Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə327/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   ...   323   324   325   326   327   328   329   330   ...   334

731 

 

Qəbul  olunur.  Layihənin  3-cü  qiraəti  qalsın  gələn  iclasa.  Rza  bəy  Ağabəyov, 



buyurun. 

Rza bəy - Bakıda bir çox pristavlarda rekvizirovannı mallar vardır. Bunlar 

bir çox pristanlarda dağınıq olduqlarından və baxılması çətin olduğundan hərbiyyə 

nəzarəti,  bunlar  üçün  bir  ümumi  veşevoy  sklad  təsis  etmək  istəyir.  Bu  sklad  2-ci 

razryad  olacaqdır.  Ştatı  da  vardır.  Orada  əsgərlər  də  olacaqdır,  məmurlar  da. 

Layihə bir maddədən ibarətdir. (Oxuyur). 

Sədr  -  Bu  barədə  danışan  yoxdur?  Yoxdur.  Müzakirə  bitir.  2-ci  qiraətə 

keçməyi  səsə  qoyuram.  Etiraz  yoxdur?  Yoxdur,  Qəbul  olunur.  Birinci  maddəyi 

səsə  qoyuram.  Etiraz  yoxdur?  Yoxdur,  Qəbul  olunur.  Üçüncü  qiraət  qalır  gələn 

iclasa. 


Rza  bəy  -  1919-cu  sənəsində  bir  feldşer  məktəbi  açılmasına  qərar 

verilmişdi.  O  zaman  müəllim  tapılmamışdı,  dərsləri  də  rus  dilində  aparmaq 

mümkün deyil idi. 

Sədr  -  Növbədəki  məsələ  Şuşada  hərbiyyə  nəzarətinin  əmrində  hərbi 

feldşer məktəbi güşadi. Məruzəçi Ağabəyov. 

Ağabəyov  -  1919-cu  sənəsi hərbiyyə  nəzarəti  bir  feldşer  məktəbi  açmaq 

fikrində  idi.  Fəqət  müəllimlərin  tapılmaması  dolayisilə  açılmadı.  Çünkü, 

əsgərlərimiz rusca  bilmədikləri  üçün  dərsləri rusca aparılması  qeyri  mümkün idi. 

Bu  sənə  məzkur  məktəbin  güşadını  və  türk  dilində  tədricatın  tətbiqini  hərbiyyə 

nəzarəti  öhdəsinə  gotürmüşdür.  Şimdi,  tezliklə  işə  başlamaq,  məzkur  məktəbi 

açmaq  istəyir.  Məktəbi  açmaq  üçün  55,800  rublə  istənilir.  Məktəbin  bir  də 

nizamnaməsi  vardır.  Nizamnaməyə  görə  əgər  çastnı  adamlar  da  daxil  olmaq 

istəsələr,  qanunən  təyin  edilən  bir  zaman  içində  əsgəri  hökumət  qulluğunda 

bulunacaqlardır. Təqdim edilən layiheyi-qanuniyyə bir maddədən ibarətdir. 

Sədr  -  Qanun  layihəsi  barəsində  danışmaq  istəyən  yoxmu?  Deməli 

müzakirat bitir. Birinci maddə barəsində danışmaq istəyən yoxmu? Səsə qoyuram. 

Etiraz  edən  varsa  ayağa  dursun.  Etiraz  yoxdur.  Qəbul  olunur.  Layiheyi-

qanuniyyənin 3-cü qiraəti qalır gələcək iclasa. Növbədə başqa bir məsələ yoxdur. 

Sədr  -  Növbədə  Gəncə  quberniyasının  2  hissəyə  bölünməsi  haqqında. 

Məruzəçi Səmədağa Ağamalı oğlu. 

Səmədağa  -  Gəncə  uyezdini hökuməti  2 hissəyə  bölməyi  lazım  bilir.  Bir 

hissəsi Gəncə uyezdi, yeni hissəsi isə Şamxor uyezdidir. Şamxorun mərkəzi Zəyəm 

olur.  Maliyyə  büdcə  komissiyasında  məsələ  danışıldı  ki,  uyezdin  adı  Şamxor 

olmayıb, Zəyəm olsun. Əksəriyyət ilə Şamxor keçibdir. 

Məmməd  Əmin  (yerindən)  -  Səbəb  nə  idi  ki,  Şamxor  olmayıb,  Zəyəm 

olsun. 


Səmədağa  -  Səbəbi  odur  ki,  mərkəz  Zəyəmdir,  adı  da  Zəyəm  olsun  və 

tarixdə bir neçə şeylər olub, onu da yadda saxlamaq lazım deyil. 




732 

 

Məmməd  Əmin  -  Sizin  təsəvvür  etdiyiniz  Zəyəm  tarixdən  qədim  daha 



tarix vardır ki, o da Şamxor tarixidir. 

 Səmədağa - Danışan yoxdur.  

Sədr  - Layihə  barəsində  kim danışmaq istərdi? Rzabəy Ağabəyov. 

Ağabəyov  -  Möhtərəm  əfəndim,  komissiyonda  bir  şey  danışıldı  ki,  onu 

məruzəçi  unutdu.  Komissiyonda  bir  arzu  olundu  ki,  hökumət  ümumən  bir 

administrativni prodel məsələsinin baxılmasına şüru etsin. 

Səmədağa - Mən danışmadım ki, ona görə ki, bu məsələ keçəciydi. 

Sədr - Muxtar əfəndi. 

Muxtar  əfəndi  -  Bu  arzu  nəzərə  o  qədər  böyük  gəlir  isə  fəqət  lazımdır. 

Rzabəy  buyuran  kimi  çox  uyezdlər  məsələsi  gərək  həll  olunsun.  Məsələn,  Nuxa 

uyezdinin  4-cü  nahiyəsi  yüz  verst  məsafəsi  var,  əlaqə  mümkün  dəyil.  Bir  zaman 

Ağdaşa Ərəş deyirdilər, çünkü mərkəz Ağdaş idi. Poçta, teleqram hər şey Ağdaş 

adına gəldikcə bir növ anlaşılmazlıq  əmələ gəlirdi. Burada da madam ki, mərkəz 

Zəyəmdir, nə səbəbə Şamxor olsun. Bəzi tarixi şeylər var ki, ortada sudlar olanda, 

onların əhəmiyyəti qalmayır. Bunu siz indi etməz isəniz. Bunu sonra camaat ərizə 

verib,  Zəyəm  etdirəcək,  necəki  mən  neçə  vaxt  bundan  əqdəm  Ərəş  uyezdini 

Ağdaşa döndərmək üçün ərizə vermişəm. 

Sədr -    Danışan yoxdur? Müzakirə bitir. Axırıncı söz məruzəçinindir. 

Səmədağa – Mən güman edirəm ki, işin asan olmağı üçün, gərək Zəyəm 

olsun,  camaata  Zəyəm  adı  ilə  məşhurdur.  Şamxor,  Gəncə  yolunda  bir  balaca 

stansiyadır. Zəyəm deyəndə bütün camaat məşhur olur ki, Muxtar Əfəndi zəhmət 

çəkib danışdı. Mən onu podderjat edirəm. 

Sədr - Qanun layihəsi 5 maddədən ibarətdir. 2-ci qiraətini səsə qoyuram. 

Etiraz  yoxdur?  Qəbul  olunur.  Bir  təklif  var  ki,  Gəncə  qəzası  Şamxor  olsun. 

Komissiyon tərəfindən etiraz yoxdur.   Məmməd Əmin. 

Məmməd  Əmin  -  Bu  komissiyonun  əksəriyyəti  Şəmkir  əqəliyyəti  isə 

Zəyəm tərəfdarı olmuşdur. Əqəliyyətdə qalanlar, bəlkə də praktik nöqteyi-nəzərilə 

haqlıdır.  Lakin  Şəmkir  tarixdə  bir  mövqe  qazanmışdır.  Qədimlərdə  ruslar  bizim 

müstəqil  xanlarımızı  yıxmaq  istədikdə  Gəncə  xanlıqının  Şəmkirdə  hərbi 

müvəffəqiyyəti  olmuşdur  və  ərəb  tarixinə  baxsanız,  hər  yerdə  Şəmkir  nəzərinizə 

yetər. Binaən biz Şəmkirə səs verəcəyiz. 

Sədr - Təklifi səsə qoyuram. Aşurov. 

Aşurov  -  Möhtərəm  əfəndilər!  Burada  çox  vaxt  komissiyon  sədrləri  öz 

fikirlərini  deyirlər  və  biz  də  danışmağa  haqqımız  olmayır,  çünkü  biliriz  nə  var. 

Komissiyonda  Şamxordur.  Sədr  deyir  ki,  Zəyəmdir.  Mən  bilmirəm  ki,  Zəyəm 

hankisinin, Şamxor hankisinin təklifidir. 

Sədr  -  Həmişə  qanun  budur  ki,  məruzəçi  komisyonun  rəyinə  dəyər  və 

müdafiə edər. Mənim vaxtım olmayır ki, hər məruzəçi oxuyam. Həm də çox vaxt 




Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   ...   323   324   325   326   327   328   329   330   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə