Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə319/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   ...   315   316   317   318   319   320   321   322   ...   334

714 

 

Sədr - Keçirik üçüncü məsələyə. Məruzəçi - Muxtar Əfəndizadə. 



Muxtar Əfəndizadə - Bu layihə haqqında keçən dəfə məlumat verdim. Bir 

çox  etiraz  edənlər  var.  Fəqət  əsaslı  etiraz  görmürəm.  Ümumiyyət  üzrə 

fraksiyonlarımız,  siyasi  nümayəndəliklər  təşkilinə  məruz  deyilik.  Keçən  dəfə 

söylədilər  ki,  xaricə  göndəriləcək  siyasi  nümayəndələr,  həqiqətən  bizim 

ehtiyacımızı  ödəyəcəklərsə,  biz  də  bu  sözə  şərik  oluruq.  Fəqət,  bilməlisiniz  ki, 

siyasi  nümayəndə  xariciyyə  naziri  tərəfindən  təyin  olunmayıb.  Şurayi-vükəladan 

və  hökumətdən  asılıdır-  Əsasən  etiraz  görmədiyimdən  üçüncü  qiraətə  keçilməsini 

rica edirəm.  

Sədr - Səfikürdski. 

Səfikürdski  -  Bu  məsələ  bizim  mövqemizə  görə  keçən  iclasdan  bu  günə 

təxir  edildi.  Dünən  isə  aldığımız  povestkada  bu  məsələ  olmadığından  bizim 

fraksiyamızda bu günə müzakirə eləmədik. Mənə öylə gəlir ki, buna müqəssir biz 

deyilik. Hərgah mümkün isə gələcək iclasa təxir edilsin. 

Sədr  -  Özümə  borc  bilirəm,  bu  xüsusda  sizə  məlumat  verəm.  Bu  məsələ 

keçən  iclasın  müzakirəsinə  daxildi.  Bila  etiraz  qəbul  etdiniz.  Fəqət  sosialistlər 

fraksiyonu  müzakirəsiz  gəlmiş  olduqlarından  təxir  edildi.  Əlavə,  Səfikürdski 

cənablarının  əllərində  bulunan  povestka  əlavədir.  Əsas  povestkada məsələ  vardır. 

Mülkü  povestkada  onların  fraksiyonunda  yetmiş,  bir  də  Parlamentdə  böylə  bir 

tradisiya qoyularsa, Parlament heç bir şeyə baxanmaz. 

Sədr - Bu barədə kim danışmaq istəyir? Səmədağa Ağamalı oğlu. 

Səmədağa - Səfir göndərmək hər bir padşahdan ötəri lazımdır. Buna görə heç kəs 

etiraz  etməz.  Gərək  Londonda,  Parisdə,  Amerikada  və  qeyri  mədəniyyətli 

padşahlıqlarda səfirlərimiz olsun. Burada mənfiət iki tərəfli olar. Bunun hər yerdə 

olduğu kimi biz də gərək tikək. İş burasındadır ki, biz padşahlığımızı hələ təzə-təzə 

tikirik, qurtarmamışıq. Bu işdən qabaq görək padşahlığımızı tikib qurtaraq. Bunu 

bilməlisiniz ki, hər bir böyük işlər xırda işlərdən vücuda gəlir. Məsələn, böyük bir 

dam  tikmək  istəyirsiniz,  əvvəlcə  onun  xırda  hissələrini  tikmək  lazımdır.  Və  bu 

xırda  işləri  də  tikmək  üçün  növbətləri  vardır.  Hərgah  bu  növbətlər  gözlənməsə 

böyük  iş  vücuda  gəlməz.  İş  içində  olanlar  bilirlər  ki,  bu  işləri  növbələrində 

qarışdıranlar, işləri geri salmaqdan başqa bir iş görməyirlər. Məsəl var, deyərlər ki, 

"dərya  kənarında  bir  ev  tikmişəm,  hasarın  çəkməmiş  üstünü  örtmüşəm".  Bu  söz 

bəlkə  tar  çalğısında  mümkündür.  Lakin  padşahlıq  üçün  də  bu  iş  düz  gəlməz.  Bu 

saat  padşıhlıq  işində  öylə  işlər  var  ki,  Parisə  elçi  göndərməkdən  vacibdir.  Əgər 

Parisə  adam  göndərməsək  ziyan  gəlməz,  amma  vacibi  işləri  təxirə  salsaq  böyük 

ziyan dəyər. Əgər biz zemstva götürsək, görərik ki, bu da artıqdır. Yer məsələsi və 

qeyri  zakonlar  növbədə  daha  qabaqda  durmalıdır.  Biz  bu  vaxta  kimi  dərya 

kənarında  divarsız  ev  tikirik.  Bu  saat  həştad  milyon  pul  sərf  edirik.  Amma, 

bilməyirik nəfi olacaq ya yox. Burada ekonomiqski bir hesab yoxdur. Bu elçilik o 




715 

 

vaxt lazım olar ki, hər bir təhlükədən qurtarmış olaq, arxayın olaq. O vaxt həştad 



deyil, yüz dəfə də artıq verə bilərik. İndi isə çanaraqdan Amerikaya elçi göndərmək 

ki  var,  Azərbaycan  var,  deyin  nə  lazımdır?  Ola  bilməz  ki,  bu  gün  bu  işdən  ötəri 

həştad,  yüz  milyonu  tullayasan  gedə.  Zaman  ki  bunu  göndərməsək  də  zərəri 

yoxdur,  onda  göndərmək,  böylə  çaparaqdan  keçirmək  ya  əqilsizlikdir,  ya 

padşahlığın işini bilməmək deməkdir. Ona görə təklif edirəm ki, bu qanun layihəsi 

rədd  edilməsin,  ancaq  növbədən  götürülüb  təxirə  salınsın.  İşlər  düzələndən  sonra 

müzakirə edərik.  

Sədr - Qara bəy Qarabəyov. 

Qara bəy - Bu qanun layihəsi ki, özü də bura təcili surətdə gəlmişdir. Və 

bir  də  bir  təklif  var  ki,  həqiqətən  biz  onu  anlaya  bilmərik.  Bu  ona  oxşayır  ki, 

yorğanın  uzunluğunu  bilməyir  və  qışın  soyuğunda  ayağını  uzadıb,  yorğandan 

çıxarsa  ayaqlarına  soyuq  olur,  üşüyər.  İndiki  yeni  hökuməti  təşkil  ediləcək  və 

məlum  ki,  Parlament  ona  etimad  edəcək  yaxud  etməyəsək,  burada  bir  qanunu 

keçirmək istəyirlər. Məncə, bu heç bir əqlə sığan bir iş deyil. Bu ona bənzəyir ki, 

bayaq  dediyim  kimi  yorğanın  böyük  və  kiçikliyini  ölçməyib  ayağımızı  uzadarıq. 

İşlərimizi  böyük  dairədə  götürürük.  Məsələn;  daxiliyyə  nəzarətinin  işlərini  bir-

birinin üstünə yığırıq və sabiq Rusiya kimi böyük dairədən artıq edirik. Odur ki, 

nəticədə  məmləkət  daxilində  hərc-mərclik  və  anarxiyadan  başqa  bir  şey  yoxdur. 

Dairə böyük olduğundan hər kəsi işə qəbul edirik və nəticədə də heç bir şey hasil 

olmayır. Böylə çıxır ki, bir iş qayırmaq istədikdə onun heç bir tərəfini düşünmürük, 

nəticələndirmirik.  O  yerlər  ki,  göstərilir,  məncə  onlardan  əlavə  dünyanın  qeyri 

yerlərinə  də,  məsələn,  Braziliyaya,  Çili  və  bu  kimi  məmləkətlərə  də  siyasi 

müməssil göndərmək lazım  imiş.  Halbuki  bu  məsələnin təcili  surətdə  olmasını  o 

qədər də lüzum və ehtiyac görülməyir. Təcili məsələlərimiz bundan daha vaciblidir 

ki,  siyasi  nümayəndə  göndərmək  əvəzinə,  başqa  bir  mühüm  işimizi  həll  edərsək 

böyük  xidmət  etmiş  olarıq.  Məsələn,  camaatın  dərisi  nahaq  yerə  soyulmasın. 

Məəttəəssüf  tapa  bilmədik.  Amma  istəyirik  ki,  nümayəndələrin  hərəsi  neçə 

milyonlar ilə illik xərc çəkə və qırx əlli nəfər adam göndərək. İndi Azərbaycan elə 

bir haldadır ki, ora göndərilən şəxslərə burada çox ehtiyac var. Əlavə, bizim siyasi 

nümayəndələrimiz  vardır.  Məsələn,  Ermənistanda,  Gürcüstanda,  İranda.  Bizim 

əlaqələrimiz  də  əksəriyyət  ilə  yaxın  hökumətlər  ilə  olur.  Fəqət,  bu  gün  Antanta 

hökuməti  ki,  bizdən  çox  uzaqdadır  və  bizə  Avropanın nə nəzər  ilə  baxmaları  da 

məlum  olmadığı  halda  biz  ora  yeni  adamlar  göndəririk.  Ora  adam  göndərmək 

lazım  isə  keçənlərdə  sülh  konfransına  bir  heyət  göndərmişik  ki,  o  da  bizim   

istiqlalımızın  qəbul  edilməsində  təşəbbüsat  ediblər.  Haman  heyət  üçün milyonlar 

ilə  para  xərclənir,  əlavə  də  orada  olan  adamlarımız  ən  qüvvətli  adamlardandır. 

Məsələn: Əlimərdan bəy, Şeyxülislamov, Mir Mehdi və Məhərrəmov. Onlar adına 

köməkçi  Atamalıbəyovu  göndərdik.  Heyət  tərəfindən  bu  vaxta  qədər  bir 




Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   ...   315   316   317   318   319   320   321   322   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə