63
kətan, aran bölgələrində isə küncüt istehsal olunurdu. Hər iki bitkidən əldə olunan
yağ qida və yanacaq kimi istifadə olunurdu [95,741-742]. Hüseynqulu xan Qacarın
zamanında İrəvan xanlığında hər il orta hesabla 12 xalvar kətan toxumu, 24 xalvar
küncüt istehsal olunurdu [71,IV,280; bax: bölmənin sonu, cədvəl 6,7].
İrəvan xanlığının kənd təsərrüfatında ipəkçilik də geniş yayılmışdı.
İ.Şopen qeyd edir ki, bütün xanlıq ərazisində toxmaçarlıqların çox olması burada
vaxtilə ipəkçiliyin böyük rol oynamasından xəbər verir [95,753].
İrəvan xanlığı ərazisində bağçılıq qədim tarixə malik idi. Xanlıq daima
zəngin meyvə və üzüm bağlarının olması ilə fərqlənirdi. Lakin müharibələr
nəticəsində bu bağların çoxu qırılaraq məhv edilmiş və ya sahibsiz qalmışdı.
Rusiya işğalından sonra İrəvan xanlığı ərazisindəki meyvə və üzüm bağlarının
sayı, tutduğu sahə, gəlirləri haqda məmulatları XIX əsrin rusdilli mənbələrində öz
əksini tapmışdır (bax: bölmənin sonu, cədvəl 8,9). Lakin Göyçə, Dərəçiçək və
Abaran mahallarındakı bağlar siyahıda göstərilməmişdir. Bunun səbəbi isə Rusiya
işğalı zamanı bu mahalların daha çox dağıntıya məruz qalması idi [bax: 95,747;
71,lV,281-282].
İrəvan şəhərində və şəhərətrafı kəndlərdə, ölkənin başqa şəhərlərində,
mahallarında müxtəlif növ bağ-bostan bitkiləri və tərəvəz məhsulları yetişdirilirdi
[bax: 95,745-746]. Dövrün mənbələrində İrəvana bostan bitkilərinin toxumunu
əldə etmək üçün hətta qonşu ölkələrdən nümayəndələrin gəlməsi haqda məlumat
var. 1782-ci ilin martında bayazidli İsak paşanın xahişi ilə İrəvandan Bayazidə
7000 dinar 2 abbası dəyərində qara qarpız, göy qarpız, mürsəqulu, xiyar, sürahı,
reyhan, xma tozu, badımcan və s. toxumları göndərilmişdi. 1784-cü ildə isə 11
İrakli Arqutlu Zöhrabı Üçkilsə katolikosunun yanına toxum gətirmək üçün
göndərmişdi [214,41-42]. Maraqlıdır ki, Üçkilsə monastırının məxaric dəftərində
qeyd olunan bu toxumların adlarının hamısı Azərbaycan türkcəsindədir. Dövrün
mənbələrində bu toxumların adlarının Azərbaycan türkcəsində yazılması burada
qədimdən Azərbaycan türklərinin yaşadığını, oturaq təsərrüfatla, xüsusən əkinçilik
və kənd təsərrüfatının digər sahələri ilə məşğul olduğunu, ermənilərin isə bu
bölgəyə sonradan gəldiyini bir daha sübut edir.
Ağrı vadisində bütün Azərbaycan üçün səciyyəvi olan yaylaq-qışlaq
(aran-yaylaq) maldarlığı inkişaf etmişdi. İrəvan xanlığında maldarlardan alınan
vergilər hesabına böyük gəlir əldə edilirdi. Maldarlıqla məşğul olan əhali vergi
ödəməkdən əlavə, öz atları və silahlı dəstələri ilə xana hərbi xidmət də göstərirdi.
Məsələn, böyük Çobanqara nəsli (300 ailə) 100 tümən vergi ödəyirdi. Bu nəsildən
300 süvari hər bi xidmətə getməli idi. Xan öz heyvanlarını saxlamağı da bu nəslə
bar edirdi. Onlar saxlanılan hər baş qoyundan yarım batman yağ
pendir verməli
idilər. Saxlanılan qoyunların yunu isə heyvanı saxu yanlara peşkəş verilirdi
[141,235;214,43]. Bundan başqa, maldarlar öz ağalarına da vergi ödəməli, onların
və qohumlarının işlərini görməli, bayram günlərində öz ağalarına hədiyyələr
verməli idilər [141,228-229; 214,43].
64
XVIII əsrin ikinci yarısında İrəvan xanlığında maldarlıqla məşğul olan
əhalinin bir hissəsi bazarda satmaq üçün yağ, pendir və digər süd məhsulları
istehsal edirdi. Heyvandarlığın başqa sahələrinə nisbətən qoyunçuluq daha çox
inkişaf etmişdi. Qırxbulaq, Göyçə, Abaran, Dərəçiçək, Gərnibasar, Vedibasar,
Talın, Sürməli və Dərəkənd-Parçenis mahallarının otlaqları maldarlıq üçün daha
əlverişli idi [bax:95,523-525]. Xanlığın bütün əhalisi öz həyətində iri və xırda
buynuzlu mal-qara saxlayırdı [bax: bölmənin sonu, cədvəl 10]. Maldarlıq əsasən
yaylaq-qışlaq və qismən köçəri madarlığa bölünmüşdü. Yaylaq-qışlaq
maldarlığı ilə məşğul olan ailələrin üzvlərinin bir hissəsi yaylaq-qışlaq maldarlığı
ilə məşğul olur, digər ailə üzvləri isə daimi yaşayış yerində qalaraq əkinçiliklə
məşğul olurdu. Bunlar əsasan Azərbaycan türkləri idi. Xanlığın az miqdarda
əhalisinin daimi yaşayış yeri yox idi və yalnız köçəri maldarlıqla məşğul olurdular.
Bunlar əsasən gəlmə kürdlər idilər [bax: 95,519-523].
Sənətkarlıq və ticarət. Zəkəriyyə Kənəkirli yazır ki, Ağrı diyarı
məhsuldardır, müxtəlif məhsullarla boldur, həm də ucuzdur; ona göra hər yerdən
İrəvana gəlir, nə lazımdırsa alır və öz yerlərinə qayıdırlar;
eynilə də Təbrizdən
çoxlu karvanlar gəlir, onlar düyü. pambıq. ərimiş yağ, pendir, quyruq yağı, piy,
bitki yağı, gön-dəri və digər istədikləri malları alıb aparırlar [66,153]. İrəvandan
Tillisə, Ərzuruma Axalsıxa, Qarsa pambıq, Təbriz, Xoy, Bayazid və Vana düyü,
buğda və arpa, Qarsa, Bayazidə və Gürcüstanın müxtəlif yerlərinə duz aparılırdı.
Bütün bu məhsulların ixracı hər il 3000 gümüş rubla çatırdı. bBundan başqa, taxıl -
arpa, buğda, darı və s. də ixrac olunurdu [71, IV, 284; 214, 46].
İrəvan xanlığının iqtisadi həyatında mühüm rol oynayan sənətkarlıq
müxtəlif sənət sahələrini əhatə edirdi. Azərbaycanın ənənəvi sənətkarlıq sahələri
olan toxuculuq və dulusçuluq İrəvan xanlığında inkişaf etmişdi. Bunların içərisində
toxuculuq, o cümlədən xalça məmulatı istehsalı xüsusilə seçilirdi. Xanlığın əsas
əhalisi olan Azərbaycan türkləri ənənəvi olaraq donuz deyil, qoyun saxladıqları
üçün gözəl xalçalar, kisə, palaz, çul, qışda geyinmək üçün isti paltarlar, corab və s.
toxuyurdular [bax: 71, IV, 282-283]. Məhz buna görə də İ.Şopen hər ailədə toxucu
dəzgahının
*
olması haqda məlumat verirdi [bax: 95,851-853]. Xanlıqda dulusçuluq
məmulatı istehsalı yerli xammala əsaslanırdı. Bəzi kəndlər, hətta, bu sahədə
ixtisaslaşmışdılar. Məhz buna görə də İ.Şopen İrəvan xanlığının bütün
mahallarında dulusçuluq emalatxanalarının fəaliyyət göstərdiyini qeyd edirdi [bax:
95, 862].
Toxuculuqla bağlı digər sənət sahəsi boyaqçılıq idi. Xanlıq ərazisində
qırmız ("koşenil")
**
adlanan boyaq maddəsinin müxtəlif növlərində geniş istifadə
olunurdu. Bu boyaq maddəsi haqda xüsusi tədqiqat aparan Rusiya Elmlər
Akademiyasının akademiki Qammel İrəvan qırmızını yararlılığına görə Meksika
*
İ.Şopenin bu məlumatına əsasən demək olar ki, xanlığın əhalisi Azərbaycan türkləri idi. Çünki bir
qayda olaraq xristian əhali yalnız donuz saxladığından toxuculuqla məşğul ola bilməzdi.
**
Əsasən qırmız böcəyindən alınan bu bitki rusdilli mənbələrdə ―koşenil‖ adlanır.