Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə70/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   66   67   68   69   70   71   72   73   ...   100

154
istiqamətində  hərəkət  etdiyi  kimi,  digər  bir  qismi  də  Avropaya-Skandinaviya  və 
İslandiya tərəflərə köçmüdür."
                                                               
         Ekranda dilçi alim  Firidun  Ağasıoğlu peyda  olur.Ekranın alt  tərəfində onun 
adı,soy adı və elmi dərəcəsi yazılır:
         "Qədim  Azərbaycanda  formalaşan  az  boyları  Kür-Araz  mədəniyyətindən 
sonrakı  çağlarda  qəribə  tale  yaşamışlar.Onların  bir  qismi  Azərbaycan-Kiçik 
Asiya-Avropa xəti üzrə İslandiyaya qədər gedib çıxmış,digər qismi Quzey Qafqaz 
və Türküstana köç etmişdir.
         Azərbaycan  türkləri  ilə  yanaşı,özbək,altay,qaraqlpaq,noqay  və  sairə  türk 
xalqlarının  da  etnogenezində  yaxından  iştirak  emiş  azların  adına  Orxon-Yenisey 
abidələrində  "az  budun",  yəni  az  xalqı  və  ya  "az  əri",yəni  az  kişisi  şəklində  rast 
gəlinir.Kuban epiqrafiyasında isə belə bir cümlə vardır: Eren az ayrıltım,yəni  az 
ərənlərindən,igidlərindən ayrıldı.
         Müxtəlif türk xalqlarının boy-soy,yəni tayfa-nəsil bölgüsü kimi diqqəti çəkən 
və tərkibində az komponentini yaşadan etnonimlər böyük maraq doğurur. Məsələn, 
başkord-katay  boyundakı  as,assı  soyları,balkarların  osetinlər  ərəfindən  as 
adlandı-rılması,Vamberinin özbəklərin 32 əsas boyu sırasında  asları qeyd etməsi  
və sairə.
        Urartu  mixi  yazılarında  qərbi  Azərbaycanın  bir  hissəsi  Aza  kimi  qeyd 
edilmişdir  və  tədqiqatçılar  bu  adı  enotoponim  hesab  edirlər.Strabon  isə  eyni 
ərazidən Azar adı altında bəhs edir."
                                                             
        Ekranda Snorri Sturlusonun "Kiçik Edda" kitabı göüntülənir.Alim kadr arxa-
sından sözünə davam edir:
        "İslandiyaya  qədər  gedib  çıxan  az  boyları  haqqında  da  maraqlı  tarixi 
məlumatlar  vardır.  13-cü  əsrdə  yaşamış  İslandiya  tarixçisi  Snorri  Sturlusonun 
1222-1225-ci  illər  arasında  qədim  saqalara  istinadən  yazdığı  "Kiçik  Edda"  adlı 
kitabda  göstərir  ki,  alar  Troya  ölkəsindən  çıxıb  Avropanın  quzeyindəki  Saks 
ölkəsinə  gəlib  çıxır,sonra  yerli  əhali  ilə  qaynayıb  qarışan  azlar  çoxalaraq  daha 
quzey bölgələrə,indiki İsveç və Norveç əazilərinə yayılırlar.Buradan isə İslandiya-
ya  üz  tuturlar.Həmin  kitabda  azların  etnik  mənsubiyyəti  barədə  çox  maraqlı 
məlumatlar vardır."
                                                           
          Ekranda yazılır:
          "Troya türk ölkəsidir (səh.10).
            Türklərin  ölkəsini  tərk  edib...(səh.11)...  Avopaya  gələn  azlar  buraya  türk 
adət-ənənələrini  gətirdilər  və  burada  türklərin  vərdiş  etdikləi  qanunlar  tətbiq 
edildi (səh.12).
         Diktor səhifə nömrələrini oxumadan yazılanları təkrar edir.


155
                                                           
         Ekranda "Vikinqlər" filmindən kadrlar nümayiş edirilir.
         Diktor:
         "Qədim  Skandinav  dastanlarında  azlar  ilahiləşdirilmlş  və  tanrılar 
səviyyəsinə  qaldırılmışdır.Azların  başçısı,  şimal  germanlarının  dövlətçiliyinin  və 
ilk kral sülaləsinin əsasını qoymuş Azir Odin isə baş tanrı hesab edilmişdir."
                                                             
         Ekranda məşhur Norveç səyyahı və alimi Tur Heyerdalın şəkli görünür.
         Diktor:
         "Məşhur Norveç alimi və səyyshı Tur Heyerdalın bildirdiyinə görə,Skandinav 
saqalarında,  yəni  rəvayətlərində  Azir  Odinin  mənşəyi  barədə  çox  maraqlı  bir 
məlumat  var.Belə  məlum  olur  ki,  bu  şəxs  Qara  dənizdən  şərqdə,Qafqaz 
dağlarından cənubda yerləşən Azər ölkəsindən gəlmişdir."
                                                             
         Ekranda Orxon-Yenisey yazıları görünür.
         Diktor mətni:
         "Qədim  Azərbaycanın Orxon-Yenisey abidələrində adına rast  gəldiyimiz di-
gər  bir  boyu  da  sonrakı  əsrlərdə  adını  bütün  türk  xalqlarına  verən  türklərdir. 
Adlarına ilk dəfə eradan əvvəl 2-ci minilliyə aid akkad və aşşur mixi yazılarında 
"turukku" kimi və eradan əvvəl 1-ci minilliyə aid Urartu mənbələrində "truxi" kimi 
rast gəlinən və haqlarında Azərbaycan ərazisinin sakinləri kimi söz açılan bu xalq  
6-8  ci  əsrlərdə  böyük  xaqanlıq  qurmuş  və  bu  xaqanlığın  mərkəzi  indiki 
Monqolustan ərazisi olmuşdur."
                                                            
        Ekranda yazılır:
        "      TANRI  TƏK  GÖYLƏRDƏ  DÖĞULMUŞ  TÜRK  MÜDRİK  XAQANI  BU 
VAXT  TAXTA  OTURDUM  (KÜL  TƏKİN  ABİDƏSİ,  CƏNUB  TƏRƏF,1-Cİ 
SƏTİR);
             TÜRK  XAQANI  ÖTÜGEN  ORMANINDA  OTURSA,  ELDƏ  KƏDƏR 
YOXDUR ( EYNİ ABİDƏ,EYNİ TƏRƏF,3-CÜ SƏTİR);
             TÜRK  BƏYLƏRİ,XALQI,EŞİDİN!  TÜRK  XALQININ  DİRÇƏLİB  EL 
TUTACAĞINI  BURADA  HƏKK  ETDİM  (EYNİ  ABİDƏ,EYNİ  TƏRƏF,10-CU 
SƏTİR)."
        Diktor ekranda yazılanları oxuyaraq təkrarlayır.
                                                           
        Ekranda Orxon-Yenisey abidələri görüntülənir.
        Diktor mətni:


156
        "Qədim  Çin  mənbələrində  Orxon-Yenisey  abidələrini  yaratmış  türk  xalqının 
mənşəyi  barədə  türklərin  öz  dilindən  bəzi  əfsanələr  qeydə  alınmışdır  və  onların 
hamısı bir ağızdan bu xalqın Qərbdən-Xəzər dənizinin qərb sahillərindən gəldiklə-
rini bildirməkdədir."
                                                            
           Ekranda  tanınmış  cərrah  və  türkoloq  Cavad  Heyət  görünür.Ekranın  alt 
tərəfində onu tanıdan qısa məlumat yazılır.O deyir:
           "  Böyük  Türk  Xaqanlığının  əsasını  qoyan  göytüklərin  mənşəyi  ilə  bağlı 
qədim Çin mənbələrində iki rəvayət qeydə alınmışdır.Birinci rəvayətdə deyilir ki. 
hunlarla  eyni  soydan  olan  göytürklər  hun  yurdunun  şimalındakı  Su  ölkəsindən 
çıxmışlar.Başbuğlarının,yəni sərkərdələrinin adı Kapan Pu idi və onun 16 qardaşı 
vardı.Bunlardan  birinin  anası  boz  qurd  idi.  Bu  gənc  yellərə  və  yağışlara  hökm 
edərdi.
           Göytüklərin düşmənləri bir həmlə ilə qardaşları aradan apardılar, Bu fəla-
kətdən yalnız bu gənc qurtuldu.Bu gəncin iki arvadı vardı.Biri yaz tanrısının,digəri 
qış tanrısının qızı idi.Onun bu arvadlardan iki oğlu oldu və xalq böyük oğlu özünə 
xaqan seçdi.O, Türk adını aldı. Onun 10 arvadı vardı və bu arvadlardan türk xalğı 
törədi.
           İikinci rəvayətdə isə deyilir ki, türkləin ilk atası Qərb dənizinin,yəni Xəzər 
dənizinin qərb sahillərində yaşayırdı.Bunun xalqı hunların bir bölümü idi və Asina 
adlanırdı.Bu  xalq  qonşu  xalqlardan  biri  tərəfindən  məhv  edilir.Bunlardan  yalnız 
bir  oğlan  uşağısağ  qalır.Bir  dişi  qurd  həmin  uşağı  tapıb  ona  qulluq  edir,onu 
böyüdür və onunla evlənir.Oğlandan hamilə qalan qurd onu götürüb dənizin şərq 
tərəfinə  keçirir  və  Altaya  aparır.Orada  dişi  qurd  10  oğul  doğur.  Bu  oğullardan 
türk xalqı törəyir."
                                                             
            Ekranda Böyük Türk Xaqanlığının xəritəsi göstərilir.Sonra həmin xəritənin 
Xəzər dənizinə bitişik hissəsi böyüdülmüş şəkildə nümayiş etdirilir.
            Diktor mətni:
            "Çin  mənbələrində  türk  xalqının  mənşəyi  ilə  bağlı  qeydə  alınmış  bu  iki 
rəvayətdə  dörd  məqam  diqqəti  cəlb  edir.  1-ci  məqam  türklərin  ulu  babalarının 
Xəzərin  şərqində,  yəni  Azərbaycanda  yaşamış  olması  faktıdır  ki,  bu  faktı  eradan 
əvvəl  2-ci  minilliyə  aid  akkad  və  aşşur  mənbələri,  eləcə  də  eradan  əvvəl  1-ci 
minilliyə aid Urartu mənbələri təsdiqləyir.
           Diqqəti çəkən ikinci önəmli məqam türklərin 10 qardaşdan törəmiş olması 
faktıdır  ki,  bu  məlumat  da  Xəzər  xaqanı  İosifin  yazdıqları  ilə  üst-üstə  düşür. 
Xatırladaq ki, İosifin sözlərinə görə, türklər Həzrət Nuhun nəvəsi Toqarmanın 10 
oğlundan  törəmişlər.  Onu  da  xatırladaq  ki,  Musa  Kağankatlının  yazdığına  görə, 
Toqarma Azərbaycanın 4- cü şahı idi.
           Üçüncü maraqlı və son dərəcə önəmli məqam tüklərin Su adlı bir ölkədən 
çıxmış  olması  faktıdır.  Mövzumuz  baxımından  bu  fakt  o  qədər  böyük  əhəmiyyət 
daşıyır ki, onun üzərində bir qədər ətraflı durmaq lazımdır.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə