Azərbaycanda multikulturaliZM


B i b l i o q r a f i y a



Yüklə 6,19 Mb.
Pdf görüntüsü
səhifə3/240
tarix15.03.2018
ölçüsü6,19 Mb.
#31828
1   2   3   4   5   6   7   8   9   ...   240

B i b l i o q r a f i y a  

 



dilərinin rəhbərlərinin və digər dini, milli icmaların üzvlərinin  yerli konfessiya 

və dövlət xadimləri ilə faydalı görüĢlərini qeyd edə bilərik. 

Ölkə daxilində AMEA institutlarında, universitetlərdə, məktəblərdə keçiri-

lən “dəyirmi masa”lar, seminarlar cəmiyyətin ən müxtəlif təbəqələrinin ürəkdo-

lusu fikir və ideya bölüĢdüyü məkanlara çevrildi. 

Ölkə  Prezidentinin  2014-cü  ildə  yaratdığı  Bakı  Beynəlxalq  Multikultura-

lizm Mərkəzinin də fəaliyyəti məqsədyönlü oldu. Bu Mərkəz ilin əvvəlindən bu 

günə qədər 15 xarici ölkədə – Portuqaliyada, Ġtaliyada, Almaniyada, Rusiyada, 

Gürcüstanda,  Ġndoneziyada,  Litvada,  PolĢada,  Çexiyada,  Bolqarıstanda,  Ġsveç-

rədə  və  baĢqalarında,  həmçinin  36  Azərbaycan  universitetində  “Azərbaycan 

multikulturalizmi”  adlı  fənnin  tədrisini  həyata  keçirdi.  Onu  da  qeyd  etmək 

lazımdır  ki,    əgər  əvvəllər  biz  xarici  universitetləri  belə  bir  fənnin  tədrisinin 

vacibliyinə inandırmağa çalıĢırdıqsa, bu gün bizə həm artıq əlaqə qurduğumuz 

universitetlərdən,  həm  də  tamamilə  yeni  universitetlərdən  təkliflər  gəlir.  Azər-

baycanı öyrənmək, onunla əlaqə yaratmaq istəyən xarici tədris ocaqlarının sayı 

semestrdən-semestrə artır. Bu, o deməkdir ki,  həmin ölkələrin gənclərini  ölkə-

mizə  bağlayan  xətlər  möhkəmlənir.  Həmin  universitetlərin  tələbələri  Azərbay-

can multikulturalizmini öyrənirlərsə, buna xüsusi həvəsləri varsa, deməli, Azər-

baycanın  tarixini,  ədəbiyyatını,  mədəniyyətini,  etnoqrafiyasını,  müasir  siyasi-

ictimai həyatını, Azərbaycan həqiqətlərini öyrənirlər. Əsas məqsəd bu tələbələ-

rin Azərbaycana olan maraqlarını Azərbaycana olan sevgiyə çevirməkdir.  

Lakin biz bununla iĢimizi bitmiĢ hesab etmirik. Bilavasitə ölkə rəhbərliyi-

nin  tövsiyəsi  ilə  həmin  xarici  tələbələr  Azərbaycanla  bağlı  nəzəri  biliklərə 

yiyələndikdən sonra biz onları ildə iki dəfə – yayda və qıĢda Azərbaycana, yay 

və  qıĢ  multikulturalizm  məktəblərinə  dəvət  edirik.  Onlar  vətənimizin  müxtəlif 

bölgələrində olub Azərbaycan həqiqətlərini öz gözləri ilə yerindəcə görürlər. Bu 

multikulturalizm məktəblərini maraqlı edən həm də odur ki, bir sıra Azərbaycan 

universitetlərinin  tələbələri  də  bu  tədbirdə  iĢtirak  edir.  Eyni  zamanda,  onların 

qonaq olduqları Ġsmayıllı, Qusar, Qəbələ, Xaçmaz, Zaqatala, Oğuz, ġəki, Bakı 

gəncləri  də  prosesdən  kənarda  qalmırlar.  Onlar  üçün  xüsusi  proqramlar 

hazırlanır, dərslərə həm ölkəmizdən, həm də xaricdən müəllimlər, mədəniyyət, 

elm, siyasət xadimləri dəvət edilir. Belə Ģəraitdə yaranmıĢ dostluqlar bu gün də 

davam edir.  

Gənclər görür və inanırlar ki, Ulu Öndərin dediyi kimi, Azərbaycanın  güc 

qaynağı onda yaĢayan xalqların gücündən yaranır. Onlar əsrlər boyu zülmə baĢ 

əyməyən,  nəhayət,  məhrumiyyətlər  hesabına  öz  əbədi  azadlığına  qovuĢan, 

müstəqilliyini əldə edən qürurlu bir xalqın müxtəlif adət-ənənələri ilə yaxından 

tanıĢ  olurlar  və  həqiqətən  də  onların  əvvəlki,  hətta  bəzi  halda  soyuq  marağı 

coĢqun sevgi ilə əvəz olunur. Elə bunun üçün də bizim onlarla əlaqəmiz sistem-

li bir fəaliyyət perspektivini nəzərdə tutur.  




A z ə r b a y c a n d a   m u l t i k u l t u r a l i z m  

 



Gələcəkdə  universitet  fəaliyyətindən  sonra  da  bu  gənclər  Azərbaycanın 

dostları kimi bizim yanımızda olacaqlar, bunun üçün konkret proqram-layihələr 

hazırlanır.  Bircə  onu  demək  yetərli  sayıla  bilər  ki,  son  yay  məktəbində  xarici 

universitet  gəncləri  Azərbaycanın  Gənc  Dostları  Klubunu  yaratdılar  –  onun 

həmsədrləri  litvalı  tələbə  ilə  yunanıstanlı  tələbə  oldu.  Bu  rəsmi  klubun  artıq 

saytı  fəaliyyət  göstərir.  Klubun  200-ə  yaxın  üzvü  var.  Ən  vacibi  odur  ki, 

Azərbaycana  qarĢı  hər  hansı  ədalətsiz  hücum  olursa,  Azərbaycanı  ürəkdən 

sevən bu gənclər hamıdan əvvəl haqsızlığa cavab verirlər. Bu gün Azərbaycanın 

qədirbilən gənc dostları Azərbaycanı bizdən əvvəl qorumağa hazırdırlar. Azər-

baycan  Prezidentinin  göstərdiyi  konkret  siyasi-ideoloji  hədəfin  çox  vacib  bir 

nəticəsi də budur. 

Ötən il BBMM-in xaricdə filiallarının yaranmasının və artıq ilk addımlarını 

atmasının Ģahidi olduq. Bu gün Mərkəzin Drezden, Lissabon, Roma, Yekaterin-

burq, Moskva, Ġsrail, Moldova, Sofiya filialları öz ətrafına ölkələrinin tanınmıĢ 

mütəxəssislərini  toplamaqda  və  Azərbaycanla  əlaqələrini  bu  perspektiv  xətt 

üzrə möhkəmlətməkdədirlər. 

“Multikulturalizm ili” ərzində Azərbaycanın bir sıra Ģəhər və bölgələrində-

ki qurumlarında yaddaqalan proqram xarakterli tədbirlər keçirildi. Təhsil Nazir-

liyi, Mədəniyyət və Turizm Nazirliyi, Dini Qurumlarla ĠĢ üzrə Dövlət Komitəsi, 

Gənclər  və  Ġdman  Nazirliyi,  Xarici  ĠĢlər  Nazirliyi,  Heydər  Əliyev  Fondu, 

AMEA,  Qafqaz  Müsəlmanları  Ġdarəsi,  Azərbaycan  Respublikasının  Prezidenti 

yanında Bilik  Fondu, ictimai və dövlət təĢkilatları, televiziya komitələri, yara-

dıcı təĢkilatlar, qəzetlər, saytlar – hər biri “Multikulturalizm ili”nə öz töhfəsini 

verdi. Cəsarətlə demək olar ki, Azərbaycan Prezidentinin “Multikulturalizm ili” 

ilə bağlı həm ölkəyə, həm də dünyaya ötürdüyü siyasi, mənəvi çağırıĢ ünvanına 

çatdı. Ən ucqar Azərbaycan kəndində də, məscid, kilsə, sinaqoqlarda da xalqı-

mızın bu möhtəĢəm dəyəri müzakirə obyektinə çevrildi. Ən müxtəlif bölgələrdə 

insanlarımız  bu  istiqamətdəki  siyasi  dəstəyi  yüksək  qiymətləndirdilər.  Ən 

müxtəlif ölkələrdən – Amerikadan, Ġngiltərədən, Fransadan, Almaniyadan, Ġspa-

niyadan,  Ġtaliyadan,  Portuqaliyadan,  Rusiyadan,  Türkiyədən,  Ġsraildən,  Misir-

dən,  Gürcüstandan,  Ġndoneziyadan,  Çexiyadan,  PolĢadan  və  baĢqa  ölkələrdən 

multikulturalizm  xətti  ilə  ölkəmizə  gələn  qonaqlar  Azərbaycan  multikultural 

siyasətindən  ağızdolusu  heyranlıqla  bəhs  etdilər,  öz  ölkələrində  də  belə  siyasi 

kursun  vacibliyini  önə  çəkdilər,  multikulturalizmin  Azərbaycan  modelinin  öz 

ölkələrində coĢqun təbliğatçılarına çevrildilər. 

2016-cı ildə nəĢr sahəsində də xeyli iĢ görülmüĢdür. Qəzet və sayt səhifələ-

rində,  ayrı-ayrı  kitablarda,  jurnal  və  toplularda  multikulturalizm  həm  elmi-

nəzəri,  həm  tarixi,  həm  mədəni,  həm  bölgələr  üzrə,  həm  də  müasir  siyasi-icti-

mai baxımdan sərf-nəzər edildi.  BBMM  tərəfindən “Azərbaycan multikultura-

lizminin ədəbi-bədii qaynaqları” adlı son dərəcə əhəmiyyətli kitab çap olundu. 

On əsrlik Azərbaycan ədəbiyyatı tarixində ən müxtəlif klassik Ģair və yazıçıları-



Yüklə 6,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə