29
Ağa Məhəmməd şah rus qoşunları ilə əlaqə saxladığına görə İrəvan xanı
Məhəmməd Hüseyn xan Qacarı həbs edərək Tehrana göndərdi [95, 164; 115. 84].
Q.P.Butkova görə isə. İrəvan xanı Məhəmməd Hüseyn xan Ağa Məhəmməd şaha
itaətini bildirmək üçün onun yanına gəldiyi zaman, qohumu olmasına baxmayaraq,
şah onu (İrəvan xanını - red.) həbs edərək ailəsi ilə birlikdə Qəzvinə göndərdi
[41, II. 428]. Məhəmməd Hüseyn xanın yerinə Ağa Məhəmməd şah öz qardaşı
Əliqulu xan Qacarı İrəvan xanlığında hakimiyyətə gətirdi [95. 164: 41. II. 426: 200.
9]. Lakin Əliqulu xanın vergiləri artırması səbəbindən İrəvan əhalisi üsyan edib
onu xanlıqdan qovdu [41. II. 431; 214, 185]. C.Bornoutyan isə bu hadisəni fərqli
təqdim edərək yazır ki. Əliqulu xan Qacar qardaşı Ağa Məhəmməd xanın
ölümündən (1797) dərhal sonra Tehrana şah taxt-tacı iddiası üçün tələsdi. Yaranmış
vəziyyətdən istifadə edən Həsən xan Makulu İrəvan xanlığında hakimiyyəti ələ
keçirdi və xalqdan ağır vergilər tələb etdi [214, 185; 200. 9]. Ağa Məhəmməd şah
Qacarın qətlindən sonra hakimiyyəti ələ alan varisi Fətəli şah Qacar (1797-1836)
İrəvan xanı Məhəmməd Hüseyn xan Qacarı həbsdən ad etdi [115, 85]. Üç aylıq
hakimiyyətdən uzaqlaşdırılan Məhəmməd Hüseyn xan geri qayıdaraq bölgədə öz
hakimiyyətini bərpa etdi [200, 9]. Lakin Fətəli şah Qacarın gözlədiyinin əksinə
olaraq, Məhəmməd Hüseyn xan ondan asılı olmaq istəmədi. Buna görə də bir
müddət sonra - 1805-ci ilin iyununda şahzadə Abbas Mirzə Məhəmməd Hüseyn
xan Qacarı həbs edib İrana göndərdi [26, sənəd 1256, s.626; 188, 113]. Bəzi
məlumatlara görə. Məhəmməd Hüseyn xan ikili mövqeyinə görə [95, 167], digər
məlumatlara əsasən isə məhz Osmanlı dövləti ilə yaxın münasibətdə olduğu üçün
(bu zaman Qacarların Osmanlı dövləti ilə münasibətləri pisləşmişdi) vəzifəsindən
kənarlaşdırıldı [200, 14-15]. Əslində, Məhəmməd Hüseyn xan Qacarın müstəqil
siyasət yeritməsi (bu haqda V fəsildə ətraflı məlumat verilir - red.) Qacarlar
İranının hökmdarı Fələli şahı və şahzadə Abbas Mirzəni qane etmirdi. Onu
hakimiyyətdən uzaqlaşdırmaq üçün daim fürsət axtarırdılar və buna nail oldular.
Bəzi məlumatlara görə Məhəmməd Hüseyn xam 1805-cü ildə Pirqulu xan
Qacar əvəz etdi [95. 167: 200. 14-15]. Lakin. əslində. İrəvan xanlığında Məhəmməd
Hüseyn xandan sonra (1805-ci ilin yayında) hakimiyyətə Mehdiqulu xan Qacar
*
gəlmişdi [26, sənəd 1256, s.626; 82,5:200, 14-15]. Pirqulu xan Qacar isə əslində
İrəvan xanı deyil, İrəvan şəhərinin hərbi rəisi olmuşdur. "Qarabağnamə" müəllifi
Mir Mehdi Xəzani Məhəmməd Hüseyn xan Qacarın Mehdiqulu xan Qacarla əvəz
olunmasını təsdiq edir və Pirqulu Qacarı ordu sərkərdəsi kimi təqdim edir [8, II,
156]. Hətta, digər bir mənbədə Mehdiqulu xanın daha əvvəl 1804-cü ildən İrəvan
edir və ana xətli ilə Ağa Məhomməd xan Qacarın qohumu hesab edir [200.8]. Q.P.Butkov Məhəmməd
Hüseyn xan Qacarın hakimiyyətə gələn 1795-ci ildən [41,11.177]. digər rnənbə isə, hətta, 1779-cu ildən
[82.5] götürür. Lakin Məhəmməd Hüseyn xan Qacarın ögey qardaşı Hüseynəli xan öldürüldükdən
dərhal sonra hakimiyyətinə gəldiyini nəzərə alsaq. 1784-cü il variantı daha dəqiqdir.
*
Bəzi mənbələrdə Mehdiqulu xan qacarların Dəvəli boyuna aid edilir [bax: 98.193]. Mehdiqulu xan
Qacar Fətəli şahın seçilən sərkərdələrindən idi. Sonralar Rusiya ilə müharibələrdə böyük şücaətlər
göstərmişdi [bax: 127,30].
30
xanlığını idarə etdiyi qeyd edilsə də [98, 222], bu, reallıqdan uzaqdır. Mənbələrdə
məhz 1805-ci il iyunun ortalarına kimi İrəvan xanı Məhəmməd Hüseyn xan Qacarın
olması təsdiqini tapır.
1806-cı ilin avqustunda irəvanlılar əhali üzərinə ağır vergilər qoyan və
xalqı qarət edən Mehdiqulu xana qarşı üsyan qaldırdılar [26, sənəd 1256, s.626-
627]. Həmin ilin avqustunda Mehdiqulu xan Qacarı Təbriz və Marağa xanı Əhməd
xan əvəz etdi [82, 5; 74, 368-369]. Əhməd xan Təbrizdən çoxsaylı piyada və süvari
qoşunla İrəvana gəldi və hakimiyyətdə Mehdiqulu xanı əvəz etdi. O, əhalinin
rəğbətini qazansa da. cəmi üç aya yaxın hakimiyyətdə oldu. İrəvanda epidemiya baş
qaldırdığı üçün xan ağır xəstələndi və dövlət işlərini lazımi şəkildə icra edə bilmədi.
O, şahzadənin (Abbas Mirzə - red.) ən etibarlı və görkəmli nümayəndəsi olduğu
üçün bu hadisə onu çox məyus etdi [98, 285-286]. Əhməd xan Marağalı 1806-cı il
oktyabrın 17-də vəfat etdi. Fətəli şahın tələbi ilə xanlıqdan uzaqlaşdırılan
Məhəmməd Hüseyn xan Qacar yenidən İrəvan xanlığına geri qayıtsa da [bax: 27,
sənəd 792, s.421], hakimiyyətini davam etdirə bilmədi.
Çox keçmədən İrəvan xanlığında yerli hakimiyyət
*
yenidən möhkəmləndi
və hakimiyyətə müstəqil İrəvan xanlığının sonuncu xanı Hüseynqulu xan Qacar
(Qoyunlu)
**
gəldi [bax: 27, sənəd 129. s. 69-70; sənəd 424, s.232; 95, 167; 82,5; 200,
16-17]. Fətəli şah İərvanın yeni xanı Hüseynqulu xan Qacara "sərdar" — yəni, Araz
çayının sol sahilindəki bütün hərbi qüvvələrin sərkərdəsi titulunu verdi [200, 17].
İrəvan sərdarı təyin edilən Hüseynqulu xan Qacara vilayətin bütün hərbi və mülki
hakimiyyəti verilməklə yanaşı, o, çoxsaylı süvari və piyada qoşunla da təmin edildi
[98, 295]. Məhz buna görə də dövrün mənbələrində sonuncu İrəvan xanı
Hüseynqulu xan Qacar "İrəvan sərdarı" kimi qeyd olunur. Hüseynqulu xan Qacarın
qardaşı, "Aslanlar başı"
*
aparılan mübarizədə İrəvan xanının ən yaxşı silahdaşı idi
[bax:8, II, 63; 177, 515: 127, 96; 200, 18].
Beləliklə, ilk mənbələrin məlumatları təsdiq edir ki, 1747-ci ildən 1827-ci ilə
qədər mövcud olmuş Azərbaycan dövlətini İrəvan xanlığını əsasən Azərbaycanın
yerli türk Qacar tayfasının nümayəndələri olan xanlar idarə etmişlər və onlar İrəvan
xanlığının müstəqilliyi uğrunda qətiyyətlə mübarizə aparmışlar.
*
C.Bornoutyan Hüseynqulu xan Qacarın atasının XVIII əsrdə İrəvan xanı olduğunu qeyd edir [bax:
200,17-18]. Bu fakt bir daha yerli Qacarlar sülaləsinin İrəvan xanlığında mühüm rol oynadığını sübut
edir.
**
Qacarların Qoyunlıı (Ağcaqoyunlu - red.) boyundan olan Hüseynqulu xan Qacar Fətəli
xanın
sarayında əyanların başçısı vəzifəsində çalışmış, Ağa Mahəmməd şah Qacar qətlə
yetiriləndən sonra
Fətəli şahın hakimiyyətdə möhkəmlənməsinə yaxından kömək etmişdi. 1800 - 1802-ci illərdo Qəzvində
paytaxta gedən yolun mühafizə dəstəsinin rəisi olmuş, şəxsi igidliyinə
görə "Qəzvini" təxəllüsü almışdı.
1802-ci ildə əfşarlar arasında yaranan ixtişaşları yatırmaq üçün Xorasana göndərilmiş və beş il Xorasanı
idarə etmişdi [bax: 200,17-18].
*
Fars dilində ―baş‖ mənasını bildirən ―sər‖ terminini bəzi müəlliflər ―sarı‖ kimi tərcümə edərək Həsən
xan Qacarın ―Sarı Aslan‖ titulu daşıdığını qeyd edirdilər [8,II, 63; 127, 96; 200, 18]. Lakin dövrün digər
mənbə və ədəbiyyatlarında bu söz düzgün olaraq ―Aslanlar başı‖ kimi təqdim edir [bax: 59, 62; 177,
515].