174
Ekranda yazılır:
" Bu etnonim... ku kökü və türk dillərində etnik ad düzəldən "man"(men)
şəkilçisinin birləşməsindən düzəlmişdir və sarımtıl,ağımtıl mənalarını daşıyır.
Yusif Yusifov"
Diktor yazılanları oxuyur.
Ekranda ox atan atlı türklər görünür.
Diktor mətni:
"Bu gün də eyni adı daşımaqda olan türk etnosları vardır.Bu baxımdan
Altayda yaşayan kumandinləri və özlərini bu günəcən "kuman" adlandırmaqda
davam edən qaraçay türklərini misal gətirmək olar.Onu da xüsusi qeyd etmək
lazımdır ki, kumanlar orta əsrlərdə də ön Asiya və Avropanın siyasi tarixində son
dərəcə böyük rol oynamış, Avropanın etno-siyasi coğrafiyasının formalaşmasında
yaxından iştirak emişlər.Bu rol o qədər böyük olmuşdu ki,təqribən eyni vaxtda həm
xristian Avropada, həm də müsəlman Asiyada kumanların dili ilə bağlı iki ayrı
lüğət tərtib edilmişdir.Bu lüğətlərdən göründüyü kimi, kumanların dili qıpçaq
türkcəsi olmuşdur."
Ekranda qopuzda qazax xalq mahnısı ifa edən qazax akını (ozanı) görünür.
Diktor:
"Maraqlıdır ki,qazaxların etnik tərkib hissəsi olan qədim Azərbaycan
qəbilələrindən alban, maday və sarmatların da dili məhz qıpçaq türkcəsidir.
Görünür, qədim Azərbaycanda oğuz türkcəsi ilə yanaşı qıpçaq türkcəsi də yayğın
olmuşdur.Hər halda "Kitabi-Dədə Qorqud"da oğuzlarla yanaşı qıpçaqlardan da
gen -bol danışıldığı,bu iki türk xalqı arasında güclü rəqabət hissi olduğu danılmaz
faktdır."
Ekranda "Dədə Qorqud" filmindən Qıpçaq Məliyin kef məclisini əks
etdirən kadrlar nümayiş etdirilir.
Diktor:
"O da faktdır ki,alban əlifbası məhz qıpçaq-qarqar dili əsasında
yaradılmış-dı və bu dil Albaniyanın ədəbiyyat və dövlət dili funksiyasını ifa
etmişdir.Doğrudur, əski rus-sovet elmindən gələn ənənəyə əsaslanaraq bir çoxları
qarqarları qafqazdilli xalq hesab etməkdə davam edirlər. Lakin cənab fakt tamam
başqa şeyi diqtə edir."
Ekranda "Manas" dastanını ifa edən qırğız akını (ozanı) peyda olur.
Diktor:
175
"Fakt budur ki, məşhur qırğız-türk dastanı "Manas"da əsərin qəhrəmanı
Manasın atasının adı Qarqardır.Manasın mənsub olduğu xalq isə dastanda gah
qarqar, gah da qıpçaq adlanır."
Ekranda böyük rus şərqşünası Bartoldun şəkli, ardınca isə onun qələminə
məxsus 4 cildlik "Сочинения " (Əsərləri) kitabı görüntülənir.
Diktor:
"Bu fakt akademuk Bartoldun əsələinin toplandığı 4 cildliyin 2-cicildinin
1-ci hissəsinin 541-ci səhifəsində,55-ci qeyddə təsbit edilmişdir."
Ekranda Abramzonun "Киргизы и их этнографические и историко-
культурные связи" (Moskva 1971) adlı kitabı görünür.
Diktor mətni:
"Abramzonun "Qırğızlar və onların etnoqrafik və tarixi-mədəni əlaqələri"
adlı 46-cı səhifəsində isə 16-cı əsrdə Qaraqışlaqda baş verən hadisələrlə əlaqədar
qıpçaq-qarqar xalqının adı çəkilir."
Ekranda qopuzda qırğız xalq nəğmələrini ifa edən akın (ozan) görünür.O
bir qədər çalıb-oxyduqdan sonra onu Filoloq alim Nizami Cəfərov əvəz edir.alt
tərəfdə onun adı, soy adı və elmi dərəcəsi yazılır.O deyir:
"Azərbaycanda qıpçaq-oğuz münasibətlərinin ən gərgin dövrü 9-10 -cu
əsrləri əhatə edir.Həmin dövrün etnosiyasi, linqvokulturoloji proseslərini əks
etdirən "Kitabi-Dədə Qorqud"da qıpçaq-oğuz münasibətləri ümumi şəkildə qeyri-
müəyyən coğrafiyada deyil,Azərbaycan miqyasında təqdim olunur.
Qıpçaqlar tarixi mənbələrdə daha çox xəzərlər kimi təqdim olunur
ki,bunun da əsas səbəbi qıpçaqların Şimali Qafqaz və ətraf regionları əhatə edən
Xəzər siyasi birliyinin,dövlətinin mövcudluğu idi.Ümumiyyətlə, qıpçaqlar 1-ci
minilliyin sonu, 2-ci minilliyin əvvəllərindən mənbələrdə müxtəlif adlarla
adlanmışlar: beçeneqlər,kumanlar, polovatslər,xəzərlər və sairə."
Ekranda dilçi alim Tofiq Hacıyev görünür.Alt tərəfdə onun adı,soy adı və
elmi dərəcəsi yazılır.O, türk-oğuz mənşəli Azərbaycan dilində müşahidə edilən
qıpçaq layı barədə məlumat verir, Azərbaycan dilini oğuz-qıpçaq
mənşəli dil hesab
etmiş alimlər və onların fikirləri barədə ətraflı məlumat verir.
Ekranda "Oğuz,qıpçaq,uyğur,tatar-bunlar bir soydur" misrası ilə başlanan
türk mahnısına çəkilmiş klip nümayiş etdirilir.Klip bitər-bitməz ekranda Musa
Kağankatlının "Alban tarixi" kitabı görünür.
Diktor mətni: