44
dövrdən Çuxursəd vilayətində yaşayan Sədli, Rumlu, Ustaclı, Alpout, Bayat və
başqa Azərbaycan tayfaları İrəvan bölgəsinin idarəçiliyində mühüm rol oynayırdı.
1 Şah Abbasın dövründən isə bölgənin idarəçiliyində aparıcı rol buranın qədim
sakinləri olan Ağcaqoyunlu Qacar tayfasına keçdi [173,141].
İ.Şopenin verdiyi məlumata görə, İrəvan xanlığı ərazisində öz saylarına
görə bir-birindən fərqlənən aşağıdakı Azərbaycan-türk tayfaları yaşayırdı: 5000-ə
yaxın Qarapapaq, 3000-ə yaxın Ayrumlı, hər biri min nəfərdən çox olan Böyük
Çobanqara, Sədli, Seyidli — Axsaq1ı (Ağsaqqallı — red.), Muğanlı, Qacarların
Şahdilli
*
və Sədərəkli oymaqları, Cəlali və b. [95,535-538; Bax: cədvəl 2]. Nəzərə
almaq lazımdır ki, bu tayfaların sayı Rusiya işğalından sonrakı dövrdə Qarapapaq
və Ayrumlı tayfalarının və həmçinin digər tayfaların xeyli hissəsinin xanlıq
ərazisini tərk etməsindən sonra hesablanmışdır.
İ.Şopenin məlumatlarına görə, işğal ərəfəsində İrəvan xanlığında 49.875
nəfər müsəlman (azərbaycan türkü — red.), 324 nəfər kürd, 20.073 nəfər isə
erməni
yaşayırdı [95,635-642]. İrəvan xanlığında yaşayan müsəlman
(azərbaycanlı) əhalinin sayını dəqiq müəyyən etmək üçün bu faktı da nəzərə almaq
lazımdır. İrəvan xanlığında mövcud olan 521 kənddən 153-də müsəlman
(azərbaycanlı) əhalinin yaşadığı qeydə alınmamışdır [200.38]. Şübhəsiz ki, bu
kəndlərin azərbaycanlı əhalisi ya hərbi əməliyyatlar zamanı həlak olmuş, ya da
Rusiya işğalından sonra xanlığı tərk etməyə məcbur olmuşdu. Əgər bu kəndlərin
hər birində orta hesabla 25 ailənin və hər bir ailənin minimum 5 nəfərdən
**
ibarət
olduğunu nəzərə alsaq, onda həmin kəndlərdə ən azı 19125 nəfərin yaşadığını
ehtimal etmək olar.
İ.Şopenin digər məlumatına görə, "İrəvan xanlığında 521 yaşayış məskəni
və 310 tərk edilmiş
***
kənd var idi" [95,509-517]. Əgər bu kəndlərin hər birində
orta hesabla 25 ailə və hər bir ailədə minimum 5 nəfərin olduğunu nəzərə alsaq,
onda hər kənddə 125 nəfərin yaşadığmı və tərk edilmiş 310 kəndin əhalisini də
nəzərə alsaq, təqribən 3750 nəfərin yaşamış olduğunu qeyd etmək olar.
****
Beləliklə, İrəvan xanlığının Rusiya tərəfindən işğalı ərəfəsində bu diyarın
müsəlman-türk əhalisinin sayı azı 107.750 nəfər olmuşdur. Rusiya işğalı ərəfəsində
erməni əhalinin sayı isə ümumi əhali sayının 18%-ə qədərini təşkil etmişdi.
Bundan başqa, erməni mənşəli qərb tədqiqatçısı G.Bornom da qeyd edir
ki, İrəvan xanlığında ermənilər heç zaman nəinki üstünlük təşkil etmiş, hətta sayca
*
C.Bornoutyan öz əsərində "Şahdəli" kımi təqdim edir [bax: 200. 2311.
**
Məlumdur ki, müsəlman ailələrində uşaqların sayı çox olurdu və hər bir ailənin minimum 5 nəfər
hesablanması şərti olaraq götürülmüşdür.
***
Şübhəsiz, həmin tərk edilmiş 310 kəndin əhalisi Azərbaycan türkləri idi. Onlar öz doğma kəndlərini
tərk etməyə ya məcbur olmuş, ya da güclə çıxarılaraq qovulmuşdular.
****
Bu İrəvan xanlığını təkcə 1828-1832-ci illərdə məcburi şəkildə tərk etmiş Azərbaycan türklərinin
təqribi hesablanmış sayıdır.
45
azərbaycanlılara bərabər belə olmamışlar.
*
Mənbələrdə bu faktı təkzib edəcək heç
bir məlumat yoxdur [200,60]. Çoxsaylı faktlar sübut edir ki, bu əzəli Azərbaycan
torpağından minlərlə müsəlman (Azərbaycan türkləri — red.) mühacirət etmiş,
ermənilər isə İrandan və Osmanlı imperiyasından bu torpaqlara köçürülmüşdür.
Nəticədə xristian əhali əhəmiyyətli sayda artmışdı (bu haqda IX bölmədə ətraflı
məlumat verilir).
İrəvan şəhərinin əhalisi. İrəvan bölgəsindən fərqli olaraq, qeyd olunan
demoqrafik proseslər İrəvan şəhəri əhalisinin etnik tərkibinda ciddi dəyişiklik
yaratmadı. İrəvan şəhərində daimi yaşayan əhalinin tamamilə Azərbaycan
türklərindən ibarət olmasını ilk mənbələr də təsdiq edir. Məsələn, XVII əsr fransız
səyyahı Şardən İrəvanda olankən (1673) Səfiqulu xan Çuxursəd bəylərbəyi və
İrəvan hakimi idi. Şardən onun incəsənəti və elmi sevdiyini, hamının ona hörmət
etdiyini göstərir [10,23]. Səyyahın məlumatma görə, "...İrəvan qalası təxminən
səkkiz yüz evdən ibarətdir. Orada ancaq təmizqanlı qızılbaşlar (yəni Azərbaycan
türkləri - red.) yaşayırlar" [10,21].
Bununla yanaşı, digər avropalı səyyah — 1700-cü ilin yazında İrəvanda
olmuş alman səyyahı Kaspari Şillinger də təsdiq edir ki, İrəvan şəhərində sayca və
siyasi cəhətdən Azərbaycan türkləri tam üstünlük təşkil edirdi. O yazır: "İrəvan
şəhərinin daxilində (yəni şəhərin qala divarları içərisində red.) yalnız iranlılar
**
(Azərbaycan türkləri -red.), şəhərin nisbətən iri qəsəbəsində (görünür, Üçkilsədə —
red.) və müxtəlif yerlərdə kilsəyə xidmət üçün erməni tacir və sənətkarları yaşayır.
Onlar iranlılara (Azərbaycan türklərinə - red.) vergi verirlər" [224,118]. "Qədim
İrəvan" kitabında İrəvan əhalisindən bəhs edən Y.Şahəziz 1673-cü ildə İrəvanda
olan fransız səyyahı Şardənin İrəvan qalasında yaşayan əhali haqda məlumatını bir
daha təsdiq edir və daha maraqlı bir məqama toxunur. O yazır ki, ermənilərin orada
(İrəvan şəhərində - red.) yalnız dükanları var idi, onlar orada gündüzlər alver edir,
axşamlar isə dükanlarını bağlayıb evlərinə gedirdilər [215,34; 116,5-6].
Ermənilər tərəfindən Rusiyaya və Avropanın digər xristian dövlətlərinə
çatdırılan məlumatların təhrif olunmasını, ermənilərin sayının həmişə süni şəkildə
şişirdilməsini nəzərə alsaq, demək olar ki, İrəvan şəhərinin özündə oturaq erməni
əhalisi yaşamamışdır. Hələ, XVIII əsrin əvvəllərində İrəvan şəhərində oturaq
erməni əhalinin yaşamadığını həmin dövrdə tərtib olunmuş arxiv sənədləri də
təsdiq edir. Erməni-rus əlaqələrinə həsr olunmuş sənədlər toplusunun II cildinin I
hissəsinə daxil edilmiş sənədlər içərisində maraqlı bir məlumat verilir. 1701-ci il
25 iyul tarixli "Yaddaş qeydləri" adlanan həmin sənəddə erməni avantüristi İsrail
*
İrəvan xanlığının bütünlüklə 15 mahalındakı əhalinin sayı 115.155 nəfər olmuşdu [bax: 95.635-638].
**
Avropa ölkələrindən Səfəvi dövləti ərazisinə gələn sayyahlar bir qayda olaraq məlumatarı Üçkilsə
katolikosundan alırdılar. Onların təsiri ilə bu missioner-səyyahlar Səfəvi dövlətini ―İran
dövləti".
Azərbaycan türklərini isə "iranlılar" adlandırırdılar. İrəvan xanlığının real tarixi təkzibolunmaz ilk
mənbələr, xüsusilə bölgədəki bütün yer adlarının məhz Azərbaycan türkcəsində olması sübut edir ki,
burada yaşayan qədim əhali məhz Azərbaycan türkləri idi.