31
ƏLAVƏ № 1
Azərbaycanın Çuxursəd (İrəvan) bölgəsini idarə edən əmirlər və bəylərbəyiləri:
Əmir Səəd (XIV əsrin sonlarından 1410-cu ilə qədər)
Pir Hüseyn (1410-1413)
Pir Yaqub (Pir Hüseyn oğlu) (1420-ci illər)
Əbdül (Pir Hüseyn oğlu) (1440-cı illər)
Yaqub bəy (1440-cı illər)
Həsənəli Qaraqoyunlu (1460-cı illər)
Div Sultan Rumlu (1515-dən)
Hüseyn xan Sultan Rumlu (1550-ci ildən)
Şahqulu Sultan Ustaclı (1550-1575)
Məhəmməd xan Toxmaq Ustaclı (1576-1583)
Xıdır paşa (1583)
Lələ paşa(1577)
Məhəmməd Şərif paşa (1604-cü ilədək)
Əmirgünə xan Qacar (1604/5-1625)
Təhmasibqulu xan Qacar (1625-1635)
Fərhad paşa (1635)
Kalbalı xan (1636-1639)
Çağata Kötük Məhəmməd xan
*
(1639/40-1648)
Xosrov xan
**
(1648-1652/53)
Məhəmmədqulu xan Lələ bəy (1652/53-1659/60)
Nəcəfqulu xan (1659/60-1663)
Abbasqulu xan Qacar (Əmirgünə xan Qacarın oğlu) (1663-1666)
Səfi xan (Alxas Mirzə)
***
(1666/67-1674)
Sarıxan bəy (1674-1675)
Səfiqulu xan
****
(1675-1679)
Zal xan
*****
(1679-1688)
Murtuzaqulu xan
******
(1688-1691)
*
XVIII əsrə aid mənbədə — "Cambı"da Kötük Əhməd xan kimi [105,156], dövrün mənbəsini isə
Cağata Kötük Məhəmməd xan kimi təqdim olunur və onun Səfəvilərlə Osmanlılar arasında imzalanmış
Qəsri-Şirin sülh müqaviləsi (1639) danışıqlarının ilkin mərhələsində iştirak etdiyi qeyd olunur [66,129].
**
Mənbədə mənşəcə gürcü olduğu göstərilir [66.140].
***
Bəzi mənbələrdə ləzgi olduğu göstərilir [105,156; 82.4]. Əylisli Zəkəriyyə onu Səfiqulu xan Teymur
Qaybək kimi qeyd edir [104,63], əsərinin digər yerində isə Səfiqulu xan Alxas Mirzə kimi təqdim edir
[104,80,84,88].
****
Cambr"da gürcü olduğu qeyd olunsa da [105,156], digər mənbələr bunu təsdiq etmir. Dövrün
mənbələrində Təbrizli Rüstəm xanın oğlu olduğu qeyd olunur [66,182; 104,102]. Bu faktı XIX əsr
rusdilli mənbə də təsdiq edir [82,4].
*****
Mənşəcə gürcü olduğu göstərilir [82,4]. Dövrə aid mənbədə Abbasqulu xan Qacarın kürakəni
olduğu qeyd olunur [66,1951.
32
Məhəmmədqulu xan (1691-1694)
Zöhrabxan (1694-1699)
Fərzəli (Fətəli) xan Qacar (1699-1705)
Əbdül Məhəmməd xan (1705-1709)
Mehrəlixan (1709-1719)
Allahquluxan (1719-1725)
Rəcəbpaşa (1725-1728)
İbrahim paşa və Mustafa paşa (1728-1734)
Əli paşa dəftərdar (1734)
Hacı Hüseyn paşa (1734)
M əhəmməd qulu xan (1735)
Pir Məhəmməd xan (1736)
ƏLAVƏLƏR №2.
Irəvan xanları:
Mehdi xan Qasımlı (Əfşar)
*
(1747-1748)
Məhəmməd Hüseyn xan Gəraylı
**
(1748-1751)
Xəlil xan Özbək
***
(1751-1755)
Həsənəli xan Qacar (1755-I759)
Hüseynəli xan Qacar (Həsənəli xan Qacarın qardaşı)
(1759/60
****
- 1783, noyabr)
Qulaməli xan Qacar (Hüseynəli xan Qacarın oğlu)
(1783-1784, yay
*****
)
Məhəmməd Hüseyn xan Qacar (Hüseynəli xan Qacarın oğlu)
(1784-1805, iyun
******
)
******
Naxçıvanlı Məhəmmədrza xanın oğludur [66,224: 82,4].
Mənbələr:
[Əylisli Zəkəriyyə. Gündəlik. İrəvan, 1938]. Канакерци З.Хроника. Москва, 1969.
Аракел Даврижеци. Книга Историй, (перевод с армянского, предисловие и комментарий
Л.А.Ханларян). Москва, 1973.
[Simуon İrəvanlı. Cambr. Müqəddəs Üçmüədzin kilsəsinin və ətraf monastırların toplusunun müfəssəl
aynası və xatirə kitabı.Vaqarsapad, 1873].
СМОМПК, вып. I. Тифлис, 1881.
*
Farsdilli qaynaqlar Mehdi xanı Əfşarlann Qasımlı qoluna aid edir [bax: 221,93].
**
Farsdilli qaynaqlar Mehdi xan Əfşardan sonra hakimiyyətdə yerli nümayəndə Məhəmməd хаn
Gəraylının olmasını qeyd edir [bax: 221,93].
***
Xəlil xan Özbəkin İrəvan xanı olması haqda məlumatlar yetərli deyil [əlavə məlurmat üçün bax:
bölmə I, s.51].
****
İrəvan xanı Hüseynəli xan Qacarın hakimiyyətə gəlməsi bir mənbədə 1764-cü ildən göstərilsə
də[82, 5]. dövrə aid mənbədə "Cambr"da 1759-1760-cı illərdən başlayaraq xatırlanır [105,137].
*****
Hüseynəli xanın oğlu Qulaməli xan Qacar cəmi 8 ay hakimiyyətdə olmuşdur.
******
İrəvan xanı Məhəmməd Hüseyn xan Qacarın hakimiyyəti dövründə 1797-ci ildə üç aylıq fasilə
yaranmışdı [əlavə məlumat üçün bax: bölmə I, s.53].
33
Əliqulu xan Qacar (Ağa Məhəmməd şah Qacarın qardaşı) (1797, iyun)
Həsən xan Makulu (Ağa Məhəmməd şah öldürüləndə qarışıqlıqdan islifadə edərək
İrəvan xanlığında hakimiyyətə gəlmişdir) (1797, yay) Mehdiqulu xan Qacar (1805,
yay - 1806, avqust) Əhməd xan Marağalı (1806, avqust-oktyabr)
Hüseynqulu xan Qacar (Qoyunlu) (atası vaxtilə İrəvan xanı olub)
*******
(1806, dekabr
********
- 1827, oktyabr)
Mənbələr:
Qarabağnamələr. I kitab. Bakı, 1989.
Qarabağnamələr, II kitab. Bakı, 1991.
AKAK, т. II. Тифлис, 1868.
AKAK,
T
.
III. Тифлис, 1869.
Бакиханов А.А. Гюлистани-Ирам. Баку, 1991.
СМОМПК, вып.1. Тифлис, 1881.
Шопен И.И. Исторический памятник состояния армянской области в
эпоху еѐ присоединения к Российской империи. СПб., 1852.
Brydges H.J.The dynasty of the Kajars, translated from original Persian
manuscript. New York, Arno Press, 1973.
Boumoulian G.A. The khanate of Erevan under Qajar rule 1795-1828, Mazda
Publishers in association with Bibliotheca Pcrsica.. Costa Mesa, California and
New York, 1992. [Mirzə Rəşid. Tarixe-Əfşar. Tehran, 1329].
[Simeon İrəvanlı. Cambr. Müqddəs Üçmüədzin kilsəsinin və ətraf monastırların
toplusunun müfəssəl aynası və xatirə kitabı. Vağarşapad, 1873].
*******
C.Bornoutyanın verdiyi məlumata görə Hüseynqulu xan Qacarın atası Mohəmmədxan Qacar
XVIII əsrdə İrəvan xanı olub [bax: 200, 17].
********
C.Bornoutyanın Hüseynqulu xan Qacarın hakimiyyətini 1807-ci ildən götürməsi düzgün
deyildir. Dövrə aid sənədlərdən birinin 10 dekabr 1806-cı il məlumatından bəlli olur ki, Hüseynqulu xan
Qacar artıq İrəvan xanıdır [bax: 27. sənəd 129, s.69-70].
Dostları ilə paylaş: |