39
tərəfindən bütün kənd təsərrüfatı məhsulunun əsas hissəsi, əmtəənin isə yarıdan
çoxu istehsal olunurdu.
Kənd təsərrüfatının bütün sahələrində muzdlu əməkdən az-çox istifadə
olunması, kapitalist istehsal münasibətlərinin bir sıra sahələrdə hətta üstün mövqe
tutması Azərbaycanın xırda kəndli təsərrüfatı ölkəsi kimi simasını əsla
dəyişdirmirdi. On minlərlə təsərrüfat kapitalist əsaslarında qurulub, xeyli əmtəə
istehsal etsə də, yüz minlərlə xırda kəndli təsərrüfatı yenə də kənd təsərrüfatı
hasilatında həlledici rol oynayırdı. Kənd təsərrüfatında ümumi gəlirin 3/4 hissəsini
verən taxılçılıq və maldarlıq kimi başlıca sahələr kapitalizməqədərki istehsal
münasibətlərinə əsaslanırdı.
§ 3. ġƏHƏRLƏR. TĠCARƏT. NƏQLĠYYAT.
RABĠTƏ
ġəhərlər: XX əsrin əvvəllərində Azərbaycanın şəhərləri daha da böyüyür,
onların əhalisi artırdı. 1900-cü ildən 1915-ci ilin axırınadək ölkənin əhalisi cəmi 25
faiz artdığı halda, şəhər əhalisi 70 faiz çoxalmışdı. Bu zaman şəhər əhalisinin sayı
529 min nəfərdən artıq idi.
Şəhərlərin böyüməsində əhalinin təbii artımı ilə yanaşı, sənayenin inkişafı
mühüm rol oynayırdı. Sənaye, ticarət, bank müəssisələrinin cəmləşdiyi şəhərlər bir
parça çörək dalınca buraya müvəqqəti işləməyə gələn torpaqsız və aztorpaqlı
kəndlilərin çox zaman daimi yaşayış məskəninə çevrilirdi.
XX əsrin əvvəllərində Bakı Rusiya imperiyasının çox sürətlə inkişaf edən
iri sənaye şəhərlərindən biri idi. 15 il ərzində şəhərin əhalisi 70 min nəfər artaraq,
1915-ci ilin axırında 262 min nəfərə çatmışdı. Bakı, əhalisinin sayına görə Rusiya
imperiyasında Peterburq və Moskva şəhərlərindən sonra üçüncü yeri tuturdu.
Şəhərdə minlərlə neft buruğu, irili-xırdalı yüzlərlə zavod və fabrik, çoxlu
emalatxana, gəmi tərsanəsi və başqa müəssisələr vardı. Azərbaycanda fəaliyyət
göstərən otuzdan artıq bankdan altısının idarə heyəti Bakıda yerləşirdi.
Dünya neftinin başlıca istehsalçılarından olan Bakının beynəlxalq nüfuzu
durmadan artırdı. Şəhərdə 160-dan artıq ingilis, alman, fransız, Avstriya—
Macarıstan, polyak, Kanada və digər xarici ölkə şirkətlərinin, həmçinin bəzi rus
şirkətlərinin daimi nümayəndəlikləri vardı. Bakı ilə birbaşa əlaqələr yaratmaq
məqsədilə burada 13 dövlətin konsulluğu açılmışdı. Onların arasında iri kapitalist
dövlətləri və qonşu İran, Türkiyə ilə yanaşı, Danimarka, Belçika, Hollandiya,
Norveç və Yunanıstanın da konsulluqları vardı.
Bakıda kapitalistlər və tacirlər tərəfindən bir sıra yaraşıqlı evlər tikilir,
ictimai və idarə binaları ucaldılırdı.
Lakin çox sürətlə böyüyüb inkişaf edən milyonlar səltənətinin çoxlu
problemi vardı.
40
XX əsrin əvvəllərində varlıların yaşadığı bir neçə küçə istisna edilməklə,
axşamlar şəhərin küçələrində (özü də hamısında yox) hələ də neft fənərlərindən
istifadə olunurdu. Küçələrin elektrik çırağı ilə işıqlandırılmasına yalnız 1905-ci
ildən sonra başlanmışdı.
Küçələrin çoxuna nəinki asfalt, heç daş da döşənməmişdi. Ona görə toz,
palçıq olurdu. Yalnız «Aleksandr Nevski» kilsəsinin və Bakı qradonaçalnikliyi
binasının qarşısında cəmi yarım kilometr uzunluğunda asfalt döşəmə vardı.
Başlıca ictimai nəqliyyat vasitəsi keçən əsrin axırlarında işə salınan konka
idi. Konkalar şəhərin bəzi mərkəzi küçələrində işləyirdi. Yalnız 1907-ci ildən sonra
şəhərdə ictimai avtomobil nəqliyyatı işə düşdü.
Şəhərin başlıca mərkəzi küçələrinə verilmiş adlar onun müstəmləkə diyarı
olmasını bir daha təsdiq edirdi: Nikolayevski, Velikoknyajski, II Aleksandr,
Mixaylovski, Romanovski, Vorontsov və s.
Bakıda ictimai bağ-bağça, yaşıllıq çox az idi. Çünki su çatışmırdı.
Qubernator bağı adlanan ən qədim və nisbətən abad xiyaban şəhərin əsas bağı
sayılırdı. Lakin bu bağ, əsasən, kübar ailələrə məxsus olduğundan, başqa adamlar
buraya həftənin yalnız bir neçə günü buraxılırdı.
Peterburq Texnoloji İnstitutunu bitirmiş Məmmədhəsən Hacınski Bakı
bələdiyyə idarəsinin tikinti şöbəsinə rəis təyin ediləndən sonra şəhərdə abadlıq
işləri xeyli genişləndi. 1909-1911-ci illərdə onun rəhbərliyi ilə dənizkənarı park
(bulvar) salındı. Parkın qabağında dənizin içərisində çox yaraşıqlı və rahat dəniz
hamamı binası tikildi. İkinci belə binaya yalnız Fransanın Nitsa kurort şəhərində
rast gəlmək olardı.
M.
H.
Hacınskinin
redaktorluğu
ilə
Bakının
küçələrinin
abadlaşdırılmasına dair kitab buraxıldı. O, Bakı Şirvanşahlar sarayının qorunub
saxlanması və bərpası haqqında təşəbbüs qaldırdı.
Şəhər əhalisi içməli su sarıdan çox korluq çəkirdi. Dəniz suyunu
şirinləşdirib şəhərə verən iki stansiya tələbatın çox cüzi hissəsini ödəyirdi. Ona
görə əhali əsasən quyu suyundan istifadə edirdi. Lakin şəhərdə olan 800 quyudan
yalnız 100-nun suyu içməyə yararlı idi. Qalan quyuların çoxunun suyu cürbəcür
xəstəliklərə, bəzən xolera kimi yoluxucu xəstəliyin baş verib yayılmasına səbəb
olurdu. Ona görə müvafiq hökumət idarələri quyulara vaxtaşırı dərman tökdürür,
bəzilərini isə torpaq doldurub bağlatdırırdı.
Əvvəllər Kür çayından, sonra Volqa çayından barjlarla su gətirib vedrəsini
bəzən iki qəpiyə satırdılar. Lakin bu gətirilmə sular kifayət etməməkdən əlavə,
həm də baha satıldığı üçün yoxsullar onu ala bilmirdilər.
Milyonçu H. Z. Tağıyev şəhər ətrafında şirin su mənbəyi axtarıb tapmaq
xərcini öz üzərinə götürərək, bu cür işlərin mütəxəssisi olan Vilyam Lindeyn adlı
bir alman mühəndisini Bakıya dəvət etdi. Uzun axtarışdan sonra, nəhayət, Bakıdan
190 km aralı, Qubanın yaxınlığında Şollar adlı yerdə şirin su çeşməsi aşkara
çıxarıldı.
Dostları ilə paylaş: |