|
![](/i/favi32.png) Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ
178
"Erməni tarixçsi Moisey Xorenatsi Azərbaycan ərazisində xəzərlərin adını
3-cü əsrdə, gürcü tarixçisi Leonti Mrovelli isə eradan əvvəl 7-ci əsrdə baş vermiş
hadisələrlə əlaqədar çəkmişdir.Xəzərlərin adı bugünədək Lerik rayonu
ərazisindəki Xəzəryaylaq, Ordubad rayonu ərazisindəki Xəzəryurd, Hadrut və Fü-
zuli rayonları ərazilərindəki Xəzərdağ toponimlərində və ən nəhayət, Xəzər
dənizinin adında yaşamaqdadır.
Ekranda Göyçə gölündən mənzərələr görüntülənir.
Diktor mətni:
"Maraqlıdır ki, şərti olaraq "erməni qıpçaqcası" adlandırılan qıpçaqdilli
alban ədəbiyyatı nümunələrinin bir qismi - əsasən müxtəlif "İncil" nüsxələri,dua
kitabları və digər xristian məzmunlu mətnlərin bir qismi bu yaxınlara qədər Qərbi
Azərbaycan ərazisində,yəni indiki Ermənistan ərazisində də var idi."
Ekranda Murad Aci görünür.O deyir:
"В Армении есть древние священные книги, написанные армянской
графикой, но на тюркском языке.Похоже,не сирийский, тюркский язык был
при богослужении у армян, раз на нем писали молитвы в ранней Армении."
Diktor deyilənləi sinxon tərcünə edir:
"Ermənistanda erməni qrafikası ilə,fəqət türkcə yazılmış qədim müqəddəs
kitablar var.Madam ki, erkən Ermənistanda dualar türkcə yazılmışdı, deməli, iba-
dət heç də suryani dilində yox, türkcə edilirdi."
Ekranda Qərbi Azərbaycanda yerləşən kilsələrin divarlarında yer alan türk
tamğaları görünür.Murad Aci kadr arxasından sözünə davam edir:
"Кто построил армянам их первые храмы?Почему их орентировали
на восток?...Ответы на эти вопросы на стенах древнеармянских храмов-
там тюркские тамги! Знаки строителей. До 23-х знаков насчитывают на
стенах разных храмов."
Ekranda yenidən Murad Aci görünür.O, sözünə davam edərək deyir:
"Рунические письмена найдены в Звартнотце, Двине, Котаванке,
Джвари и других поселениях."
Diktor söylənilənləri tərcümə edir:
179
"Ermənilər üçün ilk məbədləri kimlər tikmişlər?Nə üçün onların istiqaməti
şərqədir?...Bu sualların cavablarını onların divarlarında tapmaq olar-orada türk
tamğaları təsvir edilmişdir.
Zvartnotsda,Dvində,Cvaridə,Kotavankda, digər yerlərdə türk run yazıları
var."
Ekranda yenidən Qərbi Azərbaycan kilsələrindən tapılmış tamğalar
görünür.
Diktor mətni:
"Şübhəsiz ki, Qərbi Azərbaycandakı kilsələri türklər tikmişlər.Ermənilər
isə həmin ərazilərə 19-cu əsrdən ruslar tərəfindən köçürülmüş və türk kilsələrinə
sahib çıxmışlar."
Alban yazıları( erməni qıpçaqcası) görüntülənir.
Diktor ara vermədən sözünə davam edir:
"Həmin ərazidə mövcud olan erməni qrafikalı türkdilli dini ədəbiyyata
gəlincə, onlar alban ədəbiyyatı nümunələrindən başqa bir şey deyildir.Bu ədə-
biyyatın qələmə alındığı əlifbanın erməni əlifbası ilə eyni mənşəli olması,eləcə də
ortaq din xristian albanların zamanla erməniləşməsinə səbəb olmuşdur.Bununla
belə, ən azı 28 nümunəsi qorunub saxlanmış qıpçaqdilli alban ədəbiyyatını
tədqiqatlara cəlb etmək,onları dərindən öyrənmək ən azı Albaniyanın tarixini,
azərbaycanda baş vermiş etnik və etnolinqvistik prosesləri dərindən başa düşmək
baxımından çox vacibdir. Biz "Kitabi-Dədə Qorqud" sayəsində Azərbaycanda
oğuz-qıpçaq münasibətlərində oğuzların rolundan xəbərdarıq. İndi isə qıpçaqdilli
alban ədəbiyyatını araşdırıb proseslərə digər tərəfin də gözü ilə baxmağın vaxtı
çatıb.Üstəlik də bu ədəbiyyatı Azərbaycan ədəbiyyatının tərkib hissəsi kimi gözdən
keçirməyin də vaxtı artıq çoxdan çatmışdır. Eyni sözləri Alp Ər Tonqaya həsr
edilmiş ağı barədə də söyləmək olar.Eradan əvvəl 7-ci əsrin yadigarı olan bu
türk- oğuz ədəbiyyatının şah əsəri ədəbiyyat tariximizdə öz layiqli yerini
tutmalıdır."
Ekranda "Oğuz,qıpçaq, uyğur, tatar-bunlar bir soydur" sözləri ilə başlayan
türk mahnısına çəkilmiş klip görüntülənir.
Ekranda yenidən alban (erməni qıpçaqcası) mətnləri görüntülənir.
Diktor:
"Erməni əlifbası ilə eyni mənşəli əlifba ilə qələmə alınmış qarqar-ağxəzər,
daha dəqiq desək,alban mətnlərinin dili bugünkü azərbaycanlılar üçün bir qədər
çətin anlaşılan olsa da, tam anlaşılmayan da deyildir."
180
Ekranda "Dədə Qorqud " filmindən qıpçaqların əsir götürdükləri oğuz
qadınları içərisində Burla Xatunu aramaları səhnəsini əks etdirən kadrlar nümayiş
olunur.
Diktor:
"Ağ xəzərlərin həm də qarqar adlandırılmasının səbəbi qarqar quşunun bu
qıpçaq boyunun totemi olması ilə bağlı idi.Ümumiyyələ qədim türk soy və
boylarının hər biri bir quşu öz totemi hesab etmişdir.Eyni hal oğuz tükləində daha
qabarıq gözə dəyməkdədir.
Qədim müəlliflərin yazdıqlarından və bəzi yer adlarından belə aydın olur
ki, qarqarlar Albaniyadan, yəni Azərbaycandan başqa Anadolu, Gürcüstan,Şimali
Qafqaz və Orta Asiyada da yaşamışlar.Məsələn, 1- əsrdə yaşamış Strabon əsərinin
bir yerində albanların, digər yerində isə qarqarların amazonkaların qonşuluğunda
yaşadığını söyləməkdədir.Erməni tarixçisi Moisey Xorenatsi 3-cü əsrdə Albaniya
ərazisində baş vermiş hadisələrdən söhbət açarkən, "qarqarlar düzü" və "qarqar
xanlığı" ifadələrini işlətmişdir."
Ekranda yazılır:
----------------------------------------------------------------------------------------------------
"Bunlar isə Nuhun üçüncü oğlu Yafəsin soyundan gələn xalqlardır.Onların
torpaqları Midiyadan Speriyaya qədər,okeandan Akvilona qədər geniş ərazini
əhatə edir: midiyalılar, albanlar, qarqarlar...
Pamfila oğlu Evseviy.lV əsr.
Emond dağlarından Qanq çayı ilə suvarılan torpaqlara qədər olan ərazidə
qarqarlar yaşayırdılar.
Dionisiy Perieqet.Xll əsr.
Beyləqan şəhəri yaxınlığında Qarqar şəhəri yerləşir.
Yaqut Həməvi. Xlll əsr."
----------------------------------------------------------------------------------------------------
Diktor yazıları olduğu kimi oxuyur.
Ekranda yenidən "Oğuz,qıpçaq,uyğur,tatar-bunlar bir soydur..." sözləri ilə
başlayan türk mahnısına çəkilmiş klip nümayiş etdirilir.
Diktor:
"Azərbaycan xalqının etnogenezində yaxından iştirak etmiş türk soy və
boylarından biri də bulqarlardır.Azərbaycanın 3-cü şahı Toqarmanın 10 oğlundan
birinin-Bulqarın nəsli olan bulqarların adı "Kitabi-Dədə Qorqud"da da
çəkilməkdədir."
Ekranda şərqşünas alim Süleyman Əıiyarov peyda olur.Alt tərəfdə onun
adı,soy adı və elmi dərəcəsi yazılır.O deyir:
Dostları ilə paylaş: |
|
|