Azərbaycan xalqının ümummilli lideri



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə68/208
tarix01.11.2017
ölçüsü4,66 Mb.
#7722
1   ...   64   65   66   67   68   69   70   71   ...   208

154 

 

Şuşalı  İslam  Əbdül  oğlu  Abdullayev 



1876-cı  ildə  anadan  olmuşdur.  Şuşanın  toylu-

büsatlı,  çal-çağırlı  aləmi  İslamın  gələcək 

xanəndəlik  taleyini  möhürləmiş,  onu  işıqlı  yola 

uğurlamışdır. Gənc xanəndə püxtələşdikcə onun 

səsinin 

sorağı 


Gəncəbasardan, 

Şəkidən, 

Şirvandan  gəlir.  "Segah"ının  səsi,  sədası  İrana 

yayılır. Xanəndənin "Yetim segah"ı dinləyiciləri 

heyran qoymuş, eşq-məhəbbət atəşinə salmışdır. 

Böyük  el  sənətkarı  təkcə  "Segah"  muğamını 

deyil,  qalan  muğamlarımızı  da  eyni  həvəs, 

təsirli,  qəlbə  nüfuzedici,  təkrarsız  səsilə  ifa 

edərək hamını heyrətdə qoymuşdur[66]. 

İslam  Abdullayev  həm  də  bir  musiqi 

müəllimi 

kimi 


bir 

sıra 


xanəndələrin 

yetişməsində  xüsusi  xidmət  göstərmişdir.  Bir 

sıra  sənətkarlarla  yanaşı  görkəmli  xanəndənin 

oxusu qrammofon valına yazılmış, geniş ərazidə 

yayılmışdır.  Bu  baxımdan  xanəndənin  1910-1915-ci  illərdə  "Sport-rekord"  və 

"Ekstrafon", "Primer-rekord" aksion cəmiyyətləri tərəfindən təsniflər, muğamlar, xalq 

mahnılarının 

vala 


köçürülməsi 

diqqətəlayiqdir[67].  Əvəzedilməz  xanəndəmiz 

Segah  İslamın  1964-cü  ildə  vəfatı  xalqımızın 

kədərinə səbəb olmuşdur. 

Təkrarsız  səsilə  şöhrətlənən  Keçəçi  oğlu 

Məhəmməd  1864-cü  ildə  Şuşada  doğulmuşdur. 

O,  1904-cü  ildə  Bakıya  köçərək  xanəndəlik 

sənətini  inkişaf  etdirmiş,  məclislər  aparmışdır. 

Maraqlı  cəhət  odur  ki,  xanəndə  1912-ci  ildə 

Varşavaya  dəvət  olunmuş,  muğam  və  xalq 

mahnılarını  məharətlə  ifa  etmişdir.  1926-cı  ildə 

Azərbaycan 

Dövlət 

Konservatoriyasında 



işləyərək 

gənc 


müğənnilərin 

yetişməsinə 

çalışmışdır.  1940-cı  ildə  76  yaşında  Qubada 

vəfat etmişdir[68]. 

Məşhur  xanəndə  Zülfüqar  Səməd  oğlu 

Adıgözəlov  1898-ci  ildə  Qarabağın  Qaradolaq  kəndində  anadan  olmuşdur.  O,  XX 

əsrin görkəmli sənətkarları sırasındandır. Onun pəsdən oxuması daha məlahətli, daha 

təsirli  idi.  O,  xalqlarımızın,  çeşidli  muğamlarımızın  təkrarsız  ifaçısı  kimi  tanınır  və 

sevilirdi[69]. 

Mir Möhsün ağa Seyid İbrahim oğlu Şuşinski 1889-cu ildə Şuşada anadan  




155 

 

 



 


156 

 

olmuşdur. O, erkən  yaşlarından oxumağa başlamışdır. Dini mərasimlərdə və el 



şənliklərində  ecazi  səsi  ilə  könüllərdə  fərəh  tapmışdır.  Seyid  Şuşinskinin  zil  səsi  

Qarabağdan bütün Azərbaycana, oradan Qafqaza yayılmışdır. Məclislərdə sehrli səsi, 

davranışı    ilə    şöhrətə    çatmışdır.    Bütün    muğamların,    çoxlu    mahnı    və  təsniflərin 

təkrarsız  ifaçısı  idi.  Onun  "Rast"  və  "Çahargah"  dəstgahlarını  ifa  etməsi  möcüzə 

doğurur,  heyrət  yaradırdı.  Seyid  Şuşinski  bəhrli  (ritmik)  muğamlardan  "Arazbarı", 

"Heyratı",  "Mani",  "Səmayi-şəms"  və  "Mənsuriyyə"ni  ustadanə  ifa  edirdi.  Onun 

ifasında "Güllü qafiyə", "Səlbi-kərayi", "Osman-kərayi" və aşıq havaları da məlahətlə 

səslənmişdi[70]. O, bir sıra tanınmış xanəndələrin ustadı olmuşdur. 

Güclü  nəfəsi,  şaqraq  səsi,  şirin  zənguləsilə  qəlblərə  hakim  kəsilən  görkəmli 

müğənnilərimizdən  biri  də  Xan  Şuşinskidir.  Sərv  boyu,  şux  qaməti,  ləngər  yerişi, 

mehriban  baxışı  ilə  yaddaşlarda  qalan  Xan.  Ağayanalığı,  duzlu,  məzəli  söhbətlərilə 

sevilən Xan. Xalqımızın musiqi dünyasının xanı İsfəndiyar Aslan ağa oğlu Cavanşirov 

musiqi  ilə  bələnib,  musiqi  ilə  laylalanıb.  Gəncliyində  bir  məclisdə  "Kürdü-şahnaz" 

oxuyanda  hamı  qeyri-adi  səsdən  heyrətə  gələrək  onu  Xas  Şuşinski  deyə  çağırıblar. 

Onun  şaqraq  səsində  "Segah",  "Qatar",  "Rast",  "Çahargah",  "Bayatı-Şiraz",  "Şur", 

"Qarabağ  şikəstəsi",  muğamları,  saysız-hesabsız  xalq  mahnıları  özünə  əbədi  məskən 

salmışdır[71]. 

 

 




157 

 

 



AġIQ YARADICILIĞI 

 

Aşıq  sənəti  xalqımızın  çoxəsrlik  tarixinin  və  mənəvi  mədəniyyətinin  tərkib 



hissəsidir. Bu hikmətli sənəti yaradan da xalqdır, yaşadan da. Minilliklərdən üzü bəri 

gələn,  əsrləri  əsrlərə  qovuşduran  bu  mənəvi  zənginlik  xalqımızın  həyatının  yol 

yoldaşı, sirr sirdaşıdır. 

Xalqın istək və arzularının tərcümanı olan aşıq el arasında "xalq aşığı", "haqq 

aşığı", "ustad" kimi qiymətləndirilir, "aşığın səsi haqqın səsidir", "aşıq elin anasıdır", 

"aşıq el yaraşığıdır", "aşıq elin həm təbibi, həm məlhəmidir" deyə təriflənir. 

Bu təkrarsız sənəti yaradan, yaşadan və yayan aşıqlar Qafqazda böyük hörmət 

və  şöhrətə  malikdirlər[72].  Poeziya  və  musiqimizin  əzəlinin  təşəkkülündə  bu  xalq 

incisinin böyük yeri və mövqeyi vardır. Üzeyir bəy Hacıbəyovun dili ilə desək "Xalq 

musiqisinin  ən  yaxşı  ifaçıları  aşıqlardır.  Onlar  doğru  olaraq  ilk  musiqi  sənətkarları 

hesab olunurlar"[73]. "Xalq aşığı əlində sazı ilə kəndləri dolaşır, toylarda, bayram və 

ayinlərdə,  elin  qurduğu  şadlıq  məclislərində  iştirak  edir,  saz  çalır,  nəğmə  və  dastan 

qoşur, oxuduğu lirik şeirlərdə xalqın ruhuna və əxlaqına nəcib duyğular aşılayır. Saz, 

aşığı bütün varlığı ilə xalqa bağlayır. O öz xalqı ilə bir yerdə qaynayıb-qarışır, onun 

sevinc  və  kədərinə  şərik  olur,  onunla  bir  yerdə  nəfəs  alır"[74].  Aşıq  sənəti  sinkretik 

sənətdir.  Bir  neçə  sənət  növünü  cəmləşdirən,  uzlaşdıran,  çarpazlaşdıran  və  xalqa 

çatdıran  bu  şaxəli,  qollu-budaqlı  sənətdə  musiqi,  ifaçılıq,  rəqs  və  şeir  bir-birini 

tamamlayır. Böyük Bülbül aşıq sənətinin məzmun və  mahiyyətini belə  mənalandırır: 

"Aşıq hər şeydən əvvəl şairdir, ifa etdiyi mahnıların yaradıcısıdır. Aşıq müğənnidir. O 

öz nağılının xeyli hissəsini mahnı şəklində ifa edir. Aşıq ifaçıdır. O öz hekayəsini və 

mahnısını  söz  ilə  müşayiət  edir.  Aşıq  artistdir.  O  öz  çıxışını  xarakterik  mimika  ilə 

müşayiət  edir,  rəqs  edir,  çox  vaxt  hekayə  qəhrəmanının  hərəkətini  təsvir  edir.  Aşıq 

regitativ  ifaçılığının  ustadıdır"[75].  Bülbül  başqa  bir  münasibətlə:  "Əgər  aşıqçılıq 

şerin,  çalmağın,  oynamağın  və  danışmağın  vəhdətidirsə,  onda  bu  gözəl  birləşmə 

simfoniya deyilmi?"[76]. 

Aşıq sənətinin mahir bilicisi O.Sarıvəlli bu münasibətlə yazır: "Şeirləri havalar 

üstə,  havaları  şeirlərə  görə  yaradan  sənətkarlar,  yaradıcı  aşıqlar,  şərti  olaraq  desək, 

eyni zamanda el bəstəkarları olmuşlar"[77]. 

Etnoqrafik  müşahidələrə  əsaslanaraq  güman  etmək  olar  ki,  aşıq  sənətini  daha 

çox  maldar  tayfalar  yaratmışlar.  Hələ  eradan  əvvəl  IV-III  minillikdə  Azərbaycanda 

yaşayan  tayfaların  xeyli  hissəsi  köçmə  maldarlıq  təsərrüfatı  ilə  məşğul  olmuşlar. 

Deməli,  həmin  dövrdən  bu  ərazidə  aşıq  sənətinin  yaranması  üçün  hər  cür  şərait 

olmuşdur.  Azərbaycanda  aşıq  sənəti  ilk  sinifli  cəmiyyətdə  tam  formalaşmış,  mənəvi 

dünyamızın aparıcı qollarından birinə çevrilmişdir. 

Aşığın əcdadları sayılan şamanlar, varsaqlar, ozanlar,  yanşaqlar zaman-zaman 

bir-birilərini  əvəz  etmiş,  ərsəyə  çatmışlar.  Şübhəsiz,  bu  adlar  içərisində  ən  qədimi 

şaman  olmuşdur.  Şamanlıq  qədim  türk  tayfalarının  ilk  dini  görüşləri  sayılır.  "Onlar 



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə