65
qırmızı ilə müqayisə edirdi [bax: 71, IV, 259-266; 95,859-860].
İrəvan xanlığında gön-dəri məmulatı emalı da tərəqqi etmişdi. Bu mənada
təkcə yerli gön-dəri deyil, Bayazid və Makudan gətirilən xammaldan da istifadə
edilirdi [95;857-858]. Gön-dəri məmulatları istehsalı süvari ordunun tələblərini də
ödəyirdi. Bundan əlavə, İrəvan xanlığında şüşə istehsalı, sabunbişirmə, yağçəkmə
və s. sənətkarlıq sahələri var idi [bax: 95,858,856,861-862].
İrəvan xanlığında sənaye istehsalı da inkişafa başlamışdı. İrəvan
şəhəri
yaxınlığında yerləşən Goğb
*
(Qoğb) duz mədəni [bax-bölmənin sonu, şəkil 10]
Naxçıvanın duz mədəni ilə birlikdə bütün Cənubi Qafqazı duzla təmin edirdi.
Goğbdan Gürcüstana. İmeretiyaya, Axalsıxa və digər yerlərə duz göndərilirdi
[42,72; 214.43-44]. İ.Şopen yazır ki, duza tələbat çox olduğundan Qulp (Goğb -
red) dağının ətəyində bir-birindən 50 sajen məsafədə yerləşən iki mədən fəaliyyət
göstərirdi [95,824; bax: şəkil 9]. Bu mədənlərə nəzarət etmək üçün Hüseynqulu
xan Qacar özünün yaxın adamlarından üç nəfər ayırmış və onlara yaxşı məvacib
təyin etmişdi. İ.Şopen Hüseynqulu xanın dövründə duz istehsalından külli
miqdarda - ildə 14.000 gümüş rubl dəyərində gəlir əldə edildiyini yazırdı [bax:
95,827]. Qulp (Goğb — red.) kəndində yerləşən eyni adlı duz mədənindən bir neçə
növ duz çıxarılırdı. Bu duz tərkibinə və keyfiyyətinə görə fərqlənirdi. Həmin duzun
çox hissəsi Qarabağ, Gürcüstan və Bayazid paşalığına ixrac olunıırdu [71,IV,268-
269].
Digər Azərbaycan xanlıqlarında olduğu kimi, İrəvan xanlığında
iqsadiyyatın ən mühüm və gəlirli sahələrindən biri xarici və daxili ticarət idi.
İrəvan xanlığında karvan yollarından və onların qorunmadan xeyli gəlir əldə
olunurdu. Belə ki, xanlığın ərazisindən Azərbaycanın digər ticarət mərkəzlərinə və
xarici ölkələrə bir neçə mühüm karvan yolu keçirdi. Hələ XVII əsrdə tacir Əylisli
Zəkəriyyə öz gündəliyində bu yolların bəzilərini təsvir edir, qorunan yollardakı
rəhdarxana və gömrük dayanacaqları barədə maraqlı məlumatlar verirdi. O, bu
dayanacaqlarda üç pillədən olan məmurların xidmət göstərdiyini qeyd edir: rəhdar,
bacçı və gömrükçü.
*
Onlardan birincisi yolu qorumaq üçün böyük və kiçik inzibati
*
"Goğb" (Qoğb) toponiminin erməni dilində heç bir izahı yoxdur. Goğ qədim türk sözü olub "işıq",
"günəş şüaları" mənasındadır [7,148]. Duz dağı günəş şüaları altında parladığı üçün belə adlanmışdı. Bu
cür toponimlər məhz qədimdən bu ərazilərin türk torpağı olduğunun sübutudur. (Hazırda həmin duz
mədəninin əsas hissəsi Tuzluca adlanır və Türkiyə Respublikasının ərazisindədir. Arazın sol sahilində
qalan hissəsini isə ermənilər "Ağverən" adlandırır. "Ağverən toponimi də Azərbaycan türkcəsindədir.
Ermənilər duza Azərbaycan türkcəsindən götürərək "ağ deyirlər. Məhz buna gərə də sonralar bu mədən
Ağ verən adlanmışdır). Bu duz mədəninin adı mənbələrində Qulp (Kulp) və ya Koxp variantında verilir
[60,16; 71,IV,267-268: 95,283,284,824 və b.]. Erməni müəllifi B.R.Qriqoriyan isə mədənin adını Qoğb
kimi təqdim etmişdir [214.43]. Mədənin Araz çayının sağ sahilində Sərdarabad qalasından 30. İrəvan
qalasından isə 50 verst aralıda dağda yerlaşdiyi və ətrafı ilə birlikdə 8 verstdən çox ərazini əhatə etdiyi
qeyd olunur
[71, IV,268].
*
"Əylisli Zəkəriyyə öz əsərində "rəhdar, bacçı və gömrükçü" terminlərini Azərbaycan dilində işlətdiyi
halda [104,7], əsərin rus dilinə tərcümə olunan variantında həmin terminlərin yalnız rus
dilinə tərcüməsi
təqdim olunmuşdur [bax: 3akapия Aкyлисский. Диневник,
Epeвaн, 1939, s.16]. Bu bir daha təsdiq
66
məntəqələr və dayanacaqlarda fəaliyyət göstərir, qalanları isə sərhəd gömrüyündə
xidmət edirdilər [104,7-8].
İrəvan (Çuxursəd) bölgəsi müxtəlif ölkələrə gedən ticarət yollarının
qovuşuğunda yerləşdiyindən Azərbaycanın beynəlxalq ticarət əlaqələrində
yaxından iştirak edirdi. Məhz bu səbədən İrəvan xanlığı ərazisində çoxsaylı
körpülər, karvansaralar, zəbxanalar və bazarlar var idi [bax: bölmənin sonu, şəkil
1, 2, 3, 4, 5, 8, 9]. Bunlardan birincisi Hindistan, Mərkəzi Asiya və İranı Təbriz və
Naxçıvan vasitəsilə İrəvan xanlığına bağlayan karvan yolu idi. Bu yol İrəvan,
Valarşabad və Kağızman üzərindən keçib Ərzuruma gedirdi. Bu karvan yolu
"Ərzurum yolu" və ya "Bəzirgan yolu" adlanırdı. İrəvandan Ərzuruma gedən digər
karvan yolu Abaran və Alagöz dağının şimal ətəyindən keçib Qarsa, oradan da
Həsənqalaya yetişir və burada ana xəttə qovuşurdu [104,7-8]. İrəvandan Tiflisə
gedən karvan yolu Üçkilsə, Sərdarabad, Hamamlı, Cəlaloğlu və Şulaverdən keçirdi
[214,46]. Bu yol barədə hələ XVII əsrdə fransız səyyahı J.Şarden də məlumat
vermişdir. Həmin yolun uzunluğu təxminən İrəvan – Ağstafa yoluna bərabər idi.
Şarden bu yol üzərində aşağıdakı yaşayış məntəqələrinin yerləşdiyini qeyd edir:
Bjni. Qarakeşiş, Dəlican, Qaradaş, Məlikkənd, Körpükənd [223,141-156]. İrəvan
bu yol vasitəsilə Gəncə ilə əlaqə saxlayır, həm də Şamaxıda Azərbaycandan
Rusiyaya gedən baş ticarət yoluna bağlanırdı. Karvan yolları üzərində gömrük
məntəqələri və rəhdarxanalar həddən artıq çox idi. Təkcə Əyilislidən Kağızmana
gedən ticarət yolu üzərində altı gömrük məntəqəsi vəradarxana vardı [104,7].
XVII əsrə aid olan bu sistem XVIII əsrin ikinci yarısında. xanlıqlar
dövründə daha da inkişaf etdi. 1829-1832-ci il kameral təsvirində keçmiş İrəvan
xanlığının əsas ticərət yolları bunlardır: 1. Gümrü – Məsdərə - Sərdarabad –
Üçkilsə - İrəvan - Naxçıvan - Ordubad: 2. Sərdarabad – Cəfərağa - Bayazid
paşalığı; 3. Sərdarabad - Goğb - Arazsahili ilə Kağızman - Ərzurum; 4. İrəvan –
keçmiş Qarabağ xanlığının sərhədinə qədər. Bu yolun uzunluğu 161 verstdir: 5,
İrəvan - Üçkilsə - Qars. Bu yol Qızılkilsə və Qoşavəng kəndlərindən keçirdi [bax:
95, 718-721]. Xanlıqda başlıca ticarət mərkəzi İrəvan şəhəri idi. Xarici ölkələrdən
gətirirən ticarət malları əsasən şəhərin anbarlarında toplanırdı. İrəvan xanlığından
ixrac olunan müxtəlif növ məhsullar isə xarici ölkələrə aparılırdı [71,IV,285;
95,883-884].
İrəvan xanlığında xarici ticarətlə bərabər daxili ticarət də inkişaf etmişdi.
Daxili ticarətin inkişafında dükanlar, zərbxanalar, meydanlar və karvansaralar
mühüm rol oynayırdı [bax: bölmənin sonu, cədvəl 1, 2, 3; şəkil 5]. İrəvan şəhərinin
müxtəlif yerlərində yerləşən dükanların [bax: cədvəl 4] ümumilikdə sayı 851-ə
çalırdı [bax: cədvəl 9 2, 3].
İrəvan xanlığında ticarət əməliyyatlarının həyata keçirilməsində müxtəlif
edir ki, ilk mənbələri başqa dillərə tərcümə edən erməni müəllifləri bir qayda olaraq mənbələrdə onlara
sərfəli olmayan məlumatları məqsədyönlü şəkildə saxtalaşdırırlar.