Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə74/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   70   71   72   73   74   75   76   77   ...   100

163
olduğunu, minillərin sınağından çıxdığını sübut edir."
                                                                                                 
              Ekranda "Qlozel" yazıları görüntülənir.
              Diktor mətni:
              "Öncələr belə hesab edilirdi ki,dünyada ilk fonetik əlifba sami mənşəli fi-
 nikiyalıların  icadıdır.  Fəqət  "Qlozel"  kitabələri  sübut  edi  ki,  bi  kəşf  məhz 
əcadlarımıza  məxsusdur.  Qərbi  Azərbaycan  ərazisindən,  Göyçə  gölü  ətrafından 
tapılan  türkcə  yazılar  "Qlozel"  yazıları  qədər  qədim  olmasa  da,  qədim  türk  yazı 
sisteminin  formalaşdığı  areala  ölkəmizin  ərazisinin  də  daxil  edilməli  olduğunu 
göstərməkdədir.Qeyd  edək  ki,  ermənilərin  dünyaya  "qədim  erməni  yazı 
nümunələri"  kimi  sırımağa  çalışdıqları  bu  yazıların  düzgün  oxunuşunu  verən  və 
onun  türkcə olduğunu sübut edən görkəmli  Azərbaycan dilçisi Firidun  Ağasıoğlu 
olmuşdur."
                                                              
              Ekranda  Firidun  Ağasıoğlu  görünür  və  "Göyçə  yazıları",  onların  tarixi, 
oxunma metodologiyası və məzmunu barədə ətraflı məlumat verir.
                                                              
             Ekranda mixi yazılar görünür.
             Diktor mətni:
                                                              
             "Eradan  əvvəl    2-ci  minilliyə  aid  mixi  yazılarda  turukkularla,  yəni 
türklərlə əlaqədar Tukris ölkəsinin, eyni adlı xalqın və onun hökmdarı Arisenin adı 
çəkilir..."
                                                            
             Ekrandakı təsvirləri Yusif Yusifovun şəkli əvəz edir.Diktor sözünə davam 
edir:                                                                                           
             "Yusif  Yusifovun  yazdığına  görə,  mütəxəssislər  Tukris  ölkəsi  və  xalqını 
Orxon-Yenisey  abidələrində  adına  rast  gəlinən  türkişlərlə,  bu  ölkənin  hökmdarı 
Arisenin adını isə Arslan adı ilə eyniləşdirmişlər."
                                                              
            Ekranda Orxon-Yenisey yazıları görünür.
            Diktor mətni:
            "Türkişlərin adına Kül Təkin abidəsinin şərq tərəfinin 18,36,37,38 və 40-cı, 
şimal tərəfinin 13-cü,Bilgə Xaqan abidəsinin şərq tərəinin 27-ci,şimal tərəfinin 9 --
cu, Tonyukuk abidəsinin 21,28,29,30 və 40-cı sətirlərində və başqa abidələrdə rast 
gəlirik."
                                                              
             Ekranda yazılır:
             "...Qırğız  xaqanını  öldürdük,elini  aldıq.Həmin  il  türkişlərə  qarşı  Altun 
ormanı  üzüyuxarı  qalxaraq,  İrtış  çayını  keçərək  yürüdük.Türkiş  xalqını  yuxuda 


164
basdıq. Türkiş xalqının qoşunu Bolcuda od kimi, şərab kimi gəldi, döyüşdük. Kül 
Təkin Başqu boz atı minib hücum etdi.
                                                                           Kül Təkin abidəsi"
             Diktor yazıları oxuyaraq təkrar edir.
                                                               
             Ekranda yenidən mixi yazılar görüntülənir.
              "Mixi yazıları Tunc dövründə,eləcə də erkən dəmir dövründə Ön Asiya və 
Qafqazda, o cümlədən  Azəbaycan ərazisində  yaşamış  və  Azərbaycan  türklərinin 
etnogenezində  bilavasitə  iştirak  etmiş  türk  soy  və  boylarının  "ensiklopediyası" 
adlandırsaq yanılmarıq. Bu "ensiklopediya"da biz təkcə kəngər,subar,türk, su, iç -
oğuz və türkiş etnonimlərinə rast gəlmirik,eyni zamanda kuman,maday,qamər,sak 
və  sairə  türk  soy  və boyları  haqqında da  ən  qədim yazılı məlumatları  əldə etmiş 
oluruq.  Məhz  bu  mənbələr  sayəsində  məlum  olur  ki,  bütün  türk  xalqlarının 
etnogenezində bu və ya digər dərəcədə yaxından iştirak etmiş bu soy və boylar heç 
də iddia edildiyi kimi, Altayda formalaşmamış, əksinə Altay və Sibirə onlar çox-çox 
sonralar  ön  Asiya  və  Avropadan  köç  etmişlər.Məsələn,  qədim  Çin  mənbələri 
göytürkləri  dəmirçi  xalq  kimi  tanıyırdı.  Deməli,onların  Xəzərin  qərb  sahilindən 
Altaya köçü Dəmir dövründən tez olmamışdır."
                                                              
         Ekranda  Soltan  Hacıbəyovun  "Karvan"  simfonik  suitasının  sədaları  altında 
hərəkət edən dəvə karvanı görünür və onun fonunda yazılır:
"BEŞİNCİ  SERİYANIN  SONU"
6-cı seriya
            Yarıya qədər doğmuş günəşin fonunda  hərəkət edən dəvə karvanının  silu-
eti. Bu kadrların fonunda filmin adı və ardınca da yaradacı heyət və şirkət barədə 
məlumat verən titrlər göünür.Bütün bunlar Soltan Hacıbəyovun “Karvan” simfonik 
suitasının müşayiəti ilə cərəyan edir.
                                                              
            Bütöv Azərbaycanın xəritəsi.Kadr arxasından diktorun səsi:
             “Azərbaycanın  maddi  və  mənəvi  mədəniyyəti,incəsənəti,ədəbiyyatı  xalqı-
mızın tarixi qədər qədim və zəngindir.Yaxın və Orta  Şərqin qədim tarixinin bütün 
istiqamətlərdə öyrənilməsi və tədqiqi nəticəsində əldə edilən bilgilər ölkəmizin is-
tər cənubunun,istərsə də şimalının ən qədim sivilizasiyaların təşəkkül tapıb inkişaf 
etdiyi  ərazilərdən olduğunu göstərməkdədir.Arxeoloji qazıntılar nəticəsində ən qə-
dim zamanlardan günümüzə qədər Arazın hər iki tərəfində eyni mədəniyyətə sahib 
olan,eyni  dildə  danışan,eyni  inancları  paylaşan  vahid  bir  etnosun  yaşadığını 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə