67
çəki və uzunluq vahidlərindən istifadə olunurdu [bax;
bölmənin sonu, cədvəl 4].
İrəvan xanlığında həm daxili, həm də xarici ticarət əməliyyatlarının
keçirilməsində müxtəlif pullardan istifadə olunurdu. Xanlıqda qarapul adlanan
yerli mis pullar mühüm rol
*
oynayırdı. Bundan əlavə, keçmiş Səfəvilər dövləti
(1501-1736) dövründən qalma pullardan, Azərbaycanın digər xanlıqlarında
kəsilmiş pullardan və həmçinin xarici pullardan istifadə olunurdu [95,851,888-
891]. XVII-XVIII əsrlərdə İrəvan Azərbaycanın ən iri pul zərbi mərkəzlərindən
biri idi. İrəvan xanları pul kəsilən zərbxanaları icarəyə verirdilər. İcarədarların
kəsdikləri pul keyfiyyətinə görə xarici pullardan üstün idi [bax: 95. 888-889; bax:
bölmənin sonu, cədvəl 5].
İrəvan xanlığı ərazisində çoxlu su dəyirmanının olması burada taxılçılığın
yüksək inkişafını, İrəvan şəhərində çoxlu yağ zavodlarının olması isə xanlıqda
bitki yağı istehsalının genişlənməsini sübut edir. Mənbənin məlumatına görə,
İrəvan əyalətində 25 yağçəkən müəssisə, 340 su dəyirmanı, 85 ding və 1 kərpic
zavodu vardı [bax: 71, IV, 283-284].
İrəvan xanlığının Göyçə gölünə axan Adıyaman, Qızılvəng, Balıqçay,
Toxluca, Əyricə, Zəngi və s. çayları balıqla zəngin idi [71, IV, 283-2841.
Torpaq mülkiyyət formaları. Xanlıqlar dövründə, Azərbaycanın digər
xanlıqlarında olduğu kimi, İrəvan xanlığında da ənənəvi torpaq mülkiyyət
formasında ciddi dəyişiklik olmamışdı. Torpaq sahələri mülkiyyət formasına görə
5 qrupa bölünürdü: dövlət (divan) və saray (xalisə) torpaqları, mülk, tiyul, vəqf,
icma torpaqları.
Dövlət torpaqları. İlk mənbələrdə dövlət torpaqları iki adla xatırlanır -
divan və xalisə. Məhsulu xanın məmurları arasında bölünən torpaqlar xalisə, dövlət
torpaqları isə divan adlanırdı [171,14]. Səfəvilər dövründə mövcud olan divan və
xalisə torpaqları arasında fərq XVIII əsrin ikinci yarısında tədricən aradan qalxdı
və hər iki kateqoriyadan olan torpaq birləşərək xan torpağı adlanmağa başladı. Bu
torpaqlardan toplanılan bütün məhsul xanın sərəncamına keçirdi. Xanın çox geniş
səlahiyyətləri vardı və divan torpaqlarından gələn
gəlir bütünlüklə onun
sərəncamında idi. İrəvan xanları hər vasitə ilə
xalisə və divan torpaqlarını
genişləndirməyə çalışırdılar [bax: 95,989-990; 160. h.l.s.102].
Mülk torpaqları. Xüsusi mülkiyyətə məxsus mülk torpaqları azad şəkildə
alqı-satqı obyekti ola bilərdi. Azərbaycanın digər xanlıqlarında olduğu kimi, mülk
torpaqları irsən nəsildən-nəslə keçirdi. Mülk sahibləri xana qulluq etməyə borclu
deyildi [bax: 95.926-928J. İlk mənbələrdə İrəvanda mülkün 3 formasının olduğu
göstərilir: I) gəlir gətirən və daşınmaz əmlak olan mülklər. Bura təkcə yaşayış
məntəqələri deyil, həm də dəyirmanlar, dinglər, üzüm və meyvə bağları, hamamlar
*
General Velyaminovun 1825-ci il scntyabr tarixli yazısında İrəvan sərdarının qardaşı Həsən xan
Qacarın və şahzadə Abbas Mirzənin Dağıstan feodallarını da Rusiya işğalçılarına qarşı qaldırmaq istəyi
haqda məlumat verilir. Həsən xan Qacar bu işi həyata keçirmək üçün Qarapapaqlı tayfasından 3 nəfər
təyin edir və onlara 1000 rubl İrəvan pulu verir [bax: 58. 60].
68
daxil idi. Örüşlər də xüsusi mülk hesab edilirdi; 2) renta - vergi olaraq məhsulun
1/10-ni ödəyən kənd; 3) 1/10 renta - vergisinə cəlb olunmuş kəndli torpaqları [bax:
51, 107, 174, 287; 174, 222-248]. İrəvan xanlığında mülk torpaqları əsasən iki
qismə ayrılırdı: irsən keçən və bağışlama yolu ilə yaranan - mülk xalisə. İrsən
keçən mülklərin qədim tarixi vardı. Mülk xalisə isə bağışlamaq və satılmaq yolu ilə
yaranırdı [bax: 160, h.l. S.122].
Mənbələrin məlumatına görə, Üçkilsə monastırının XVII-XVIII əsrlər
ərzində, müxtəlif vaxtlarda bir hissəsini satın almaq, digər hissəsini isə bağışlanma
yolu ilə 22 kəndin mülkiyyətinə sahiblik hüququ əldə etdiyi qeyd edilir [174.234].
Tiyul torpaqları. XVIII əsrin II yarısında şərti torpaq mülkiyyəti forması
olan tiyul geniş yayılmışdı. Xan tərəfindən müəyyən şəxslərə hərbi xidmətə görə
divan torpaqlarından bəxşiş olaraq ömürülük tiyul verilirdi. Tiyul sahibi xidmətini
başa vurduqda və yaxud vəfat etdikdə bağışlanmış kəndlər yenidən xəzinəyə
qaytarılırdı [bax..95,928-929; 160. h.1.s. 124].
XVIII əsrin sonunda Azərbaycan xanhqlarmda. o cümlədən İrəvan
xanlığında tiyul hüququ bir qədər dəyişikliyə uğramışdı. Belə ki, Hər verginin
qalığını xanın vergitoplayanları yığırdısa, indi tiyuldarlar təkcə renta verginin bir
hissəsini deyil, həm də bütün vergiləri toplaya bilərdi. Tiyul qaydası ilə verilmiş
kəndlərin sakinləri tiyuldardan tamamilə asılı idilər və bülün öhdəlikləri onun
xeyrinə yerinə yetirirdilər. Tiyuldar çox vaxt kənddə yaşayır və kəndin bülün
işlərini şəxsən özü idarə edirdi [174,218-219].
Vəqf torpaqları. Vəqf torpaqları müxtəlif vaxtlarda həmişəlik dini
müəssisələrə - məscidlərə, mədrəsələrə və ya kilsələrə verilmiş torpaqlar idi. İrəvan
xanlığının ərazisindəki Azərbaycan məscidlərinə və digər dini idarələrə məxsus
vəqf torpaqları ilə yanaşı dini idarələrin digər mülkiyyəti – evlər, dükanlar,
karvansaralar, dəyirmanlar, dinglər, yağ zavodları və s. də vəqf ola bilərdi. Onların
xidmətçiləri vergilərdən azad idilər.
İrəvan xanlığında mövcud olan vəqf torpaqları hələ Ərəb xilafəti
dövründə Azərbaycanda məscid və mədrəsələrə, dini idarələrə məxsus torpaq
mülkiyyəti kimi yaranmışdı. Lakin 1441-ci ildə Azərbaycan Qaraqoyunlu
hökmdarı Cahanşahın razılığı ilə erməni katolikosluğu mərkəzinin İrəvan
(Çuxursəd) bölgəsinə köçrülməsindən sonra burada çoxsaylı məscidlərlə yanaşı,
bir neçə qriqorian kilsəsi də fəaliyyətə başladı. Qriqorian kilsəsinə münasibətdə
dözümlülük siyasəti yeridən və onu himayə edən Azərbaycan hökmdarları bununla
həm Azərbaycan ərazisində erməni feodal təsərrüfatının inkişafı üçün şərait
yaradırdılar [115,29]. Tarixi faktlar bu qüsurlu siyasətin acı nəticələrini çox aydın
sübut edir. Kilikiyanın Sis şəhərindən Azərbaycan Qaraqoyunlu dövlətinin
ərazisinə köçürüldükdən sonra bölgədə bir qarış belə torpağı olmayan erməni
katolikosluğu 1443-cü ildən başlayaraq azərbaycanlılara məxsus kəndləri, əkinə
yararlı geniş torpaq sahələri ilə yanaşı meyvə, üzüm bağlarını da ələ keçirməyə və
bununla onların əsl sahiblərini ata-baba mülklərindən məhrum elməyə çalışırdı