171
Ekranda Çokan Bəlixanovuv seçilmiş əsərlərinin toplandığı 4 cildlik
kitabının ( Валиханов Ч.Ч. "Сочинения", тт 1-4) bütün cildləri yanaşı nümayiş
etdirilir.
Diktor:
"Alban-türk xalqının qazax türklərinin etnogenezində yaxından iştirak
etdiyini sübut edən məlumatları görkəmli qazax maarifçisi Çokan Vəlixanovun
"Seçilmiş əsərləri"nin 4-cü cildinin 326-cı səhifəsində,..."
Ekrandakı kitabları "Qırğızıstan arxeoloji və etnoqrafik ekspedisiyası" elmi
məcmuəsinin ( Труды Киргизской археологической и этнографической экспе-
диции ) 1960-cı il, 4-cü buraxılışı əvəz edir.Diktor sözünə qaldığı yerdən davam
edir:
"...qırğızların etnogenezində oynadıqları rol barədə məlumatları isə
Abromzonun "Qırğızıstan arxeoloji və etnoqrafik ekspedisiyası" məcmuəsinin 1960
cı il, 4-cü buraxılışında dərc edilmiş "Qırğızların etnik tərkibi..." adlı məqaləsində
tapmaq olar."
Ekranda Karmışevanın "Tacikistanın özbək-lokay xalqı"( Кармышева В.Х.
"Узбеки-локайцы Таджикистана",Москва,1954) kitabı görünür.
Diktor:
"Karmışevanın "Tacikistanın özbək-lokay xalqı" kitabının 16-cı səhifəsin-
dəki 2-ci cədvəlidə isə albanların özbək türklərinin etnogenezində oynadığı rol ba-
rədə mütəxəssisləri maraqlandıra biləcək məlumat bulunmaqdadır."
Ekranda Jdankonun "Qaraqalpaqların tarixi etnoqrafiyası barədə oçerklər"
(Жданко Т.А. "Очерки исторической этнографии каракалпаков",Москва,
1950) kitabı görüntülənir.
Diktor:
"Jdanko özünün qaraqalpaqların tarixi etnoqrafiyasına həsr etdiyi kitabının
41-ci səhifəsində albanların qaraqalpaq türklərinin də etnogenezində iştirak
etdiyini bildirir."
Ekranda karvan görünür və Soltan Hacıbəyovun "Karvan" əsərinin sədaları
eçidilir.Daha sonra Musa Kağankatlının "Alban tarixi" kitabı görünür.Kitab açılır
və səhifələr bir-birini əvəz edir.
Diktor mətni:
"Musa Kağankatlı özünün "Alban tarixi" kitabında Yafəs soyundan olan
Albaniya hökmdarı Aranın adını çəkərək bildirir ki, albanlar,utilər və qarqarlar bu
hökmdarın nəslindəndirlər.Bu məlumatı əldə əsas tutan və utiləri qafqazdilli
172
udinlərlə eyniləşdirən bəzi mütəxəssislər utilərlə birlikdə albanları və qarqarları
da qafqazdilli xalq hesab etmişlər.Halbuki, utilər və udinlər ayrı-ayrı xalqlar
olmuş və Albaniyanın öz adları ilə adlanan iki fərqli bölgəsində yaşamışlar.Bu
bölgələrdən biri Bərdə ətrafında yerləşirdi və Uti vilayəti adlanırdı. Digəri isə Şəki
ətrafında idi və Udin vilayəti adlanırdı."
Ekranda yazılır:
"Müqəddəs Ruhun mərhəməti ilə üç xalqa,yəni ermənilərə,albanlara və
gürcülərə əlifba düzəldən ...şəxs sonralar Qüds şəhərinə ziyarətə gedir...Qüdsdən
qayıdanda Erməniyyəni keçir və Şərq ölkəsinin Uti vilayətinə gəlir...O,
xaçpərəstliyi burada yenidən canlandırıb, möhkəmləndirir və Udin vilayətində
Albaniya,Lpiniya,Kaspiya,Çola
keçidinə
qədər
uzanan
torpaqlarda...
İncili təbliğ edir.
Musa Kağankatlı"
Diktor yazılanları oxuyur və deyir:
"Gördüyümüz kimi, Uti və Udin Şərq ölkəsinin, yəni Albaniyanın fərqli
vilayətləri idilər və burada fərqli xalqlar yaşayırdı."
Ekranda qədim Albaniyanın xəritəsi çanlanır.Xəritədə Bərdə şəhəri tərəfdə
yazılıb: utilər.Şəki tərəfdə isə yazılıb: udinlər.
Diktor:
"Sovet dövrü elmi ədəbiyyatında bilərəkdən və ya bilməyərəkdən bir çox
hallarda "udin" əvəzinə "uti", "uti" əvəzinə isə "udin" yazılıb, odur ki, düzgün
nəticə çıxarmaq üçün tədqiqatçıların istinadlardan əl çəkməsi, ilk mənbələri
müstəqim şəkildə incələməsi vacibdir.Məsələn Rusiya arxivlərində udinlərin rus
çarı 1-ci Pyotra yazdıqları məktub qorunmaqdadır.Udinlərin müsəlmanlardan
şikayət etdikləri və rus çarını köməyə çağırdıqları bu məktubda udinlər özlərini
"biz-udin millətindən olan albanlar" adlandırsalar da, sovet elmi ədəbiyyatında bu
ifadə "biz- uti millətindən olan albanlar" şəklində təhrif edilmiş şəkildə təqdim
edilmişdir.Eyni zamanda Pliniy utiləri iskit, yəni türk xalqı adlandırır. Sovet elmi
ədəbiyyatında Pliniyə məxsus "iskit xalqı utilər" ifadəsi hər yerdə "iskit xalqı
udinlər" kimi təhrif edilmişdir. Bu yolla da utilərlə udinlərin guya eyni xalq oduğu
təsəvvürü yaradılmağa çalışılmışdır."
Ekranda mixi yazılar peyda olur.
"Türk-utilərin adına hələ eradan əvvəl 3-cü minilliyə aid şumer-akkad mixi
yazılarında Aratta sakinləri kimi rast gəlinir.Mixi yazılar onları "kuti" adı aldında
yad edir.Mixi yazılarda onların adı eradan əvvəl 1-ci minilliyn ortalarına qədər
yad edilməkdə davam edir."