Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə71/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   67   68   69   70   71   72   73   74   ...   100

157
           Su ölkəsi harada yerləşmişdir?"
                                                             
           Ekranda mixi yazılar əks olunur.
           Diktor mətni:
           "Bu  sualın  cavabını  da  mixi  kitabələrdə  tapırıq.  Məsələ  burasındadır  ki, 
eradan  əvvəlki 3-2-ci minlliklərə  aid mixi yazılarda  Azərbaycan  ərazisində  yaşa-
mış  kuti,  lulu  və  turukku,  yəni  türk  xalqları  ilə  yanaşı  su  xalqından  da  söz 
açılmaqda  və Su ölkəsinin adı çəkilməkdədir."
                                                              
           Ekranda Yusif Yusifovun şəkli görüntülənir.
           Diktor mətni:
           "Mixi  yazıların  gözəl  bilicisi,  mərhum  alimimiz  Yusif  Yusifovun  yazdığına 
görə, qədim qaynaqlarda "Su ölkəsinə mənsub lullu" ifadəsi işlənməkdədir."
                                                              
           Ekranda yazılır:
           "Bəzi hallarda Aratta ölkəsinin adı "Su ölkəsi" mixi işarələri ilə göstərilmiş-
dir.Deməli,Aratta... və Su ölkəsi Urmiya gölü hövzəsində mövcud olmuş geniş bir 
ərazinin  müxtəlif  adları  olmuşdur.Sular  da  turukku  və  lullu  tayfa  birləşməsinə 
daxil idilər.
                                                                           Yusif Yusifov"
                                                             
           Ekranda mixi yazılar görünür.
           Diktor mətni:
           "Mixi yazılardan göründüyü kimi, göytürklərin öz əski vətənləri saydıqları, 
qədim Çin mənbələrində haqqında söz açılan və Xəzər dənizindən qərbdə                                                                  
yerləşdiyi  vurğulanan  Su  ölkəsi  Azərbaycan  ərazisində  mövcud  olmuş  ən  qədim 
dövlətin-Aratta dövlətinin başqa bir adıdır."
                                                             
          Ekranda Roma şəhərinin simvolu olan boz qurd heykəli göstərilir.
          Diktor mətni:                               
          "Qədim Çin mənbələrində türklərin mənşəyi ilə bağlı rəvayələrdə diqqəti ən 
çox  çəkən dördüncü məqamsa türklərin öz  soylarının dişi canavardan törəməsini 
söyləmələridir.Maraqlıdır ki, az boyu kimi türk boyunun da bir qolu Şərqə köç et-
miş,  digər  bir  qolu  isə  üzünü  Qərbə  -  Avropaya  tutmuşdur.Avropaya  üz  tutanlar 
öncə  Anadolu  ərazisində  Troya  şəhərini  və  dövlətini  qurmuş,bu  dövlətə  qədim 
yunanlar tərəfindən son qoyulduqdan sonra onların nəsilləri Apenin yarımadasına 
gəlmiş  və  burada  Roma  şəhərinin  əsasını  qoymuşlar.Şərqə  gedənlər  kimi,Qərbə 
köçənlər  də  dişi  boz  qurd  haqqında  əfsanəni  özləri  ilə  aparmış  və  nəticədə  dişi 
qurd Roma  şəhərinin  gerbinə  çevrilmişdir.Qədim  Roma,  yəni  latın  mənbələri  bu 


158
xalqdan  "etrusk" adı ilə  bəhs etməkdədir. German mənbələrində isə onlar  "türk" 
adlandırılır."
                                                             
         Ekranda qədim Roma görüntüləri canlanır.
         Diktor mətni: 
         "Roma  şəhərini  tikən,  qədim  Roma  mədəniyyətinin  və  dövlətinin  əsaslarını 
qoyan etruskların İtaiyaya köçməsi qədim Roma şairi Vergiliyin "Eneida" əsərində 
öz əksini tapmışdır."
                                                           
         Ekranda yazıça və tədqiqatçı Əlisa Nicat görünür.Ekranın alt tərəfində onun 
haqqında zəruri məlumat yazılır.O qədim etrusklar,onların tarixi,mədəniyyətləri və 
Azərbaycanla bağlılığı haqqında ətraflı məlumat verir.
                                                               
             Ekranda Roma şəhərinin simvolu olan dişi qurdun tunc heykəli görünür.
             Diktor mətni:
             "Rim,Romul  və  dişi  qurdla  bağlı  əfsanənin  Azərbaycanda  doğduğunu  və 
buradan  Appenin  yarımadasına  köç  etdiyini  söyləyə  bilmək  üçün  əlimizdə  çox 
gözəl bir fakt var..."
                                                               
             Ekrandakı təsviri Şamaxının Xınıslı kəndi ərazisindən tapılan və üzərində 
qurd və iki oğlan uşağnın başı təsvir edilən kubok təsviri əvəz edir.Diktor sözünə 
davam edir:
              "...Şamaxının Xınıslı kəndi  ərazisindən tapılmış  bir kubok deyilənlərə ən 
gözəl faktdır.Məsələ burasındadır ki,sözügedən kubokun üzərində qurd və iki oğlan 
uşağının başları həkk olunmuşdur."
             Ekranda  Troya  və  etrusk  zərgərlik,  təsviri  sənət  və  heykəltaraşlıq 
nümunələri nümayiş etdirilir.
             Diktor mətni:
             "Dünya  sivilizasiyasının,xüsusən  də  Avropa  mədəniyyətinin  inkişafında 
misilsiz rol oynamış etrusklara aid qəbirlərdəki skeletlərdən DNT nümunəsi götü-
rərək onları bölgədə yaşan  xalqların genləri ilə müqyisələr aparan italiyalı mütə-
xəssislərin  keçirdikləri  çoxsaylı  testlər  nətcəsində  məlum  oldu  ki,  etruskların 
genləri  Anadolu  türklərinin  genləri  ilə  eynilik  təşkil  edir.Beləcə,  etruskların 
Anadoludan,yəni qədim Troyadan indiki İtaliya ərazisinə köçdükləri barədə qədim 
Roma  tarixçilərinin  məlumatları  öz  təsdiqini  tapmış  oldu.Eyni  zamnda  eruskları 
türk adlandıran qədim german mənbələrinin məlumatları da təsdiqlənmiş oldu."
                                                              
             Ekranda etrusk yazıları görüntülənir.
             Diktor mətni:


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə