69
[bax: 51;72;73]. XVII əsrin əvvəlində artıq iri monastır təsərrüfatına çevrilmiş
Üçkilsə Azərbaycan türklərinin ata-baba mülklərinin satın alınmasını daha da
intensivləşdirdi. XVIII əsrin ikinci yarısında məhz Azərbaycan türklərinin ata-baba
mülklərinin satın alınması hesabına monastırın 190 xalvar (təxminən 375 hektar)
torpaq sahəsi var idi ki, onun da hər il 103 xalvarı əkilib becərilirdi. Bütün bunların
nəticəsində Üçkilsə monastır təsərrüfatı genişlənərək XVIII əsrdə, bir növ, dövlət
içərisində dövlətə çevrilmişdi [115,29].
1763-cü ildə katolikos Simeon Üçkilsənin maaflığı üçün Hüseynəli
xandan qəbalə almışdı [51,208]. Bu zaman Eçmiədzin kilsəsinin ixtiyarında
Valarşabad kəndindən əlavə, Azərbaycan türklərindən nağd pula alınmış Oşaqan,
Əştərək, Qamışlıq, Ağunatun, Çiçəkli, Müğni, Kirəcli kimi 7 kənd
*
vardı. Kilsə bu
kəndlərdən ümumi məhsultın onda birini alırdı [139,3].
Üçkilsə monastırı XVII əsrdə olduğu kimi, xanlıqlar dövründədə
Azərbaycan türklərinə məxsus torpaqları ya satınalma yolu ilə, yada zorla zəbt
edirdi. Məsələn, 1797-ci ildə Azərbaycan türklərinin torpağına yiyələnmək üçün
yerli mülkədarlarla erməni-kilsə təsərrülat arasında Oşaqan kəndi yaxınlığındakı
Gedər torpaq sahəsi üstündə böyük mübahisə yaranmışdı. Q.Qarnesi bu mübahisə
barədə həmin dekabrın 24-də İstanbul katolikosunun nümayəndəsi Qalust
vardapetə yazırdı: "Qonşu Qızıl Teymur kəndinin muğanlı sakinləri Oşaqanın
yaxınlığındakı Gedər adlı kəndin mülklərinə yiyələnmək istəyirlər. Mülkün bəyi
Hacı Həsənin oğlu buradakı dağıntıları görərək şeyxülislamın yanına gedir və
mülkün Məhəmmədabad kəndinə məxsus olduğunu və öz əcdadlarından ona miras
qaldığını bildirir. Bundan sonra o, həmin torpaq sahəsini Vəli bəyin oğlu
Məhəmməd Həsən bəyə (yaxud Məşədi Sadığa) sata bilir. Şeyxülislam ona qəbalə
verir. Lakin katolikos bu işi pozur" [214,51]. Kilsə azərbaycanlıların ata-baba
yurdları olmuş Qızıl Teymur, Gedər və digər kəndlərin ona məxsus olmasını
müxtəlif yollarla sübut etməyə çalışmış, nəticədə ermənilər azərbaycanlılara
məxsus Gedər kəndini zəbt edə bilmişdilər.
İcma və yaxud camaat torpaqları. Bu torpaq sahələri əsasən kənd
icmasına məxsus olurdu [173,72;115,28]. İ.Şopenin yazdığına görə, İrəvan
xanlığında 8 icma vardı. İcmalara məxsus kəndlər mülk hüququ ilə həmin icmanın
üzvü olan rəiyyətə məxsus idi [bax: 95, 967-980]. İcmaların böyük əksəriyyəlini
Azərbaycan türkləri təşkil edirdi.
Vergi və mükəlləfiyyətlər. Xanlıqlar dövründə Azərbaycanın digər
xanlıqlarında olduğu kimi, İrəvan xanlığında da mövcud olan vergilərin sayı və
miqdarı müxtəlif idi. Bu vergilər əsasən məhsulla, qismən isə pulla alınırdı. Bir
qayda olaraq vergiləri kəndlilər ödəyirdi (bütün feodallar vergi verməkdən azad
idi). Kəndli kateqoriyaları əsas etibarilə rəiyyət, rəncbər və elatlardan ibarət idi
*
1443-cü ildə Azərbaycan Qaraqoyunlu hökmdarı Cahanşah tərəfindən Üçkilsə katolikosu təyin edilən
Qriqor Makulu ilk olaraq Valarşabad, sonra isə digər kəndləri mülkləri ilə birgə mübahisələrdən sonra,
dəfələrlə, hissə-hissə Azərbaycan türklərindən satın ala bilmişdı [bölmə 2, cədvəl 1].
70
[95,967; 115,30-31]. Hələ XVII əsrdən buradakı otlaqlar əsasən qızılbaş tayfası
olan ağcalı-qacar, Ustaclı və bayatların nəzarətində olmuşdu [174,311]. İrəvan
xanlığında mövcud olan vergi və mükəlləfiyyətlər barədə ətraflı məlumatı 1828-ci
ilin sonunda Rusiya çar məmurlarının tərtib etdiyi "İrəvan əyalətində pul və məhsul
vergisi barədə siyahı"dan əldə etmək mümkündür. 1939-cu ildə N.Q.Boqdanovanın
nəşr etdirdiyi bu sənədlər İrəvan xanlığındakı köçəri və yarımköçəri tayfaların
ödədikləri vergi və mükəlləfiyyətlər öz əksini tapmışdır [141, bax: 174,313-314]
İrəvan xanlığında əsasən bəhrə (malcəhət), çöpbaşı, çobanbəyi mancanaq
pulu, toxucu pulu, bağpulu, bayramlıq və s. adda vergilər" mövcud idi.
Digər Azərbaycan xanlıqlarında olduğu kimi, İrəvan xanlığında iki
müxtəlif təsərrüfat forması mövcud idi: oluraq əkinçilik aran-yaylaq (və ya yaylaq-
qışlaq) maldarlıq təsərrüfatı. Bu da kəndlilərdən alınan vergilərin sayca çox
olmasına səbəb olurdu.
Bəhrə (malcəhət). Torpaqdan istifadə müqabilində məhsulla alınan əsas
vergi - bəhrə (malcəhət) idi. İrəvan xanlığında bu vergi məhsulla ödənildiyi üçün
bəhrə adlanırdı [174, 266J. Taxılçılıq məşğul olan rəiyyətlər üçün bəhrə məcburi
vergi idi. Xəzinə torpaqlarından toplanmış məhsulun hər 10 hissəsindən 3,5 hissəsi
xanın, qalanı isə torpağı becərənlərin idi. Mülkədar torpaqlarından toplanmış
məhsulun isə 1,5 hissəsi mülkədarın, iki hissəsi xəzinənin, qalan hissəsi torpağı
becərənin payına düşürdü [115, 37].
Çöpbaşı. Maldarlar heyvanlarını dövlətə məxsus otlaqlarda otardıqları
üçün bu vergini ödəyirdilər. Onlardan eyni zamanda çobanbəyi vergisi də
toplanırdı. Bundan başqa, maldarlar xana yağ, yun və başqa məhsullar da verməli
idilər [115, 38]. Şəhərlilərin ödədiyi vergilərə mancanaq pulu, toxucu pulu. bal
pulu, bayramlıq və s. daxil idi [115, 38].
Xanlığın əhalisi göstərilənlərdən başqa örüş pulu, tüstü pulu verir, süvari
dəstəsinin xərclərini (arpa, yəhər-yüyən xərcləri) ödəyirdilər. Xanın öz vəzifəli
məmurları, demək olar ki, vergidən azad idilər. Xanlığın əhalisi mülkədarlara və
xana ödədikləri vergilərdən əlavə müxtəlif mərasimlərlə və bayramlarla əlaqədar
"peşkəş", yaxud "bayramlıq" da verirdilər [174,281].
İrəvan sakinləri şəhərin gecə mühafizəsinin təmin olunması üçün ildə 72
tümən xüsusi vergi verirdilər [95,978].
İrəvan xanlığında ermənilərdən dini vergi - cizyə alınmırdı. Çünki
xanlığın ərazisində ermənilər olduqca az idi və onlardan alınacaq cizyənin dövlət
üçün ciddi bir iqtisadi əhəmiyyəti yox idi. Digər tərəfdən, Azərbaycan hökmdarları
ənənəvi olaraq Üçkilsə katolikoslarını erməniləri himayə edirdilər.
Onu da qeyd etmək yerinə düşər ki, İrəvan xanlığı Rusiya tərəfindən işğal
olunduqdan sonra çar məmurları canfəşanlıq edərək ermənilər onlara göstərdiyi
"xidmət" müqabilində İrəvan xanlığı ərazisindəki ermənilərin "vergidən azad
edilməsi" məsələsini qaldırmışdılar. Belə ki, 1828-ci il martın 22-də Rusiya
imperatorunun fərmanı ilə yaradılmış qondarma "Erməni vilayəti"nin hakimi knyaz