qəbul  etmişdi  ki,  ora  da  Rüstəmbəyovu  nümayəndə 

göndərmişdiniz. Kuban haman hökumət idi ki, öz övladlarını Denikinə verirdi ki, 

qırmızı qoşun ilə mübarizə etsin. Onlar öz nicatlarını ancaq Denikində görürdülər. 

Böylə  bir  qanunlarını  ortaya  çıxarıb  qəbul  etdirmək  ilə  siz  öz  nicatınızı  ancaq 

imperialistlərdən  gözləyirsiniz,  istəyirsiniz  ki,  qırmızı  qoşun  köməyiniz  olsun? 

Bizim  bir  məqsədimiz  varsa,  o  da  Şura  hökumətilə  tezlik  ilə  xah  iqtisadi,  xah 

ticarət, xah sənaye  cəhətcə onlar ilə sıxı rabitəyə girməliyik. Zira Avropalılar bizi 

iqtisadca  əsarətə  saldı.  İndi  mən  görürəm  ki,  hər  eyi  şeyləri  Avropaya 

göndərəcəklər.  Keçən illərdə  bizim məşhur  şair  və  ədibimiz  Nəcəfzadə  cənabları 

"Tartan partan" jurnalında böylə  bir şey  yazmışdı: "Görürsən ki, Tokio xariciyyə 

nazirinin  qapısı  döyülür.  Bir  teleqramma  gəlir  ki,  Azərbaycan  ilə  Ermənistan 

istiqlallarını  elan  etdilər.  O  istiqlalı  təsdiq  etdirmək  istəyirlər.  Nazir  qalır  məəttəl 

ki,  bu  yer haradadır.  Sonra,  xəritələri  araşdırıb  tapırlar  ki, Azərbaycan  Gəncə  ilə 

Bakı  quberniyalarından  ibarətdir".  Bizə  Tokio  lazım  deyil,  bizə  Şura  hökuməti 

lazımdır.  Bizə,  həqiqi  Azərbaycan  istiqlalı  verənlər  lazımdır.  Sizə  bu  istiqlalı 

Nikolay  istibdadi  deyil,  ingilis  və  alman  imperialistləri  deyil,  bəlkə  böyük  Şura 

hökuməti  veribdir  ki,  bugünkü  gün  yeni  dünyaya  qədəm  qoyur  ki,  onunla  da 

rabitəmizi  düzəltmək  lazımdır.  Biz  Antanta  imperialistlərinə  tüpürürük  və  bu 

qanunu  ləğv  edərək  qərar  qoyuruq  ki,  biz  Şura  hökuməti  ilə  sıxı  bir  əlaqədə 

bulunmalıyıq, nəinki zənciri-əsarətdə bizi saxlayan İngiltərə. 

Abbasqulu (yerindən) - Dediyi eşidilmir. 



Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   ...   318   319   320   321   322   323   324   325   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə