Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə75/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   71   72   73   74   75   76   77   78   ...   100

165
birmənalı  şəkildə  sübut  edən  çox  sayda  əvəzsiz  maddi  mədəniyyət  nümunəsi 
tapılmışdır.”    
                                                             
            Ekrandakı xəritə öncə müxtəlif təbiət mənzərələri,daha sonra isə Qobustan 
və Gəmiqayanın qayaüstü təsvirlərindən seçmələrlə əvəz olunur.Təsvirlər növbə ilə 
ekranda canlanır.Buna paralel olaraq diktor mətni davam edir:
            “Əlverişli  təbii-coğrafi  şəraiti  olan  Azərbaycan  ərazisi  dönyada  insanın 
for-malaşdığı  ilk  məskənlərdəndir.Arası  kəsilmədən  yaşayış  məskəni  olmuş  bu 
torpaq bəşər tarixinin  müxtəlif mərhələlərini özündə  əks etdirən zəngin abidələr 
ölkəsidir.
            Söhbət ən azı 2 milyon illik bir tarixdən getsə də,onun yalnız son 5 min ili 
yazılı mənbələrdə bu və ya digər dərəcədə əks olunmuşdur.Ondan öncəki tariximi-
zin mənzərəsini isə arxeoloji abidələr və kökü minilliklərin dərinlikləinə qədər uza-
nan zəngin folklor nümunələri əks etdirir.”
             Ekranda  Musa  Kağankatlının  "Alban  tarixi",  Rəşidəddinin  "Cəmi  ət-
Təvarix",  Abbasqulu  ağa  Bakıxanovun  "Gülüstani-İrəm"  kitabları  ümumi  planda 
nümayiş etdirilir.
             Diktor mətni:
                                                                
             "Xristian və müsəlman tarixçilər Nuh oğlu Yafəsin şahlığından,onun oğul-
larından və onların soylarından yazanda nə mixi yazılardan, nə də bu yzılanlardan 
xəbərləri yox idi.Onlar sadəcə özlərindən əvvəlki tarixçilərə istinad edirdilər.Təbii 
ki,ağıllarına belə gəlmirdi ki,çox-çox əsrlər sonra arxeoloqlar qədim mixi yazıları 
tapacaq, bu yazılar oxunacaq və onların söylədikləri təsdiqini tapacaqdır."
                                                              
            Ekranda  Musa  Kağankatlının  Alban  tarixi"  kitabı  iri  planda  görüntülənir. 
Kitab açılır və vərəqlər bir-birini əvəz edir.
            Diktor mətni:
            "Musa Kağankatlının yazdığına görə, Yafəsin oğullarından biri Qamər idi. 
Qamərlər onun soyudur.Maraqlıdır ki, bu soyun adına eradan əvvəl  1-ci minilliyə 
aid aşşur mənbələrində "qmirra", Herodotda isə "kimmer" formasında rast gəlirik. 
Aşşur mənbələri onlardan Azərbaycan sakinləri kimi söz açır. Herodot isə onların 
Qara  dəniz  sahilində  yaşadıqlarını  söyləyir,  fəqət  iskitlərin  onları  Araz  çayı 
sahillərindən sıxışdıraraq, Qara dəniz sahillərinə köçə zorladıqlarını qeyd etməyi 
də    unutmur.  Dünyaya  "İlliada"  və  "Odiseya"  kimi  iki  nəhəng  poema  bəxş  emiş 
Homer  bu  xalqdan  "at  südü  sağanlar"  kimi  bəhs  etmişdir.At  südündən  kımız 
hazılayanların  isə  məhz  türk  xalqları  olduğu  bəllidir.Əlbətə,qamərlərin,başqa 
sözlə  kimmerlərin  Yafəsin  oğlu  Qamərin  nəslindən  olmaları  faktı  onların  türk 
xalqlarından  biri  olduğunu  söyləmək  üçün  yetərlidir.  Fəqət  elm  daha  dəqiq  və 
təkzib edilməz faktlar tələb edir.Belə fakt isə ,əlbəttə ki,var!"
                                                              


166
Ekranda  Kamal  Əliyevin  "Antik  müəlliflər  Azərbaycan  barədə"  kitabı 
görünür.Kitab  açılır  və  səhifələr  bir-birini  əvəz  edir.  Daha  sonra  isə  ekranda 
yazılır:
              "...Saqinlərdən  sonra  ölkədə  çoxluq  təşkil  edən  Meotiy  bataqlığından 
Tanais  çayının  bataqlığa  tökülən  yerinə  qədər  çoxlu  hun  tayfaları  yerləşmiş-
lər.Burada yaşayan xalqları qədimdə kimmer,indi isə utiqur adlandırırlar."
              Diktor yazıları oxuyaraq təkrarlayır.
                                                               
              Ekranda at çapan ox atan türklər görüntülənir.
              Diktor mətni:
              "Prokopiyanın verdiyi məlumatdan göründüyü kimi, hun türkləri,o cümlə-
dən hunların bir qolu olan utiqurlar qədimdə kimmer, yəni qamər adlanmışlar.Bu 
isə o deməkdir ki,qamərlərin türklüyü antik müəlliflərd heç bir şübhə oyatmamış-
dır."
                                                               
               Ekranda Tövrat görünür.O  yavaş-yavaş  açılır və  vərəqlər bir-birini  əvəz 
edir.
               Diktor mətni:
               "Müqəddəs "Tövrat" kitabında Yafəsin oğullarından söz açılarkən, onlar-
dan birinin Maday olduğu bildirilir.Eradan əvvəl 9-8-ci əsrlərə aid mixi yazılarda 
Madayın soyundan gələn xalqdan-maday xalqından və eradan əvvəl 7-6-cə əsrlərə 
aid  mixi  yazılarda  isə  bu  xalqın  Azərbaycanın  cənubunda  qurduğu  Madayya 
dövlətindən  söhbət  açılır.Qədim  yunan  müəllifləri,o  cümlədən  eradan  əvvəl  5-ci 
əsrdə yaşamış Herodot bu dövləti Midiya dövləti,xalqını isə midiyalılar kimi qeyd 
etmişlər."
                                                                
               Ekranda  Qazaxıstanın  paytaxtı  Astana  şəhərindən  görüntülər  və  qazax 
türklərinin  həyatından  bəhs  edən  qısa  süjet  canlanır.Diktor  sözünə  davam  edərək 
deyr:
               "Azərbaycanda formalaşan digər türk soy və boyları kimi madayların da 
izlərinə  sonrakı  əsrlərdə  Türküstanda  rast  gəlirik.Sonralar  hansısa  səbəbdən 
Azərbaycanı  tərk  edən  bu  qədim  türk  soyu  qazax  türklərinin  etnogenezində 
yaxından  iştirak  etmişdir.Qazax  xalqını  təşkil  edən  türkdilli  soylardan  biri  də 
madaylar olmuşlar."             
                                                                
               Ekranda Qazaxstanla bağlı başqa görüntülər nümayiş etdirilir. 
Diktor sözünə davam edir:


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə