161
"Мюнхенский востоковед-любитель Франц Бабингер,работая в
семей-ном архиве князей и графов Фуггеров в Аугсбурге,наткнулся на некие
старинные тексты,которые относились к событиям 1553-1555 годов.Эти
тексты былт срисованы со стены одного здания, служившего, видимо
конюшней, и никто никогда не придовал им значения,принимая их за экзоти-
ческую картинку из Стамбула, либо за затейлтвый орнамерт.
Словом,ерунда, случайно оказавшаяся среди деловых бумаг.
Но Франц Бабингер не называл бы себя востоковедом,не читай он
книг профессора Томсена и не узнай в найденном тексте древнетюркские
руническое письмо! Он отправил фотокопии Вилгельму Томсену в
Копенгаген.Но и тот был поставлен в тупик.Присланные руны при их
сходстве с древнетюркскими все таки отличались.Лишь специальное
исследование все расставило по местам : перед учеными предстал
европейский диалект тюркского языка."
Diktor mətni sinxron tərcümə edir:
"Münhendən olan həvəskar şərqşünas Frans Babinger Ausburqda
Fuqqerlərə mənsub knyaz və qrafların arxivində işlərkən 1553-1555-ci illərin
hadisələrindən bəhs edən qədim mətnlərə rast gəldi.Bu mətnlər əvvəllər,çox güman
ki,tövlə olmuş bir binanın divarlarından kopiyalanmışdı və heç kəs onlara heç bir
əhəmiyyət vermirdi.Lakin Babinger Tomsenin əsərləri ilə tanış olduğundan bu
mətnin hərflərinin qədim türk əlifbasının hərflərini xatırlatdığını dərhal sezdi və
onları Kopenhagenə-Vilhelm Tomsenə göndərdi.Mətnləri alan Tomsen çətin
vəziyyətə düşdü.Yazının hərfləri türk hərflərini xatırlatsa da, onlardan bir qədər
fərqlənirdi.Yalnız xüsusi tədqiqatlardan sonra hər şey aydın oldu: Alimlərin önünə
türk dilinin Avropa dialekti çıxmışdı."
Ekranda Avropa türk əlifbası görüntülənir.
Diktor mətni:
"Alimlər çaş-baş qalmışdılar.Bu yazı Avropada nə gəzir?
Tapılan mətn macar salnamələrindən məlum olan bir hadisədən söhbət
açdığı üçün onun Avropa mənşəliliyinə heç bir şübhə yox idi.Mətnin dilini Tomsen
"qədim macar dili" adlandırdı.Sonralar məlum oldu ki, bu sekellərin dilidir.
Sekellər artıq çoxdan macarlaşmış olsalar da və türk dilini unutsalar da özlərinin
türk mənşəliliyini unutmamışdılar.Məlumat üçün bildirək ki, sekellər haqqında ilk
yazılı məlumat eradan əvvəl 5-ci əsrə aiddir və Herodotun qələminə məxsusdur.
Herodot bu xalqdan "skolot" adı ilə bəhs etmiş, onu iskit,yəni tük xalqı adlandır-
mışdır.Ərəb müəllifləri isə bu türk xalqının adını "eskil" və "eşkil" kimi çəkir və
onların bulqar türklərinin bir qolu olduğunu qeyd edirlər."
Ekranda hərəkət edən karvanın günəşin fonunda silueti görünür.Bu süjeti
Soltan Hacıbəyovun "Karvan" simfonik suitası müşayiət edyr.
162
Ekranda "Qlozel daşları" və onların üzərindəki maral təsvirləri və yazıları
görüntülənir.
Diktor mətni:
"16-cı əsrə və türk-sekellərə aid olan türkcə yazılar əldə olan ən son yazı-
lar olsa da, İtaliya və Avstriyadan tapılan və ən əskiləri eradan əvvəl 7-ci əsrə aid
edilən etrusk yazıları isə Avropanın heç də ən qədim türk yazıları deyil.
Avropa ərazisindən üzə çıxan və tükcə olduğu təsbit edilən ən qədim yazı
nümunələri Fransanın Vichy adlı məntəqəsindən tapılmışdır və onların yaşı nə az-
nə çox, düz 4 min 5 yüz ildir və bu yazılar elmə məlum ən qədim fonetik əlifba ilə
yazılmışdır."
Ekranda filoloq alim Elməddin Əlibəyzadə peyda olur.Alt tərəfdə onun
adı,soy adı və elmi dərəcəsi yazılr.O deyir:
"1924- cü ildə Fransanın Vichy bölgəsində bir ərazi,mülk sahibi 3 min
parçadan ibarət olan kitabələr aşkar etmişdir."Qlozel" muzeyində saxlanılan bu
kitabələrin oxunması problem olaraq qalırdı.Miladdan öncə 2500-ci ilə aid edilən
bu kitabələr.Türkiyə alimləri Xaluq Tarcan və Kazım Mirşan tərəfindən oxunaraq
əlifbanın "öntürkcə" olduğu təsdiq edildi.Sarbon Universitetində keçirilən "Əlifba
yazının başlanğıcı və Qlozel kitabələri" adlı konfransda kitabədəki hərflərlə bağlı
illər boyu davam edən mübahisələrə son qoyuldu.Kitabələrdəki hərflərin qarşılıqlı
müqayisəsi, arlarındakı qabarıq bənzərliyin sübutu salondakı müxtəlif millətlərdən
olan elm adamlarını inandırdı,verilən izahat,gətirilən dəlil və sübutlar böyük
alqışa səbəb oldu.
Kazım Mirşan kitabələrdəki hərflərin "öntürk" hərfləri olduğunu
aydınlaşdıraraq dedi:"Kitabələrdəki əlifba etrusk əlifbasına çox yaxındır.Etrusk
əlifbası daha gec çağlara aid olan latın əlifbasını doğurmuşdur.Etruskca ilə heç
bir bağlılığı olmayan yunan əlifbasının da öntüklərə əsaslandığını bilirik.Finikiya
və kiril əlifbaları da xüsusi bir istisna təşkil emir, bunun bir çox nümunələrini
verən çoxlu kitabələr mövcuddur."
Ekranda Oxon-Yenisey və "Qlozel" əlifbalarının müqayisəli sxemi
görüntülənir. Alim sözünə kadr arxasından davam edir:
"Türkiyənin "Hürriyyət" qəzetində həmin kitabələrdən nümunələr verilib.
Qəzetdə qədim türk-"Orxon-Yenisey"lə "Qiozel" əlifbalarının müqayisəli sxemi də
var."
Ekranda yenidən görünən Elməddin Əlibəyzadə sözünə davam edir:
"Bu alqışa layiq kəşf,açıqlamalar və elmi fikir məlum Orxon-Yenisey əlif-
basının miladdan sonrakı dövrün məhsulu deyil, məh zçox-çox qədimlərin məhsulu