Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə320/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   ...   316   317   318   319   320   321   322   323   ...   334

716 

 

Məmmədhəsən Hacınski gəlmişdir. Əgər orada nümayəndə lazım onlarsa, olar da 



iş görə bilərlər. Avropaya posolstva göndərməyin bilirsiniz neçə milyon xərci var 

ki,  olara  hələ  bir  attaşe,  gözəl  geyinmiş  general  və  qeyriləri  dəxi  lazımdır. 

Nümayəndəlik altı nəfərdən ibarət olursa, nə qədər xərci olar? Halbuki bunlara bir 

o qədər də ehtiyac yoxdur. Biz burada bir uyezdni naçalnik, bir yaxşı pristav tapa 

bilmirik, siz isə ora yeni adamlar göndərirsiniz. Onları haradan tapacaqsınız? Böylə 

işlərdən  bizə  başqa  fikirlər  gəlir  ki,  bu  cür  qanunların  keçirilməsi  ilə  öz 

adamlarınızı  göndərmək  istəyirsiniz.  Bizsə  əhalinin  həqiqi  ehtiyacını  rəf  etmək 

üçün lazımı məsələlərin ciddi surətdə həll edilməsi lazımdır.Ona görə mən mənsub 

olduğum firqə naminə söyləyirəm ki, bu qanunun rədd olunması tərəfdarı olmaqla 

bərabər, onun əleyhinə gedib var qüvvəmizlə mübarizə edəcəyik. 

Sədr - Məmməd Əmin Rəsulzadə. 

Məmməd Əmin - Bu məsələ vəz ediləndə mən elə güman edirdim ki, bu 

gün hökumətii tənqid edəcəklər ki, niyə bu məsələni bu vaxta qədər təxirə salıblar. 

Hər  yerdə  yeni  təşkil  edilmiş  hökumətlər  kəndi  hüquqlarını  və  istiqlallarını 

müdafiə etmək üçün top və silah ilə özlərini müdafiə etməzlər. Burada bir siyasi 

nümayəndə lazımdır ki, onları siyasətdən müdafiə etsin. Hələ siyasət müdafiəçisini 

kənara qoyaq. Siz bilirsiniz ki, yeni cümhuriyyətlər təsis edilir və bütün dünyanın 

hər  birində  o  cümhuriyyətləri  təmsil  etmək  üçün  nümayəndələr  göndərilir. 

Kəndiniz bilirsiniz ki, bizim əleyhimizə dünyanın hər yerində çalışırlar, təşviqat və 

təbliğatda  bulunurlar,  əleyhimizə  propoqanda  yapırlar.  Onlar  ilə  mübarizə  etmək 

lazımdır ki, o da ancaq siyasi nümayəndələrimiz vasitəsilə olar. Fəqət, məəttəəssüf 

xariciyyə  naziri  bu  məsələni  bu  vaxta  qədər  bir  az  təxirə  salmışdır.  Məcburam 

deyim  ki,  onu  tənqid  etmək  lazım  gəlir.  Fəqət,  bunlar  kənarda  qalmın,  demək 

məcburiyyətindəyəm ki, bu sözləri söyləyənlər, bu qanunun əleyhinə olanlar, ancaq 

şəxsi  nəzərilə  deyirlər.  Zira,  bir  dövlətin  qüvvəli  şəxslərinin  orada  işsiz 

oturmalarından  bəhs  edənlər,  əcəba  düşünmürlər  ki,  haman  birinci  hesab  olunan 

Əlimərdan  bəy,  yaxud  qeyrisi haman  Parisə,  yaxud  London  səfarətinə  səfir  təyin 

ediləcəkdir.  Dövlətin  məqsədi  daimi  olaraq  bütün  məmləkətlərdə  müməssilləri 

olmağı  lazımdır.  Bu  məntiqdən  alınır.  Bilirəm,  İran  hökuməti  tərəfindən  bura 

məqsədi-məxsus  üçün  bir  heyət  ezamiyyə  gəlmişdir.  Demək,  məzkur  heyət  bura 

gələndə  İran  hökuməti,  bizim  hökumət  nəzdində  olan  konsulu  ləğv  etməli  idi  ki, 

heyət  gəlmişdir.  Bu  doğru  deyil.  Biz  Parlamentdə  daima  Səmədağanın  səmimi 

nitqlərini  dinləyirdik,  fəqət  bu  gün  isə  əfvlərinə  məfurən  söyləmək  istərdim  ki, 

onun bu nitqi süni bir nitq idi. Deyir ki, dəniz kənarında bir ev tikmək üçün əvvəl 

hasar  lazımdır,  sonra  divarları  lazımdır.  Fəqət,  bizim  hasarımız  əsgərlərimizdir. 

Əfkarı ümumiyyə ilo, Avropa ilə münasibətimizin eyi bir yola qoyulması üçün elə 

nümayəndələr  bizə  lazımdır.  Sonra,  burada  Zemstvodan  bəhs  etdilər.  Əgər 

Zemstvo mövqeyi-müzakirəyə qoyulursa, kimi müqəssir olduğu anlaşılar.  Haman 




717 

 

komissiyona Zemstvo layihəsi altı aydan ziyadədir ki, göndərilib, fəqət məəttəəssüf 



bu vaxta qədər nəticəsiz qalmışdır. Həmçinin topraq məsələsi. Müsavat fraksiyonu 

tərəfindən  təqdim  edilmiş  bir  qanun  layihəsi  göndərildi  və  onun  həlli  üçün 

komissiyona  on  gün  vaxt  verildi.  Təəssüf  ki,  bu  vaxta  kimi  qanun  da  meydana 

gəlib  çıxmamışdır  və  gələndə  də  çox  ehtimal  ki,  desinlər  buna  bələd  olduğumuz 

üçün bir neçə günə təxirə salınsın. 

Bunların  həpsi  meydanda  ikən,  hir  taqım  şəxsi  mülahizələr  ilə  kimlər  təyin 

ediləcəkmiş,  kimlərin  isə  rahəti  təmin  olunacaqmış  deyə,  bu  kimi  şəxsi  fikirlər, 

yaxud  da  bu  kürsüyə  çıxaraq  içərimizdə  bir  nəfər  namuskar  məmur  tapmırıq. 

Rüşvət almayan bir qulluqçu bulamayacağız deyə bir qanunu rədd etmək əsla layiq 

deyildir. Və mən heç vaxt cavan Cümhuriyyətimiz və millətimiz haqqında bu rəydə 

olamam.  Zira,  vətən  və  məmurlarımız  haqqında  böylə  rəydə  olsam,  yarın 

hökumətin və məmləkətin altından bir bomba qoyaraq partlatmaq məcburiyyətində 

olaram.  Bir  də  burada  hökumətə  etimad  məsələsindən  bəhs  olundu.  Əvvəla, 

madam  ki,  hökumət  var,  məclis  ona  etimad  edir  və  məclisi-məbusan  onu 

kəndisinin qəbul etdiyi hər bir qanunun icrasına vadar edər. Fəqət, etimad yox isə, 

o halda buyurunuz, hökumətin ədəmi-etimad bəyan ediniz və onu düşürünüz. 

Yeni  hökuməti  təşkil  edin.  Lakin,  nə  qədər  ki,  bu  olmamışdır,  bu  kimi 

düşüncə haqsız və üzvlərinə məğrurən deyərəm, ancaq şəxsi fikirlərdir. 

Əfəndilər!  Hal-hazırda  bütün  dünyada  əleyhimizə  hücumlar  edilib,  min 

dürlü tərizlər və pravokasiyalar olduğu zaman, mədəni millətlər hüzurunda, əcnəbi 

məmləkətlərdə  kəndimizi  müdafiə  etmək  üçün  mütləq  səfarət  lazımdır.  Bunun 

əksini düşünmək, ancaq şəxsi və firqəvi düşüncədir. 

Əfəndilər! Mənə böylə gəlir ki, hökumətin bir qəbahəti varsa, o da budur 

ki, Şu layiheyi-qanuniyyəni 5-6 ay bundan qabaq təqdim etməli ikən bu vaxtadək 

etməmişdir. İştə, tənqid yeri varsa, hökuməti bu cəhətdən tənqid etməlidir.  

Sədr - Ağa Aşurov. 

Aşurov  -  Mənim  söyləyəcəyim  sözləri  Məmməd  Əmin  Əfəndi  söylədi. 

Əfəndilər!  Mən  bilmirəm,  əcnəbi  məmləkətlərə  səfir  təyin  edilməsinə  etiraz 

edənlər hanki məntiq ilə edirlər. Bir zamanda ki, bütün dünyada bizə qarşı şiddətli 

pravokasiya gedir, bir zamanda ki, hər yerdə bizi vəhşi adlandırıb söyürlər. Böylə 

olan surətdə bilmirəm, bəs bizi kimlər müdafiə edəcəkdir. Ağamalı oğlu deyir ki, 

Amerikada  bizi  əsla  tanımırlar.  Doğrudur,  fəqət  sən  gedib  danışmazsan  isə,  sən 

gedib özünü tanıtmazsan, o halda bilmirəm, Amerika səni necə tanıya bilir? 

Sədr - Hacı Hüseyn Əfəndizadə. 

Əfəndizadə H. H. - Əfəndilər! Hər bir məsələyə, hər bir qanuna dövlət və 

milli  mənafe  nöqteyi-nəzərindən  baxmalıdır.  Məmməd  Əmin  əfəndi  pək  doğru 

deyir ki, layiheyi-qanuniyyə 5-6 ay bundan qabaq müzakirə və qəbul edilməli idi. 



Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   ...   316   317   318   319   320   321   322   323   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə