26
Xalçaçılıq bəzi qəzalarda çox geniş yayılmışdı. Məsələn, 1912-ci ildə
Quba qəzasında olan 111 kənddən 97-sində 40 min nəfər xalça toxumaqla məşğul
idi. Quba xalçaları xarici ölkələrdə təşkil edilən sərgilərdə dəfələrlə nümayiş
etdirilmişdi. Hətta, 1913-cü ildə Berlin sərgisinə xalçalarla bərabər tamaşaçıları
xalçatoxuma sənəti ilə tanış etmək üçün Qubadan iki xalçaçı qadın da
göndərilmişdi.
Xalçaçılıqda istehsalın yüzlərlə kənddə minlərlə evə səpələnməsi xalça
sənayesinin təmərküzləşməsinə, burada kapitalist əsaslarının qərarlaşmasına mane
olurdu.
Azərbaycanda xalçaçılıqla 250-300 min adam məşğul idi. Onların
təqribən 40 min nəfərini peşəkar toxucular təşkil edirdi.
Kustar istehsalında misgərlik mühüm rol oynayırdı. 1913-cü ildə mis
qablar istehsalı ilə 2 mindən artıq adam məşğul olurdu. Onlardan 600 nəfərdən
çoxu usta, qalanları isə usta əlaltısı idi. Miskərlik əsasən Lahıcda cəmləşmişdi.
Ġpək parça emalı, az da olsa, davam etdirilirdi. Nuxa, Şuşa, Yelizavetpol,
Ordubad, Şamaxı şəhərlərində və bəzi kəndlərdə, xüsusən Basqalda kustar yolla
ipəktoxuma geniş yayılmışdı.
1912-1913-cu illərdə Basqal kəndində 1400 ipəktoxuma dəzgahı olan 900
sahibkar sənətkar vardı. Onlar 500 muzdlu ustanın və 203 usta şagirdinin köməyi
ilə ildə 1,8 milyon ədəd kələğayı toxuyurdular.
Həmin dövrdə Yelizavetpolda olan 15 kustar ipək parça emalı
müəssisəsində 200 dəzgah vardı. Burada 500 usta və usta şagirdi çalışırdı.
Yundan müxtəlif məmulatlar hazırlanırdı. Hasil edilən yunun yarıdan
çoxu yerli kustar sənətkarlar tərəfindən işlədilirdi. Şuşada və Qazaxda toxunan
mahud parça fabrik məmulatından heç də geri qalmırdı.
Azərbaycanda boyaqçılıq, dulusçuluq, keçəçilik, zərgərlik, xəzçilik,
dərzilik, papaqçılıq və s. onlarca başqa kustar istehsal sahəsi vardı. Təkcə Bakıda
yüzdən çox dülgərlik, iyirmidən çox çəlləkqayırma emalatxanası işləyirdi.
1913-cü ildə Azərbaycanın kustar sənayesində 150-200 min adam
çalışırdı. Onlardan 64 min nəfərə qədəri sahibkar sənətkar, qalanları isə muzdlu
fəhlə idi.
27
§ 2. KƏND TƏSƏRRÜFATI
Aqrar münasibətlər: XX əsrin əvvəllərində Azərbaycan əhalisinin 80
faizi kənddə yaşayırdı.
Butün torpaqların
3
/
4
hissəsindən çoxu xəzinənin (dövlətin) ixtiyarında idi.
Kənd əhalisinin 70 faizini xəzinə torpaqlarında yaşayan dövlət kəndliləri təşkil
edirdi. 1912-ci ildə onların istifadəsində 2 milyon desyatindən bir qədər artıq
torpaq sahəsi vardı.
Dövlət kəndliləri xəzinə torpaqlarından icmalıqla istifadə edirdilər. Kəndli
şəxsən azad idi və özünün pay torpağına görə dövlətə töycü verirdi. Torpaq onun
həmişəlik istifadəsində idi. O öz torpağını icarəyə verə bilər, onu ailə üzvləri
arasında bölüşdürə bilərdi.
İcmaçı kəndlilər arasında təbəqələşmə getdikcə qüvvətlənirdi. İcma
torpaqlarının çox hissəsini əlinə keçirmiş qolçomaqlar və varlı kəndlilər pay
torpaqlarının vaxtaşırı bölüşdürülməsi qaydasını daim pozurdular.
Kəndlilərin ikinci böyük qrupunu bəy-mülkədar torpaqlarında yaşayan
sahibkar kəndliləri təşkil edirdi. Onlar şəxsən azad olub, «yarımmükəlləfiyyətli»,
yəni mülkədardan iqtisadi cəhətdən asılı vəziyyətdə idilər. Sahibkar kəndliləri,
əsasən, Yelizavetpol quberniyasında yaşayırdılar.
Kəndlilərin cüzi hissəsi dini idarələrə məxsus torpaqlarda yaşayırdılar.
Özünün az miqdarda şəxsi torpağı olan mülkiyyətçi kəndlilər də vardı. Lakin
bunlar heç bir faiz də təşkil etmirdilər.
Azərbaycanın dağ və dağətəyi yerlərində əsasən maldarlıqla məşğul olan
yarımköçərilərin tək-tək təsərrüfatları hələ qalırdı. Onların oturaq həyat tərzinə
keçmələri getdikcə güclənirdi. 1916-cı ildə cəmi 29 min yarımköçəri kəndli
təsərrüfatı qalmışdı.
1901-ci il yanvarın 1-dən qüvvəyə minən yeni torpaq qanunu ilə bütün
kateqoriyalar üzrə kəndlilərin dövlət qarşısında mükəlləfiyyətləri dəqiq
müəyyənləşdirildi.
Həmin qanuna əsasən, dövlət kəndliləri özlərinin həmişəlik istifadəsində
olan pay torpaqlarına görə xəzinəyə həyətbaşı (tüstü) adlanan vergi əvəzinə, gəlirin
10-12 faizini təşkil edən dövlət töycüsü, istifadə etdiyi başqa torpaqlara görə torpaq
vergisi, bütün torpaqlara şamil edilən zemski rüsumu (vergisi) ödəməli idilər.
Zemski rüsumu əhalinin təhsil, səhiyyə, baytarlıq və s. yerli xərclərini
ödəmək məqsədilə alınırdı. Lakin o, əsasən, polisin saxlanmasına sərf edilirdi.
Sahibkar kəndliləri öz ağalarının xeyrinə bir sıra mükəlləfiyyətlər, o cümlədən,
torpaqdan istifadəyə görə məhsulun
1
/
10
hissəsindən yarısına qədərini təşkil edən
malcəhət, yaxud bəhrə, qışlaqda saxlanan heyvana görə ot pulu, alaçıq tikməyə
görə tüstü pulu, bağ və tərəvəz yetişdirməyə görə bağ pulu və s. ödəyirdilər.
Onlar dövlətə də bir sıra vergilər verirdilər. Yeni qanuna əsasən, həmin
vergilər iki qrupda cəmləşdirilirdi: 1) sahibkar kəndlilərin, həmçinin bəy və
28
mülkədarların bilavasitə istifadəsində olan torpaqlara görə torpaq vergisi, 2) bütün
torpaqlara şamil edilən zemski rüsumu (vergisi).
Azərbaycanlı kişilər əsgərliyə çağırılmadıqlarına görə, dövlətə hərbi vergi
də verirdilər.
1912-ci ildə Azərbaycanda torpaqların 25 faizini-1,2 milyon desyatinə
qədərini xüsusi sahibkar torpaqları təşkil edirdi. Bunun 60 faizi bilavasitə bəy, xan
və mülkədarlara məxsus idi. Təkcə min desyatindən artıq əkin sahəsi olan yüzdən
artıq iri torpaq sahibi vardı.
Sahibkar kəndlilərinə adambaşına orta hesabla 1 desyatindən bir qədər
artıq torpaq sahəsi düşürdü. Buraya, həmçinin, əkinə yararsız yerlər də daxil idi.
Ayrılıqda götürdükdə, bəzi qəzalarda adambaşına daha az, məsələn, Zəngəzur,
Lənkəran qəzalarında 0,5 desyatin torpaq sahəsi düşürdü. On minlərlə torpaqsız
kəndli vardı.
Torpaqla nisbətən yaxşı təmin edilmiş dövlət kəndlilərinin də vəziyyəti o
qədər yaxşı deyildi. Dövlət kəndlilərinə adambaşına orta hesabla 2 desyatindən bir
qədər artıq əkinə yararlı və yararsız pay torpağı düşürdü. Lakin təbəqələşmənin son
dərəcə güclənməsi nəticəsində dövlət kəndlilərinin yarısını—təqribən 500 min
nəfərini 0,5 desyatindən 2 desyatinədək pay torpağı olan aztorpaqlı kəndli kütləsi
təşkil edirdi. Minlərlə kəndli ailəsi bütünlüklə torpaqsız idi.
Dövlət kəndlilərinin öz istehsal vasitələrindən ayrı düşməsi halları
getdikcə artırdı. Yoxsul kəndlilərin bir qismi özünün əkin sahəsindən və bağından
istifadə hüququnu başqasına satır, digər qismi qoşqu heyvanı olmadığı üçün
özünün pay torpağını icarəyə verirdi. Hətta, qanunun ziddinə olaraq, müəyyən
fırıldaqlarla kəndlinin pay torpağını həmişəlik öz əlinə keçirən varlılara da təsadüf
edilirdi.
Aztorpaqlılığın və torpaqsızlığın səbəblərindən biri çarizmin öz köçürmə
siyasətini inadla davam etdirməsi idi. Çar hökuməti Mərkəzi Rusiyadan kəndliləri
milli ucqarlara köçürməklə yerlərdə özünə dayaq yaratmaq istəyirdi.
1912-ci ilə qədər Azərbaycanın iki quberniyasında Rusiyadan köçürülmüş
rusların 136 yaşayış məntəqəsi yaradılmışdı. 230 min desyatinə yaxın dövlət torpaq
sahəsi 40 mindən artıq pay şəklində gəlmə rus ailələrinə verilmişdi. Hər təsərrüfata
orta hesabla 6 desyatinə yaxın əkin sahəsi düşürdü ki, bu, yerli kəndli pay
torpaqlarının orta həcmindən xeyli çox idi.
Çar hökuməti İranla sərhəd ərazilərinin ruslarla məskunlaşdırılmasına
xüsusi əhəmiyyət verirdi. Bakı qubernatoruna bildirilmişdi ki, «İranla sərhəd olan
düzdə müsəlman əhalisinin sakin olmasına siyasi nöqteyi-nəzərdən əsla yol vermək
olmaz və siyasi mülahizələrə görə bu düzdə rus əhalisi yerləşdirilməlidir».
XX əsrin ilk illərində Rusiyadan köçürülən ruslar tərəfindən Muğanda—
Yermolovo, Kozlyakova, Lənkəran qəzasında—Alekseyevka, Pokrovka və başqa
kəndlər,
Quba
qəzasında—Şirvanskoye,
Cavad
qəzasında—Nikolayevka,
Dostları ilə paylaş: |